The people make their way to Azadlyk Square ten years later

Azerbaijan saw next presidential elections on October 15, 2003. On that election day itself, there were many incidents of harassment of journalists. Police detained and beat journalists at polling stations and officials refused to allow journalists access to polling stations.

Peter Eicher, Head of the ODIHR Observation Mission, commented: "This election has been a missed opportunity for a genuinely democratic election process. We were particularly troubled by the level of intimidation and unequal conditions for candidates during the campaign. Future progress towards democratic elections will depend first and foremost on the political will of the authorities."

The following day, two demonstrations protesting the election fraud turned violent. During both, police did not distinguish between protesters and journalists reporting on the protest, and arrested them both. On the evening on October 15, journalists, along with opposition supporters and other observers, gathered in the street outside the Musavat Party Headquarters in the center of Baku to hear regular updates on the vote counting. Emotions among the opposition supporters ran high as the level of fraud committed during the elections became apparent. So, the Musavat Party supporters went out to the streets on October 16, in order to restore justice.

But in the early afternoon, several thousand pro-opposition supporters gathered defiantly in front of the Lenin Museum - at one of the locations initially requested by the opposition. Amidst a police presence, they began marching to Freedom Square some 500 meters away. At the square itself, the protest speeches began, but police and military forces quickly surrounded demonstrators and used overwhelming force to disperse them. The most vicious attacks appeared to come from young army recruits who wielded truncheons against protestors already on the ground and posing no threat. Film of events on 16 October shows police officers on several occasions intervening to stop soldiers from violently attacking demonstrators. The decision to call in the army to confront civic activists was the most extreme step that the state could have taken to defend its position short of initiating a full-scale internal war. There is no doubt that the vote was marred by fraud.

Riot police caught a protester in central Baku after the Oct. 15 presidential election.
The crackdown on protesters began hours after the polls closed.
Photo Credit: Sergei Karpukhin -- Reuters

Government forces wielded rubber truncheons against protesters and journalists. Some brutally beat protesters, kicking them and using attack dogs against them. Protesters tried to fight back with stones and metal rods. After about 15 minutes, government forces succeeded in clearing the square, and police raised their truncheons and beat them against their shields in triumph.

we could see the glitter of shields near the Absheron Hotel half an hour later. This time not faint-hearted police, but soldiers in proper uniform took care of the “case”. Nevertheless, still police officers “on heat” were in the lead. The troops were behind them. The number of the punitive detachment was about 2,000 -3,000. Two or three times the demonstrators and police excelled each other. Stones were thrown in torrents. The demonstrators could run a vehicle that had looted. I would never advise you to watch this scene. Government forces began to throw canisters of tear gas at them and beat them with rubber truncheons...

Some time later, there were several mass media personalities and a couple of injured persons near the Absheron Hotel. Police officers started harassing them as if they had caught strange tribe members from Stone Age. There was one woman among the helpless demonstrators. I have got her shout still in my ear...

But that was not the whole story. Riot police and Ministry of Internal Affairs (MIA) officers started to pursue the demonstrators. A group of them marched through streets toward Sahil Metro, while the other toward the Railway Station. Later on, several water carriers approached the demonstrators…. Let’s look forward to next day ...

The report was issued by Rafik Mammadli,
Photos by Rafik Mammadli


Xalq 10 ildən sonra "Azadlıq" meydanına girdi

Qumarbazlar hakimiyyəti dəbilqələrini, qalxanlarını, maşınlarını və ən əsas mənəviyyatlarını qoyub qaçdılar
Heydər Eliyəv rejimi xalqın gücü qarşısında çökdü
Bu  rejim camaata atəş açdı, meydan gözyaşardıcı və qara rəngli qaz buraxdı, it püskürtdü...
Bütün dövlət cəza maşını əlində olan rejim Müsavatın Daş-kəsəyi - Qəmbəri qarşısında geri qaçdı
100-dən artıq xəsarət alan var
Bir nəfər polis dəyənəyi ilə qətlə yetirilib, bir qadının gözü çıxıb
Xalqı qarşı qoşun hissələrindən istifadə olundu

Beləliklə sondan başlayaraq bugünkü tarixi hadisələr barədə oxucularımızı məlumatlandırırıq.

