AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ İŞIQLANDIRILMASI
YEKUN MƏRUZƏ - OKTYABR, 2003
"Yeni Nəsil" Jurnalistlər Birliyi və "İnternews"
televiziyası birgə hazırlayıb
İçindəkilər
I FƏSİL
2.2. Fikri ifadə azadlığının həyata keçirilməsi təcrübəsi
2.2.1. Namizədlərin seçkiqabağı kütləvi tədbirlər keçirmək və müxtəlif təbliğat formalarından istifadə etmək imkanları
2.2.2. Azərbaycanın kütləvi informasiya vasitələrinin təbliğat və təşviqat imkanları
2.2.3. Namizədlərin pulsuz və pullu efir vaxtı və çap sahəsindən istifadə imkanları
2.2.4. KİV-in fəaliyyətinin tənzimlənmə dərəcəsi və tənzimləyici orqanların müstəqilliyi
II FƏSİL
2.5. Partiyalar və namizədlərin təsis etdiyi qəzetlər
Azərbaycan dövlət müstəqiliyini 12 il əvvəl 1991-ci ildə elan edib. Bu müddət ərzində ölkədə 4 dəfə – 1991, 1992, 1993, 1998-ci illərdə prezident seçkiləri, 2 dəfə – 1995, 2000-ci illərdə parlament seçkiləri, üç dəfə – 1993, 1995 və 2002-ci illərdə ümumxalq səsverməsi (referendum) və bir dəfə – 1999-cu ildə bələdiyyə seçkiləri keçirilib.
İlk illər qeyri-stabillik, müharibə, üsyanlar dövrü olduğundan Azərbaycanda ilbəil prezident dəyişiklikləri baş verib. Son on ildə isə müharibədə atəşkəs elan etmiş və iki silahlı üsyanı yatırmış Heydər Əliyev hakimiyyəti öz əlində saxlamağa müvəffəq olub.
Keçirilən bu seçkilərin bir sıra ümumi cəhətləri var. Birincisi ondan ibarətdir ki, indiyədək Azərbaycanda seçkilər yolu ilə hakimiyyət dəyişikliyi baş verməyib. Hər bir siyasi qüvvə müxtəlif üsullarla faktiki olaraq hakimiyyətə gəldikdən sonra seçkilər keçirib və bu seçkilərdən qalib çıxıb. İkincisi, seçkilər, xüsusi ilə son on ildə keçirilən səsvermələr və onların nəticələrinin hesablanması zamanı böyük saxtakarlıqlara yol verilib. Bu fakt həm yerli, həm də beynəlxalq müşahidəçilərin əksəriyyəti tərəfindən qeyd olunub, müvafiq bəyanatlarda öz əksini tapıb. Üçüncüsü, bütün qanun pozuntuları və saxtakarlıqlara baxmayaraq, Azərbaycanda seçkilərin gedişini diqqətlə izləyən beynəlxalq təşkilatlar və nüfuzlu xarici dövlətlər hər seçkini irəliyə doğru atılmış bir addım kimi qiymətləndirib və bu prosesin demokratiyanın qələbəsinə gətirib çıxaracağına əmin olduqlarını bildiriblər.
Azərbaycan əhalisinin böyük qisminin 2003-cü ilin prezident seçkilərinə ilkin münasibəti də məhz yuxarıda göstərilən amillərin təsiri altında formalaşıb. Keçirilmiş rəy sorğularının əksəriyyətinin nəticələrində açıq-aşkar görsənən həmin münasibəti təxminən belə ifadə etmək olar: «onsuz da bizim fikrimizdən heç nə asılı deyil, hər şeyi «özləri» müəyyənləşdirəcəklər, müşahidəçilər də həmişəki kimi sözlərini deyib, dağılışacaqlar». Ədalət naminə qeyd etmək lazımdır ki, bu mövqeyi dəyişdirmək üçün seçkiqabağı dövrdə öz tərəfdarlarını seçki məntəqələrinə çağıran hakimiyyət və müxalifətlə yanaşı, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar da kifayət qədər böyük maarifləndirmə işi aparmağa müvəffəq olublar.
Rəsmi statistikaya görə, seçki ərəfəsində ölkənin 8 milyon 246 min əhalisi, 4 milyon 376 min 921 seçicisi var idi. Mərkəzi Seçki Komissiyası seçicilərdən 24 mininin ölkə ərazisindən kənarda yaşadığını bildirirdi. Qeyri-rəsmi mənbələrin verdikləri rəqəmlər isə bundan dəfələrlə çox idi.
I FƏSİL
1. Azərbaycanda seçkiqabağı siyasi şərait və KİV-in seçkilərə dair materialların əsas mövzuları
Siyasi qütbləşmə və kəskin qarşıdurma Azərbaycan müstəqilliyini əldə etdikdən bəri onun həyatının daimi reallığına çevrilib. Seçkiqabağı dövrdə bu gərginliyi daha da artıran və siyasi prosesləri istiqamətləndirən üç mühüm amil olub.
2003-cü ilə qədər seçki hüququnun həyata keçirilməsi «Azərbaycan Respublikası Prezidentinin seçkiləri», «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər», «Bələdiyyə seçkilərinin qaydaları» və «Referendum» haqqında bir neçə qanunla təmin olunurdu. 2003-cü ilin iyununda ölkənin yeni və vahid «Seçki Məcəlləsi» qəbul edildi. Bu sənədin qəbulu həqiqətən çox maraqlı və seçkilər ərəfəsində həm hakimiyyətin, həm də müxalif siyasi partiyaların davranışına ciddi təsir göstərən bir proses oldu.
Prezident Aparatında hazırlanmış Məcəllənin ilk layihəsi 2002-ci ilin noyabrında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və seçicilərin müzakirəsinə təqdim olundu. Müzakirələr dövrü iqtidarla müxalifət arasında vasitəçilik missiyasını ATƏT-in Bakı ofisi həyata keçirirdi. Lakin mərhələlərdən birində müxalifət partiyaları bu məqsədlə təşkil olunmuş növbəti dəyirmi masaya qatılmaqdan imtina etdilər və hər iki tərəfin nümayəndələrindən ibarət razılaşma komissiyası yaratmaq təklifi irəli sürdülər. Müxalifətin ən çox etiraz etdiyi məsələ Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması qaydasını müəyyənləşdirən 24-cü maddə idi. Lakin hakimiyyət müxalifətin həmin maddəyə təklif etdiyi dəyişikliklərlə razılaşmaq istəmirdi.
Məhz bu maddə ətrafındakı fikir ayrılıqları iqtidarla müxalifət arasında kompromisin əldə olunmasına imkan vermirdi. Məcəllənin parlamentdə qəbulu gecikirdi. İqtidar təmsilçiləri yeni qanunun müxalifətin razılığı olmadan da qəbul ediləcəyini, müxalifət isə seçkiləri baykot edəcəyini bildirirdi. 16 mart, 13 aprel, 4 may, 18 may tarixlərində Bakıda müxalifətin etiraz yürüş-mitinqləri keçirildi.
Avropa Şurası Venetsiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təklifi ilə Milli Məclisin və Prezident Aparatının məsul işçilərinin Strasburqa səfəri təşkil olundu. Səfərdən geri döndükdən sonra onlar Seçki Məcəlləsinin layihəsində düzəlişlər ediləcəyi barədə jurnalistlərə məlumat verdilər.
Nəhayət ki, iyun ayında Məcəllə Milli Məclis tərəfindən qəbul olundu. İqtidarla müxalifət arasında əsas mübahisə obyektinə çevrilmiş 24-cü maddə üzrə tərəfləri qismən də olsa razı salan kompromis əldə edildi. Beləliklə, seçkilərə gedən yol az qala son məqamda açıq elan edildi.
Seçki Məcəlləsinin müzakirəsi prosesi kütləvi informasiya vasitələri tərəfindən əvvəlcə sönük, lakin get-gedə daha çox artan diqqətlə izlənirdi. ATƏT-in təşkil etdiyi dəyirmi masalar televiziya vasitəsi ilə əhaliyə nümayiş etdirilirdi. İqtidar mətbuatı ardıcıl sürətdə müxalifəti «qeyri-konstruktivlikdə, uduzacağını əvvəlcədən bildiyi üçün Məcəllənin qəbul edilməsinə mane olmaqla, seçkiləri pozmaq cəhdində» suçlayırdı. Müxalifət mətbuatı hakimiyyəti «gələcək saxtakarlıqlara qanuni don geyindirməyə imkan yaradan bir məcəllə formalaşdırmaq cəhdində» ittiham edirdi. Əldə olunan hər bir kompromis mətbuatda tərəflərdən birinin digəri üzərində qələbəsi kimi təqdim edilirdi və bu, əslində nə baş verdiyini anlamaqda seçicilərə mane olurdu.
2003-cü ilin aprel ayında bütövlükdə seçki prosesinin sonrakı gedişinə ən böyük təsir göstərmiş bir hadisə baş verdi: ölkənin fəaliyyətdə olan prezidenti, növbəti dəfə də prezident seçkilərinə qatılacağını elan etmiş Heydər Əliyevin sağlıq durumu kəskin surətdə pisləşdi. İyunda o, ikinci ağır böhran keçirdi və ayın 18-də yenidən müalicə üçün xaricə aparıldı. İqtidar prezidentin tezliklə səhhətini bərpa edəcəyini və iş başına qaydacağını dönə-dönə bəyan etsə də, müxalifət mətbuatı artıq «Əliyev erası»nın bitməsindən və onun «bioloci həyat resurslarının tükənməsindən» yazırdı. Belə bir şəraitdə iqtidar partiyası ilk baxışdan qəribə görünən bir yol seçdi: prezident seçkilərinə birdən-birə iki namizədlə – ata və oğul Əliyevlərlə getmək barədə qərar qəbul etdi. Əvvəlcə iyun ayının 28-də Naxçıvandan olan seçki bloku tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü və MSK-da qeydiyyata alındı. Sonra ölkəni tərk etdiyi andan bəri vəziyyəti müəmmalı olaraq qalan prezidentin 4 avqust 2003-cü il tarixli fərmanı ilə İ.Əliyev Azərbaycanın baş naziri təyin edildi. Və nəhayət, oktyabr ayının 2-də – seçkilərə iki həftə qalmış – Heydər Əliyevin öz namizədliyini oğlunun xeyrinə geri götürməsi barədə xalqa müraciəti açıqlandı.
Bütün bu müddət ərzində müxalifət təbliğatının əsas diqqəti «varis planı»nın həyata keçirilməsinə mane olmağa, verilən «fərmanların qeyri-qanuniliyi»ni sübuta yetirməyə, «Azərbaycanın haldan düşmüş diktatoru» və onun «eyş-işrətə qurşanmış» oğlu obrazlarını, hakimiyyət təbliğatının diqqəti isə «vaxtı ilə ölkəni fəlakət həddinə çatdırmış» müxalifət, «Azərbaycanın xilaskarı» olan Heydər Əliyev və onun «siyasətinin ən layiqli davamçısı, ilhamlı gələcəyin carçısı» olan İlham Əliyev obrazlarının yaradılmasına yönəldilmişdi.
Müxalifətin prezident seçkilərinə vahid namizədlə getməsinin zəruriliyi ideyası 2002-ci ilin payızında mətbuata çıxarıldı və o vaxtdan etibarən tez-tez hallandırılmağa başladı. Müxalifət liderlərinin özləri həmin ideyanın reallığına şübhə ilə yanaşsalar da, hər halda mitinqlərdə və fərdi müsahibələrdə bu barədə həvəslə danışır, tədricən cəmiyyətin mövcud iqtidarın əleyhinə olan hissəsində sosial sifariş formalaşdırırdılar. 2003-cü ilin ortalarında müxalif partiyaların rəhbərlərinin «vahid namizəd» ideyasının müzakirəsinə həsr olunmuş görüşləri intensivləşdi. Avqust ayında onlardan üçünün - Müsavat partiyasının başqanı İsa Qəmbər, Milli İstaqlal partiyasının sədri Etibar Məmmədov və Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin - ABŞ Milli Demokratiya İnstitutunun dəvəti ilə Vaşinqtona birgə səfər edəcəkləri barədə məlumat yayıldı (Azərbaycan Demokrat partiyasının sədri Rəsul Quliyev də bu zaman ABŞ-da idi). Lakin səfərin vaxtı və bəlkə də, zəruriliyi barədə üç lider razılıq əldə edə bilmədi. Bu, bir tərəfdən, «hakimiyyət hərisliyi üzündən hətta bir-birlərinə də güzəştə gedə bilməməkdə» onları ittiham edən iqtidar mətbuatının kəskin tənqidinə, digər tərəfdən isə, hələ də partiya rəhbərlərinin ortaq məxrəcə gələcəyinə ümidini itirməyən müxalifət mətbuatının məzəmmətinə səbəb oldu. Nəhayət, sentyabr ayının 10-11-də «dördlük» Londonda görüşdü. Amma müxalifət liderləri bu səfərdən əliboş qayıtdılar. Yaranmış vəziyyət iqtidar mətbuatının tənqidi çıxışlarının güclənməsinə, müxalifət mətbuatında isə təbliğatın istiqamətinin dəyişməsinə səbəb oldu.
