Heydér Éliyevin qurduğu rejim davam edir, onun qurduğu komanda hakimiyyétdédir

İsa Qémbér: Yaxın zamanlarda "Bizim Azérbaycan"ın Siyasi Şurası toplanacaq


İsa Qémbér Ukrayna séférini tamamladı. Kiyevdé bir sıra önémli görüşlér keçirén Müsavat başqanı srağagün véténé döndü. Dekabrın 16-sı Müsavat qérargahında İsa béylé görüşüb, Ukrayna séféri vé digér aktual mésélélérlé bağlı suallarımıza cavab aldıq.

- İsa béy, son günlérdé bu sualı bir neçé défé sizé ünvanlasaq da, yenidén tékrarlamaq istéyirik: Séfériniz necé keçdi, yekun déyérléndirméniz necédir? Bu séférin éhémiyyétli, vacib edén néydi?

- Ukrayna ilé Azérbaycanın münasibétléri héddindén artıq önémli bir sahédir vé biz dé hér zaman bu münasibétléré çox böyük diqqét yetirmişik. Yadınızdadırsa, hélé 2001-ci ilin martında Ukrayna séfér etmişdik vé orada bu ölkénin demokratik qüvvéléri ilé çoxsaylı séméréli görüşlérimiz, mésléhétléşmélérimiz olmuşdu. Hémin séfér néticésingé GUÖAM-a daxil olan siyasi qüvvélér arasında émékdaşlıq ideyaları ortaya çıxmışdı. Bununla bağlı Müsavat Partiyası isé Ukraynada féaliyyét göstérén partiyalar arasında birgé béyanat verilmiş, tédbirlér planı hazırlanmışdı. Sonrakı mérhélédé GUÖAM-a daxil olan ölkélérin siyasi qüvvélérinin konfransının keçirilmési vé daimi féaliyyét göstérén büronun yaradılması nézérdé tutulurdu. O zaman gah Ukraynada, gah Azérbaycanda siyasi proseslérin gérginliyi bu konfrans ideyasının gerçékléşmésiné imkan vermédi. Ancaq bizim o addımlarımız, téşébbüslérimiz GUÖAM-ın daha da möhkémlénmésiné sébéb oldu. Xatırlayırsınızsa, mén hémin séférdén dönéndén vé mésléhétléşmélérimiz barédé mélumat veréndén sonra técili GUÖAM-a daxil olan ölkélérin réhbérlérinin sammiti keçirildi, bu qurumun daxilindé başqa addımlar atılmağa başladı.

Bu iki il érzindé défélérlé Ukraynadakı dostlarımız bizi, biz onları öz ölkélérimizé dévét etmişik. Hér défé dé müxtéliı sébéblérdén bu görüş baş tutmurdu. Növbéti défé bu yaxınlarda "Bizim Ukrayna" Blokunun lideri Viktor Yuşşenko méni dévét etdi. Dévétdé méqséd hém Kiyevdé keçirilécék "Demokratik Qüvvélérin Forumu"nda iştirak vé çıxış etmék, hém dé "Bizim Azérbaycan" vé "Bizim Ukrayna" blokları arasında émékdaşlıq féaliyyéti ilé bağlı mésléhétléşmélér aparmaq idi. Son anda bildiyiniz kimi, mélum oldu ki, Demokratik Qüvvélérin Forumu téxiré salınıb. Bu da Ukraynada siyasi proseslérin gérginliyi ilé bağlı olan bir qérar idi. Gélén ilin oktyabr ayında Ukraynada prezident seçkisi olacaq vé bu seçkilérdé Yuşşenkonun qélébési çox böyük ehtimallıdır. Bunu ölkédéki siyasi qüvvélér bu vé ya başqa formada etiraf edirlér. Ukrayna hakimiyyéti dé bunun qarşısını almağa çalışır, bunun qarşısını almaq üçün müxtélif gedişlér edilir. O cümlédén Konstitusiyada déyişikliklér etmék, prezidentin xalq téréfindén deyil, parlament téréfindén seçilmésini tésbit etmék istiqamétindé ideyalar var. Ona göré dé son günlérdé orada véziyyét çox gérginléşmişdi, parlamentdé çox késkin diskussiyalar gedirdi. Forumun téxiré salınmasının bir sébébi bu idi, digér sébébi dé bu idi ki, görünür, "Bizim Ukrayna" Blokuna daxil olan, forumda iştirak edécék qüvvélérin mövqelérinin déqiqléşmésiné ehtiyac yarandı. Çünki yeni ideyalar bir qédér férqli situasiyalar yaradırdı. Bu sébébdén hémin tédbir téxiré salındı.

