AVRASİYANIN GÖZLÉDİYİ LİDER

Mehman CAVADOĞLU, "Yeni Müsavat", 19-22 avqust, 2003-cü il

1988-ci illérin axırları, Azérbaycan xalq hérékatının yükséliş çağlarıydı. Hérékatçılar arasında én zéhlétökén darışmalardan, açması demék olar ki, mümkün olmayan müşküllérdén biri vé bélké dé birincisi kimin hökümété işléyib - işlémémési mésélésiydi. Évvél - évvél bir az yumşaq mövqeydé olanlar, bir – neçé il sonranın leksikonuyla desék, kompromisé meylli insanlar bu déstéyé aid edilirdisé, bir az sonra sırf radikal ovqatlı hérékatçılar belé ittihamlarla üzléşméli oldular. Vé onda çoxları şoka düşdü: "Necé yéni, o ki gecé - gündüz belé danışır, elé qışqırır." Bir défé dé bu şok héyécanından yaranan ritorikaya "bés necé, Moskvaya da, "KQB" - yé dé elé bu lazımdı ki, bunların demokrat deyil, şovinist, fundamentalist, né bilim qaragüruh olduğunu dünyaya sübut etsin, hérékatı zor gücüné boğub méhv etsin" arqumentini eşidéndé Vidadi özü şoka düşdü: "Pah atonnan, adam bilmir né olsun, liberal olursan belé deyirlér, radikal olursan elé." Vidadi orta statistik azérbaycanlıdı, ménim dostumdu vé bu dünyada çox az - az rast gélinén témiz, vicdanlı, léyaqétli adamlardan biri olduğu üçün bu nüansları başa düşé bilmirdi. Vidadi hara, üzü üzlér görmüş insanaqénim bir şér imperiyasının şantaj vé zorakılıq aparatı hara...

Vidadinin hamletsayağı sual - dilemmasından vur - tut üç il keçéndén sonra, 1992 - ci ilin payızında, milli demokratik qüvvélérin ikinci yükséliş çağlarında ölkénin istedadlı, ancaq yerliçilik mérézi canına - qanına hopmuş bir jurnalisti başqa bir istedadlı, ancaq bütün varlığıyla antiregionçu olan jurnalistiné elé belécé dé demişdi: "Ébülfézlé dé bacaracağıq, Pénahla da, Réhimlé, İsgéndérlé dé...amma bu İsayla neyléyécéyik, bilmirik."

Mén Vidadini hér gün olmasa da én azı héftédé bir défé görürém vé hélé ki onun öz sualının ésiri olduğunu déqiq bilirém. Mén hémin o, istedadlı vé regionçu jurnalistisé illérlé görmürém, amma onun da öz dilemması qarşısında indiyé kimi aciz qaldığını bundan daha déqiq bilirém. Éslindé bu dilemmanın hélli heç onun işi dé deyildi, onun çiyinléri bu yüké tab gétiré bilmézdi. Bu birbaşa klan başçısının öz missiyasıydı, uğursuz sonuclanmış missiyası...

Tayfa ménsubları vé ideoloqları İsa Qémbér dilemması qarşısında baş sındıranda, bézénsé açıq - aşkar téşviş vé héyécan keçiréndé 16 iyul 1993 - cü ildéki méşhur parlament debatı hélé baş vermémişdi, bu siyasi şou onun bioqrafiyasının faktına çevrilmémişdi. Bu elé éhémiyyétli faktdı ki, mén indiyé kimi Müsavat Başqanının siyasi bioqrafiyasından danışan vé yaxud yazan, amma hémin faktın üstündén sükutla keçén bir kimséyé rast gélmémişém. Vé nédénsé bu dialoqun én çox yadda qalan, elé buna göré dé én çox tékrarlanan hissési hémin o méşhur kélamdı:"Heydér Éliyevin hakimiyyéti dövründé Azérbaycanın başına gélén müsibétléri görmékdénsé, hébsxanada yatmaq yaxşıdı." Bu sözlér deyilérkén hamı onun müéllifinin césarétiné, başını dik tuta - tuta hébsxanaya yollanmasına, bir az da dik tutaraq ölmün düz gözünün içiné baxmasına(hémin vaxt hébsxananın ölümlé néticélénméyécéyiné çox az adam inanırdı) heyran qalmışdısa, illér keçdikcé bu heyranlıq başqa cür ifadé olunmağa başladı:"necé dé peyğémbércésiné düz deyibmiş..."

Bu epizod o vaxt da, elé indi dé ménim üçün böyük éhémiyyét késb etméyib. Ménimçün én éhémiyyétlisi odur ki, İ.Qémbér uzun dartışmadan sonra tribunaya çıxdı vé sözüné bütün cébhéçiléri AXC - nin yaranmasının 4 - cü ildönümü münasibétiylé tébriklé başladı. Buna taleyin ironiyası deyirlér. AXC méhz 16 iyulda tésis edilmişdi, elé 16 iyulda da onun üzérindé én kütlévi, hém dé én murdar ictimai mühakimé qurulmuşdu. Élbétté, İ.Qémbér yaxşı başa düşürdü ki, guya 4 iyun qiyamının sébéblérini araşdıran vé bunu canlı yayımla bütün ölkéyé yayımladan H.Éliyevin ésl méqsédi heç dé héqiqét axtarışları deyildi. H.Éliyevin ardıcıl olaraq belé parlament şouları düzénlémékdé başqa, sırf özél méqsédléri var idi. Birincisi, hakimiyyéti tam ménimsémé prosesini başa çatdırmaq, ikincisi, xalq arasında olan o vaxtkı reytinqindén vé nüfuzundan istifadé edérék Xalq Cébhésini tamimilé méhv edib siyasi séhnédén silmék, néhayét, üçüncüsü, siyasi situasiyaya méhz özünün sahiblik etdiyini hémin vaxt én çox qorxduğu Surét Hüseynova vé onun téréfdarlarına nümayiş etdirmék.

İ.Qémbér bütün bunları vé bélké dé bunlardan da artığını bilméyé bilmézdi. Ona göré dé belé bir fürsétdén yararlanmamaq sadécé, nadanlıq olardı. Amma hamı üçün yox, o siyasétçi üçün ki, a) césarétlidi, b) onu gözléyén bütün çétinlikléré hazırdı, c) başlıcası isé, én çıxılmaz véziyyétdé belé demék istédiklérini ona qulaq asmaq istéméyénléré eşitdirméyi bacarır. Bu üçüncünün çox çétin yeriné yetirilési missiya olduğunu dérk etmék üçün o vaxt parlamentdé vé ölkédé hansı véziyyétin hökm sürdüyünü ani olaraq göz önüné gétirmék kifayétdi. İclas zalı tékcé Ali Sovetin bir müddét évvél sélahiyyétlérindén méhrum edildiyi üçün dişléri dodaqlarını gémirén deputatlarıyla, milli hökümétin réhbérlérini söymék üçün növbéyé düzülmüş kommunist nomenklaturasının imtiyazları élindén çıxmış nümayéndélériylé yox, hém dé çeşidli - çeşidli qoçu déstélériylé doluydu. Televiziya ekranı qarşısında éyléşén milyonlar isé H.Éliyevin ağzından çıxan hér sözü az qala Quran ayési kimi qébul edirdi.

Lakin o bir - neçé cébhé naziri üzérindéki triumfunun acısını çox tez daddı vé bu döyüşü uduzdu. Éslindé H.Éliyev uduzduğunu dialoqun elé başlanğıc mérhélésindé başa düşdüyü üçün sonrakı mérhélédé, yéni İ.Qémbér tribunada olarkén demék olar ki, onun çıxışına müdaxilé etmédi. Öz réqiblériné sérbést tribuna verméksé bütün siyasi bioqrafiyası dövründé heç vaxt onun planlarına daxil olmayıb. Üstélik o, xalq arasındakı o vaxtkı nüfuzuna arxayın olaraq bolşevizmin ésas tabularından birini pozmuşdu. "Bolşevizm siyasi fikir(terror?) céréyanı kimi" mövcud olduğu vaxtdan indiyé kimi hémişé öz réqibléri üzérindé qapalı mühakimé prosesi qurub. Én üstün siyasi, hüquqi, inzibati, psixoloji méqamında belé o, açıq mühakimédé méğlubiyyété méhkumdu. H.Éliyev kimi stajlı bir bolşevikin bunu niyé unutduğu indiyé kimi ménim üçün sirr olaraq qalır.

Hémin debatdan bir az sonra yazmışdım ki, İ.Qémbérin bu demarşı Azérbaycan xalq hérékatının namusunu qorudu, onu birdéfélik dağılıb méhv olmaqdan xilas etdi. Héyatını müqéddés bir ideyaya hésr etmiş on minlérlé insana sanki ikinci héyat verildi, onlar yenidén toparlanıb öz mübarizélérini davam etdirméyé séférbér olundular. Tékcé mén yox, onlarla siyasi ekspert vé yazar da bu fikirdédi.

Lakin 16 iyul olaylarının siyasi néticéléri tékcé bununla bitmirdi. Bu olaylar faktiki olaraq ölkénin sonrakı siyasi reallıqlarının ésas sérhédlérini cızdı, konturlarını déqiqléşdirdi, siyasi ab - havanın barometriné çevrildi. Azérbaycanın son onillik siyasi tarixi éslindé H.Éliyevlé İ.Qémbérin qarşıdurması vé mübarizé tarixindén başqa bir şey deyil. Xüsusiylé "qaşıdurma" sözü né qédér xoşagélméz olsa da, qıcıq yaratsa da, mén onu öz adıyla adlandırmaq fikrindén vaz keçmédim. Bütün bunlar haqqında bir az sonra étraflı söhbét açacam, héléliksé 16 iyul hadisésiné birdéfélik nöqté qoymaq istéyirém.