Saat 18:30-a olan məlumata görə şəhərin mərkəzində müxtəlif yerlərdə polislə cəsur mitinqçilər arasında toqquşmalar davam edir. Hadisələrin axarı onu göstərir ki, yaxın saatlarda xalqın mübarizəsi bugünlük bitəcək. Yaddan çıxmamışkən qeyd edim ki, bu gün Azərsellə məxsus rabitə sistemi iflic vəziyyətində idi. Bu hakimiyyət bir daha sübut elədi ki, nəhəng kommersiya qurumlarını da öz iyrənc siyasətinə qoşur.

Beləliklə, saat 13:30-dan başlayaraq müsavat tərəfdarları metronun sahil stansiyası yaxınlığına yığışdılar. Əvvəlcə çox pərakəndə şəkildə kiçik qruplar keçmiş Lenin muzeyi (indiki Xalça muzeyi) tərəfə addımlamağa başladılar. Hər dalanda və küçələrin kəsişməsində müxtəlif sayda polis qruplarına rast gəlmək olardı. Yollar halı açıq idi. Polislər vətəndaşlara aktiv məhdudiyyət yaratmırdılar. Lakin çox adam onları görər-görməz o tərəfə getməkdən çəkinirdi. Bu minvalla Xalça muzeyinə doğru getməyə başladıq. Muzeyi üzük qaşı kimi müxtəlif polis maşınları əhatəyə almışdı. Onların da arasından problemsiz keçib Neftçilər prospektini adlayıb muzeylə üzbəüz iri fəvvarənin yanına gəlib çıxdıq. Dənizə sarı baxarkən sayı azı 2-3 min olan müsavatçıları gördük. Onlar İsa..., İsa... deyə hayqırırdılar. Onları 2-3 qat dəbilqəli, qalxanlı polislər dövrəyə almışdı. Qəfildən arxadan da sayı azı 100-150 olan çevik daxili qoşun dəstələri çıxdı. Onları idarə edən əlində ratsiya naçalnik nə göstəriş verirsən hücuma keçəkmi, deyə soruşdu. Onun müdirinin nə dediyini bilmədik, çünki camaatı üzük kimi halqaya almış polislər artıq "işə" başladılar. Hər şeyin bitdiyini sandıq, amma yanılmışdıq. Bir saniyənin içində vəziyyət dəyişdi, polislərin üzərinə sel kimi daş-kəsək yağmağa başladı. Şanlı polislərimiz hamısı birdən geri dönərək "köpəkuşağı daş yağdırır, qaşdıq..." dedi. Və bununla da hadisələrin axarı tam dəyişdi. Mitinqçilər polisləri qovaraq bəzilərini ayaqlar altına saldılar. Lakin 2 saata yaxın toqquşmaları müşahidə edən şəxs kimi bildirirəm ki, polislərlə əslində qəddarlıqla rəftar edilmirdi. Əksinə təsadüfən bir qrup polisin əhatəsinə düşmüş mitinqçini polislər az qala ölüncəyə qədər döyürdülər. Bu zaman polislərdən kim dəbilqəsini, kim qalxanını kimsə də dəyənəyini ataraq qaçdılar. Bütün bu əşyalar mitinqçilərin qəniməti oldu. Sonradan onlar bu əşyalardan lazımı qaydada istifadə etdilər.