Ancaq bloklararası féaliyyétlé bağlı nézérdé tutulmuş proqram yeriné yetirildi. Cénab Yuşşenko ilé étraflı söhbétimiz oldu. Bir neçé saat davam edén görüşlérimiz baş tutdu. Bu görüşlérdé Ukraynadakı vé Azérbaycandakı véziyyét, proseslér müzakiré edildi, Ukrayna-Azérbaycan münasibétléri ilé bağlı étraflı fikir mübadilési aparıldı. Néticédé "Bizim Ukrayna" Bloku ilé "Bizim Azérbaycan" Bloku arasında émékdaşlıq haqqında ciddi bir sénéd imzalandı. Séférin ésas yekunu kimi bunu qeyd edé bilérém. Hesab edirém ki, bu, çox önémli hadisédir. Bu hadisé Ukrayna-Azérbaycan münasibétlériné dé, bu ölkélérdéki demokratik prosesléré dé ciddi tésirini göstérécék.

Séfér zamanı "Bizim Ukrayna" Blokuna daxil olan müxtélif siyasi qüvvélérin témsilçiléri, liderléri ilé, deputatlarla maraqlı görüşlérimiz, söhbétlérimiz oldu. Ukraynada vé Azérbaycanda gedén proseslérin oxşar vé férqli céhétlérini téhlil etmék, déyérléndirmék üçün geniş imkan yarandı. Eyni zamanda Ukraynadakı Azérbaycan diasporası téréfindén çox böyük diqqét, sayğı gördük. Xüsusén Ukraynada féaliyyét göstérén Yusif Vézir Çéménzéminli adına Cémiyyétin réhbérliyi ilé maraqlı görüşlérimiz oldu. Onlar bizim şéréfimizé ziyafét verdilér. Bir daha Azérbaycan diasporasının véziyyéti, problemléri ilé tanış olmaq imkanı éldé etdik vé gélécék émékdaşlıq istiqamétindé növbéti addımlar barédé qérarlarımızı müéyyénléşdirméyé imkan yarandı.

- "Bizim Azérbaycan" vé "Bizim Ukrayna" Blokları arasında imzalanan saziş barédé Bakıya döndükdén sonra geniş açıqlama verécéyinizi bildirmişdiniz. İndi bu barédé danışmaq niyyétiniz varmı? Nélér nézérdé tutulur, hémin sénéddé?

- Bu sazişdé bizi birléşdirén céhétlér étraflı qeyd olunub. İstér ölkélérimizdé demokratik inkişafın vacibliyi, istér azad bazar iqtisadiyyatının formalaşdırılması, istér Ukrayna-Azérbaycan münasibétlérinin inkişafı zéruréti, eyni zamanda totalitarizmé, avtoritarizmé qarşı maraqlarımızın ümumiliyi sénéddé éksini tapıb. Eyni zamanda dövlétlérimizin érazi bütövlüyünü, suverenliyini ehtiva edén mésélélér dé qeyd olunub. Sénéddé émékdaşlığımızın méqsédléri konkret göstérilib. Burada Ukrayna-Azérbaycan münasibétlérindén tutmuş GUÖAM ölkélérinin birgé féaliyyéti ilé bağlı méséléléré qédér bir çox méqamlar öz yerini tapıb. O cümlédén Ukraynada vé Azérbaycanda azad, édalétli seçkilérin keçirilmési vé bu seçkilér zamanı müşahidé qruplarının göndérilmési méséléléri dé qeyd edilib. Eyni zamanda bloklararası émékdaşlığın konkret formaları ilé bağlı qérarlarımız bu sazişdé éks olunub. Bir növ bloklar arasında işçi qruplarının formalaşdırılması, blokların réhbérlérinin ildé bir défédén az olmayaraq görüşmési, görülén işlérin déyérléndirilmési vé sonrakı mérhélé üçün vézifélérin müéyyénléşdirilmési nézérdé tutulub. Beléliklé, gördüyünüz kimi, kompleks mistiqamétlér burada éksini tapıb. Yéqin ki, yaxın günlérdé sazişin tam métni dé métbuata téqdim edilécék.