2. Seçkiqabağı təşviqat prosesində fikri ifadə azadlığı və kütləvi informasiya vasitələri
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi hər bir vətəndaşın fikir və söz azadlığına təminat verir. Heç kəs öz fikir və əqidəsini açıqlamağa, habelə fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
Əsas Qanunun 50-ci maddəsi isə ölkə vətəndaşlarının istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit edir, kütləvi informasiya azadlığına təminat verir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edilir.
Azərbaycan Respublikasının «Kütləvi informasiya vasitələri haqqında» Qanunu və Seçki Məcəlləsi də namizədlərə seçkiqabağı təşviqat kampaniyası aparmaq və bunun üçün lazım olan bütün vasitələrdən, o cümlədən KİV-dən istifadə etmək üçün kifayət qədər şərait yaradır.
2.2. Fikri ifadə azadlığının həyata keçirilməsi təcrübəsi
Siyasi baxışların və fikirlərin əhaliyə çatdırılmasında kütləvi informasiya vasitələrinin oynadığı rol yalnız KİV-lərin özlərinin xarakterik xüsusiyyətlərindən deyil, həm də bir sıra digər faktorlardan, o cümlədən partiyaların və namizədlərin seçkiqabağı tədbirlər təşkil etmək və onları maneəsiz olaraq keçirmək, təşviqat materiallarını digər formalarda yaymaq imkanlarının genişliyindən asılıdır. Seçki ştablarının bu sahədə üzləşdiyi problemlər kütləvi informasiya vasitələrinin də seçki kampaniyalarını işıqlandırarkən qarşılaşdıqları çətinliklərlə çox vaxt üst-üstə düşür.
Siyasi partiya və namizədlərin kütləvi informasiya vasitələrinin xidmətlərindən pullu və pulsuz qaydada istifadə imkanları da seçki prosesinin işıqlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Seçkilər dövründə KİV-in davranışını düzgün qiymətləndirmək üçün onların hansı şəraitdə fəaliyyət göstərdiklərinə, hansı orqanlar tərəfindən tənzimləndiklərinə, tənzimləyici qurumların özlərinin müstəqillik dərəcəsinə, media təşkilatlarının mülkiyyət formalarına və bu mülkiyyətin kimin nəzarəti altında olduğuna da diqqət yetirmək lazımdır.
2.2.1. Namizədlərin seçkiqabağı kütləvi tədbirlər keçirmək və müxtəlif təbliğat formalarından istifadə etmək imkanları
Seçkilər dövründə namizədlər mitinqlər, paytaxtda və rayonlarda əhali ilə görüşlər keçirmək hüququna malik idilər və bu hüquqdan geniş istifadə etməyə çalışırdılar. Hakim partiyanın və ya iqtidara yaxın siyasi təşkilatların belə tədbirlərin təşkili zamanı hər hansı maneəyə rast gəlmələri haqqında sentyabr-oktyabr aylarında monitorinq qrupuna məlumat daxil olmayıb. Lakin müxalifət namizədlərinin rayonlarda və Bakıda keçirilən mitinq və görüşlərinin polis, icra hakimiyyətinin nümayəndələri və ya «naməlum qruplar» tərəfindən pozulması cəhdləri haqqında xeyli məlumatlar var. AMİP sədri Etibar Məmmədovun Lənkəran, Masallı, Saatlıda, Musavat başqanı İsa Qəmbərin Tovuz, İsmayıllı, Quba, Bakıda, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlının Astara, Biləsuvar, Əli-Bayramlıda əhali ilə görüşlərinə toplaşan seçicilərə təzyiqlər edilib, bir sıra hallarda seçicilər və partiya funksionerləri döyülüb, həbs edilib. İlyas İsmayılovun Ağcabədidə görüş keçirməsinə yerli icra hakimiyyəti imkan verməyib.
Namizədlərin reklam plakatlarının yapışdırılması üçün onlara yer ayrılmaması, yapışdırılmış plakatların kütləvi surətdə cırılması, bəzi təşviqat materialları paylayan şəxslərin döyülməsi və polis məntəqələrinə aparılması haqqında xüsusilə çox faktlar vardır. Məsələn, oktyabr ayının 7-də Lalə Şövkət hacıyevanın təşviqat materiallarını yayan şəxs Bakıda döyülüb, onun vəkilləri polis tərəfindən saxlanılıb və fiziki təzyiqə məruz qalıb.
2.2.2. Azərbaycanın kütləvi informasiya vasitələrinin təbliğat və təşviqat imkanları
Dövlət orqanlarının məlumatlarına görə, Azərbaycanda 612 çap kütləvi informasiya vasitəsi qeydiyyata alınıb. Lakin mətbəələrdən alınan hesabatlar göstərir ki, real olaraq onlardan yalnız təxminin 260-ı fəaliyyət gstərir. Bunlardan 80-i rayon qəzetləridir ki, onların da böyük əksəriyyəti yerli hakimiyyət orqanları tərəfindən ayda bir-iki dəfə maksimum 500 nüsxədə dərc edilir və informativlik baxımından ciddi əhəmiyyət kəsb etmir. Daha 30 nəşr sahə qəzetləri sırasına daxildir.
Qalan 150 qəzetdən 32-si seçki kampaniyası dövründə gündəlik, digərləri həftəlik çıxıb. Gündəlik qəzetlərin tirajı orta hesabla 3-5 min nüsxə təşkil edib. İctimai-siyasi qəzetlər arasında ən yüksək tiraj «Yeni Müsavat» qəzetinə (gündə 20000) məxsus olub.
Çap kütləvi informasiya vasitələri şərti olaraq iqtidar, müxalifət və müstəqil adlandırılan qismlərə bölünür. İqtidar mətbuatına rəsmi olaraq Prezident aparatının işlər idarəsi, Milli Məclis və Nazirlər Kabineti tərəfindən nəşr edilən «Azərbaycan», «Xalq qəzeti», «Bakinskiy raboçiy», «Respublika», bir sıra digər dövlət orqanlarının və hakim partiyanın nəşrləri və hakimiyyətin siyasətini fəal olaraq dəstəkləyən qəzetlər daxildir. Müxalifət nəşrləri əsasən müxalif partiyalar və liderlərin, onların tərəfdarlarının təsis etdikləri qəzetlərdən ibarətdir. Müxalifət mətbuatının önündə «Yeni Müsavat», «Azadlıq» və «Hürriyyət» qəzetləri gedirlər. Ölkədə siyasi mübarizə kəskinləşdikcə, mətbuatda iqtisadi böhran dərinləşdikcə, bu tərəflərin heç birindən asılı olmayan müstəqil mətbuatın dairəsi daralır. Əgər 1998-ci ildə çap kütləvi informasiya vasitələrinin təxminən 15%-nə hakimiyyət, 30%-nə müxalif siyasi qüvvələr nəzarət edir, onların 55%-i müstəqilliyini saxlayırdısa, indi bu nisbət tamamilə dəyişib, əsasən iqtidaryönlü nəşrlərin sayının artması hesabına müstəqil qəzetlərin sayı 5-6 dəfə azalıb.
Dövlət orqanlarında rəsmi qeydiyyatdan keçən teleradiokompaniyaların sayı 40-dan artıqdır. Lakin hazırda Bakıda 5, bölgələrdə isə 11 teleradiokompaniya fəaliyyət göstərir. Bunlardan ən böyüyü Azərbaycan dövlət televiziyasıdır ki, onun verilişləri ölkə ərazisinin 98%-nə yayımlanır. Digər paytaxt kanallarının üçünün - ANS, Space, Lider - əhatə dairəsi ölkə ərazisinin 80 faizə qədərini təşkil edir. ATV kanalı Bakı və Abşeron yarımadasında yayımlanır ki, bu əhatədə də ölkə əhalisinin təxminən yarısı yaşayır. Bu teleradioşirkətlər öz mülkiyyət formalarına görə özəl olsalar da, dövlətin və yüksək vəzifəli hakimiyyət nümayəndələrinin onların idarəçiliyinə, həmçinin seçkilər dövründə verilişlərinin məzmununa müdaxilə, təsir və ya nəzarət imkanları böyükdür.
Paytaxt telekanallarının efir vaxtı sutkada azı 14 saat təşkil edir.
Bölgələrdə fəaliyyət göstərən teleradiokompaniyalardan yalnız biri (Naxçıvan TV) dövlət və biri bələdiyyə (Xaçmaz) mülkiyyətindədir, qalanlar (Sumqayıt, Gəncə – 2 kanal, Quba – 2 kanal, Mingəçevir, Zaqatala, Tovuz, Xaçmaz) özəl müəssisələrdir. Onlar gün ərzində əsasən müsiqili-əyləncəli proqramlar və bədii filmlər nümayiş etdirirlər. Bununla belə, bu şirkətlərin özləri də xəbərlər proqramları hazırlayırlar.
Ümumilikdə götürdükdə, əhalinin əsas informasiya mənbəyi olaraq, sırf texniki göstəricilər baxımından televiziya çap kütləvi informasiya vasitələrini qat-qat üstələyir. Rəsmi statistikaya görə, hazırda ölkədə hər yüz ailəyə 102 televizor, hər min nəfərə isə 214 televizor düşür. Beləliklə, hər bir ailənin hər gün televiziya ilə informasiya almaq imkanı var. Eyni zamanda, hesabatlar göstərir ki, Azərbaycanda istehsal olunan qəzetlərdən gündə hər 100 ailəyə 6.1, hər min nəfərə 13 qəzet düşür. Bu, istehsal xərclərinin böyüklüyü, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması, çap məhsullarını yayım imkanlarının məhdudluğu kimi müxtəlif səbəblərlə izah olunur. Bununla belə, çap kütləvi informasiya vasitələrinin təbliğat-təşviqat imkanlarının da kifayət qədər geniş olduğunu qeyd etmək lazımdır. Əhalinin siyasi cəhətdən fəal hissəsi qəzetlərdən informasiya almağa daha çox meyl edir. 2001-2002-ci illərdə aparılmış geniş sosioloci tədqiqatlar zamanı ali təhsilli insanların 70,2 faizi qəzetlərin onlar üçün əsas informasiya mənbələrindən biri olduğunu göstərib.
2.2.3. Namizədlərin pulsuz və pullu efir vaxtı və çap sahəsindən istifadə imkanları
Seçki Məcəlləsinə görə, seçkiqabağı təşviqat səsvermə gününə 60 gün qalmış (16 avqust 2003-cü il) başlanır və səvermənin bitməsinə 24 saat qalmış (14 oktyabr 2003-cü il) bitir. Bü muddətdə teleradio verilişləri təşkilatları və dövri nəşrlər qeydə alınmış namizədlərə pulsuz və pullu efir vaxtı, yaxud çap sahəsi ayırmaq hüququna malikdirlər.
Məcəllədə əks olunmuş pulsuz təşviqatın aparılması qaydaları yalnız dövlət KİV-nə aiddir. Qanuna görə, dövlət televiziyasının seçkiqabağı təşviqat üçün ayırdığı pulsuz efir vaxtının həcmi həftədə 3 saatdan az olmamalıdır. Bu, daha geniş auditoriyanın baxması mümkün olan vaxt olmalı, namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünməlidir. Pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi prezidentliyə namizədlərlə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmalıdır. Hər bir dövlət qəzetinin seçkiqabağı təşviqat dövründə namizədlərə pulsuz olaraq ayırdığı çap sahəsi onun həftəlik həcminin 10 faizindən az olmamalıdır.
Seçki Məcəlləsinə görə, dövlət televiziyası seçkiqabağı təşviqatı pullu əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Bu vaxt pulsuz efir vaxtının ümumi həcmindən nə az, nə də ondan iki dəfədən artıq ola bilməz. Dövlət qəzetləri də ödənişli əsaslarla seçkiqabağı təşviqat aparmaq üçün prezidentliyə namizədlərə öz səhifələrində yer ayırmağa borcludurlar. Bu məqsədlə namizədlərə pulsuz təşviqat üçün nəzərdə tutulmuş səhifələrin həcmindən az olmayan çap sahəsi ayrılmalıdır. Həm dövlət televiziyasında, həm də dövlət qəzetlərində bütün namizədlər üçün ödəniş şərtləri eyni olmalı, pullu təşviqata ayrılmış vaxt və çap sahəsi onların arasında bərabər əsaslarla bölünməlidir. Hər namizəd müvafiq qaydada haqqını ödəməklə yalnız bu bölgü nəticəsində müəyyənləşdirilmiş ölçüdə vaxtdan və ya yerdən istifadə edə bilər.