16 iyul 1993 - cü ildén bir - neçé gün sonra Vidadini yené şoka düşmüş gördüm: "Pah atonnan bu İsa Qémbér né imiş, mén heç onu yaxşı tanımamışam." Éslindé hémin parlament debatı İ.Qémbérin xalqla ilk kütlévi "görüşüydü". Élbétté, bundan évvél yüz minlérlé insanın iştirak etdiyi mitinqlérdé défélérlé çıxış etmiş, uğurlu seçki kampaniyası aparmış, 1990 - cı ilin yanvar faciésindén sonra guya qaçıb gizlénmési barédé ünvanına söylénén saysız - hesabsız ittihamlara réğmén 40 günlük tétil barédé AXC - nin méşhur qérarını Şéhidlér Xiyabanındakı böyük izdiham qarşısında méhz o elan etmişdi. Siyahını xeyli uzada bilérém, amma bu, mahiyyéti déyişé bilméyécék deyé elé buradaca saxlamağa vé kütlénin populizmé aludéçiliyi barédé köhné héqiqéti xatırlatmağa mécburam.

Azérbaycanın o vaxtkı siyasi meydanı isé populist siyasétçilér sarıdan korluq çékmédiyiné göré mitinq xarizmasından hémişé éziyyét çékmiş İ.Qémbérin kütlénin sevimlisi olması mümkün deyildi. Tayfanın istedadlı jurnalisti öz méşhur narahatlığını bildiréndé o, siyasétçilérin reytinq cédvélindé heç birinci onluqda da yox idi. Onun siyasi kimliyi daha çox hérékatın én yaxın iştirakçılarına, cémiyyétin elitasına, 4 iyun qiyamında ilk şért kimi onun istefasını qoyanlara, én ésası klanın başbilénlériné vé bir dé Primakova mélum idi. Primakov hér kimdirsé, hér halda o da cémiyyétdé elita deyilén tébéqéyé méxsusdu vé AXC - nin bir qrup lideriylé Bakıda keçirdiyi görüş zamanı méhz İ.Qémbérlé olan dialoqundan sonra başa düşmüşdü ki, Azérbaycanda qan tökméklé méhv etmék istédikléri xalq hérékatını inteqrasiya olunmağa can atdıqları demokratik dünyaya bir ovuc müsélman millétçisinin, qaragüruhunun silahlı iğtişaşı kimi sırıya biméyécéklér. Primakovun siyasi bioqrafiyası bizim tayfa başçısının siyasi bioqrafiyasının yanında toya getmélidir. Amma Primakovla dialoqdan bir - neçé il keçécék, o bunun férqiné varmadan yené milyonlarla kütlénin gözü qarşısında bu faktdan İ.Qémbéré qarşı qara piar kimi istifadé etméyé uğursuz bir céhd göstérécékdi.

Geniş kütlénin yalnız Ali Sovetin sédri vé bir dé Zori Balayana cavab yazan alim kimi (çap olunmadığına göré çoxları oxuya bilmésé dé, belé bir kitabın varlığı haqqında demék olar ki, hamı mélumatlıydı) tanıdığı İ.Qémbér méhz hémin parlament debatından sonra césarétli vé qorxmaz bir siyasétçi kimi xalqın gözündé ucaldı. Axı o, kütélénin güc, qüdrét, méğlubedilmézlik simvolu saydığı bir adamın düz üstüné yerimişdi. Mentalitetinin ésasını gücé vé güclüyé sitayiş téşkil edén bir millét bunu öz gözüylé görürsé, daha ona başqa né lazımdı?! H.Éliyev İ.Qémbéri siyasi intiriqaya çékméklé ona évézedilméz xidmét göstérdi, Müsavat Başqanına siyasi meydanlarda éldé edé bilmédiyi populyarlığı qazanmaq şansı verdi. Élbétté, mén hémin debatdan sonra H.Éliyevin xalq arasında nüfuzunu itirmésini, İ.Qémbérin bu nüfuzu néinki üstélémésini, heç onunla yarı bölmésini belé iddia edécék qédér sadélövh deyilém. Amma H.Éliyev özü dé bilmédén, tébii ki, özü dé istémédén gélécék alternativini kütlénin téhtélşüuruna yeritdi. Néticéni düzgün hesablamağı bacarmayan siyasétçinin méğlubiyyét ehtimalı çox böyükdü. Xüsusilé, söhbét qeyri – standart situasiyalardan gedirsé.

İ.Qémbér öz çıxışlarının birindé bütün XX ésr Azérbaycan tarixini xalqa doğma olan müsavatçılıq vé ona kénardan sırınan kommunist ideologiyalarının mübarizé tarixi kimi séciyyéléndirib. Bu tarixi étraflı téhlil edéndé hémin fikirlé razılaşmamaq mümkün deyil. Biz yalnız bu mübarizénin müxtélif tarixi mérhélélérdéki séviyyési vé forması barédé mübahisé edé bilérik. Bézén açıq, bézén gizli, bézén séngimiş, bézén dé şiddétli qarşıdurmaya çevrilmiş barışmaz ideoloji qovğa 90 - cı illérdé tamamilé başqa xarakter aldı. H.Éliyevin başçılığı altında hakimiyyéti ménimsémiş keçmiş kommunist nomenklaturası Müsavatın bütün zahiri rémzlérini vé atributlarını qébul etméyé mécbur oldu. Artıq onlar başlarının üstündé birinci respublikanın gerbini vé bayrağını asır, onun himnini oxuyurdular. Bu, Müsavat ideologiyasının faktiki olaraq qélébésinin etirafıydı. Lakin Müsavat bir ideologiya kimi tékcé rémzlérdén vé simvollardan ibarét deyil. Méni kommunist tébliğatının tezislérindén istifadé etmékdé qınamayın, bu xalqın varlığından doğulmuş Müsavat hém dé bu ölkéni téréqqiyé aparacaq, bu xalqı arzularına qovuşduracaq yaradıcı bir télimdir. Rémzléri ütülü köynéklér téki tez - tez déyişmék olar, rémzlérin éks etdirdiyi mahiyyéti déyişméksé artıq téfékkür, dünyagörüşü vé héyat térziylé bağlı problemdi. Ona göré dé mén yuxarıda deyéndé ki, Azérbaycanın son onillik siyasi tarixi H.Éliyev vé İ.Qémbér arasında mübarizé tarixidi, tékcé subyektiv ambisiyalara söykénén şéxsiyyétlér toqquşmasını yox, hém dé bu obyektiv ideoloji amili nézérdé tuturdum.

Amma ménim romantikamın sérhédléri o qédér dé hüdudsuz deyil vé déqiq bilirém ki, ideoloji héqiqét axtarışları heç vaxt Azérbaycan ictimai şüurunun hérékétverici qüvvési olmayıb. Elé isé, bu iki qütb arasındakı mübarizé niyé bu qédér uzun çékdi? Axı, siyasi gerçékliyé isténilén rakursdan baxanda onun bu qédér uzanacağını hétta proqnozlaşdırmaq belé mümkün deyildi. Birinci qütbün başında duran şéxs sovet imperiyasının réhbérlérindén biri olub. O, bu imperiyanın bütün dünyanı lérzéyé gétirén oyun qaydalarını tam ménimséyén vé öz siyasi karyerasında défélérlé istifadé edén técrübéli bir adamdır. Uzun illér érzindé formalaşdırdığı bir tayfanın vé klanın réhbéridi. Tayfa vé klan sevgisi isé xalq sevgisi kimi déyişkén méfhum deyil, ébédi anlayışdı. Üstélik, bizim klan témsilçiléri hém dé hüdudsuz imkanlara malik maliyyé oliqarxlarıdı. Bundan élavé, siyasi mübarizénin én vacib ünsürlérindén biri olan elektron kütlévi informasiya vasitéléri tam şékildé, yazılı métbuat isé 90 - 95 faiz bu klanın séréncamındadı. Néhayét, H.Éliyev total bir zorakılıq aparatına réhbérlik edir vé 10 il érzindé bu zorakılıq aparatının qarşısına qoyulan én birinci vézifé İ.Qémbéré vé ona yaxın olan adamlara nézarét funksiyasını héyata keçirmékdén, onun téréfdarlarını müxtélif béhanélérlé iş yerlérindén méhrum etmékdén, hébsxanalara atmaqdan, éhalini qorxu, hédé vé şatnaj yoluyla Müsvata meyllénmékdén çékindirmék olub. Mén déqiq deyé bilmérém ki, bu on il érzindé Müsavat Partiyasını parçalamaqdan ötrü hakim klanın xézinésindén né qédér pullar silinib, amma mén déqiq bilirém ki, bu ac vé yalavac halına gétirilmiş Azérbaycan gerçékliyindé hémin o ağılasığmaz mébléğlér Müsavatdan bir qélpé dé qopara bilméyib.

Bés qütbün ikinci téréfindé dayanan şéxsi bu néhéng téqib, tézyiq, şér vé şantaj maşının qarşısında bu qédér éyilméz edén né oldu?