- İki il évvél Ukraynaya etdiyiniz séfér zamanı Siz GUÖAM-ölkélérindé mövcud olan demokratik qüvvélérin émékdaşlıq formatının yaradılması téklifi ilé çıxış etmişdiniz. İndi "Bizim Azérbaycan" vé "Bizim Ukrayna" blokları arasında imzalanan sazişi bu téklifin reallaşdırılması istiqamétindé atılan addım kimi déyérléndirmék olarmı?

- Tamamilé doğru yanaşmadır. Bu, hémin prosesin inkişafı, güclénmési, sonrakı addımlar üçün güclü hüquqi-siyasi bazanın yaradılması demékdir.

- GUÖAM-a daxil olan digér ölkélérin siyasi qüvvéléri ilé dé bu tipli görüşlérin keçirilmési, sazişlérin imzalanması nézérdé tutulurmu?

- Nézérdé tutulur. Bizdén évvél Kiyevdé Gürcüstanın nümayéndé heyéti olub. Mixail Saakaşvili vé Zurab Ivaniya Ukraynaya séfér ediblér, analoji görüşlér keçirilib vé bildiyim qédér razılaşmalar éldé olunub. Moldova demokratik qüvvéléri ilé élaqélérin intensivléşdirilmési nézérdé tutulur. Vé gélén ilin évvéllérindé GUÖAM ölkélérinin siyasi qüvvélérinin toplantısı planlaşdırılır. Yéqin ki, nézérdé tutulan işlérin hamısı héyata keçirilécék.

- Toplantı harada keçirilécék?

- Ukraynada keçirilmési ehtimal olunur.

- Gürcüstanın, Moldovanın demokratik qüvvéléri ilé görüşlériniz nézérdé tutulurmu?

- Tébii ki, bu istiqamétdé düşünürük. Bunu situasiya özü diqté edir. Bilirsiniz, bütövlükdé bizim region real demokratiyaya keçid mérhélésiné daxil olub. Bu mérhélédé demokratikléşmé labüddür. Biz 15 oktyabr seçkilérindé bu prosesé birinci olaraq başlamağa céhd etdik. Mélum sébéblérdén bu mümkün olmadı. Ancaq Gürcüstanda artıq bu proses sürétlénib, müsbét istiqamétdé davam edir, gélén il Ukraynada bunun baş tutacağına mén éminém. Xüsusilé Ukraynada bu proseslérin getmési çox önémlidir. Çünki Ukrayna postsovet mékanının én önémli térkib hissésidir. Ukraynanın müstéqilliyinin möhkémlénmési, orada proseslérin doğrudan da demokratik yöndé davam etmési Azérbaycan üçün dé, Gürcüstan üçün dé, bütün postsovet mékanı üçün dé héddindén artıq éhémiyyétlidir.

- Sizin seçkidén sonra ilk séféri méhz Ukraynaya etméyiniz vé GUÖAM ölkélérinin demokratik qüvvéléri arasında émékdaşlığın artırılmasına diqqét yönéltméyiniz maraq doğurur. Bu, demokratik inkişaf üçün yeni bir istiqamét seçimidirmi? Xüsusilé o konteksdé ki, Rusiyada demokratik qüvvélérin méğlubiyyété uğramasından sonra Ukrayna postvoset mékanının demokratikléşmé imkanları daha böyük olan, éhémiyyétli bir ölkési mövqeyiné çıxıb...