Seçki Məcəlləsi göstərir ki, özəl teleradio təşkilatları və nəşrlər isə seçkiqabağı təşviqat kampaniyasında iştirakdan imtina edə bilərlər. Onları təşviqat materialları verməyə məcbur etmək olmaz. Lakin özəl KİV seçkiqabağı təşviqat kampaniyasına qoşulmaq qərarına gələrsə, bu zaman o, bütün namizədlər üçün tam bərabər şərtlər müəyyənləşdirməyə borcludur. Bu öhdəlikdən yalnız prezidentliyə namizədlərin və onların təmsil etdikləri partiyaların təsisçisi olduğu informasiya vasitələri azaddır.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, avqust ayında Mərkəzi Seçki Komissiyası namizədlərin dövlət KİV-də pulsuz efir vaxtından və çap sahəsindən istifadə qaydasını müəyyənləşdirdi. Dövlət televiziyasında seçkiqabağı təşviqat aparmaq üçün həftədə 3 saat vaxt ayrıldı. Avqust ayının 25-dən başlayaraq hər namizədə həftədə bir dəfə 10 dəqiqə ərzində seçicilərə birbaşa müraciət etmək imkanı verildi. Çıxışlar geniş tamaşaçı auditoriyasının izləyə biləcəyi vaxta - saat 21.00-a planlaşdırıldı. Bundan başqa, şənbə günləri saat 21.00-a bütün namizədlər və ya onların nümayəndələrinin iştirakı ilə həftədə 1 saatlıq dəyirmi masalar təyin edildi. Namizədlərin çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşdirildi. Eyni zamanda namizədlərin təşviqat kampaniyası üçün 4 dövlət qəzetinin hər birində həftədə 4 səhifəlik yer ayrıldı.
Namizədlərin təşviqat kampaniyasına kənar müdaxilələrə yol verməmək, onların KİV-in imkanlarından bərabər qaydada istifadə etməsinə şərait yaratmaq üçün Seçki Məcəlləsi və onun əsasında Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimata bir sıra mühüm müddəalar daxil edilib. Həmi müddəalara görə, dövlət teleradiotəşkilatları və dövri nəşrləri namizədlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Seçkiqabağı təşviqatın aparılması, bu təşviqatla bağlı hər hansı materialın yayılması xarici dövlətlərə, xarici hüquqi şəxs və vətəndaşlara qadağan edilir. Eyni qadağa dövlət orqanları, idarə və təşkilatlarının xidməti vəzifələrini yerinə yetirən, həm də xidməti vəzifə və üstünlüklərindən istifadə etmək imkanı olan işçilərinə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara, seçki komissiyalarına, seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə də tətbiq edilir. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat xarakterli tədbirlər qanundan kənar hesab olunur. Seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc edən KİV-in üzərinə sorğu keçirən təşkilatı, onun keçirilmə vaxtını, dəqiq ifadə olunmuş sualları, sorğuda iştirak edənlərin sayını bildirmək öhdəliyi qoyulur. Eyni zamanda, səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların KİV-də dərc edilməsinə yol verilmir.
2.2.4. KİV-in fəaliyyətinin tənzimlənmə dərəcəsi və tənzimləyici orqanların müstəqilliyi
Azərbaycanda çap kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən xüsusi dövlət orqanı yoxdur. Elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinə isə xüsusi d komissiyası nəzarət edir. Lakin seçkilər dövründə təşviqat kampaniyasının aparılması üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində xüsusi Mətbuat qrupu yaradılıb. Bu qrup əsasən jurnalistlərdən tərtib olunub. Bununla belə, pozuntu halları qeydə alındıqda, Məcəllə bu qrupa hər hansı sanksiya tətbiq etmək hüququ vermir. Mətbuat qrupu qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq-mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək hüququna malikdir.
Qrupun seçkiqabağı təşviqat kampaniyası dövründə fəaliyyəti namizədləri və onların seçki qərargahlarını razı salmayıb. Müxtəlif pozuntular barədə çoxlu şikayətlərin olması, KİV-lə bağlı məsələlərin bir neçə dəfə Mərkəzi Seçki Komissiyasının iclaslarına çıxarılması və hətta sentyabr ayının 8-də MSK-nın KİV-ə xüsusi müraciətinin qəbul olunmasına baxmayaraq, kampaniyanın gedişində heç bir dəyişiklik yaranmayıb, heç bir pozuntu aradan qalxmayıb.
Qəzet redaktorlarından biri seçkiqabağı təşviqat kampaniyası dövründə jurnalistlər üçün yaradılmış iş şəraitini dəqiq ifadə ilə təsvir edib: «vəziyyət çox çətindir, amma dözülməz də deyil». Həqiqətən də uzun müddət KİV əməkdaşlarının Mərkəzi Seçki Komissiyası ilə əlaqələrinə, onların bir çox seçki hərəkətlərini izləməsinə ciddi maneçilik yaradılmayıb. Kampaniyanın müxtəlif mərhələlərində paralel olaraq bir neçə müstəqil informasiya mərkəzi fəaliyyət göstərib, medianın fəaliyyətini məhdudlaşdıran dövlət qərarları çıxarılmayıb. Lakin seçkilər yaxınlaşdıqca, xüsusilə namizədlərin seçicilərlə görüşlərinin intensivləşdiyi andan başlayaraq, vəziyyət gərginləşib və səsvermə günü, ondan sonrakı ilk vaxtlar bu gərginlik pik həddinə çatıb. Sentyabr ayının 3-də Naxçıvanda 3 jurnalist döyülüb. Sentyabrın 8-də səkkiz kütləvi informasiya vasitəsinin 12 əməkdaşı Bakı Baş Polis idarəsinin qarşısında kobud fiziki təzyiqə məruz qalıb. Ayrı-ayrı bölgələrdə müxalifət qəzetlərinin satışına məhdudiyyətlər qoyulub, onların tirajlarının bir hissəsi müsadirə edilib. Sentyabrın 12, 20 və 21-i, sonrakı günlər bəzi namizədlərin seçicilərlə görüşünü işıqlandıran jurnalistlərin döyülməsi, həbs edilməsi, redaksiyaların əmlaklarına ziyan vurulması halları baş verib. KİV əməkdaşlarına qarşı hədələr və təhdidlər sürətlə çoxalmağa başlayıb. Artıq bu prosesə Mərkəzi Seçki Komissiyası da qoşulub. Sentyabrın 24-də Komissiyanın sədri iki müxalifət qəzetinin nümayəndələrinin növbəti iclasa buraxılmaması barədə tapşırıq verib. Səsvermə günü seçkiləri izləyən, ondan sonrakı etiraz tədbirlərini və qarışıqlıqlar zamanı xidməti vəzifələrini yerinə yetirən onlarla jurnalist hücumlara məruz qalıb. «RUH» Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, bu günlərdə 80-ə yaxın KİV əməkdaşının informasiya əldə etmək hüququ pozulub. 50-dən çox jurnalist döyülüb, 3 nəfər xüsusilə ağır bədən xəsarəti alıb, 18 jurnalist saxlanılıb və onlardan 8-i müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
Bu hadisələr dəfələrlə yerli jurnalist təşkilatlarının, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq qurumların yüksək vəzifəli nümayəndələrinin etiraz bəyanatlarına səbəb olub. Jurnalistlərə qarşı təzyiqlər yalnız seçkilərdən bir neçə gün keçdikdən sonra səngiməyə başlayıb, həbs olunanlar azadlığa buraxılıb, jurnalistlərin hüquqlarının pozulması halları üzrə təhqiqat təyin olunub. Lakin hələlik heç bir günahkar cəzalandırılmayıb.
II FƏSİL
1. Kütləvi informasiya vasitələrinin seçkiqabağı materiallarının monitorinqinin məqsədi, obyekti, müddəti və metodologiyası
Monitorinqin məqsədi
Monitorinqin əsas məqsədi Azərbaycanın kütləvi informasiya vasitələrinin 2003-cü ilin prezident seçkiləri zamanı elektoratı seçkilər, namizədlər və onların proqramları barədə nə dərəcədə düzgün və əhatəli informasiya ilə təmin etməsini müəyyənləşdirmək idi. Bunun üçün KİV-in seçkilərə dair materiallarının kəmiyyət və keyfiyyətcə təhlili aparılıb. Eyni zamanda, bu sahədə mövcud təcrübəni qiymətləndirməklə yanaşı, monitorinqin təşkilatçıları Seçki Məcəlləsinin KİV-ə dair müddəalarının azad, şəffaf və ədalətli seçkilərin keçirilməsinə nə dərəcədə şərait yaratdığını da aydınlaşdırmaq məqsədi güdürdülər.
Monitorinqin obyekti
Monitorinq Bakıda, Gəncədə və Naxçıvanda çıxan 7 televiziya kanalını və 14 qəzeti əhatə edirdi. Bunlar Azərbaycan Dövlət televiziyası, Naxçıvan Dövlət televiziyası, Lider, ANS, Space, ATV və Kəpəz TV kanalları, həmçinin «Azərbaycan», «Xalq qəzeti», «Bakinskiy raboçiy», «Azadlıq», «Yeni Musavat», «Yeni Azərbaycan», «Hürriyyət», «525-ci qazet», «Exo», «Zerkalo», «Şərq», «Novoye vremya», «Gəncəbasar» və «Şərq qapısı» qəzetləri idilər.
Monitorinqin müddəti
Monitorinq dörd mərhələ keçirilib. Birinci mərhələ seçkiqabağı təşviqat
kampaniyasının ilk günlərini əhatə edib (18-25 avqust). İkinci mərhələ sentyabr ayının 25-də başlayıb, 20 gün davam edib və oktyabr ayının 14-də bitib. Üçüncü mərhələdə yalnız 1 gün – səsvermə günü - qeyd olunan KİV-in çıxışları izlənilib. Və nəhayət, sonuncu mərhələ oktyabr ayının 16-dan 22-dək müəyyənləşdirilib. Əsas diqqət, təbii ki, seçkilər ərəfəsindəki 20 gün ərzində yayımlanan proqramlara və dərc olunan materiallara yetirilib. Monitorinqin çoxpilləli aparılmasında isə məqsəd seçkilərin müxtəlif fazalarında medianın davranışını qiymətləndirmək, müqayisə etmək və nəticələri tutuşdurmaq imkanı əldə etmək olub.
Monitorlar həmin müddətdə Bakıda və Gəncədə nəşr olunan qəzetlərin bütün buraxılışlarını, Naxçıvanda çıxan qəzetin ən yüksək tirajla çap olunmuş iki sayını hərtərəfli təhlil etmişlər. Paytaxt telekanallarının yayımları isə tamaşaçı auditoriyasının daha geniş olduğu vaxtlarda (səhər 8.00-10.00, axşam 17.00-24.00) gün ərzində 9 saat müddətində nəzarətdə saxlanılmışdır. Gəncə və Naxçıvan televiziyasının yalnız informasiya proqramları monitorinq edilmişdir.
Monitorinqin metodologiyası
Monitorinqin keçirilməsi üçün bir sıra beynəlxalq təşkilatlarla və ekspertlərlə əməkdaşlıq şəraitində hazırlanmış yeni metologiya tətbiq edilmişdir.
Monitorlar hər gün kütləvi informasiya vasitələrinin seçkilərə dair bütün materiallarının xarakterik xüsusiyyətlərini, bu materiallarda namizədlərə nə qədər vaxt və yer ayrılmasını, onların adlarının hansı kontekstdə çəkilməsini, şəkil və videotəsvirlərinin həcmini və s. qeydə alaraq təhlil etmiş, seçkiqabağı təşviqat kampaniyasında iştirak edən KİV-in qanunvericiliyin və beynəlxalq prinsiplərin tələblərinə (namizədlərə bərabər rəqabət imkanlarının yaradılması, qərəzsizlik və s.) nəcə əməl etdiklərini müəyyənləşdirmişlər. Namizədlərə həsr olunmuş çap sahəsinin və efir vaxtının həcmi ölçülərək kod səhifələrinə daxil edilmiş, sonra kompüterlərə köçürülərək «Statistika» proqramında işlənmişdir. Əsas göstəricilərdən başqa, KİV-in və jurnalistlərin öz təşəbbüsləri ilə namizədin lehinə və ya əleyhinə təşviqat aparması, onlara tənqidi çıxışlara cavab vermək imkanının yaradılması, dövlət qulluqçularının xidməti vəzifə üstünlüklərindən seçkiqabağı təşviqat aparmaq üçün istifadə etməsi, rəy sorğularının nəticələrinin işıqlandırılması halları da ayrıca öyrənilmiş, medianın seçkilərlə əlaqədar maarifçilik missiyasını necə yerinə yetirməsi də diqqət mərkəzində saxlanılmışdır.
Monitorinq nəticəsində toplanılan bütün materiallar arxivləşdirilmişdir və hazırda Bakı Mətbuat Klubunda saxlanılır.
Bu hesabatda ümummilli kütləvi informasiya vasitələrinin seçkiqabağı təşviqat kampaniyası dövründə fəaliyyəti tədqiq olunur. Regional KİV-in fəaliyyəti haqqında hesabat ayrı hazırlanıb.
