Azérbaycan üçün şéréf lövhési

Bu şou gözléndiyindén dé betér oldu. Belé görürém ki, yarınmaq üçün heç bir ölçü-éndazé qalmadı. Dünyanın hansı anormal ölkésindé 7 gün sérasér qébristanlıqdan translyasiya verilé bilér? İnsanların ruhuna hörmét belé olur mégér? Yox, ézizlérim, yox. Bu yerdé yaltaqlıq deyilén hissin méndé necé ikrah doğurduğuna dair uzun-uzadı şérh verméyécém. Sadécé, bu bir héfténi xéyal süzgécimdén keçirdikdén sonra 12 il évvél Azérbaycan parlamentindé Heydér Éliyevin düşdüyü acınacaqlı durumu yadınıza salacam. Hémin gün Bakıdan yüz kilometrlérlé uzaq bir éyalétdé televiziya ekranından onun üzériné hücum çékén kişilérin namérdliyindén necé sarsıldığımı xatırladım. Bütün bunlardan sonra insanların sémimiliyiné necé inanasan. Necé inanasan ki, Bakı Dövlét Universiteti deyilén bir elm ocağının Abel Méhérrémov adlı rektoru bu ocağa Heydér Éliyevin adının verilmésiné canféşanlıq etmékdé sémimidir. Bu téklifi eks-prezidentin çoban dostu Xanış Şahıyev verséydi, bélké dé başa düşmék olardı. Amma o, ölkénin nüfuzlu bir téhsil ocağının birinci şéxsindén gélir, özü dé Şérqdé ilk müstéqil dövlétin yaradıcısı Méhémmédémin Résulzadénin adı götürüléndén sonra. Bizim müéllimimizlé çobanımızın bir férqi olmalıdır axı. Heç olmasa yer üzündé insanlığa xas olan müéyyén prinsiplér var ki, onlara émél etméyi unutmayın. Unutmayın ki, 10 ildén artıq abidésinin maketi méhşur heykéltaraşımız Ömér Eldarovun emalatxanasında atılıb qalan, milli pulun üstündéki éksi dé ona çox görülén bu şéxs qardaş Türkiyédé “Azérbaycan” deyé-deyé dünyaya gözlérini yumdu. O dünyadan köçéndé né ailési üçün varidat, né dé xarici banklarda övladları, névéléri, néticé vé kötükcéléri üçün milyardlar qoymamışdı. Néslindén bircé néfér qalmışdı, o da Naxçıvanda yük daşıyan zaman beyniné qan sızıb dünyasını déyişdi. (Gérék bu méqamı onu Bakıya gétirib kömék göstérmék arzusunda olan ANS kanalı heç unutmasın.) Gözél anlayıram ki, BDU Abel Méhérrémov üçün pul kisésidir vé bunu ona Éliyev bağışlayıb. Bés insanlıq qanunları? Bazar münasibétléri prizmasından baxanda Heydér Éliyevin heykéli üçün én uca nöqténi göstérén TV-léri başa düşmék olar – onlar bazarlarının “xod ” getmésini istéyirlér-hémişéki kimi. Deyésén onlara elé gélir ki, péncérélérindén Heydér Éliyevin heykéli görünéndé alverléri éla gedécék. “Azadlıq” meydanı téklifiné gélincé, düşünürém burada müéyyén dérécédé anlaşılmazlıq var. Şübhé yox ki, Azérbaycan üçün Heydér Éliyev böyük şéxsiyyétdir, kimlér üçün ménfi, kimlér üçün müsbét obraz kimi. Amma gélin, emosiyasız-filansız etiraf edék ki, onun Azérbaycanın azadlıq mücadilésindé heç bir xidméti olmayıb. Né Atatürk kimi xarici düşménlérlé savaşa çıxmayıb, né sovetlérin “qan-qan” deyén vaxtında hébsléré düşméyib, né dé xalqı köhné quruluşa qarşı mübarizéyé sésléméyib. Belé deyil mégér? O sadécé bizim qanımız, sağlamlığımız, éséblérimiz bahasına qazanılmış müstéqilliyin hazırına sahib çıxıb. Yoxsa xalq hérékatının milli lideri Ébülféz Elçibéyin adını da tarixdén silmék arzusundasınız? Ola bilér, hér şey ola bilér. Amma yalnız bu günlé yaşamaq yolunu seçénlér gélécéyé gedén bütün bağlarını késib-tökdüklérini düşündülérmi?

Heydér Éliyevin véfatından sonra téklif, yaltaqlıq, yarınma yarışına çıxan kişilérin Milli Méclisin hörmét elédiyim qadın deputatı Asya Manafovadan ibrét götürmésini arzulayardım. Bu bir héftédé yegané ağıllı vé sémimi téklifi bu qadının dilindén eşitdim. Asya xanım kişi qızı kimi dedi: eks-prezidentin ruhuna én layiqli heykél o olar ki, gedib Qarabağı azad eléyék. Buyurun, kişilér, bu meydan, bu da şeytan. Hérçénd, bilirém ki, bu téklif heç kimin xoşuna gélméyib. “Qarabağ, Qarabağ” deyib yaxa cırmaqladır mégér?

Gélin bu söhbété son verék.. Elé bilirém, Heydér Éliyevin né o qabiliyyétsiz jurnalistlérin sentimental “ağısı”na, né vézifésindé yapışıb qalmaq üçün dördqat éyilén kişilérin pafoslu nitqlériné, né dé miskin yaltaqların cibléri hesabına abidé ucaltmaq istéyiné ehtiyacı var. İsténilén halda onun qiymétini tarix verécék-beş gün tez, beş gün gec. Abel müéllim gözél bilér ki, şéréf lövhési üçün bir qayda olaraq yaxşıların yaxşılarnı seçirlér, bu mésélédé séhv buraxmaq, sıra qaydasını itirmék heç késé başucalığı gétirméz. Ménimsé, bu “oyunda”n yararlanıb iréli düşmék istéyénléré bir tövsiyém var: bir az tamahınıza sahiblik eléyin, bir az mémlékétin éhvalını düşünün, bir az şéréfinizi qoruyun, bir azacıq da Allahdan qorxun!

Séadét

"Azadlıq" qazeti, 20.12.2003