İ.Qémbér 1957 - ci ildé Bakı şéhérindé, ziyalı ailésindé anadan olub. Bakı Dövlét Universitetinin tarix fakultésini bitirib. Bir müddét Elmlér Akademiyasının Naxçıvan filialında, sonra hémin Akademiyanın Şérqşünaslıq İnstitutunda elmi işçi işléyib. 1986 - cı ildé Z.Balayanın "Ocaq" kitabına sanballı cavab yazıb. 1988 - ci ildén xalq hérékatına qoşulub. AXC - ni yaradanlardan vé bu nüfuzlu téşkilatın idaré heyétinin ilk 15 üzvündén biri olub. Sonradan AXC sédri É.Elçibéyin müavini vé AXC téşkilat şöbésinin müdiri olub. 1990 - cı ildé Ali Soveté deputat seçilib. Bir müddét parlamentin xarici élaqélér komissiyasına başçılıq edib. 1992 - ci ilin évvéllérindé M.É.Résulzadénin yaratdığı Müsavat Partiyasının bérpasına réhbérlik edib vé hémin ilin noyabr ayında bu prosesi uğurla başa çatdırıb. 1992 - ci ilin mayından 1993 - cü ilin iyununa kimi parlamentin sédri olub. 1992 - ci ilin may - iyun aylarında Azérbaycan prezidentinin sélahiyyétlérini icra edib.

Heç bir tayfası vé klanı yoxdu, heç bir tayfa, klan vé maliyyé oliqarxı ilé bağlı deyil. Ona réğbét bésléyén bir neçé yazılı métbuat orqanı var. Azérbaycanın én güclü siyasi téşkilatına réhbérlik edir.

Avtobioqrafiya müéllifi vur - tut 35 yaşında ölkénin én ali vézifésini daşısa da, zahirén bu ömür yolunda qeyri - adi heç né yoxdu. Biz hétta bunu quru tércümeyi - hal üslubunda deyil, tamam férqli bir üslubda, onun xidmétlérini sadalaya - sadalaya téqdim etséydik belé bélké dé yené heç né déyişméyécékdi. Yalnız iki méqam olmasaydı. İ.Qémbér Azérbaycanın birinci müstéqillik hérékatının lideri M.É.Résulzadénin yaratdığı partiyanı bérpa edén bir şéxs, ikinci müstéqillik hérékatının lideri É.Elçibéyin silahdaşı vé siyasi varisidi. Ébülféz béy réhmété gedéndén sonra Azérbaycan cémiyyéti onun irsi, varisi, müxtélif mézmunlu vésiyyétnaméléri barédé én ağlasığmaz siyasi spekulyasiyaların şahidi olub. Ancaq mén varislik missiyasının méhz Müsavat Başqanının çiynindé olduğunu iddia edérkén néinki hansısa gizlin vé mübahiséli méqamlara, heç Elçibéyin özünün dé défélérlé bu mövzuda métbuatda söylédiyi konkret vé birménalı fikirléré dé istinad etmirém. Bunun tésdiqi Müsavat Partiyasının Azérbaycandakı bérpa prosesiné İ.Qémbérin réhbérlik etmésiné É.Elçibéyin verdiyi xeyir - duada da deyil. Bunun tésdiqi İ.Qémbérin bu güné kimi yeritdiyi siyasi - ménévi xéttin mahiyyétindédi.

É.Elçibéyé münasibét vé É.Elçibéylé münasibét İ.Qémbérin (tékcé İ.Qémbérinmi?) siyasi bioqrafiyasının vé siyasi portretinin çox önémli bir méqamı olduğu üçün mén bunun üzérindé bir az geniş dayanacam. Zahirén né qédér férqli görünsélér dé, müxtéflif siyasi ampulaya malik siyasétçi tésiri bağışlasalar da, onların siyasi talelérindé çoxlarının göré bilmédiyi qéribé oxşarlıqlar var. Élbétté, mén bu oxşarlığın hér iki liderin seçdiyi héyat vé mübarizé yolunda, xidmét etdikléri ideyalarda vé ideallarda olduğunu söyléséydim Amerikanı tézédén kéşf etmek iddiasına düşécék qédér gülünc görünérdim.

İsténilén ölkédé, isténilén cémiyyétdé baş verén ictimai télatümlér anormal tézahürlérlé zéngindi vé çoxsaylı millét vé Vétén qéhrémanlarının peyda olması bu anormallıqlar siyahısında heç dé axırıncı yerdé durmur. Növbéti qéhréman bézén bir göz qırpımında yetişir. Ancaq ictimai télatümlérin siféti dé tébii félakétlérin siféti kimi çox sértdi. O bir göz qırpımında ucaltdığını elé bir göz qırpımında da yeré çırpmaq iqtidarındadı. Bu cür yükséliş zirvésiné qalxanlardan yalnız hémin anda ölénlér ébédi qéhrémanlar kimi xalqın yaddaşında qalırlar.

É.Elçibéy dé ictimai stixiyanın néticésindé kütlénin qéhrémanına çevrilmişdi. Amma bu stixiyanın qéhrémanlıq zirvésiné yükséltdiyi bir çoxlarından férqli olaraq o, hémin zirvédé axıradék qérar tutub qala bildi. Hétta onun özünü dé ömrünün axırına kimi narahat edén bir fakt - tarixé méğlub prezident kimi düşmék faktı da Elçibéyi bu zirvédén sala bilmédi. Tékcé ona göré yox ki, o, Vétén vé xalq adlı öz idealına hémişé sadiq qalmışdı, yox! Axı bu ideala sadiq qalan başqaları hémin zirvédé duruş gétiré bilmédilér. Mésélé burasındadı ki, onun ictimai stixiyanın qéhrémanı olması yalnız zahiri görüntüydü. Bu mémlékétdé Ébülféz stixiyası ictimai stixiyadan çox - çox évvél başlamışdı vé o, uzun, méşéqqétli, ézablı, én başlıcası isé heç kimin césarét etmédiyi bir mübarizé yolunu keçéndén sonra hémin méqama yüksélmişdi. 80 - ci illérin axırlarında başlayan xalq hérékatının lideri olmaq mésélésini Ébülféz béy 70 - ci illérin évvéllérindé héll elémişdi.

Z.Balayana yazdığı, çap olunmasa belé sés - küyü bütün ölkéni bürümüş cavabdan sonra İ.Qémbérin cémiyyétdé müéyyén populyarlıq émsalına malik olmasını ötéri dé olsa yuxarıda qeyd etmişdik. O vaxt bütün Azérbaycan xalqının heysiyyatına toxunan, bu gün débdé olan ifadéylé desék, şéréf vé léyaqétini lékéléyén bu kitaba ölkénin elmi vé édébi ictimaiyyétinin heç bir tanınmış nümayéndési cavab vermédi. Ona göré yox ki, cavab veré bilmédi, ona göré ki, bu cavabı yazmaq üçün adamda elm, savad, dünyagörüşündén başqa césarét deyilén bir keyfiyyét dé olmalıydı.

Bu cavabın yazılmasından xeyli illér öténdén sonra İ.Qémbér xatırlayacaq:" Atam bu kitabı oxuyandan sonra onu élindé tutub qézéblé silkélédi vé dedi ki, bir oğul istéyirém buna cavab yazsın." İ.Qémbér, ümumiyyétlé, heç bir ménada hisslérini bölüşméyi sevméyén adamdı vé mén indi déqiq deyé bilmérém ki, bu kitabın yazılmasında Elmlér Akademiyasının müxbir üzvü Yunus Qémbérovun hémin sözléri hansı rolu oynayıb. Amma bu faktdı ki, o vaxt Azérbaycan xalqını vé Azérbaycan cémiyyétini düçar olduğu xécalétdén eyni Akademiyanın kiçik elmi işçisi xilas etdi. İqtidardakı opponentléri indi onu "Akademiyada elmi işçi işléyirdi" deyé tez - tez lağa qoymaqdan çox hézz alırlar. Hérçénd mén tésévvür edé bilmirém ki, "Akademiyada işlémék", "elmi işçi olmaq" méfhumlarıyla "lağ" anlayışı arasında hér hansı bir bağlılığın mövcudluğunu iddia etmék üçün insan hansı térbiyénin sahibi olmalıdı.

Lakin bu cavabın gétirdiyi populyarlıq émsalı bir - neçé il sonra cémiyyéti bürümüş radikal ovqatla réqabété davamlı deyildi. İstér Z.Balayanla, istérsé dé H.Éliyevlé ilk tékbéték döyüşü İ.Qémbérin siyasi bioqrafiyasında né qédér hélledici méqam olsa da, onu kütlénin qéhramanı edé bilmédi. İ.Qémbér bugünkü Azérbaycan siyasétindé yegané şéxsdi ki, reytinq cédvélinin pillélérini bir - bir qalxıb. Uzun vé gérgin mübarizé hesabına desék, bir az trafaret, bir az da bésit séslénécék. Bés onda néyin hesabına? Siyasétçinin én üstün keyfiyyéti hér addımda qélébé çalmağı bacarmasında deyil, siyasétçinin én üstün keyfiyyéti hér addımda séhv etméméyi bacarmasınadadı. "İ.Qémbér séhv eléséydi, sataşardıq." Bunu isé mén yox, son on ildé Azérbaycanın satira vé yumor jurnalistikasındakı şéksiz birinciliyini qoruyub saxlamış M.Nazimoğlu hélé neçé il évvél yazmışdı. M.Nazimoğlu o vaxt "Aydınlıq" qézetindé işléyirdi vé İ.Qémbéré sataşmağa bu qézetin éşhédü - ehtiyacı var idi. Bu yerdé onu da deméyé mécburam ki, hér addımda séhv etméméyi bacarmamaq üçünsé dérin siyasi téfékkür vé sérişté azdı, bunun üçün hém dé siyasi intuisiya lazımdı ki, bu da artıq insanda sonradan qazanılan keyfiyyét deyil.