TELEKANALLAR
Sentyabrın 25-dən oktyabrın 14-ü də daxil olmaqla 5 milli telekanalda prezidentliyə namizədlər haqqında üst-üstə 547342 san. məlumat yayılıb. Bu vaxt namizədlər arasında aşağıdakı qaydada bölünüb:
1. Baş nazir, prezidentliyə namizəd İlham Əliyev - 334306 saniyə (bütün namizədlərə həsr olunmuş materialların ümumi həcminin 61,1%-i);
Prezident, prezidentliyə namizəd, oktyabr ayının 2-dən namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və təbliğatı sonadən İlham Əliyevin adı ilə yanaşı aparılan («İlham Əliyev – Heydər Əliyev kursunun davamçısıdır») Heydər Əliyev – 149076 saniyə (27,2%)
2. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər – 21892 saniyə (4%)
3. Azərbaycan Milli İstiqlal partiyasının sədri, prezidentliyə namizəd Etibar Məmmədov – 13033 saniyə (2,4%)
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, prezidentliyə namizəd, oktyabr ayının 3-də namizədliyini Etibar Məmmədovun xeyrinə geri götürmüş və sonadək təbliğatı «Qələbə» seçki bloku çərçivəsində Etibar Məmmədovla qoşa aparılan («Əli ilə Etibar – ən layiqli iqtidar») Əli Kərimli – 6823 saniyə (1,2%)
Cəmi: 3,6%
4. Azərbaycan Xalq Cəbhəsi qrupunun prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 5986 saniyə (1,1%)
5. Ədalət partiyasının sədri, prezidentliyə naizəd İlyas İsmayılov – 4649 saniyə (0,8%)
6. Liberal partiyasının keçmiş sədri, prezidentliyə namizəd Lalə Şövkət hacıyeva – 4517 saniyə (0,8%)
7. Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev – 4399 saniyə (0,8%)
8. Vətəndaş Həmrəyliyi partiyasının sədri, prezidentliyə namizəd Sabir Rüstəmxanlı – 2661 saniyə (0,5%)
Namizədlər haqqında yayılan materialların bir qismi onların təbliğinə (müsbət), digər qismi tənqidinə yönəlmişdir. Mənfi və müsbət xarakterli informasiyaların namizədlər üzrə balansı aşağıdakı kimi olmuşdur:
1. Baş nazir, prezidentliyə namizəd İlham Əliyev – müsbət 105230 saniyə (namizədə həsr olunmuş materialların ümumi həcminin 31,5%-i);
Prezident Heydər Əliyev – müsbət 77143 saniyə (51,7%)
2. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər – mənfi 13743 saniyə (62,8%)
3. Milli İstiqlal partiyasının sədri, prezidentliyə namizəd Etibar Məmmədov – mənfi 5535 saniyə (42,5%)
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, prezidentliyə namizəd Əli Kərimli – mənfi 4408 saniyə (64,6%)
4. Azərbaycan Xalq Cəbhəsi qrupunun prezidentliyə namizədi Qüdrət Həsənquliyev – mənfi 3 saniyə (0%)
5. Liberal partiyasının keçmiş sədri, prezidentliyə namizəd Lalə Şövkət hacıyeva – mənfi 1546 saniyə (34,2%)
6. Ədalət partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov – mənfi 1869 saniyə (40,2%)
7. Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev – mənfi 21 saniyə (0,5%)
8. Vətəndaş Həmrəyliyi partiyasının sədri, prezidentliyə namizəd Sabir Rüstəmxanlı – mənfi 3 saniyə (0,1%)
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək telekanalın 189 saat (680400 saniyə) ərzində yaydığı bütün proqramlar təhlil olunub. Bu müddətdə qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, namizədlərdən bəhs edən materialların həcmi 180084 saniyə olub (ümumi efir vaxtının 26,5%-i). Bundan 45204 saniyə həcmində material canlı efirdə yayınlanıb.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Kanal bütün prezidentliyə namizədlərə 120364 saniyə vaxt həsr edib. Bunun 71,9%-i (86519 san.) prezidentliyə namizəd İlham Əliyevə, 13,4%-i (16151 san.) Heydər Əliyevə aiddir. Prezidentliyə namizəd İsa Qəmbərə 2989 san. (2,5%), Etibar Məmmədova 2824 san. (2,3%), Əli Kərimlia 1563 san. (1,3%), İlyas İsmayılova 2659 san. (2,2%), Lalə Şövkət Hacıyevaya 2087 san. (1,7%), Qüdrət Həsənquliyevə 2085 san. (1,7%), Sabir Rüstəmxanlıya 1998 san. (1,7%), Hafiz Hacıyevə 1489 san. (1,2%) vaxt ayrılıb.
Telekanal seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə də toxunub (2394 san. – iqtidar, 1762 san. – müxalifət).
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində telekanal 2 namizədin fəaliyyətini müsbət yöndən işıqlandırıb. Heydər Əliyev haqqında müsbət xarakterli 10001 san., İlham Əliyev haqqında 20179 san. həcmində məlumat verilib. İsa Qəmbər haqqında namizədin əleyhinə yönəlmiş 209 san., Etibar Məmmədov və Əli Kərimliun hər biri haqqında 12 san. həcmində tənqidi informasiya yayılıb. Qalan məlumatlar neytral tondadır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifət tənqid edilib (1751 san.), iqtidar barədə 1817 san. həcmində müsbət fikir söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 54,3%-ni (65346 san.) xəbərlər təşkil edir. Xəbərlərin 86,1%-i İlham Əliyevə (56266 san.), 13,4%-i Heydər Əliyevə (8771 san.) həsr edilib. Burada İsa Qəmbərə 209 san. (0,3%) və Etibar Məmmədov - Əli Kərimli blokunun fəaliyyətinə 91 san. (0,1%), Lalə Şövkət Hacıyevaya 9 san. vaxt ayrılıb. Qalan namizədlərin bu proqramlarda adları çəkilməyib.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 2032 san. təşkil edib. Bunun 1326 saniyəsi iqtidar haqqındadır.
Analitik materiallar
Monitorinq dövründə kanalın analitik proqramlarında namizədlər haqqında 2318 san. (namizədlər barədə materialların ümumi həcminin 1,9%-i) həcmində informasiya verilib. Bu informasiya bütövlüklə Heydər Əliyevə – 599 san. və İlham Əliyevə – 1719 san. həsr edilib.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 2124 san. olub. Bu vaxt iqtidarla müxalifət arasında bərabər bölünüb.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə telekanalda 27 sentyabr, 4 və 11 oktyabr tarixlərində 3 debat olub. Canlı efirdə yayımlanan bu debatlarda namizədlərin istifadə etdikləri vaxtın ümumi həcmi 7569 san. təşkil edib. Həmin vaxtdan prezidentliyə namizədlər və onların nümayəndələri aşağıdakı qaydada istifadə ediblər: Etibar Məmmədov – 1012 san., İsa Qəmbər – 980 san., İlham Əliyev – 978 san., Lalə Şövkət Hacıyeva – 959 san., Sabir Rüstəmxanlı – 918 san., Qüdrət Həsənquliyev – 885 san., İlyas İsmayılov – 859 san., Heydər Əliyev – 415 san., Hafiz Hacıyev – 279 san., Əli Kərimli – 284 san. Hafiz Hacıyev və Əli Kərimliun nümayəndələrinin pulsuz debat vaxtından az istifadə etməsi onlar arasında yaranmış insident və sonradan Əli Kərimliun Etibar Məmədovla blok yaradaraq namizədliyini ikincinin xeyrinə geri götürməsi, habelə Hafiz Hayıyevin etiraz əlaməti olaraq debatdan imtina etməsi ilə əlaqədardır.
Kanal həmçinin prezidentliyə namizəd İlham Əliyevin müsahibələrinə 4299 san., çıxışlarına 19061 san. vaxt ayırıb.
Kanalın digər canrlarda hazırlanmış verilişlərində yalnız 2 namizədə geniş vaxt ayrılıb: Heydər Əliyev – 5225 san., İlham Əliyev - 2461 san.
Pullu və pulsuz təşviqat materialları
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək kanalda namizədlərin pulsuz təşviqat materialları verilib. Bunlar namizədlərin canlı yayımlanan çıxışları, reklam sücetləri olub. İsa Qəmbər, Etibar Məmmədov, İlyas İsmayılovun hər birinin istifadə etdiyi efir vaxtının həcmi 1800, İlham Əliyevin - 1401, Hafiz Hacıyevin 1210, Əli Kərimli və Qüdrət Həsənquliyevin hər birinin - 1200, Lalə Şövkət Hacıyevanın 1119, Sabir Rüstəmxanlının 1080 saniyəyə bərabərdir. Bundan başqa, Heydər Əliyev haqqında 610 saniyəlik reklam materialı nümayiş etdirilib.
Namizədin videosurəti
Seçki kampaniyasının monitorinq edilən dövründə kanalda prezidentliyə namizəd İlham Əliyevin 66585 san., Heydər Əliyevin 6942 san. ərzində videosurəti ekranda nümayiş etdirilib. İlyas İsmayılov 332 san., İsa Qəmbər, Etibar Məmmədov və Əli Kərimliun hər biri cəmi 4 saniyə müddətində ekranda göstərilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Bundan əlavə, kanalın nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 531 san., İlham Əliyevin isə 334 san. ərzində «qapalı reklam» kimi qiymətləndirilən videosurət və şəkilləri nümayiş etdirilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Monitorinq müddətində kanalda seçkilərə dair rəy sorğuları barədə məlumat verilməyib.
Kanalın öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (jurnalistlərin şərhləri də daxil olmaqla)
Telejurnalistlərin təşviqat kampaniyasında müəyyən iştirakı olub. Onlar Heydər Əliyevin lehinə 1041 san., bütövlükdə iqtidarın lehinə 1112 san. ərzində müsbət xarakterli şərhlər verib, fikirlər söyləyiblər.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Kanalın efirə verdiyi verilişlərdə oktyabr ayının 1-dən başlayaraq 16 dəfə prezidentliyə namizəd İlham Əliyevin, 8 dəfə isə digər dövlət məmurlarının vəzifə səlahiyyətlərindən və rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə halları qeyd olunub. Bu halların böyük əksəriyyəti müxtəlif hadisələrə həsr olunmuş rəsmi mərasimlərdə çıxışlar zamanı baş verib.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri, MSK-nın qərarları barədə onları məlumatlandıran informasiyaların həcmi 10349 san. təşkil edir.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək telekanalın 189 saat (680400 saniyə) ərzində yaydığı bütün proqramlar təhlil olunub. Bu müddətdə qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, namizədlərdən bəhs edən materialların həcmi 368695 san. olub (ümumi efir vaxtının 54,2%-i). Bundan 114312 saniyə həcmində material canlı efirdə yayınlanıb.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Kanal bütün prezidentliyə namizədlərə 251331 saniyə vaxt həsr edib. Bunun 52,4%-ni (131659 san.) prezidentliyə namizəd İlham Əliyev, 36,8%-ni (92372 san.) Heydər Əliyev haqqında materiallar təşkil edir. Prezidentliyə namizəd İsa Qəmbərə 13167 san. (5,2%), Etibar Məmmədova 5833 san. (2,3%), Əli Kərimlia 4653 san. (1,9%), İlyas İsmayılova 1896 san. (0,8%), Lalə Şövkət Hacıyevaya 1633 san. (0,6%) vaxt ayrılıb. Hafiz Hacıyev barədə informasiyaların həcmi 54 san., Qüdrət Həsənquliyev barədə 39 san., Sabir Rüstəmxanlı barədə cəmi 25 san. olub.
Telekanal seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə də çox yer ayırıb – 15456 san., bunun da böyük əksəriyyəti müxalifətə (13895 san.) həsr olunub.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində telekanal 2 namizədi geniş təbliğ edib. Heydər Əliyev haqqında 44499 san., İlham Əliyev haqqında 60576 san. həcmində müsbət xarakterli informasiya verilib. Onlardan başqa heç kim haqqında heç bir halda müsbət rəy bildirilməyib. Əsasən 5 namizəd kəskin tənqid hədəfinə götürülüb: İsa Qəmbərin əleyhinə 12991 san., Etibar Məmmədovun əleyhinə 5503 san., Əli Kərimliun əleyhinə 4373 san., İlyas İsmayılovun əleyhinə 1864 san., Lalə Şövkət Hacıyevanın əleyhinə 1546 san. həcmində məlumat yayılıb. Qalan 3 namizədə münasibət əsasən neytraldır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifət (13415 san.) geniş tənqid edilib, iqtidar barədə (1323 san.) əsasən müsbət fikirlər söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 16%-ni (39628 san.) xəbərlər təşkil edir. Xəbərlərin 68,9%-i İlham Əliyevə (27295 san.), 23%-i Heydər Əliyevə (9120 san.) həsr edilib. Burada İsa Qəmbərə 2050 san. (5,2%) və Etibar Məmmədov - Əli Kərimli blokunun fəaliyyətinə 889 san. (2,2%), Lalə Şövkət Hacıyevaya 155 san., digər namizədlərə isə cüzi vaxt ayrılıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 3186 san. təşkil edib. Bunun 2975 saniyəsi müxalifət haqqındadır.