- Tébii ki, biz Rusiyada demokratik proseslérin getmésindé çox maraqlıyıq. Cénab Yuşşenko ilé dé bu istiqamétdé fikir mübadilési apardıq. Rusiyanın demokratik qüvvéléri ilé émékdaşlığın dérinléşdirilmési zéruréti qeyd olundu. Tébii ki, bu istiqamétdé séylér olacaq. Ancaq eyni zamanda gerçéklik ondan ibarétdir ki, Rusiyada son illérdé idaréolunan demokratiya möhkémlénib. Rusiyadakı demokratik qüvvélérin son parlament seçkilérindéki uğursuzluğu nézéré alınmaya bilméz. Eyni zamanda görünür, beynélxalq ictimaiyyét, beynélxalq téşkilatlar da bu gerçékliyi nézéré almalıdırlar. İndiyédék belé bir konsepsiya vardı ki, Rusiya demokratikléşdikcé postsovet ölkélérinin demokratikléşmési dé asanlaşacaq. Ona göré dé ésas diqqét Rusiyaya verilirdi. ABŞ-da Klinton adminstrasiyası dövründé bu siyasét var idi. Buş adminstrasiyası dövründé dé terrorizmé qarşı mübarizé kontekstindé bu istiqamét hélledici istiqamét kimi götürüldü. İndiki mérhélédé Rusiyada demokratik prosesin çétinlikléri méncé, beynélxalq ictimaiyyété dé daha bir siqnal olmalıdır ki, postsovet mékanındakı demokratikléşméni yalnız Rusiyadakı demokratikléşmédén asılı véziyyétdé saxlamaq olmaz. Görünür, demokratikléşménin bizim regiondan başlaması ehtimalı daha böyükdür vé bunu hamı nézéré almalıdır.

- Ukraynadan Azérbaycan necé görünür? Xüsusilé siyasi mühit, proseslérin gedişi baxımından...

- Ukraynada istér siyasilér séviyyésindé, istér cémiyyétin özü téréfindén Azérbaycana böyük diqqét var. Mén Ukrayna cémiyyétindé Azérbaycana isti münasibétin bir daha şahidi oldum. Ukraynada véziyyétin Azérbaycana nisbétén bir sıra üstünlükléri var. Bu üstünlüklér dé ondan ibarétdir ki, Ukraynada Azérbaycanda olduğu şékildé avtoritar rejim yoxdur. Tébii, orada da rejim kifayét qédér sértdir, müxalifété qarşı olduqca sért siyasét aparırlar, ancaq orada fikir, söz, siyasi qüvvélérin féaliyyét azadldığı Azérbaycana nisbétén qat-qat çoxdur. Demirém ki, idealdır. Orada da problemlér yaradırlar. "Bizim Ukrayna" Blokunun Ukraynanın müxtélif bölgélérindé keçirmék istédiyi tédbirléré problemlér, éngéllér yaradırlar. Résmi strukturlarla, bézénsé Azérbaycanda olduğu kimi qeyri-résmi qruplarla insanları qarşı-qarşıya qoymaq, qarşıdurmalar yaratmaq céhdléri dé olur. Ancaq bütövlükdé Ukraynada iqtisadiyyatın bir éldé cémlénmési amili, yalnız hakimiyyétin bu sahéni öz monopoliyasına götürmési faktı yoxdur. Müxtélif iqtisadi mérkézlér var, müxalifétlé birgé olan iqtisadi mérkézlér mövcuddur. Digér téréfdén, Ukraynada siyasi spektr daha dolğundur. Orada sağ mérkézçi qüvvélérlé yanaşı, real solçular, sol mérkézçilér dé var. Ukraynanın siyasi héyatı Azérbaycana nisbétén daha zéngin xarakter daşıyır. Ukrayna siyasétçiléri Azérbaycanda gedén prosesléri diqqétlé izléyirlér vé prezident seçkiléri ilé dé bağlı kifayét qédér geniş mélumatları var. Azérbaycanda xalqın demokratiyaya hazır olması, öz sésléri uğrunda mübarizé aparması onların diqqétini ciddi şékildé célb edib.

- Ukrayna müxaliféti, qalib gélmék şansı yüksék olan "Bizim Ukrayna" Bloku Azérbaycan müxalifétinin 15 oktyabrda üzléşdiyi durumla qarşılaşa bilécéyi ehtimalını nézéré alırmı vé bu ehtimala qarşı hazırlıq görürmü?