Bu gün onun siyasi karyerasının én önémli faktı reytinq cédvélinin birinci pillésindé qérar tutması yox, bu birinciliyin dayanıqlı olmasıdı. Nüfuzu qoruyub saxlamaq onu qazanmaqdan qat - qat çétindi. Bax, É.Elçibéylé İ.Qémbérin siyasi bioqrafiyalarının oxşarlığından danışarkén mén bunu nézérdé tuturdum. Elçibéyé qarşı çıxan Azérbaycan siyasétçilérindén heç birinin siyasi aqibéti uğurlu olmayıb. Bu, mistika donuna bürünmüş mülahizé deyil, kifayét qédér nümunéyé malik bir gerçéklikdi. Déqiq deyé bilmérém ki, heç yerdé dérc olunmayan, adi söhbét zamanı söylédiyi bir fikrini sitat gétirdiyimé göré R.Rövşén méni bağışlayacaq, yoxsa yox, amma bu yerdé mén hémin fikré tapınmadan keçiné bilmirém. R.Rövşén ménimlé söhbétlérinin birindé Azérbaycanın son dörd dövlét başçısını belé séciyyéléndirmişdi: "Vézirov bu xalqı tanımırdı, Mütéllibov bu xalqdan qorxurdu, Elçibéy bu xalqı sevirdi, Éliyevin bu xalqdan zéhlési gedir."

İ.Qémbérin Elçibéyé münasibétindé tékcé dosta, müéllimé vé yaxın silahdaşa olan münasibét dayanmırdı. Bir çox Azérbaycan siyasétçilérindén férqli olaraq, İ.Qémbér yaxşı başa düşürdü ki, Elçibéyé münasibét éslindé tarixé münasibétdi vé ona göré dé Elçibéylé münasibétlérdé séhvé yol vermék olmaz.

Ébülféz béy réhmété gedéndén iki il sonra "Hyatt Recensi" otelindé keçirilén "Elçibéy forumu"nun méruzéçisi, hélé neçé il évvél Azérbaycan demokratiyasının én fédakar dostu adlandırdığım İrena Lasota É.Elçibéy - İ.Qémbér müttéfiqliyini nézérdé tutaraq deyécékdi ki, dünya kommunizm sistemi dağılandan sonra meydana gélmiş postsovet vé postkommunist ölkélérin heç birindé bu qédér uzunömürlü siyasi müttéfiqlik nümunési yoxdu. Lakin hémin sözléri nüfuzlu tribunadan gur séslé, téréddüdsüz söyléméyé imkan verén bu uzunömürlü müttéfiqlik münasibétléri o qédér dé asan başa gélmémiş, bir - neçé ciddi böhran mérhélési yaşamışdı. Razılaşın ki, varisi olduğun adamla eyni vaxtda, eyni siyasi arenada birgé siyasi féaliyyétlé méşğul olmaq çox çétindi. Hém séléf, hém dé xéléf üçün.

Birinci böhran Ébülféz béy Kélékidén géléndén sonra Demokratik Konqresé sédrlik mésélésindé yarandı. Müsavatçılar vé cébhéçilér heç bir kompromisi yaxına buraxmaq istémirdilér. Zahirén belé görünürdü ki, hér iki lider az qala öz téşkilatlarının girovuna çevrilmék qarşısındadı. Hémin vaxt İ.Qémbér "É.Elçibéylé ménim aramda héll edilmési mümkün olmayan problem yoxdu" - deyé métbuata açıqlama veréndé ağıllı adamların hamısı başa düşdü ki, böhran arzuolunmaz néticéléré gétirib çıxarmayacaq. İkinci böhran situasiyası 1998 - ci ilin prezident seçkiléri éréfésindé yaranmışdı. Azérbaycanın son on illik siyasi tarixindé Xalq Cébhési - Müsavat Partiyası müttéfiqliyi séviyyésindé ikinci bir müttéfiqlik nümunésinin mövcudluğu yéqin ki, heç kimé mélum deyil. Amma buna baxmayaraq, cébhéçilér vé müsavatçılar bu iki téşkilatın vahid namizédinin müéyyénléşdirilmésindé heç bir güzéşté getméyécék qédér aqressiv idilér. İ.Qémbérin bu défé méséléyé münasibéti belé oldu: "İsténilén halda seçki bülletenindé ya Ébülféz béyin, ya da ménim adım olacaq".

Cébhéçiléri vé müsavatçıları bütün böhran situasiyalarının baiskarı etmékdé az qala günaha batıram. Amma nézéré almaq lazımdır ki, Demokratiya Uğrunda Böyük Birliyin (DUBB - un) yaranmasına gétirib çıxaran növbéti ciddi bir böhran situasiyası méhz onların ovqatını ifadé etmédiyiné vé ciddi narazılıqlarına sébéb olduğuna göré dérinléşmédi. Mén bu böhran situasiyalarında téréflérin iréli sürdüyü arqumentlér üzérindé uzun - uzadı dayanmaq, hémin böhranların yaranmasında kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq fikrindén uzağam. Éslindé bu heç bizim yazının predmeti dé deyil. Amma bir şeyi demék istéyirém ki, Ébülféz béylé İ.Qémbér arasında çox mübahisélér, konkret méséléléré münasibétdé çox mövqe férqléri olub. Éksér hallarda bu ziddiyyétlér yuxarıdakı böhran situasiyalarında olduğu kimi heç vaxt ictimai müzakiré predmetiné çevrilméyib, öz aralarında héll olunub.

Növbéti böhran situasiyası isé Ébülféz béy Ankarada xésté yatarkén baş verdi. Égér évvélki böhran situasiyalarının téréfléri cébhéçilérlé müsavatçılar vé yaxud liderlérin özlériydisé, bu défé az qala İ.Qémbérlé cébhéçilér üz - üzé qalası olacaqdı. Liderlérimizin sağlıq durumu barédé héqiqétlérin gizlédilmési bizim mentalitet problemimizdi vé hémin vaxt çox tééssüf ki, Elçibéylé bağlı héqiqétlér dé ictimaiyyétdén gizlédilirdi. Lakin yalan danışmaq vérdişi olmayan İ.Qémbér onu ziyarét edib géléndén sonra keçirdiyi brifinqdé müdrik çıxış yolu tapa bildi: "Elçibéy dostlarının arzuladığından pis, düşménlérinin arzuladığından yaxşıdı". Hétta bu qédér ehtiyatla deyilén sözdén, ustalıqla gizlédilén héqiqétdén sonra belé onun ünvanına ittihamlar séslénméyé başladı. É.Elçibéy - İ.Qémbér müttéfiqliyini pozmaq hakim klanın planlarında heç vaxt ikinci dérécéli mésélé olmadığına göré, şübhésiz, hakim tébliğat maşını da belé héssas bir méqamı éldén buraxa bilmézdi. O vaxt tééssüf ki, Elçibéyin bir çox fanatları bu tébliğat maşınının télésiné düşmüşdü. Xoşbéxtlikdén, hémin söz deyilérkén Béy hélé anlaqlıydı vé öz siyasi varisinin onun séhhéti barédé söylédiklériné verdiyi aşağıdakı reaksiya ilé bütün söz - söhbété son qoydu: "Tamamilé doğru deyib."

* * *

Yuxarıda qeyd etmişdim ki, yüksék intuisiya hissi İ.Qémbérin anadangélmé keyfiyyétidir vé onun siyasi yüksélişindé heç dé axırıncı rol oynamayıb. 1993 - cü ilin aprelindé Füzuli rayonunda yaranan hérbi böhranın aradan qaldırılmasında da onun köméyiné elé bu intuisiya çatdı. Erménilér Füzuli étrafındakı Méngélénata yüksékliyini élé keçirmişdi, şéhérin tam süqutu günlérin yox, saatların mésélésiydi. Ali Sovetin sédri belé çétin bir méqamda hérbi éméliyyat meydanına getméyé qérar verdi. Bakıdan Füzuliyédék bütün yolboyu ona erménilérin artıq şéhéri işğal etméléri barédé çeşidli mélumatlar gélirdi. Füzulinin girécéyindé isé "satdılar", "satdılar" deyérék panika véziyyétindé şéhéri térk edén ésgérlérimizlé qarşılaşdı. Zabit Ali Sovetin sédrinin yanına qaçaraq "İsa béy, hara gedirsén, şéhér artıq erménilérin élindédi" - deyé israr etméyé başlayanda İ.Qémbér ona geriyé qayıdıb şéhérin müdafié etmék barédé göstériş verdi. " Bu mümkünsüzdü" deyén zabité isé buz kimi soyuq sésiylé sért cavab verdi: "Onda mén gedirém, égér ordan sağ çıxsam, séninlé özüm haqq-hesab çékécém, yox, sağ çıxmasam férari bir zabitlé haqq-hesab çékméyé bu mémléklékétdé kimsé tapılacaq". Bu sözdén sonra hémin zabit öz başıpozuq ésgérlérinin bir qismi ilé onun arxasınca getméyé mécbur oldu. Ali Sovetin sédri şéhéré girérékén Füzulidé erméni ésgérléri yoxuydu. Amma rabité şöbésindéki telefonçu qızdan başqa şéhérdé bir néfér dé olsun azérbaycanlı da qalmamışdı.

İ.Qémbér Füzulinin müdafiésini téşkil edib geri qayıdandan bir müddét sonra soruşdum ki, hémin vaxt büsbütün erménilérin élindé olduğu şübhé doğurmayan (çünki bunu tékcé özüné béraét qazandırmaq istéyén zabit danışmırdı, müxtélif ménbélérdén gélén bütün mélumatlar tésdiq edirdi) bir yeré getméyé onu hansı hiss vadar etmişdi? Mén déqiq bilirdim ki, İ.Qémbérin xalq, Vétén sevgisi hér cür romantikadan, pafos vé patetikadan uzaqdı vé Müsavat Başqanı XX ésrin céngavérlik ésri olmadığını bilméyécék qédér sadélövh deyil. Cavabı çox lakonik oldu: "İntuisiya deyirdi ki, şéhér işğal olunmayıb". İnsafén, icra başçısı da şéhérin müdafiésinin hélé gec olmaması fikrindé israrlıydı.