Bu andan başlayaraq xalq Müsavat qərargahı tərəfə üz tutdu. Yolda ayrı-ayrı dəstələr də onlara qoşuldu. Mitinqçilər yolda qarşılarına çıxan polis maşınlarının şüşələrini qırır, bəzilərinin üstünə çıxırdılar. Yolboyu Heydər Əliyevin şəkilləri asılmış Pedaqoji Universitetin, Rabitə Nazirliyinin, Poçtampın bəzi şüşələri sındırıldı. Bəzi telekampaniyaların vandalizm adlandırdıqları bu hərəkətləri barədə biz qətiyyən bu fikri təkzib edirik. Yalnız o binalar xəsarət aldı ki, onların şüşələrindən Heydərin iri portretləri asılmışdı. Şəxsən vətəndaşlara məxsus hər-hansı dükanın, maşının xəsarət aldığını görmədim. Əksinə mitinqi idarə edən bir neçə şəxs maşınları (polis maşınlarına) əl vurmayın deyə cavanları sakitləşdirməyə çalışırdı...

Bu templə Müsavat qərargahına çatdıq. Camaat 5-10 dəqiqə İsa bəy, İsa bəy deyə hayqıraraq "Azadlıq" meydanına doğru yönəldilər. Oraya çatanda mitinqçilər azı 7-8 minə çatırdı. Beləliklə Heydər Əliyevin hakimiyyəti dönəmində xalq ilk dəfə mücadilə ilə mübarizə meydanına - "Azadlıq" meydanına girdi. Meydanı öpən kim, hönkür-hönkür ağlayan kim... Hamının sevincdən az qala gözü yaşarmışdı. Mitinqçilərin biri bu zaman meydana Daxili Qoşunlara məxsus UAZ avtomobilini sürüb gətirdi. Beləliklə mitinqçilərin polislərə məxsus dəbilqə, qalxan, dəyənək və hətta maşınları vardı. Permanent yaranmış mitinqi Müsavat başqanının müavini Arif Hacıyev aparırdı. Lakin səsucaldanın səsini eşitmək olmurdu...

Bundan heç yarım saat keçməmiş "Apşeron" mehmanxanası tərəfdə qalxanların parıltısı göz qamaşdırmağa başladı. Bu dəfə "işə" öz vəzifəsinin nədən ibarət olduğunu bilməyən qorxaq polislər deyil ordu hissələri (hər halda onlar xüsusi əsgər formalarında idi) qoşuldu. Amma nədənsə qabağa yenə də açıq-aşkar gözləri qızmış polisləri buraxmışdılar. Arxada isə qoşun hissələri. Bütün bu cəza dəstələri azı 2-3 min nəfərə yaxın olardı. Təqribən 2-3 dəfə hər qüvvələr bir-birinə üstün gəldi. Daşlar sel kimi yağırdı. Mitinqçilər qənimət kimi ələ keçirdikləri avtomobili də hərəkətə gətirdilər. Hər-halda bu səhnəni görməyi heç kimə arzu-etməzdim. Ordu hissələri mitinqçilərə qara və ağ rəngli gözyaşardıcı balonlar atmağa başladı. Bütün meydan tüstüyə və spesifik iyiyə büründü. Biz jurnalistlər Hökumət Evinin sütünlarından bun tükürpədici mənzərəni müşahidə edirdik. Tezliklə görə "xolostoy" patronlarla ataş açmağa başladılar. Eyni zamanda hücüm da başladı. Polislərin bir qrupunda itlər də var idi. Amma yazıq itlər ayaq altında qaldılar. Deyəsən onları heç öyrətməmişdilər...

Bir az da keçəndən sonra meydanın "Apşeron" mehmanxanası tərəfində jurnalistlər və yaralanmış bir neçə nəfər qaldı. Polislər sanki daş dövründə başqa icma adamını ələ keçirdikləri kimi həmin yazıqların üstünə düşdü. Onların arasında bir qadın da vardı. Qadının çığırtısı hələ də qulaqlarımdadı...

Amma hər şey bununla bitmədi. Qoşun hissələri və polis bölmələri artıq parçalanmış camaatı təqib eləməyə başladı. Onların bir hissəsi "Sahil" metrosu tərəfə, bir hissəsi isə vağzal tərəfə üz tutdu. Sonradan xüsusi su maşınları da mitinqçilərə qarşı işlədilməyə başladı... Sabahı gözləyək...

Reportajı Rafiq Məmmədli hazırladı, şəkillər Rafiq Məmmədlinindir