- Méné elé gélir ki, hétta Gürcüstanda da siyasi qüvvélér Azérbaycanda gedén proseslérdén müéyyén néticélér çıxardılar. Tébii ki, Ukrayna siyasétçiléri dé hém Azérbaycanda, hém dé Gürcüstanda gedén prosesléri öyrénirlér, araşdırırlar vé néticélér çıxarırlar. Mén hesab edirém ki, Ukraynada demokratik déyişikliklér labüddür vé gélén il bu, baş verécék. Yuşşenkonun prezident seçilmési ehtimalı héddindén artıq yüksékdir.

- Bu halın - yéni Ukraynada, eyni zamanda Gürcüstanda demokratik déyişikliklérin baş vermésinin Azérbaycana da praktik tésirléri olacaqmı?

- Şübhésiz ki, olacaq.

- Bir neçé sualımız da Azérbaycanda baş verén proseslérlé bağlı olacaq. Son günlérin ésas hadisési Éliyevin ölüm xébérinin açıqlanmasıdır. Sizcé, müémmanın götürülmési ölkédéki siyasi prosesléré necé tésir edécék?

- Doğrudan da müémma götürüldü. Bu xébér résmi açıqlandı vé bu mérhélé résmén bitdi. Tébii ki, déyişikliklér labüddür. Déyişikliklér avtomatik deyil vé olmayacaq. Çünki Heydér Éliyevin qurduğu rejim davam edir, onun qurduğu komanda hakimiyyétdédir. Ancaq bu komanda Heydér Éliyevsiz évvélki kimi féaliyyét göstéré bilméz. Bunun élamétléri seçkidén évvélki mérhélédé dé görünürdü, indi dé hiss olunur. Azérbaycanda avtoritarizm mérhélési bitmék üzrédir. Bunu hakimiyyétdé olanların yaxşıca déyérléndirmésiné ehtiyac var. Onların öz maraqları baxımından buna ehtiyac var. Déyişikliklér labüddür vé mén inanıram ki, o qédér dé uzun çékméyécék. Azérbaycanda azad vé édalétli seçkiléré nail olunacaq vé cémiyyét öz iradésini gerçékléşdiré bilécék.

- Psixoloji baxımdan bunun cémiyyété tésirléri olacaqmı?

- Tébii. Olmaması mümkün deyil.

- Belé mélumatlar yayıldı ki, bu xébéri ABŞ Éliyev ailésini bilgiléndirmédén açıqlayıb. Sizcé, bu, né dérécédé inandırıcıdır? Égér inandırıcıdırsa, ABŞ-ın bunda marağı né ola bilérdi?

- Elé oldu ki, bu xébérin açıqlanması zamanı mén Bakıda olmadım. Bakıya dekabrın 15-i döndüyüm üçün bu barédé étraflı informasiyaya malik deyilém. Ancaq sözün açığı, mén düşünmürém ki, bu, tam gözlénilméz bir addımdır. Çünki son héftélérdé dé bézi informasiya sızıntılarından görünürdü ki, bu mésélénin açıqlanması gözlénilir. Bu da baş verdi. Yéqin ki, né qédér çalışsalar da, bu mésélé ilé bağlı informasiyaları tam gizli saxlaya bilméyécéklér, élavé téférrüatlar da yaxın vaxtlarda aydınlaşacaq.

- Bu xébérin açıqlanması né qédér prinsipial mésélé olsa da, Azérbaycan métbuatı vé müxaliféti son günlérdé kifayét qédér témkin nümayiş etdirdi, normal davrandı. Buna baxmayaraq, hakimiyyét nümayéndéléri yené dé ittihamlarından qalmadılar. Eyni zamanda onlar Heydér Éliyevin ölüm xébérindén siyasi méqsédlér naminé istifadé etméyé başladılar. Mésélén, défndé iştirak edén insanların çoxluğu onlar téréfindén prezident seçkilérininin néticéléri kimi qiymétléndirilir vé bu yöndé tébliğat başlanıb...