4 iyun hadisélérinin qızğın çağlarında isé ona müxtélif ménbélérdén tezliklé ölkéni térk etmésé öldürülécéyi ilé bağlı xébérlér çatdırılırdı. Hétta bir défé yaxın hérékat yoldaşlarından biri dé bu xébérlé onun yanına gélmişdi. Hémin gérgin günlérdé İ.Qémbérin öldürülmésiné “fitva” verilmési olduqca ağlabatan vé şübhé doğurmayan bir versiyaydı. Lakin belé xébérlérin bu qédér ardıcıl vé intensiv şékildé ona çatdırılması sübut edirdi ki, éslindé söhbét yüksék séviyyédé hazırlanmış téxribat vé şantajdan gedir. Görünür, istedadlı tayfa jurnalistinin “bu İsayla neyléyécéyik” dilemmasını héll etmék üçün yaxşı fürsét düşdüyünü zénn etmişdilér. İ.Qémbér onda ölkédén getséydi, onun fiziki olmasa da, siyasi ölümü yüz faiz gerçékléşécékdi. O, fiziki ölümü, siyasi ölümdén üstün tutaraq mémlékéti térk etmédi.

* * *

Bir défé jurnalistlérdén biri onu fleqmatiklér psixoloji tipiné aid edérkén "yox, mén sanqvinikém" deyé cavab almışdı. Bu fleqmatik söhbéti tékcé hémin jurnalistin réyi vé séhvi deyil, Müsavat Başqanını yaxından, ya uzaqdan tanıyan çoxlarının yanlış qénaétidi. Éslindé bu qénaétin yaranmasının İ.Qémbérin davranışından qaynaqlanan real sébébléri var. Ménim indi çékécéyim başqa bir misalın müqabilindé hémin o jurnalistin yanlış qénaéti toya getmélidi.

Neçé il évvél ölkénin şimal bölgésindén, séhv etmirémsé, Quba rayonundan İ.Qémbérin yanına bir qoca kişi gélmişdi. Hémin qoca Müsavat Başqanına xeyli sayğı vé sevgiléri olduğunu bildirérék, onun bütün siyasi féaliyyétini izlédiyini söylémişdi. Ayrılıq méqamı çatanda isé İ.Qémbérdén soruşmuşdu ki, "İsa béy, mén sizinçün neyléyim, né kömék edim?" "Heç né, elé orda - burda Müsavat Partiyasını tébliğ eléséz, bizé böyük kömékdi." Qocanın bu sözé verdiyi cavab çox orijinal olmuşdu: "Tébliğ eléyirém, İsa béy, çox tébliğ eléyirém. Harda otururam deyirém ki, o ésl Mircéfér Bağırovdu ki var".

Özüné hakim olmağı bacarmaq çox az - az insanlarda rast gélinén nadir keyfiyyétdi. Ola bilsin ki, bu keyfiyyétin yoxluğu bir çox sahélérdé öz planlarını gerçékléşdirmék üçün béşér övladına qétiyyén mane olmur. Amma razılaşın ki, siyasétdé, xüsusilé böyük siyasétdé bu hissiz keçinmék çétin, éksér hallarda isé mümkünsüzdü. Özüné hakimlik hissiné sahiblik Müsavat Başqanının xarakterinin çox önémli bir cizgisidi. Elé bir cizgisi ki, onun hém téréfdarlarını, hém opponentlérini heyrété salan sébri, témkini vé bézi başqa xüsusiyyétléri méhz bundan qaynaqlarnır. Én emosional, én çıxılmaz situasiyalarda belé mén bircé défé dé onun témkinini itirdiyinin şahidi olmamışam. Müsavat Başqanının hirslénmésini, sésinin ahéngini qaldırıb kiminsé üstüné qışqırmasını gördüm deyén bir kimsé tapılmaz. Bu o demék deyil ki, İ.Qémbér, ümumiyyétlé, hirslénmir, yox! Onun hirslénmésinin sifétinin hansı cizgisindén mélum olduğunu mén déqiq bilirém, sadécé olaraq yazmağa qorxuram ki, bundan sonra İ.Qémbéri görénlér gözlérini onun üzüné zilléyib bu anı tutmaq kimi ménasız bir işlé méşğul olacaqlar. Mén hémin anı 1993 - cü ilin 8 - 9 iyun tarixli parlament iclasında tutmuşdum. İ.Qémbér bu iclasda 4 iyunda üzériné düşén missiyanı méharétlé yeriné yetirdi vé qiyamın parlamentdé legitimléşdirilmésinin qarşısını aldı. Ali Sovetin évvélki térkibinin dé qatıldığı sözügedén iclasın séhéri günü yazmışdım ki, İ.Qémbér düz iki gün bütün parlamenté qarşı faktiki olaraq tékbaşına mübarizé apardı vé qalib géldi.

Onun témkini, hadiséléré soyuqqanlı münasibéti, én gérgin anlarda belé özünü itirmédén hér işi soyuq, ayıq başla, sağlam vé démir méntiqlé téhlil edib yol göstérmék bacarığının 20 yanvar hadiséléri éréfésindé dé şahidi olmuşam. AXC - nin Akademiyanın dairévi iclas zalında keçirdiyi 6 - 7 yanvar 1990 - cı il tarixli konfransındakı méşhur çıxışını hém dinlémiş, hém dé bir çox illér keçéndén sonra oxumuşam. O dövrdé yaranmış ictimai - siyasi durumun mümkün inkişaf tendensiyasını İ.Qémbér riyazi déqiqliklé açıb göstérmişdi. Lakin bütün cémiyyétlérdé vé bütün tarixi dövrlérdé olduğu kimi bu défé dé ictimai télatümlérin gurultusu praqmatiklérin sésini eşidilméz etdi.

İ.Qémbérin dillérdé dastan olan témkini barédé saysız - hesabsız siyasi situasiyalardan elé saysız - hesabsız da misallar gétirmék olar. Amma témkinli vé soyuqqanlı olmaq Müsavat Başqanının yalnız çétin vé ağır mübarizé illérindé yiyéléndiyi siyasi davranış norması deyil, bir az anadangélmé, bir az da özünütélqinlé formalaşdırdığı xarakter cizgisidi.

H.Éliyev İ.Qémbérlé mübarizédé öz arsenalında olan, yuxarıda sadaladığım vé sadalamadığım bütün vasitélérdén fasilésiz olaraq istifadé edib. Tayfa métbuatı bu on ildé demék olar ki, hér gün onun haqqında şér vé böhtan yazıb, onu én abırsız ifadélérlé téhqir edib. Tayfa ideoloqları vé tayfa deputatları hér addımbaşı onu çeşidli - çeşidli lotayır söyüşlérlé söyüb. Özünün, ailésinin, çoxdan haqq dünyasında olan valideynlérinin ünvanına héqarétli sözlér işlédib, tayfa başçısı özü onu vé silahdaşlarını ésilsiz – köksüz (taleyin ironiyasına bax!) insanlar adlandırıb. Tééssüf ki, bir sıra hallarda bu şér vé böhtan yarışına İ.Qémbéri özüné ciddi réqib hesab edén muxalifét ménsubları da qoşulublar. Bütün bunların müqabilindé hélé heç bir jurnalist bircé défé dé olsun Müsavat Başqanından hér hansı qeyri - etik söz qopara bilméyib, mén belé bir lüğétdénkénar sözü adi söhbét zamanı da onun dilindén eşitmémişém. Bu né xarakterdi, axı?! Sébrin vé témkinin bir sérhéddi olmalıdı, ya yox?! Mén başa düşürém ki, söymék, téhqiré keçmék zéiflik élamétidi. Başa düşürém ki, İ.Qémbérin gücündén qorxmasaydılar onu söymék, téhqir etmék üçün muzdlu insanlar tutmazdılar, muzdlu téşkilatlar yaratmazdılar. Heç bir klanı, tayfası olmayan, azğınlaşmış, harınlaşmış, méqsédléri naminé baş késmékdén belé çékinméyén bu insanaqénim tayfayla mübarizédé intellekti vé siyasi sériştésindén, bir dé istisnasız olaraq méhz hémin keyfiyyétlériné göré qazandığı xalq sevgisindén başqa heç bir himayéçisi olmayan bu insanı siyasi séhnédén çıxarmaq üçün milyardlarından belé keçméyé hazır olmazdılar. Çünki İ.Qémbérsiz Azérbaycanda klan öz hakimiyyétiné hélé ki heç bir téhlüké görmür.

Méni hissé qapılmaqda vé lüzumsuz pafosda qınamayın, yalanın, riyakarlığın vé yaltaqlığın ictimai normaya çevrildiyi bir cémiyyétdé İ.Qémbérin mövcudluğu vé bu qédér güc toplaya bilmési téskinlik yaradır ki, bütün bunlar mentalitet mésélési deyil, bütün bunlar bir hakimiyyét hérisinin cémiyyété yoluxdurduğu ictimai virusdu. Amma tibbi xéstéliklérdén férqli olaraq ictimai xéstélikléri tékcé vaxtından gec yox, hém dé vaxtından tez müalicé edéndé éks effekt verir. Tésadüfi deyil ki, ölkénin çox istedadlı bir siyasi publisisti İ.Qémbérin siyasi portretini yazarkén ona "Méqam gözléntisi" adını vermişdi. Bax Müsavat Başqanının hélé ki susması vé héddini aşan témkini çox güman ki, bununla bağlıdı. Alman yazıçısı Feyxtvanger deyirdi ki, hirslénéndé qışqıran adamlar gülünc, hirslénéndé susan adamlar qorxulu olurlar.