Analitik materiallar
Monitorinq dövründə kanalın analitik proqramlarında namizədlər haqqında 62169 (namizədlər barədə materialların ümumi həcminin 24,7%-i) həcmində informasiya verilib. Belə verilişlərdə daha çox Heydər Əliyevə – 27238 san. və İlham Əliyevə – 17059 san. vaxt ayrılıb və onlar təbliğ olunub. İsa Qəmbərə (4470 san.), Etibar Məmmədova (1162 san.) və Əli Kərimlia (755 san.) aid analitik məlumatlar və qeydlər kiçik istisnalarla tənqidi xarakter daşıyıb. Digər namizədlər analitik verilişlərdə ötəri xatırlanıb.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 11283 san. olub. Bunun böyük əksəriyyəti (9933 san.) müxalifətin fəaliyyətinə dair tənqidi çıxışlardan ibarətdir.
Satira
«Lider» seçki dövründə müxalifəti təmsil edən prezidentliyə namizədlər haqqında ardıcıl olaraq satirik verilişlər yayımlayan yeganə kanaldır. Namizədlər barədə materialların ümumi həcminin 5,8%-i bu canrda hazırlanıb. Bu verilişlərdə İsa Qəmbər 3636 san., Etibar Məmmədov 3924 san., Əli Kərimli 3460 san., İlyas İsmayılov 1828 san., Lalə Şövkət Hacıyeva 1462 san. ərzində gülüş hədəfinə çevrilib. Eyni zamnda Heydər Əliyev haqqında 121 san., İlham Əliyev haqqında 205 san. həcmində müsbət xarakterli ifadələr işlədilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə telekanalda debat olmayıb. Kanal prezidentliyə namizəd İlham Əliyevlə 3818 saniyəlik müsahibələr verib və onun çıxışlarına 27038 san. vaxt ayırıb. Eyni zamanda verilişlərdə İsa Qəmbərin çıxışlarından 27 san., Etibar Məmmədovun çıxışlarından 136 san. həcmində sücetlər verilib.
Kanalın digər canrlarda hazırlanmış verilişlərində yalnız 2 namizədə geniş vaxt ayrılıb: İlham Əliyev - 28281 san., Heydər Əliyev – 17275 san. Etibar Məmmədov haqqında da 41 san. həcmində informasiya verilib.
Pullu və pulsuz təşviqat materialları
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək kanalda 2 namizədin pullu təşviqat materialları verilib. Heydər Əliyevin 37760 saniyəlik, İlham Əliyevin 27313 saniyəlik reklamı yayınlanıb, bunların əksəriyyəti xüsusi konsert proqramları şəklində təşkil olunmuş və tam həcmdə nümayiş etdirimiş tədbirlər olub.
Namizədin videosurəti
Seçki kampaniyasının monitorinq edilən dövründə kanalda prezidentliyə namizəd İlham Əliyevin 58242 san., Heydər Əliyevin 23517 san. ərzində videosurəti ekranda nümayiş etdirilib. İsa Qəmbər 1349, Etibar Məmmədov 645, Əli Kərimli 548, Lalə Şövkət Hacıyeva 130, Hafiz Hacıyev 35, İlyas İsmayılov 18, Qüdrət Həsənquliyev 13, Sabir Rüstəmxanlı 11 saniyə müddətində ekranda göstərilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Bundan əlavə, kanalın nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 858 san., İlham Əliyevin isə 650 san. ərzində «qapalı reklam» kimi qiymətləndirilən videosurət və şəkilləri nümayiş etdirilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Sentyabrın 28-i, oktyabrın 7, 11,12,13-də kanalın verilişlərində namizədlərin reytinqinə dair rəy sorğularının nəticələrinə istinad edilib. Heç bir halda sorğunun sifarişçisi, 4 dəfə sorğuda iştirak edən respondentlərin sayı, 2 dəfə isə onun keçirilmə tarixi haqqında məlumat verilməyib.
Kanalın öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (jurnalistlərin şərhləri də daxil olmaqla)
Təşviqat kampaniyasında kanalın jurnalistlərinin fəal şəxsi iştirakı olub. Onlar İlham Əliyev haqqında 12266 san., Heydər Əliyev haqqında 6946 san., Qüdrət Həsənquliyev haqqında 37 san., bütövlükdə hakimiyyət haqqında 73 saniyə ərzində təbliğat xarakterli informasiya yayıb, fikirlər söyləyib. Hafiz Hacıyev istisna olmaqla, bütün digər namizədlərin əleyhinə kanalın əməkdaşlarının çıxışlarına yol verilib: İsa Qəmbər - 9000, Etibar Məmmədov - 4533, Əli Kərimli – 3684, İlyas İsmayılov – 1848, Lalə Şövkət Hacıyeva –1504, Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyev – hər biri barədə 3 saniyə. Bütövlükdə müxalifətin haqqında jurnalistlər tərəfindən söylənilən tənqidi fikirlərin və ifadələrin həcmi 4156 san. təşkil edib.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Monitorlar kanalın efirə verdiyi verilişlərdə 34 dəfə prezidentliyə namizədin və yüksək səviyyəli dövlət məmurlarının vəzifə səlahiyyətlərindən və rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə halları qeyd ediblər. Bu halların əksəriyyəti müxtəlif hadisələrə həsr olunmuş rəsmi mərasimlərdə çıxışlar zamanı baş verib.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri, MSK-nın qərarları barədə onları məlumatlandıran informasiyaların həcmi kiçikdir – 898 san.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək telekanalın 189 saat (680400 saniyə) ərzində yaydığı bütün proqramlar təhlil olunub. Bu müddətdə qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, namizədlərdən bəhs edən materialların həcmi 69213 saniyə olub (ümumi efir vaxtının 10,2%-i). Bundan 19949 saniyə həcmində material canlı efirdə yayınlanıb.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Kanal bütün prezidentliyə namizədlərə 38236 saniyə vaxt həsr edib. Bunun 47,9%-ni (18313 san.) prezidentliyə namizəd İlham Əliyev, 14,1%-ni (5377 san.) Heydər Əliyev haqqında materiallar təşkil edir. Prezidentliyə namizəd İsa Qəmbərə 5317 san. (13,9%), Etibar Məmmədova 4310 san. (11,3%), Qüdrət Həsənquliyevə 1649 san. (4,3%), Hafiz Hacıyevə 1385 san. (3,6%), Lalə Şövkət Hacıyevaya 789 san. (2,1%), Sabir Rüstəmxanlıya 587 san. (1,5%), Əli Kərimlia 456 san. (1,2%), İlyas İsmayılova 53 san. (0,1%) vaxt ayrılıb.
Telekanal seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyəti barədə informasiyalara da vaxt ayırıb – 4697 san. Bunun 2963 saniyəsi iqtidara həsr olunub.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində telekanal yalnız 2 namizəd haqqında müsbət xarakterli informasiya yayıb: Heydər Əliyev - 197 san., İlham Əliyev – 111 san. Eyni zamanda Heydər Əliyev haqqında 15 san., İsa Qəmbər haqqında 103 san, Etibar Məmmədov - Əli Kərimli haqqında 10 san. həcmində tənqid verilib. Qalan materiallar neytral xaraterlidir.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifətin tənqidinə 464, iqtidarın tənqidinə 255 san. həcmində fikirlər söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 30,6%-ni (11700 san.) xəbərlər təşkil edir. Xəbərlərin 60,6%-i İlham Əliyevə (7095 san.), 10,2%-i Heydər Əliyevə (1252 san.) həsr edilib. Burada İsa Qəmbərə 1559 san. (13,3%), Etibar Məmmədov - Əli Kərimli blokunun fəaliyyətinə 1382 san. (11,8%), Hafiz Hacıyevə 185 (1,6%), Lalə Şövkət Hacıyevaya 158 san. (1,4%), digər namizədlərin hər birinə 1 faizdən də az vaxt ayrılıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 3731 san. təşkil edib. Bunun 2455 saniyəsi iqtidar haqqındadır.
Analitik materiallar
Monitorinq dövründə kanalın analitik proqramlarında namizədlər haqqında 2784 san. (namizədlər barədə yazıların ümumi həcminin 7,3%-i) həcmində informasiya verilib. Belə verilişlərdə Etibar Məmmədovun (1155 san.), Qüdrət Həsənquliyevin (864 san.), Heydər Əliyevin (413 san.), İsa Qəmbərin (248 san.) və Əli Kərimliun (98 san.) fəaliyyətinə aid şərhlər olub. Analitik informasiyalar neytral tona malikdir.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 966 san. olub. Bu vaxt hər iki tərəf arasında, demək olar ki, bərabər bölününb. İqtidar barədə neytral, müxalifət barədə əsasən tənqidi xarakterli şərhlər verilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə telekanalda debat olmayıb. Kanal prezidentliyə namizədlərdən İlham Əliyevin 261 san., İsa Qəmbərin 116 san., Etibar Məmmədovun 116 san. həcmində müsahibələrini və İlham Əliyevin 5900 san. həcmində çıxışlarını verib.
Kanalın digər canrlarda hazırlanmış verilişlərində yalnız 2 namizədə vaxt ayrılıb: Heydər Əliyev – 1240 san., Etibar Məmmədov - 101 san.
Pullu və pulsuz təşviqat materialları
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək kanalda İlyas İsmayılovdan başqa bütün namizədlərin pullu təşviqat materialları verilib. Reklam materiallarının (15753 san.) namizədlər barədə yayılmış məlumatlarda həcmi 41,2 % təşkil edib. Heydər Əliyevin 2299, İlham Əliyevin 5029, İsa Qəmbərin 3394, Etibar Məmmədov – Əli Kərimli blokunun 1908, Lalə Şövkət Hacıyevanın 631, Sabir Rüstəmxanlının 547, Hafiz Hacıyevin 1200, Qüdrət Həsənquliyevin 745 saniyəlik təşviqat materialları yayınlanıb.
Namizədin videosurəti
Seçki kampaniyasının monitorinq edilən dövründə kanalda prezidentliyə namizəd İlham Əliyevin 10593 san., Heydər Əliyevin 2318 san. ərzində videosurəti ekranda nümayiş etdirilib. Etibar Məmmədov 371, İsa Qəmbər 291, Əli Kərimli 63, Lalə Şövkət Hacıyeva 37, Sabir Rüstəmxanlı 25, Qüdrət Həsənquliyev 5, İlyas İsmayılov 3 san. müddətində ekranda göstərilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Bundan əlavə, kanalın nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 231 san., İlham Əliyevin 28 san. ərzində «qapalı reklam» kimi qiymətləndirilən videosurət və şəkilləri nümayiş etdirilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Monitorinq müddətində kanal seçkilərlə əlaqədar rəy sorğuları barədə məlumat verməyib.
Kanalın öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (jurnalistlərin şərhləri də daxil olmaqla)
Telejurnalistlərin təşviqat kampaniyasında iştirakı qeydə alınmayıb.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Kanalın efirə verdiyi verilişlərdə rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə halları qeydə alınmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri, MSK-nın qərarları barədə onları məlumatlandıran informasiyaların həcmi kanalda çox olub və 8156 san. təşkil edib.
Ümumi göstəricilər
Sentyabr ayının 26-dan oktyabr ayının 14-dək telekanalın 180 saat (648000 saniyə) ərzində yaydığı bütün proqramlar təhlil olunub. Bu müddətdə qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, namizədlərdən bəhs edən materialların həcmi 120411 saniyə olub (ümumi efir vaxtının 18,6%-i). Bundan 15495 saniyə həcmində material canlı efirdə yayınlanıb.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Kanal bütün prezidentliyə namizədlərə 104743 saniyə vaxt həsr edib. Bunun 65,2%-ni (68250 san.) prezidentliyə namizəd İlham Əliyev, 31,2%-ni (32631 san.) Heydər Əliyev haqqında materiallar təşkil edir. Prezidentliyə namizəd Qüdrət Həsənquliyevə 2206 san. (2,1%), Hafiz Hacıyevə 1396 san. (1,3%), İsa Qəmbərə 181 san. (0,2%), dəgər namizədlərin hər birinə isə 8-25 san. vaxt ayrılıb.
Telekanal seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyəti barədə məlumatlara da vaxt ayırıb – 981 san. (iqtidar – 418, müxalifət – 563 san.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində telekanal yalnız 2 namizəd haqqında müsbət xarakterli informasiya yayıb: İlham Əliyev – 24082 san., Heydər Əliyev - 22438 san. İsa Qəmbər haqqında 153 san, Etibar Məmmədov, Əli Kərimli və İlyas İsmayılov haqqında kiçik həcmdə tənqid verilib. Qalan materiallar neytral xaraterlidir.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifətin əleyhinə 538, iqtidarın leyhinə 5 san. həcmində fikirlər söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 19,3%-ni (20229 san.) xəbərlər təşkil edir. Xəbərlərin 72,8%-i İlham Əliyevə (14729 san.), 26,4%-i Heydər Əliyevə (5346 san.) həsr edilib. Burada qalan bütün namizədlərə isə birlikdə 154 san. vaxt ayrılıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 914 san. təşkil edib. Bunun 418 saniyəsi iqtidar haqqındadır.