- Bilirsiniz, égér bu mésélé seçkilérdén öncé, bir neçé héfté, bir neçé ay évvél açıqlansaydı, çox ciddi bir siyasi hadisé kimi ölkédéki prosesléré tésir edérdi. Méhz bunu göré dé bu müémma uzun müddét qalmaqda davam etdi. Ancaq indiki mérhélédé mén bu méséléni siyasi bir méséléyé çevirmék téréfdarı deyilém. Hakimiyyét dé dérininé gedéndé bunda maraqlı olmamalıdır. Égér sadécé, insani münasibétdén, baş sağlığı vermékdén, "Allah réhmét elésin" demékdén söhbét gedirsé, hamı bunu normal qarşılayır - Heydér Éliyevin téréfdarları da, éleyhdarları da. Ancaq Heydér Éliyevin téréfdarları bunu siyasi bir méséléyé çevirméyé, défn mérasiminin ölkédéki siyasi qüvvélér nisbétinin göstéricisi, cémiyyétin mövqeyi kimi téqdim etméyé céhd göstérécéklérsé, tébii ki, bütün bu méséléléré dair fikirlér deyilécék, cavablar séslénécék. Bunun deyilmésiné heç bir problem yoxdur. Çünki müxalifét düşérgésindé olanların da, xalqın éksériyyétinin dé mövqeyi béllidir. Ona göré dé hakimiyyét bu méséléni siyasiléşdirméyé céhd göstérmémélidir. İsténilén halda, bu da bir mérhélédir, matém elan olunub, bir neçé gün davam edécék vé bitécék. Bu gün cémiyyétdé Heydér Éliyevé qiymét férqlidir. Ésl qiyméti isé zaman verécék vé hér şeyi yerbéyer edécék. Heydér Éliyev téréfdarları bu gün onun qiymétini süni şékildé, sözün hém héqiqi, hém dé mécazi ménasında daşlaşdırmaq istéyécéklérsé, mén bunun onlar üçün faydasını görmürém. Bu méséléni zamana buraxmaq lazımdır. Égér zamana buraxılmayacaqsa, onda cémiyyétdé onsuz da ciddi olan parçalanma, siyasi qütbléşmé daha da dérinléşécék.

- Bélké onlara da elé bu séfr edir?

- Ola bilér. Ancaq égér onlar bunun özlériné sérf etdiyini düşünürlérsé, séhv edirlér.

- Bu mövzuyla bağlı son sualımızı da cavablandırmağınızı istéyirik: Heydér Éliyevin müxaliféti olmaq vé Heydér Éliyev kimi réqibin ölmési né demékdir?

- Mén né Heydér Éliyevin ilahiléşdirilmésinin téréfdarı deyilém, né onunla mübarizénin héddindén artıq çétin vé şéréfli olması fikrindé deyilém, né dé ondan sonrakıların heç né olmadıqlarını iddia etmék fikrindé deyilém. Hér bir avtoritar şéxs öz téréfdarlarına évézolunmaz insan kimi görünür. Dünyanın néinki keçmiş, hétta müasir dövrünü dé téhlil edéndé görürsén ki, avtoritar şéxslérin hamısı bir-biriné oxşayır vé aralarında böyük férqléri olmur. Yéni demék istéyirém ki, biz avtoritarizmé qarşı mübarizé aparmışıq. Biz Azérbaycan xalqı uğrunda mübarizé aparmışıq. Bu mübarizé zamanı avtoritarizmi, xalqa zidd siyaséti aparan kimdirsé, onunla mübarizé etmişik vé edécéyik. Mén burada férdiléşdirmé téréfdarı deyilém.

- Son suallarımız "Bizim Azérbaycan" Blokunun vé ümumilikdé müxalifétin féaliyyéti ilé bağlı olacaq. "Bizim Ukrayna" Bloku ilé imzalanan saziş "Bizim Azérbaycan" Blokunun Siyasi Şurasında né zaman müzakiré edilécék?