Bütün bunlaradan sonra mélum olur ki, niyé bir çoxları yanlış olaraq İ.Qémbéri fleqmatik deyé tamamilé férqli psixoloji tipé aid edirlér. Vé yaxud né üçün onu dünyagörüşüné, siyasi prinsiplériné, héyata baxışına göré özündén yüz séksén dérécé éks qütbdé dayanan birisiné bénzédirlér. Éslindé isé insanlarla münasibétlérdé qazandýđý uđurlarýn kökünü siyasi portretinin görünméyén téréflérindé axtarmaq lazýmdý. "İnsanların on faizi bütün hallarda müsbét, on faizi ménfi xüsusiyyétléré malikdi. Qalan séksén faizi isé yaxşı situasiyada, xoş münasibét şéraitindé yaxşı, pis situasiyaya düşéndé, pis münasibét göréndé elé pis dé olurlar. "Séhv etmirémsé, İ.Qémbér bu sözléri adamlarla iţléméyin ésas düsturu sayýla bilécék métbuatda da deyib vé ola bilsin ki, psixoanaliz kontekstindé hémin fikirdé müéyyén qüsurlu méqamlar da tapmaq olar. Amma siyasétţünaslýđýn da bir télim kimi predmeti insan münasibétléridi vé insana sosial varlıq kimi yanaşdıqda hémin fikré etiraz etmék xeyli çétinléşir.

Bu gün heç bir maliyyé oliqarxlarına bağlılığı olmayan, tayfasız vé klansız İ.Qémbérin cémiyyétdé bu qédér geniş elektorata malik olmasında, ölkénin bütün regionlarında, féhlédén, kéndlidén tutmuş én yüksék ziyalı elitasına qédér bütün sosial tébéqélérindé güclü téréfdarlar toplaya bilmésindé méhz bu yanaşmanın rolu heç dé axırıncı olmayıb (méni “klansız”, “tayfasız” kélmélérini tez – tez işlétmékdé qınamayın, belé bağlılıqlar olmadan néinki fenomenal, hétta adi uğurlar qazanmağın mümkünsüzlüyü bugünkü Azérbaycan siyasi mühitinin acı gerçékliyidi). Onun adamlara münasibéti, insanlarla davranış médéniyyétinin aliliyi barédé cémiyyétdé én çeşidli pritçalar dolaşır. Mén hélé neçé il évvél yazmışdım ki, taleyiné uzun müstémlékéçilik dövrü yaşamaq qismét olmuş bir sıra xalqlar kimi Azérbaycan xalqı da iki mentalitetlidi. İ.Qémbér milli demokratik düşérgéni témsil edén liderlér arasında bélké dé yegané şéxsdi ki, hér iki mentalitet daşıyıcıları onu özününkü sayır. Yüksék téhsiliné, zéngin mütaliésiné, qérb médéniyyétini tam ménada ménimsémésiné göré cémiyyétin sayca az, amma etiraf edék ki, intellektual potensial baxımından daha üstün xüsusi çékiyé malik késimi dé, bütün varlığıyla xalqın adét - énénélériné bağlılığına vé azérbaycanlı psixologiyasının daşıyıcısı olduğuna göré çoxluq da ona doğma adam kimi yanaşır. Hér iki mentalitetin daşıyıcısı olan ziyalıların İ.Qémbéré hédsiz réğbétisé ayrıca söhbétin mövzusudu. Hétta bu gün iqtidar düşérgésindé olduğuna göré öz réğbétini açıq şékildé bildirméyé çékinénlér dé fürsét düşén ilk méqamda bunu etiraf etméyé sanki télésirlér. Mén uzun zaman bu réğbétin sirrini İ.Qémbérin méhz davranış médéniyyétindé görürdüm. Bir - neçé nüfuzlu ziyalı méclislérindé vé toplantılarında onun çıxışlarını vé ziyalılara yönélik mesajlarını eşidéndé yanıldığımı başa düşdüm. Bu heç onun ziyalının cémiyyétdéki rolu, mövqeyi, ziyalı - dövlét münasibétléri barédé olduqca orijinal vé faydalı fikirlérindén dé, bir - neçé il évvél V.İbrahimoğluna verdiyi müsahibédé cémiyyétin bu én héssas probleminin hélli reseptini çox déqiq göstérmésindén dé qaynaqlanmırdı.

"Amal" Ziyalı Hérékatının tésis yığıncağında, déyérli ziyalımız X.Élimirzéyevin 70 illik yubileyindéki çıxışları tékcé dérin mézmunuyla yox, hém dé ziyalılara ünvanlanmış incé eyhamlar, bézén dé késkin iradlarla éks - séda yaratmışdı. Amma bu eyhamlar né qédér incé, bu iradlar né qédér sért olsa da heç kimin ruhu belé incimémişdi. Çünki o özü mahiyyéti, varlığı etibarıyla büsbütün ziyalıdı vé én késkin fikirlérini belé ziyalı kimi deméyi çox yaxşı bacarır. Bax ziyalıların Müsavat Başqanına isti münasibétinin kökündé birinci növbédé méhz bu amil dayanır.

Hélé hakimiyyét vaxtı ménimlé olan söhbétlérinin birindé İ.Qémbér demişdi ki, ménim işdén çıxartdığım adamlar heç méndén incimirlér. Bu Pénah Hüseynovun véziféyé qoyduğu adamlar da ondan narazıdı, harda géldi dalınca danışırlar. Sözümün séhv yozulmaması üçün elé burdaca bir haşiyé çıxıb demék istéyirém ki, ménim, elé İ.Qémbérin özünün dé P.Hüseynov haqqında fikirléri ictimai réyin ona münasibétindén tamamilé férqlidi. Azérbaycan ictimai réyi heç vaxt heç kimé qarşı P.Hüseynova qarşı olduğu qédér édalétsiz olmayıb.

 İ.Qémbér Ali Sovetin sédri işléyérkén Bakı şéhér meri, xétrini héddindén artıq çox istédiyim réhmétlik R.Gülmémmédovla onun bir söhbétinin şahidi olmuşam. Azérbaycanın ölméz sénétkarı V.Mustafazadénin qızı, istedadlı vé dünyaca méşhur É.Mustafazadénin ménzil problemiylé bağlı söhbét gedirdi. Bir - iki héfté évvél ona técili ménzil verilmésiylé bağlı Rauf béyé göstériş verilsé dé, problem héll olunmamışdı. Onda İ.Qémbér yené dé buz kimi soyuq sésiylé şéhér meriné elé - belécé dedi: "Siz bu méséléni niyé léngidirsiniz? Axı birdén o inciyib ölkédén getsé, onun yeriné özünüz oxuya bilécéksiz?" İkinci défé tékrarladığım bu "buz kimi soyuq sés" ifadési méné méxsus deyil. Milli hökümétin nazirlérindén biri hansısa problemi héll etmék istéyérkén İ.Qémbérdén xahiş etmişdi ki, Siz filan sözü filankésé buz kimi soyuq sésiniz var ha, o séslé deyin, onda bu iş dérhal düzélécék. Ézizé xanımın da ménzil problemi hémin söhbétdén bir neçé gün sonra héll edildi.

Réhbérlik etdiyi partiyanı avtoritar üsullarla idaré etmési barédé arada gézén bézi söhbétlér dé éslindé onun xarakterindéki bir az évvél dé söz açdýđým  vé yené tékrarlamađa mécbur olduđum bu keyfiyyétlérdén qidalanır vé hétta yuxarıda söylédiyim ritorik héddé qédér - M.C.Bağırovla müqayisé héddiné qédér qol - budaq atır. İ.Qémbérin idaréçiliyindé héqiqétén avtoritarizm meyli hiss olunur, amma bu inzibati üsullara söykénén avtoritarizm yox, nüfuzun avtoritarizmidir. Avtoritar liderlér intellektuallardan qorxduqları qédér heç kimdén vé heç nédén qorxmurlar. İntellektualları öz komandalarına yaxın buraxmır, onları gücléri çatan héddé qédér zérérsizléşdirirlér - ya méhv edir, ya didérgin salır, ya da satın alırlar. Müsavat Başqanının yaratdığı komandanın intellektuallar komandası olduğunu hétta onun opponentléri dé défélérlé etiraf ediblér. O, bu insanlardan néinki uzaq gézméyé çalışır, çox vaxt onları özü axtarıb tapır vé komandasına daxil edir.

Bu gün Müsavat Partiyası tékcé üzvlérinin sayına vé gücüné göré ölkénin birinci siyasi téşkilatı deyil, hém dé Azérbaycan cémiyyétini fasilésiz olaraq yeni ideyalarla zénginléşdirén, onu sanki ardıcıl şékildé sağlam ictimai - siyasi disskussiya meydanına çevirén daimi mühérrikdi. Partiyanın 1997 - ci ildé qébul olunan yeni proqramı éréfésindé Müsavatın millétçi vé liberal qanadlarının dartışması az keçmédi ki, kuluarlardan iclas zallarına, ordan da métbuat séhifélériné yol açdı. Mésélé o qédér böyüdü, elé geniş miqyas aldı ki, artıq bir partiyanın ideoloqları yox, bütövlükdé cémiyyétin bütün intellektual potensialı bu disskussiyaya célb edildi. O vaxt ölkénin siyasi nébzi hémin polemikanın şiddétiné uyğun vururdu. Bir neçé il sonra isé Müsavat daxilindé keçirilén ilkin seçki cémiyyétin énénévi sükutunu pozdu. Bu, Azérbaycan cémiyyéti vé siyasi héyatı üçün çox önémli bir yenilik idi vé yalnız Müsavatın éleyhiné yazmaq xétriné mövcud olan bir sıra métbuat orqanlarının qérézli münasibétiné réğmén, heç şübhésiz, hém ölké daxilindé, hém dé beynélxalq alémdé téşkilata évézsiz siyasi divident gétirdi. Néhayét, partiyanın düz iki ay bütün siyasi elitanın vé métbuatın aparıcı müzakiré mövzusuna çevrilmiş sonuncu qurultayını yada salın. Sonralar hém dé Müsavat Partiyasına qarşı çıxmaq méqsédiylé yaradılmış bir "partiya"nın réhbéri olmuş birisi hémin vaxt etiraf etméyé mécbur olmuşdu ki, hétta bu partiyanın Méclisiné keçirilén seçkilér bir - neçé aydı ki, bütün cémiyyétdé böyük ajiotaj yaradıb.