Analitik materiallar
Monitorinq dövründə kanalın analitik proqramlarında namizədlər haqqında 5157 san. (namizədlər barədə materialların ümumi həcminin 4,9%-i) həcmində informasiya verilib. Belə verilişlərdə Heydər Əliyevin (3342 san.), İlham Əliyevin (1701 san.), İsa Qəmbərin (85 san.) və Etibar Məmmədovun, Əli Kərimliun, İlyas İsmayılovun (birlikdə 29 san.) fəaliyyətinə aid şərhlər olub.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 67 san. olub və bu vaxt müxalifətin tənqidinə həsr edilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə telekanalda debat olmayıb, prezidentliyə namizəd İlham Əliyevin müsahibəsinə 1510 san, çıxışlarına isə 11343 san. vaxt ayrılıb.
Kanalın digər canrlarda hazırlanmış verilişlərində yalnız 2 namizəddən bəhs edilib: İlham Əliyev - 23564 san., Heydər Əliyev - 20095 san.
Pullu və pulsuz təşviqat materialları
Sentyabr ayının 26-dan oktyabr ayının 14-dək kanalda 4 namizədin pullu təşviqat materialları verilib. Reklam materiallarının (21787 san.) namizədlər barədə yayılmış məlumatlarda həcmi 20,8 % təşkil edib. İlham Əliyevin 15308, Heydər Əliyevin 2885, Qüdrət Həsənquliyevin 2206 san., Hafiz Hacıyevin 1388 san. həcmində reklam çarxları və proqramları verilib.
Namizədin videosurəti
Seçki kampaniyasının monitorinq edilən dövründə kanalda prezidentliyə namizəd İlham Əliyevin 33534 san., Heydər Əliyevin 18610 san. ərzində videosurəti ekranda nümayiş etdirilib. İsa Qəmbər 3, Əli Kərimli və İlyas İsmayılovun hər biri 4 san. müddətində ekranda göstərilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Bundan əlavə, kanalın nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 963 san., İlham Əliyevin 95 san. «qapalı reklam» kimi qiymətləndirilən videosurət və şəkilləri nümayiş etdirilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 6-sı və 12-də kanal namizədlərin reytinqinə dair iki rəy sorğusu barədə məlumat verib. Bu məlumatlarda sorğuların keçirilmə vaxtı və onların sifarişçiləri göstərilməyib.
Kanalın öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (jurnalistlərin şərhləri də daxil olmaqla)
Kanalın təşviqat kampaniyasında iştirakı əsasən konkret namizədin lehinə konsert proqramları təşkil edərək onları yaymaq olub. Bunlardan əlavə, jurnalistlər İlham Əliyevin lehinə 75 san., Heydər Əliyevin lehinə cəmi 5 san. həcmində çıxışlar ediblər.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Kanalın efirə verdiyi verilişlərdə monitorlar 3 dəfə (2, 3, 11 oktyabr) namizədin və dövlət məmurlarının rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halını qeydə alıblar.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri, MSK-nın qərarları barədə onları məlumatlandıran informasiyaların həcmi 5463 san. təşkil edib.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək telekanalın 189 saat (680400 saniyə) ərzində yaydığı bütün proqramlar təhlil olunub. Bu müddətdə qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, namizədlərdən bəhs edən materialların həcmi 45363 saniyə olub (ümumi efir vaxtının 6,7%-i). Bundan 8793 saniyə həcmində material canlı efirdə yayınlanıb.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Kanal bütün prezidentliyə namizədlərə 32668 saniyə vaxt həsr edib. Bunun 90%-ini (29565 san.) prezidentliyə namizəd İlham Əliyev, 7,8%-ini (2545 san.) Heydər Əliyev haqqında materiallar təşkil edir. Prezidentliyə namizəd İsa Qəmbərə 238 san. (0,7%), Etibar Məmmədov – Əli Kərimli blokuna 179 san. (0,5%), qalan namizədlərə (İlyas İsmayılov – 16 san., Sabir Rüstəmxanlı – 43 san., Hafiz Hacıyev - 75 san., Qüdrət Həsənquliyev 7 san.) birlikdə 141 san. vaxt ayrılıb. Lalə Şövkət Hacıyeva barədə ümumiyyətlə heç bir informasiya verilməyib.
Telekanal seçkilər kontekstində iqtidarın fəaliyyəti barədə 359 san., müxalifətin fəaliyyəti barədə 553 san. məlumat yayıb.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində telekanal yalnız 2 namizəd haqqında müsbət xarakterli informasiya yayıb: Heydər Əliyev - 23 san., İlham Əliyev – 102 san. İsa Qəmbər haqqında 134 san. həcmində tənqid verilib. Etibar Məmmədov, Əli Kərimli, İlyas İsmayılov, Hafiz Hacıyev haqqında kiçik həcmdə mənfi xarakterli informasiya yayılıb. Qalan materiallar neytral xaraterlidir.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifətin əleyhinə 401 san. həcmində fikirlər söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 14,6%-ni (4778 san.) xəbərlər təşkil edir. Xəbərlərin 66,5%-i İlham Əliyevə (3180 san.), 21,8%-i Heydər Əliyevə (1040 san.) həsr edilib. Digər namzədlər haqqında, həmçinin seçki kontekstində iqtidar və müxalifət barədə kanalın yaydığı informasiyaların hamısı yalnız xəbərlərdən ibarətdir.
Analitik materiallar
Monitorinq dövründə kanalda seçki mövzusuna toxunan analitik verilişlər olmayıb.
Xüsusi informasiya proqramları (intervyu, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə telekanalda debat olmayıb, prezidentliyə namizədlərdən İlham Əliyevin 112 san. həcmində müsahibəsi verilib. İlham Əliyevin çıxışlarına 4632 san. vaxt ayrılıb.
Kanalın digər canrlarda hazırlanmış verilişlərində yalnız bir namizəddən (İlham Əliyev) bəhs edilib - 116 san.
Pullu və pulsuz təşviqat materialları
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək kanalda 2 namizədin pullu təşviqat materialları verilib. Reklam materiallarının (22953 san.) namizədlər barədə yayılmış məlumatlarda həcmi 70,3% təşkil edib. İlham Əliyevin 21525, Heydər Əliyevin 1428 san. həcmində reklamları yayınlanıb.
Namizədin videosurəti
Seçki kampaniyasının monitorinq edilən dövründə kanalda prezidentliyə namizəd İlham Əliyevin 7224 san., Heydər Əliyevin 297 san. ərzində videosurəti ekranda nümayiş etdirilib. İsa Qəmbər 80, Hafiz Hacıyev 69, Sabir Rüstəmxanlı 67, Əli Kərimli 54, Etibar Məmmədov 21 san., İlyas İsmayılov 16 san. müddətində ekranda göstərilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Bundan əlavə, kanalın nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 77 san. ərzində «qapalı reklam» kimi qiymətləndirilən videosurət və şəkilləri nümayiş etdirilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Monitorinq müddətində kanal seçkilərlə əlaqədar rəy sorğuları barədə məlumat verməyib.
Kanalın öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (jurnalistlərin şərhləri də daxil olmaqla)
Telejurnalistlər təşviqat kampaniyasında bilavasitə iştirak etməyiblər.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Kanalın efirə verdiyi verilişlərdə oktyabr ayının ilk günlərindən başlayaraq 5 dəfə prezidentliyə namizəd və 2 dəfə dövlət məmurlarının rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları qeydə alınıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri, MSK-nın qərarları barədə onları məlumatlandıran informasiyaların həcmi 2046 san. təşkil edib.
Sentyabrın 25-dən oktyabrın 14-ü də daxil olmaqla 12 ümummilli qəzetdə prezidentliyə namizədlər haqqında üst-üstə 938536 kv.sm. həcmində məlumat yayılıb. Bu çap sahəsi namizədlər arasında aşağıdakı qaydada bölünüb:
1. Baş nazir, prezidentliyə namizəd İlham Əliyev - 486982 kv.sm. (bütün namizədlərə həsr olunmuş materialların ümumi həcminin 51,8%-i);
Prezident, prezidentliyə namizəd, oktyabr ayının 2-dən namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və təbliğatı sonadən İlham Əliyevin adı ilə yanaşı aparılan («İlham Əliyev – Heydər Əliyev kursunun davamçısıdır») Heydər Əliyev – 169716 kv.sm. (18,1%)
2. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər – 127255 kv.sm. (13,6%)
3. Azərbaycan Milli İstiqlal partiyasının sədri, prezidentliyə namizəd Etibar Məmmədov – 63104 kv.sm. (6,7%)
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, prezidentliyə namizəd, oktyabr ayının 3-də namizədliyini Etibar Məmmədovun xeyrinə geri götürmüş və sonadək təbliğatı «Qələbə» seçki bloku çərçivəsində Etibar Məmmədovla qoşa aparılan («Əli ilə Etibar – ən layiqli iqtidar») Əli Kərimli – 23887 kv.sm. (2,5%)
Cəmi: 9,2%
4. Vətəndaş Həmrəyliyi partiyasının sədri, prezidentliyə namizəd Sabir Rüstəmxanlı – 40522 kv.sm. (4,3%)
5. Liberal partiyasının keçmiş sədri, prezidentliyə namizəd Lalə Şövkət hacıyeva – 10643 kv.sm. (1,1%)
6. Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev – 7289 kv.sm. (0,8%)
7. Ədalət partiyasının sədri, prezidentliyə naizəd İlyas İsmayılov – 5601 kv.sm. (0,6%)
8. Azərbaycan Xalq Cəbhəsi qrupunun prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 3537 kv.sm. (0,4%)
Namizədlər haqqında yayılan materialların bir qismi onların təbliğinə (müsbət), digər qismi tənqidinə yönəlmişdir. Mənfi və müsbət xarakterli informasiyaların namizədlər üzrə balansı aşağıdakı kimi olmuşdur:
1. Baş nazir, prezidentliyə namizəd İlham Əliyev – müsbət 28242 kv.sm. (namizədə həsr olunmuş materialların ümumi həcmin 5,8%-i);
Prezident, prezidentliyə namizəd, oktyabr ayının 2-dən namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və təbliğatı sonadən İlham Əliyevin adı ilə yanaşı aparılan («İlham Əliyev – Heydər Əliyev kursunun davamçısıdır») Heydər Əliyev – müsbət 37634 kv.sm. (22,2%)
2. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər – müsbət 9760 kv.sm. (7,7%)
3. Milli İstiqlal partiyasının sədri, prezidentliyə namizəd Etibar Məmmədov – mənfi 1905 kv.sm. (3%)
Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, prezidentliyə namizəd, oktyabr ayının 3-də namizədliyini Etibar Məmmədovun xeyrinə geri götürmüş və sonadək təbliğatı «Qələbə» seçki bloku çərçivəsində Etibar Məmmədovla qoşa aparılan («Əli ilə Etibar – ən layiqli iqtidar irəli») Əli Kərimli – müsbət 22 kv.sm. (0,1%)
4. Vətəndaş Həmrəyliyi partiyasının sədri, prezidentliyə namizəd Sabir Rüstəmxanlı – müsbət 1191 kv.sm. (2,9%)
5. Liberal partiyasının keçmiş sədri, prezidentliyə namizəd Lalə Şövkət hacıyeva – müsbət 382 kv.sm. (3,6%)
6. Müasir Müsavat partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev – mənfi 1519 kv.sm. (20,8%)
7. Ədalət partiyasının sədri, prezidentliyə naizəd İlyas İsmayılov – müsbət 74 kv.sm. (1,3%)
8. Azərbaycan Xalq Cəbhəsi qrupunun prezidentliyə namizədi Qüdrət Həsənquliyev – mənfi 565 kv.sm. (16%)
«AZƏRBAYCAN»
Azərbaycan Respublikası Milli Məclisinin orqanı, rəsmi dövlət qəzetidir. Seçki kampaniyası dövründə həftədə 6 dəfə 8300-8700 tirajla çıxıb.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 18 nömrəsi çıxıb. Həmin nömrələrin ümumi çap həcmi 316280 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi 208001 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 65,8%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzetin prezidentliyə namizədlərə həsr etdiyi çap sahəsi 123432 kv.sm olub. Bunun 65,6%-i (80946 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevin, 23,2%-i (28568 kv.sm.) seçkilərə iki həftə qalmış namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyü elan edilmiş Heydər Əliyevin payına düşür. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərə 2430 kv.sm. (2%), Etibar Məmmədov-Əli Kərimli blokuna 2064 kv.sm. (1,7%), digər namizədlərin hər birinə isə təxminən 1900 kv.sm. (1,5%) yer ayrılıb.