- Tébii ki, müzakiré edilécék, situasiya déyérléndirilécék. Hém sazişin imzalanması faktının özü, hém dé sonrakı siyasi féaliyyétlé bağlı qérarlarımız tébii ki, olmalıdır. Biz qésdén blokun toplanmasına o qédér télésmédik ki, emosiyalar bir qédér sakitléşsin, hadiséléré soyuq qiymét verilsin, hér şey ölçülsün-biçilsin, égér kimsé mövqe déyişmék fikrindédirsé, sakitcé öz addımlarını müéyyénléşdirsin. Yéni heç kimi hansısa şékildé télésdirmék fikrimiz, düşüncémiz olmayıb. Eyni zamanda mén Ukrayanaya séféré qédér dé düşünürdüm, bézi müttéfiqlérimizlé dé fikir mübadilémiz olmuşdu, séférdén sonra isé daha da yéqinléşdirdim ki, "Bizim Azérbaycan" Blokunu tékmilléşdirméyé ehtiyac var. Tékmilléşdirmé zéruridir, onun hédéflérini daha da konkretléşdirmék, méncé, méqsédéuyğundur. Hém dé nézéré almaq lazımdır ki, blok prezident seçkilérindé iştirak méqsédilé yaradılmışdı. Méné elé gélir ki, artıq blokun bütövlükdé Azérbaycanın demokratikléşdirilmési vé yaxın mérhélédé avtoritarizm meyllérinin qarşısının alınması vé digér istiqamétlérdé féaliyyét göstérén bir quruma çevrilmésiné ehtiyac var. Tébii ki, bu, müzakirélérin gedişindén vé qébul edilén qérarlardan asılı olacaq.

- Belé anlaşıldı ki, Siz bütün hallarda blokun féaliyyét göstérmésindé qérarlısınız...

- Yeniléşmé olmalıdır. Méncé, bir mövqedé olan, eyni hédéflér uğrunda mübarizé aparan qüvvélérin birgé féaliyyéti labüddür. Mén yeniléşménin téréfdarıyam. Ancaq yené dé tékrar edirém ki, biz heç bir siyasi qüvvéni mécburi şékildé hansısa blokda, hansısa formatda saxlamaq téréfdarı deyilik. Elé bu pauza da ondan ötrüydü ki, héré öz mövqeyini, öz qérarını müéyyénléşdirsin. Yaxın zamanlarda Siyasi Şura toplanacaq vé bu mésélélérin hamısı müzakiré olunacaq.

- Blokun itkiléri varmı?

- Elé ciddi bir itki barédé méndé mélumat yoxdur. Éksiné, défélérlé blokun üzvü olan partiyalardan bizé müraciétlér daxil olub ki, yığışmaq, véziyyéti déyérléndirmék vé féaliyyéti davam etdirmék lazımdır. Biz müttéfiqlérimizdén bu mesajları alırıq.

- Xüsusilé son bir neçé héftédé seçkiyé qédér müxalifét adlandırılan partiyalardan Müsavat Partiyasının ünvanına ardıcıl ittihamlar sésléndirilméyé başlanıb. Émékdaşlığın növbéti mérhélésindé bu ittihamlar, bu davranış nézéré alınacaqmı?

- Yéqin siz müşahidé edirsiniz ki, Müsavat Partiyası bütün çétinlikléré, repressiyalara baxmayaraq, sakitcé öz féaliyyétini davam etdirir. Né bizé déyén zérbélérdén hansısa şou düzéltmék fikrindé olmamışıq, né partiyanın sakit, ölçülüb-biçilmiş addımlarını reklam etméklé méşğul olmuruq. O cümlédén dé tutaq ki, ménim son Ukrayna séférimi. Sakit bir şékildé féaliyyétimizi davam etdiririk, özümüzé, tutduğumuz yolun düzgünlüyüné vé Azérbaycana uğur gétirécéyiné éminik. Ona göré dé bézi siyasétçilérin, funksionerlérin, hétta bézi jurnalistlérin emosional yazıları, çıxışları, çağırışları, sémimi vé qeyri-sémimi ténqidléri sadécé, nézérdén keçirilir. Ancaq bunlara hér hansı reaksiya vermék niyyétindé deyilém. Hér pis işdé yaxşı céhét dé görmék lazımdır: görünür, bézi siyasi qüvvélér 15 oktyabrdakı şokdan ayılıb, yavaş-yavaş özlériné gélirlér vé hémişéki mahiyyétlériné uyğun féaliyyétlérini davam etdirirlér. Özléri bilirlér. Kim né ilé méşğul olursa, olsun. Biz müsavatçılıq yolunu - istiqlal vé hürriyyét yolunu davam etdirécéyik.

Könül ŞAMİLQIZI

16.12.2003