İ.Qémbérin siyasi féaliyyétinin mühüm mérhélélérindén biri dé onun tarixé “22 oktyabr téklifléri” adıyla düşmüş méşhur téşébbüsüdü. Cémiyyétdé müxalifétin inteqrasiyasına böyük sosial sifarişin olduğunu görén Müsavat Başqanı bu défé dé mésuliyyéti öz çiyniné götürdü. Ümumiyyétlé, çétin vé hélledici méqamlarda én ağır mésuliyyétin altına girmék vé téşébbüsü öz üzériné götürmék onun siyasi portretinin daha bir önémli cizgisidi. Bu téşébbüs dé cémiyyété böyük impuls verdi, müxalifétiin inteqrasiyası istiqamétindé hémin vaxtadék analoqu olmayan real néticélér éldé edildi. 30-dan çox partiyanın daxil olduğu “Birléşmiş Müxalifét Hérékatı” yarandı vé mühüm bir tarixi mérhélédé siyasi proseslérin gedişini diqté etdi. Bir müddét sonra “22 oktyabr téklifléri”ndén danışan İ.Qémbér deyécék ki, "méni daha çox sonuncu téklifin gerçékléşdirilmési üsulunun özü maraqlandırırdı. Cémiyyéti demokratik vérdişléré alışdırmaq da Müsavatın ésas missiyalarından biridi". Nézérinizé çatdırım ki, söhbét prezident seçkilérindé müxalifétin vahid namizédinin ilkin seçki yoluyla müéyyénléşdirilmésindén gedir. İ.Qémbér Müsavat daxilindé sınaqdan çıxartdığı demokratik prosedurları bütün cémiyyété dé tétbiq etmék istéyirdi. Lakin bir çox lap açýđý siyasi liderlér buna getmékdén çékindilér. Én liberal cémiyyétlér belé köklü islahatlara vé yenilikléré qarşı münasibétdé kifayét qédér mühafizékardı. Amma xalqın héyati éhémiyyétli bir probleminin én obyektiv vé én édalétli hélliné onun öz liderléri müqavimét göstérirsé, bunun adı artıq mühafizékarlıq yox, né isé başqa şeydi.

Müsavat tarixinin İ.Qémbér mérhélésiylé bağlı gétirdiyim yuxarıdakı xatırlamalarda ésas méqsédim heç dé onun demokratik téfékkür térziné malik bir lider olduğunu sübut etmék deyil. Né Azérbaycan cémiyyétinin, né dé beynélxalq ictimaiyyétin belé bir sübuta ehtiyacı var. Bu xatırlamalarda ménim ésas méqsédim Müsavatı parçalamaq, zéiflétmék naminé hérékété gétirilén total şér, böhtan, şantaj, zorakılıq vé satqınlıq apratının var gücüylé, fasilésiz olaraq işlémésiné baxmayaraq bu partiyanın ilbéil, günbégün böyümési, güclénmési fenomeniné aydınlıq gétirmékdi. İ.Qémbérin nüfuzun avtoritarizminé söykénén demokratik vé şéffaf idaréetmé metodu bu fenomenin lakonik formuludu. Müsavatdaxili dartışmalar bézén né qédér barışmaz hal alırdısa, azad seçki réqabéti bir sıra méqamlarda öz éndazésini aşırdısa belé bu bütövlükdé téşkilat üçün témizléyici filtr rolu oynayır, ona néfés verirdi. Bir yandan günbégün böyüyén partiyanın bütün potensialı hérékété gétirilir, insanlara öz qabliyyétlérini sınamağa, öz ambisiyalarını gerçékléşdirméyé şans verilir, digér téréfdén uzun müxalifétçilik dövrünün cansıxıcı yeknésékliyiné bir réngarénglik qatılırdı. Dondurulmuş problemlérin, ört - basdır edilmiş narazılıqların évvél - axır partlayışa gétirib çıxaracağı barédé cémiyyétşünaslıq elminin öyrétdiklérinin isténilén téşkilat daxilindé tékrarlanmaq ehtimalının mümkünlüyünü İ.Qémbér çox yaxşı bildiyindén partiyanı qorumaq üçün cilovu tarım çékméyin perspektiviné haqlı olaraq bel bağlamırdı. Partiyanı intellektual mübarizé, azad réqabét meydanına sürükléyib onu ordan daha sağlam, daha monolit şékildé çıxarmaq üçün Müsavat Başqanının özü yetérincé güc vé intellekt sahibidi. Ona göré dé hér défé Müsavatda bu cür qeyri - standart proseslér başlayan vaxtı hakimiyyét ideoloqlarının vé ekspertlérinin iqtidar métbuatının manşetlérini bézéyén növbéti parçalanma proqnozları elé proqnoz olaraq da qalırdı. Hélé ki bu mémlékétdé hémin proqnozların bircéciyinin dé doğrulduğuna şahidlik edécék bir kimsé tapmaq mümkün deyil. Milli demokratik qüvvélér arasında yalnız İ.Qémbéri ağıllı vé perspektivli siyasétçi hesab edén, isténilén méséléyé, problemé özünün özél vé qeyri - standart münasibétiylé seçilén réhmétlik Ziya Bünyadov deyéndé ki, İ.Qémbér sayan yox, hesablayan siyasétçidi, min défé haqlıydı. Başladığı işin néticésini évvélcédén düzgün hesablamağı bacarmaq Müsavat Başqanının siyasi potensialının vé gücünün çox mühüm bir kompanentidir.

İ.Qémbér féaliyyétindé "siyasét hém dé kompromislér sénétidir" tezisi hémişé ön planda olub. Bir sıra méqamlarda hétta én yaxın silahdaşları belé onu kompromisé ifrat meyllilikdé suçlayıblar. Lakin o, "müxalifétdé vé iqtidarda olmağın hér birinin öz oyun qaydaları var" sözlérini tékrarlamağı çox sevir. Onun én çétin anlarda, én mürékkéb şéraitlérdé xüsusi qérar qébuletmé texnologiyası var. Çoxlarının çıxılmaz situasiya kimi déyérléndirdiyi, hamını qane edécék çıxış yolunun görünmédiyi bir çox mésélélér bézén sanki öz - özüné héll olunur. O, hér hansı bir qérarı vaxtından tez vé gec qébul etméyi qétiyyén xoşlamır. Müsavat Méclisinin növbéti iclaslarından birinin éréfésindé Méclisdé müzakiré olunası bir - neçé qéliz mésélé barésindé hér gün partiya réhbérliyindé müéyyén fikir mübadilési aparılır (o, néticélérini nézéré almayacağını évvélcédén déqiq bildiyi hallarda belé én adi qérarları müzakirésiz qébul etmir), réylér öyrénilirdi. Amma Başqanın mésélé ilé bağlı mövqeyini heç kim bilmédiyi üçün kimsé onun réyinin necé olduğunu soruşdu. Hémin vaxt bu sétirlérin müéllifinin "né darıxırsınız, Méclisin yığıncağı başlayan déqiqédé Başqanın réyini öyrénécéyik" atmacası deyésén, heç onun xoşuna gélmémişdi.

 İ.Qémbérin praqmatizmi vé demokratizmi barédé yuxarıda kifayét qédér geniş danışdıq. Onun xalqın vé ölkénin taleyinin çétin anlarında, sınaq méqamlarında öz sözünü deméyi bacarması, lazım géléndé én qatı radikallara belé nümuné ola bilécék radikallığı haqqında da bés deyincé misallar söylédik. Ümumiyyétlé, Müsavat Başqanının bütün anlamlarda söz demék méharéti ayrıca bir söhbétin mövzusudu. Hém dé bu méharét tékcé iti vé dérin téfékkürün méhsulu sayılan hazırcavablıqdan ibarét deyil. Aldıqları müsahibéni diktofondan köçürmék jurnalistlérin xoşlamadıqları méşğuliyyét növüdü. Üstélik, müsahib aydın vé sélis nitq sahibi deyilsé, qarışıq vé dolaşıq cümlélérlé danışırsa, bu lap zéhlétökén bir işé çevrilir. Bu ménada da o, jurnalistlér üçün çox rahat vé élverişli müsahibdi.

Amma Müsavat Başqanı hém dé çoxları téréfindén demék olar ki, heç vaxt müşahidé edilméyén bir keyfiyyétin - lazım olanda isténilén mésélé étrafında né qédér istésén danışmaq, amma heç né demémék kimi unikal bir keyfiyyétin dé sahibidir. Siyasétdé, elé héyatın özündé dé bézén fikri gizlétmék onu söylémékdén, hansısa konkret méséléyé birménalı münasibét bildirmékdén ustalıqla yayınmaq bu münasibéti bildirmékdén daha çox fayda gétirir.