Bundan əlavə, qəzet seçkilər kontekstində iqtidar-müxalifət münasibətlərinə də toxunub. Belə yazıların həcmi 3968 kv.sm. (1976 – iqtidar, 1992 – müxalifət) təşkil edir.
Qərəzsizlik və tərəfsizlik
Qəzet Heydər Əliyev haqqında müsbət xarakterli məlumat və rəylərə 13971 kv.sm., İlham Əliyev haqqında belə informasiyaya isə 5019 kv.sm. yer ayırıb. Təbliğatı çox zaman qoşa aparılan bu iki namizəd barədə heç bir tənqidi fikir söylənilməyib. İsa Qəmbərin tənqidinə 427 kv.sm., Etibar Məmmədov-Əli Kərimli blokunun fəaliyyətinin tənqidinə isə 98 kv.sm. həcmində yer verilib. Bu namizədlər barədə müsbət xarakterli informasiya yoxdur. Bütün qalan prezidentliyə namizədlər və onların fəaliyyəti haqqında isə qəzetdə, reklam materiallarını çıxmaq şərti ilə, ümumiyyətlə məlumat verilməyib.
İqtidar-müxalifət münasibətlərinə toxunan seçki materiallarında qəzetin hakimiyyət barədə verdiyi bütün məlumatlar (1976 kv.sm.) müsbət, müxalifət barədə verdiyi məlumatların isə 92,1%-i (1835 kv.sm.) mənfi xarakter daşıyır.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların (55381 kv.sm.) 44,9%-i xəbərlərdir. Xəbərlərin 91,2%-i (50492 kv.sm.) İlham Əliyevə, 8,4%-i (4630 kv.sm.) Heydər Əliyevə həsr olunub. İsa Qəmbər, Etibar Məmmədov və Əli Kərimliun fəaliyyəti haqqında məlumatlar isə (cəmi 259 kv.sm.) xəbərlərin qalan 0,4%-ni təşkil edib.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 1652 kv.sm. (1011 – iqtidar, 641 – müxalifət) təşkil edib.
Analitik materiallar
Monitorinq dövründə analitik materiallarda namizədlər haqqında 10400 kv.sm. həcmində (namizədlər barədə yazıların ümumi həcminin 8,4%-i) məlumat verilib. Burada Heydər Əliyevə 9443 kv.sm. (90,8), İlham Əliyevə 657 kv.sm. (6,3%), İsa Qəmbərə 268 kv.sm.(2,6%), Etibar Məmmədova 32 kv.sm. (0,3%) yer verilib.
Bu materiallarda iqtidar-müxalifət münasibətlərinə 1517 kv.sm yer ayrılıb, iqtidarın fəaliyyəti haqqında müsbət (879 kv.sm.), müxalifətin fəaliyyəti haqqında (638 kv.sm.) əsasən mənfi fikirlər söylənib.
Xüsusi informasiya proqramları (intervyu, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Baş nazir İlham Əliyevlə müsahibəyə 3496 kv.sm., onun çıxışlarına 13086 kv.sm. yer ayrılıb. Qəzetdə başqa namizədlərin intervüsü və ya çıxışı olmayıb.
Redaksiya məqalələri
Redaksiya məqalələrində Heydər Əliyevə həsr olunmuş 1214 kv.sm. həcmində əsasən müsbət xarakterli informasiya verilib, fikirlər ifadə olunub. Bundan başqa, həmin məqalələrdə hakimiyyətin lehinə 86 kv.sm., müxalifətin tənqidinə 547 kv.sm. həcmində çıxışlar olub.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə bütün namizədlərin pulsuz təşviqat materialı dərc olunub. İlham Əliyevin 3118 kv.sm, Heydər Əliyevin 1638 kv.sm, qalan namizədlərin təxminən eyni həcmdə (1862–1902 kv.sm.) reklam çığırışları dərc olunub.
Digər dövlət qəzetlərindən fərqli olaraq, «Azərbaycan»da namizədlərin pullu təşviqat materialları da olub. Bu reklamlardan bəziləri birbaşa prezidentliyə namizədlərə aiddir. Lakin onların əksəriyyəti adi reklamlardan fərqli səciyyə daşıyır. Belə materiallarda müxtəlif müəssisə və idarələrin, o cümlədən dövlət təşkilatlarının uğurlarından söhbət açılır. Eyni zamanda onlar «Seçkilərdən seçkilərə» rubrikası altında yerləşdirilir və bir qayda olaraq bu uğurlar Heydər Əliyevlə İlham Əliyevin adı ilə bağlanılır və reklamlara həmin namizədlərin lehinə çağırışlar daxil edilir. Buna görə onlar da prezidentliyə namizədlərin reklam materialı kimi qiymətləndirilir. Heydər Əliyevin belə reklamlarının həcmi 10448 kv.sm., İlham Əliyevin – 10052 kv.sm. olub.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlər İlham Əliyevlə Heydər Əliyevdən başqa digər namizədlərin fotoşəklinə yer verilməyib (namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir). Prezidentliyə namizəd İlham Əliyevin 31640 kv.sm. həcmində fotoşəkli dərc edilib. Heydər Əliyevin şəkillərinin çap sahəsi 2402 kv.sm. təşkil edir.
Bundan əlavə, qəzetin nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin 273 kv.sm. həcmində «qapalı reklam» kimi qiymətləndirilən şəkilləri dərc edilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Sentyabrın 27-də, oktyabrın 2-si və 9-da qəzetdə namizədlərin reytinqinə dair üç rəy sorğusunun nəticələri dərc edilib. Bu materiallarda sorğunu keçirən təşkilat və respondentlərin sayı bildirilir. Lakin onların heç birində sorğuların sifarişçisi, keçirilmə tarixi və metodologiyası haqqında məlumat verilmir.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Qəzet öz təşəbbüsü ilə prezidentliyə namizədlərin lehinə və ya əleyhinə təşviqat aparıb. Jurnalistlər nəinki hakim partiyanın namizədlərinin üstünlüklərini tərənnüm edən iri həcmli materiallar hazırlayıb, məqalələrə redaksiya şərhləri əlavə edib (4,9,11 oktyabr, 2003-cü il), hətta namizədlərin reklam materiallarının hazırlanmasında bilavasitə iştirak ediblər ( 4 oktyabr, 2003). Qəzetin monitorinq dövründə çıxan 18 nömrəsində jurnalistlərin Heydər Əliyevin lehinə apardıqları təşviqatın həcmi 5555 kv.sm., İlham Əliyevin lehinə apardıqları təşviqatın həcmi isə 274 kv.sm. təşkil edib. Həmin dövrdə seçki materiallarında redaksiya əməkdaşlarının müxalifət namizədlərindən İsa Qəmbər (127 kv.sm.), Etibar Məmmədov-Əli Kərimli bloku (82 kv.sm.) haqqında mənfi rəy yaradan fikirlərinə də bir qədər yer verilib. Oktyabr ayının 11-də İsa Qəmbərin reklam çağırışı qəzetin öz təşəbbüsü ilə hazırlanmış, bütövlükdə müxalifəti kəskin tənqid edən, eyni zamanda ayrı-ayrı namizədlər, o cümlədən İsa Qəmbər haqqında mənfi rəy yaradan böyük bir məqalə ilə çərçivəyə alınıb.
Qəzetin seçki materiallarında jurnalistlərin hakimiyyətin lehinə (86 kv.sm.) və müxalifətin əleyhinə (616 kv.sm.) rəy və fikirlərinə də yer ayrılıb.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda prezidentliyə namizəd İlham Əliyevin 6 dəfə, digər vəzifəli şəxslərin isə 10 dəfə rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi üçün istifadə etməsi halları olub. Nazirlər, icra başçıları və 1 dəfə xarici ölkənin vəzifəli şəxsi əsasən yeni müəssisələrin rəsmi açılış mərasimlərində bir namizədin lehinə, digər namizədin əleyhinə seçkiqabağı təşviqat aparıblar. Qəzetin 3 oktyabr tarixli nömrəsində prokurorluq orqanlarının işçiləri adından Baş prokuror Zakir Qaralovun Heydər Əliyevə müraciətində deyilir: «Xalqımız… seçkilər kimi mühüm bir siyasi hadisənin ərəfəsindədir. Bütün məsuliyyətimlə əmin edirəm ki, Azərbaycan Respublikası prokurorluğunun bütün əməkdaşları bu siyasi tədbirin gedişində… Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı, respublikanın baş naziri İlham Əliyevin timsalında bu siyasətin daimiliyi ilə həmrəylik nümayiş etdirəcəkdir».
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılara - MSK-nın qərarları, səsvermə qaydaları və seçki proseduruna aid olan digər məsələlərin işıqlandırılmasına - sentyabr ayının 25-dən oktyabr ayının 14-nə kimi qəzet 17306 kv.sm. yer ayırıb. Bu, qəzetin 18 nömrəsinin ümumi həcminin 5,5%-ni təşkil edib.
«XALQ QƏZETİ»
Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi və qəzetin redaksiya heyəti tərəfindən təsis edilib. Seçki kampaniyası dövründə həftədə 6 dəfə 7470-7830 tirajla çıxıb.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 18 nömrəsi çıxıb. Həmin nömrələrin ümumi çap həcmi 300300 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi 209406 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 69,7%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 92700 kv.sm çap sahəsi həsr edib. Bunun 78,1%-i (72420 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevin, 13,4%-i (12425 kv.sm.) Heydər Əliyevin payına düşür. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərə 2481kv.sm. (2,7%), Hafiz Hacıyevə 1875 kv.sm. (2%), Lalə Şövkət Hacıyevaya 1575 kv.sm. (1,7%), qalan namizədlərin hamısına bir yerdə isə cəmi 1964 kv.sm. (2%) yer ayrılıb.
Qəzet seçkilər kontekstində iqtidar-müxalifət münasibətlərinə də kifayət qədər geniş diqqət yetirib. Bu mövzuya ayrılmış çap sahəsi 4432 kv.sm. (40 – iqtidar, 4392 – müxalifət) təşkil edir.
Qərəzsizlik və tərəfsizlik
Qəzetin prezidentliyə namizədlər İlyas İsmayılov, Hafiz Hacıyev və Qüdrət Həsənquliyev barədə verdiyi informasiyalar təhlil edilməyəcək, çünki bu namizədlərin hər birinə, ödənişli təşviqat materiallarını çıxmaq şərti ilə, cəmi 1 kv.sm. həsr edilib.
Yenə də reklam müraciətləri nəzərə alınmamaqla, İsa Qəmbər, Etibar Məmmədov – Əli Kərimli bloku və Sabir Rüstəmxanlı haqqında qəzetdə dərc olunmuş informasiyaların 99%-dən çoxu tənqidi xarakter daşıyır (müvafiq olaraq 1804 kv.sm., 663 kv.sm. və 403 kv.sm.). Heydər Əliyev və İlham Əliyev barədə heç bir tənqidi fikrə yer verilməyib, onlara həsr olunmuş pozitiv informasiyanın həcmi isə müvafiq olaraq 8989 və 5888 kv.sm. təşkil edib. Daha bir namizəd – Lalə Şövkət Hacıyeva haqqında da 33 kv.sm. həcmində müsbət işarəli məlumat verilib.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında isə (4432 kv.sm.) müxalifət əsasən tənqid olunub (95,7%).
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların böyük qismi (54957 kv.sm – 59,3%) xəbərlərdən ibarətdir. Bunlar əsasən namizədlərin görüşlərindən reportaclar, onların fəaliyyəti haqqında məlumatlar, digər tədbirlərdən hazırlanmış hesabatlarda namizədlər barədə söylənilən fikirlərdir. Xəbərlərin 90,6%-i İlham Əliyevə, 8,6%-i Heydər Əliyevə həsr olunub. Qalan namizədlərin heç biri haqqında məlumatlar 0,7%-dən artıq olmayıb.
Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Hafiz Hacıyev və Qüdrət Həsənquliyevə isə xəbərlərdə hərəyə 1 kv.sm. yer ayrılıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 852 kv.sm. təşkil edib.
Analitik materiallar
Monitorinq dövründə qəzetin analitik materiallarında namizədlər haqqında məlumatlara 4367 (namizədlər barədə yazıların ümumi həcminin 4,7%-i) kv.sm. yer verilib. Analitik materiallarda əsasən Heydər Əliyev və İlham Əliyev barədə informasiya verilib (4128 kv.sm. – 94,5%). İsa Qəmbər haqqında 164 kv.sm., Etibar Məmmədov haqqında 41 kv.sm. tənqidi, Lalə Şövkət Hacıyeva haqqında 30 kv.sm. müsbət fikir söylənilib.
Bu materiallarda iqtidar-müxalifət münasibətlərinə də toxunulub (679 kv.sm.) və əsasən müxalifətdən bəhs edilib (619 kv.sm.).