Bir défé ORT kanalında Rusiya telekanallarının Azérbaycanda yayımlanmasının méqsédéuyğun olub – olmamasına hésr edilmiş bir veriliş gedirdi. İş elé gétirdi ki, Azérbaycan siyasétçilérinin vé ekspertlérinin bu barédéki réylériné geniş yer ayrılan hémin verilişé mén Ali Sovetin sédri İ.Qémbérin kabinetindé baxası oldum. Aparıcının "Rusiya kanalları Azérbaycana lazımdırmı?" sualına İ.Qémbérin cavabını dinlédikdén sonra eyni sualı mén dé tékrar ona ünvanlayası oldum:"Rusiya kanalları bizé lazımdır, yoxsa yox?" O, ménim sualımın méqsédini başa düşdü vé gülümsédi.

* * *

Bilirsinizmi sonuncu İran inqilabının şüarları né idi? “Amerikaya ölüm, Şuréviyé ölüm!”, “Amerika pisdi, Şurévi pisdi, İngilis hér ikisindén pisdi!” Bu, soyuq müharibé dövrünün ésas félséfésiné, démir méntiqiné vé sért gerçékliyiné uyğun gélméyén bir mövqe idi. Mövcud olmaq üçün iki superdövlétdén birinin yanında durmaq hémin dövrün yazılmamış ilk qaydasıydı. Lakin Xomeyni başa düşdü ki, bu qaydanı pozmaqla da mövcud olmaq mümkündü. O, öz gücüné arxayın deyildi, o, superdövlétlérin gücüné vé İranı heç véchlé bir - biriné güzéşté getméyécéklériné arxayın idi. “Réhbéri - milli” öz inqilabının téhlükésizliyini méhz bu méqamdan yararlanmaqla témin etméyé, sadécé olaraq, méhkum idi. Çünki onun inqilabı birbaşa “istismarçı” Amerikaya, radikal dini ideologiyası isé ateist Şuréviyé qarşı yönélmişdi.

Bu müqayisénin kimlér üçün né dérécédé mübaliğéli, kimlér üçünsé né qédér qüsurlu görünécéyini mén déqiq bilmirém. Amma ikiqütblü Azérbaycan siyasétinin bézi méqamlarına toxunmadan da ötüşmék istémirém. Çünki son on ildé bu ölkédé mövcud olan çeşidli siyasi qüvvélérin ya H.Éliyevin, ya da İ.Qémbérin yanında durmağa méhkum olmaları artıq mübaliğésiz vé qüsursuz faktdı. Müxtélif tarixi dönémlérdéki müxtélif situasiyalara ekskursiya etméklé bunu sübut etmék, hétta Xomeyni sindiromuna oxşar bir yox, bir neçé istisna da tapmaq çox asandı. Amma ménim siyasi ménsubiyyétim vé héssas seçkiqabağı mérhélédé yaşamağımız bu istiqamétdéki faktların çözülmésini mümkünsüz etdiyiné göré ümumi mühakimélérlé heç kimin başını ağrıtmaq istémir, bunu gélécéyin öhdésiné buraxıram.

Bu gün İ.Qémbér arasında AXCP vé bir sıra başqa iri téşkilatlar da olan 20 siyasi partiyanın vahid namizédi kimi prezident seçkilériné qatılıb. İndiyé kimi Azérbaycan siyasétindéki heç bir önémli fiqur öz étrafında bu qédér geniş koalisiya yarada bilméyib. Yéqin ki, “hémin partiyaların çoxu xırda partiyalardı” - deyé bu fakta dodaq büzénlér çox tapılacaq. Amma çoxsaylı xırda partiyaların mövcudluğu çagdaş Azérbaycan siyasi mühitinin obyektiv gerçékliyidi vé bütün iddialı liderlér bu gerçékliyin sért qanunlarına tabe olmağa mécburdular. Én kiçik bircé partiyanın müttéfiqliyini belé (bézén iki böyük partiyanın bir kiçik müttéfiqi dé olur) böyük hay – küylé tébliğ etméléri göstérir ki, tabe olurlar da. Mén istisna etmirém ki, H.Éliyev istéséydi 21 partiyanın namizédi ola bilérdi. Hétta égér mövcud partiyalar arasında bu qédérini tapa bilméséydi, yenilérini yaratmağa vé yaxud uydurmağa imkanı çatardı. Amma bu ona lazım deyildi, çünki H.Éliyev heç vaxt açıq siyasét meydanının siyasétçisi olmayıb. Muzdlu méddahların dünya miqyaslı fövqélbéşér siyasétçi adlandırdıqları YAP sédri siyasi müstévidé hémişé İ.Qémbéré uduzub. Arsenalındakı saysız – hesabsız üstünlüklériné baxmayaraq, o bütün qélébélérini sonuncu resursunun – zorakılıq resursunun köméyiylé qazanıb. Yuxarıda haqqında çox geniş danışdığım parlament debatı da, 1995 - ci ilin parlament, 1998 - ci ilin prezident, 1999 - cu ilin bélédiyyé seçkilérindé dé biz bunun şahidi olduq...

2000-ci ilin parlament seçkilérindé dé... Bu seçkilérdé Müsavat Partiyasının mütléq qélébési heç bir azérbaycanli vé Azérbaycanı tanıyan heç bir écnébi üçün sirr deyil. Amma H.Éliyev inzibati zorakılıq aparatını işé salandan sonra hémin seçkilérin néticélérini öz xeyriné saxtalaşdırdı. Yalan vé saxtakarlıq hémişé onun siyasi féaliyyétinin vé siyasétçi ömrünün ana xéttini téşkil edib. Bu da taleyin ironiyasındı! Bu gün éski “KQB” generalının ölümü dé yalandı, sağ olması da. Görünür, ömrünün son günlérindé onun başına Hollivudun én késkin süjetlérini belé kölgédé qoyan macéraların açılması da bu ömrün tébii vé qanunauyğun sonluğudu. Hélé dünyanın heç bir xalqı bu dérécédé téhqir olunmuş véziyyété düşméyib. Onun öz dövlét başçısının ölü, yoxsa diri, ölüsünün vé ya dirisinin harda olmasını bilmék hüququnu da élindén alıblar. Dünyanın heç bir hakimiyyéti, heç bir böyük dövléti azad téfékkür sahibi olan én kiçik bir xalqla da bu cür réftar edé bilmézdi. Buna heç bir superdövlétin césaréti çatmazdı. Yalnız müstémléké psixologiyasının daşıyıcısı olan xalqlar belé biabırçılığa vé téhqiré dözé bilérlér. Misir ésirliyindén qurtulmuş İsrail övladlarını qul psixologiyasından xilas edib, azad insana çevirmék üçün onları séhrada dolandıran Musa peyğémbéré qırx il vaxt lazım olmuşdu. M.É.Résulzadénin iki il, É.Elçibéyin bir il dadızdırdığı azadlıq isé Azérbaycan xalqını müstémléké psixologiyasından qurtarmağa bés etmédi. Ona göré dé Müsavat Başqanının “milli – demokratik qüvvélér XX ésrdé cémi üç il hakimiyyétdé olublar, XXI ésrdé isé cémi üç il müxalifétdé olacaqlar” fikrinin gerçékléşmési hém dé bu xalqın psixologiyasındakı problemlérin hélli baxımından çox vacibdi. Üstélik, bu gün Azérbaycan siyasi séhnésindé tékcé Azérbaycanın yox, hém dé bütün Mérkézi Asiyanın vé Yaxın Şérqin taleyi héll olunur. Bu bölgénin müasir demokratik déyérléré né dérécédé yiyélénécéyini burdakı proseslér müéyyénléşdirécék. Ona göré dé indi Avrasiya mékanında bir çox gözlér méhz Azérbaycana dikilib. Görünür, Türkiyénin nüfuzlu “Posta” qézetinin köşé yazarı Ömér Tarkan da İ.Qémbéri Avrasiyanın gözlédiyi lider adlandıranda diqqéti méhz bu méqama yönéltmék istéyib.

Mén yuxarıda H.Éliyevin 2000-ci ilin parlament seçkilérinin néticélérini öz xeyriné déyişdiyini, onun bütün siyasi ömrünün yalan vé saxtakarlıqdan ibarét olduğunu qeyd etdim. Sovet siyasi sisteminin yetişdirmési olan bir kimsédén bundan artığını gözlémék dé sadélövhlük olardı. Ona göré dé indi bunun sébébléri haqqında uzun – uzadı danışmağa sadécé olaraq, hévésim yoxdur. İndi méni tamam başqa mésélé maraqlandırır.

Hémin o sonuncu parlament seçkilérindén bir – neçé gün sonra Vidadini göréndé méni çox ésébi salamladı: “Pah atonnan, bu boyda da saxtakarlıq olar? Mén başa düşmürém ki, bu İsa Qémbér niyé sakit dayanıb, camaatı niyé qaldırmır?” Mén çox çalışdım bunun sébéblérini izah edim, amma onu inandıra bilmédim. Dostum hétta bir sıra ölkélérin tarixindéki bézi “variantlar”dan misal çékérék İ.Qémbéri heç cüré anlamadığını israr etmékdé davam etdi. Onda mén mécbur olub Vidadiyé bir misal çékdim.

Bir défé Müsavat daxilindé yaranmış gérgin bir situasiyada İ.Qémbér kompromis yoluyla böhranı aradan qaldırdı. Hémin vaxt onun bu kompromisi çoxlarının üréyincé olmamışdı. Bu barédé narazılığını ona açıq bildirénlérin biriné İ.Qémbér belé cavab vermişdi: “Vedréni finişé dolu çatdırmaq lazımdı.”

Sözümü qurtarandan sonra élavé etdim ki, 2000 - ci ilin parlament seçkiléri finiş deyildi, finiş xéttinin yaxınlığıydı.

Bu sözlér Vidadinin ağlına batdı.

Vé indi o, finişé hazırlaşır.