Xüsusi informasiya proqramları (intervyu, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Baş nazir İlham Əliyevlə müsahibəyə 3547 kv.sm., onun çıxışlarına 12620 kv.sm. yer ayrılıb. Qəzetdə başqa namizədlərin intervüsü və ya çıxışı olmayıb.
Redaksiya məqalələri
Redaksiya məqalələrində namizədlərdən Heydər Əliyev haqqında 1942 əsasən müsbət, İlham Əliyev haqqında 1709 kv.sm. həcmində daha çox neytral xarakterli informaiya verilib. İsa Qəmbər (1225 kv.sm.), Etibar Məmmədov (808 kv.sm.), Əli Kərimli (658 kv.sm.) və Sabir Rüstəmxanlı (403 kv.sm.) barədə tənqidi fikirlər ifadə olunub. Bundan başqa, həmin məqalələrdə müxalifətin tənqidinə 547 kv.sm. həcmində yer ayrılıb.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 5 namizədin pulsuz təşviqat materialı dərc olunub. İsa Qəmbərin 672 kv.sm, Lalə Şövkət Hacıyevanın 1514 kv.sm., Heydər Əliyevin 1720 kv.sm., Hafiz Hacıyevin 1874 kv.sm. və hamıdan artıq İlham Əliyevin (3483 kv.sm.) reklam çağırışları dərc olunub.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlər İlham Əliyevlə Heydər Əliyevdən başqa digər namizədlərin fotoşəklinə yer verilməyib (namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir). Heydər Əliyevin şəkillərinin ümumi sahəsi 1033 kv.sm. təşkil edir. Prezidentliyə namizəd İlham Əliyevin isə 34436 kv.sm. həcmində fotoşəkili dərc edilib. Bunun əsas hissəsi seçki kampaniyasının son 10 gününə təsadüf edir.
Bundan əlavə, qəzetin nə seçkilərə, nə də namizədlərə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin «qapalı reklam» kimi qiymətləndirilən 249 kv.sm. həcmində şəkilləri dərc edilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Sentyabrın 27-də, oktyabrın 2-si və 9-da qəzetdə namizədlərin reytinqinə dair üç rəy sorğusunun nəticələri dərc edilib. Bu materiallarda sorğunu keçirən təşkilat və respondentlərin sayı bildirilir. Lakin onların heç birində sorğuların sifarişçisi, keçirilmə tarixi və metodologiyası haqqında məlumat verilmir.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Bir çox materiallarda qəzet öz təşəbbüsü ilə prezidentliyə namizədlərin lehinə və ya əleyhinə təşviqat aparır, geniş şərhlər verir. Bu, özünü daha çox redaksiya məqalələrində göstərir. Qəzetin monitorinq dövründə çıxan 18 nömrəsində jurnalistlərin Heydər Əliyevin lehinə apardıqları təşviqatın həcmi 2497 kv.sm., İlham Əliyevin lehinə apardıqları təşviqatın həcmi isə 1000 kv.sm. təşkil edir. Həmin dövr ərzində dərc olunan müxtəlif seçki materiallarında redaksiya öz əməkdaşlarının müxalifət namizədləri haqqında mənfi rəy yaradan şəxsi fikirlərinə də geniş yer ayırır: İsa Qəmbərə qarşı – 855 kv.sm., Etibar Məmmədova qarşı – 545 kv.sm., Əli Kərimlia qarşı – 395 kv.sm., Sabir Rüstəmxanlıya qarşı – 403 kv.sm., bıtövlükdə müxalifətə qarşı – 2657 kv.sm.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda prezidentliyə namizəd İlham Əliyevin 7 dəfə, digər vəzifəli şxslərin isə 9 dəfə rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi üçün istifadə etməsi halları olub. Təkcə qəzetin 12 oktyabr nömrəsində belə tədbirlərdən birinə həsr olunmuş geniş məqalədə həm namizədin özünün, həm digər vəzifəli şəxsin (Quba rayonu icra Hakimiyyəti başçısının) açıq seçkiqabağı təşviqat apardığı, həm də xarici ölkə təmsilçisinin (Dağıstan Respublikasının Dərbənd rayonu icra hakimiyyəti başçısının) qeyri-qanuni olaraq bu təşviqata qoşulduğu görünür.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılara - MSK-nın qərarları, səsvermə qaydaları və seçki proseduruna aid olan digər məsələlərin işıqlandırılmasına - sentyabr ayının 25-dən oktyabr ayının 14-nə kimi qəzet 18719 kv.sm. yer ayırıb. Bu, qəzetin 18 nömrəsinin ümumi həcminin 6,2%-ni təşkil edib.
«BAKİNSKİY RABOÇİY»
Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi və qəzetin redaksiya heyəti tərəfindən təsis edilib. Seçki kampaniyası dövründə həftədə 5-6 dəfə rus dilində 3350-4750 tirajla çıxıb.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 15 nömrəsi çıxıb. Bu müddətdə qəzetin buraxılışlarının ümumi çap həcmi 216216 kv.sm. təşkil edib. Bu və ya digər dərəcədə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi isə 172010 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 79,5%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet prezidentliyə namizədlərə 83470 kv.sm. çap sahəsi həsr edib. Bunun 73,6%-i (61413 kv.sm.) baş nazir, prezidentliyə namizəd İlham Əliyevin payına düşür. Əgər bu rəqəmə son günədək prezident Heydər Əliyevin parallel olaraq davam edən təşviqatını da (14566 kv.sm.) əlavə etsək, qəzetin diqqətinin 90%-nin hakim partiyanın namizədinin fəaliyyəti üzərində cəmləşdiyini görərik.
Digər namizədlər arasında qəzetdə ən çox yer almış şəxs İsa Qəmbərdir – 2228 kv.sm. (2,7%). Lalə Şövkət Hacıyevaya 1487 kv.sm. yer ayrılıb. Dörd namizəd – İlyas İsmayılov (993 kv.sm.), Sabir Rüstəmxanlı (993 kv.sm.), Hafiz Hacıyev (992 kv.sm.) haqqında isə qəzet onların pulsuz təşviqat materiallarından savayı, demək olar ki, heç bir məlumat verməyib. Qüdrət Həsənquliyevə cəmi 5 kv.sm. çap sahəsi həsr edilib.
Bundan başqa qəzet seçkilər kontekstində iqtidar-müxalifət münasibətlərinə də toxunub. Bu mövzuya ayrılmış çap sahəsi 3377 kv.sm. (652 – iqtidar, 2725 – müxalifət) təşkil edir.
Qərəzsizlik və tərəfsizlik
Qəzetin fəaliyyətini işıqlandırdığı namizədlərə münasibəti kəskin fərqlənir. Etibar Məmmədov – Əli Kərimli (243 kv.sm.) bloku haqqında verilən informasiya (reklam materialları istisna olmaqla) əksər hallarda, İsa Qəmbər (670 kv.sm.) haqqında isə həmişə mənfi işarəli (tənqidi) olub. Yalnız Heydər Əliyevə (7510 kv.sm.) və İlham Əliyevə (10432 kv.sm.) pozitiv münasibət göstərilib. Qalan namizədlərə münasibət neytraldır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifət ardıcıl olaraq tənqid olunub (93,9%), hakimiyyət isə birmənalı (100%) təriflənib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların əksəriyyətini xəbərlər (60260 kv.sm – 72,2%) təşkil edir. Xəbərlərin 82,5%-i İlham Əliyevə, 16,8%-i Heydər Əliyevə həsr olunub. Qalan namizədlər haqqında məlumatların cəmi 1%-dən də az olub. İqtidar-müxalifət münasibətlərinə seçki mövzusunda xəbərlərdə 862 kv.sm. yer ayrılıb.
Analitik materiallar
Monitorinq müddətində qəzetdə dərc olunmuş analitik yazılarda namizədlər haqqında fikirlərə cəmi 2624 (namizədlər barədə materialların ümumi həcminin 3,1%-i) kv.sm. yer verilib. Burada daha çox Heydər Əliyevdən (1794 – 68,4%), onun lider kimi müsbət cəhətlərindən bəhs edilib. İlham Əliyevə 482, İsa Qəmbərə 323 kv.sm. həsr olunub. Qalan namizədlər ötəri olaraq xatırlanılıb.
Seçkilərə aid analitik məqalələrdə (cəmi 1809 kv.sm.) müxalifət daim tənqid hədəfində (93,8) saxlanılıb.
Xüsusi informasiya proqramları (intervyu, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzet namizədlər arasında debatlar keçirməyib. Yalnız bir namizədin – baş nazir İlham Əliyevin müsahibələri (1926 kv.sm.) və çıxışlarına (6657 kv.sm.) yer verilib.
Redaksiya məqalələri
Seçkilər mövzusunda redaksiya məqalələrində Heydər Əliyev haqqında 164 kv.sm. həcmində müsbət xarakterli informasiya verilib. İsa Qəmbər (138 kv.sm.) və Etibar Məmmədov (138 kv.sm.) tənqid edilib. Həmin məqalələrdə müxalifətin tənqidinə də 380 kv.sm. yer ayrılıb.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək olan müddətdə qəzet 8 namizədin pulsuz təşviqat kampaniyasını aparıb. Etibar Məmmədov pulsuz reklam vermək imkanından bu qəzetdə yalnız bir dəfə (494 kv.sm.) istifadə edib. İlyas İsmayılov, Sabir Rüstəmxanlı və Hafiz Hacıyevin eyni həcmdə (988 kv.sm.) reklam çağırışları dərc olunub. Heydər Əliyev (1494), İsa Qəmbər (1482) və Lalə Şövkət Hacıyevaya (1482) da bərabər yer ayrılıb. İlham Əliyevin pulsuz təşviqat materiallarının həcmi isə 2482 kv.sm. təşkil edib.
Namizədin fotoşəkli
Seçki kampaniyası dövründə qəzet prezidentliyə namizədlərdən yalnız ikisinin fotoşəklini dərc edib (namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir). Heydər Əliyevin şəklinə 4299 kv.sm. yer ayrılıb. Prezidentliyə namizəd İlham Əliyevin dərc olunmuş fotoşəkillərinin çap sahəsi isə 33007 kv.sm. təşkil edib.
Bundan başqa, qəzetin nə seçkilərə, nə də konkret olaraq namizədlərin hər hansı birinin fəaliyyətinə aid olmayan, onların adları belə çəkilməyən materiallarında Heydər Əliyevin «qapalı reklam» kimi qiymətləndirilən 54 kv.sm. həcmində şəkilləri dərc edilib.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Sentyabrın 25-dən seçki gününədək qəzetdə üç rəy sorğusu haqqında məlumat dərc edilib. Sentyabrın 27-də dərc olunmuş ilk sorğuda onun keçirilmə tarixi göstərilməyib. Oktyabrın 3-də sorğunun sifarişçisi, keçirildiyi vaxt, respondentlərin sayı bildirilməyib. Oktyabrın 11-də dərc olunmuş sorğuda isə qanunun tələb etdiyi bütün göstəricilər öz əksini tapıb.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Bir sıra hallarda redaksiya məqalələrində jurnalistlər öz təşəbbüsləri ilə ayrı-ayrı namizədlərin lehinə və ya əleyhinə təşviqat aparıblar. Qəzetin 15 nömrəsində jurnalistlərin Heydər Əliyevin lehinə seçkiqabağı təşviqatına 330 kv.sm., İlham Əliyevin lehinə təşviqatına 95 kv.sm., bütövlükdə hakimiyyətin lehinə təşviqatına isə 108 kv.sm. yer ayrılıb. Qəzetin 25 sentyabr 2003-cü il tarixli nömrəsində «Siyasət şöbəsi» imzası ilə dərc edilmiş məqalə isə redaksiyanın müxalifət namizədlərinin əleyhinə apardığı təşviqata nümunədir. Bu məqalədə prezidentliyə namizədlər İsa Qəmbər və Etibar Məmmədovun elektoratının kifayət qədər olmadığı, buna görə də onların qarışıqlıq yaratmaq və stabilliyi pozmağa çalışdıqları barədə qəzet tərəfindən hökm çıxarılır (cəmi 276 kv.sm.). Bundan başqa, redaksiya bütövlükdə müxalifət əleyhinə apardığı seçkiqabağı təşviqata da 754 kv.sm. həcmində yer ayırıb.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda prezidentliyə namizəd İlham Əliyevin 5 dəfə, yüksək rütbəli məmurların isə 12 dəfə dövlət vəzifəsinin icrası ilə bağlı rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi üçün istifadə etməsi halları qeydə alınıb. Məsələn, İsmayıllı rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün tikilmiş binanın istifadəyə verilməsinə həsr olunmuş mərasimdən reportaca (4 oktyabr, 2003) baş nazir İ.Əliyevin də çıxışı əlavə edilib. Namizədin öz vəzifəsi ilə əlaqədar iştirak etdiyi bu rəsmi tədbirdəki çıxışında müxalifətdən olan prezidentliyə namizədlərə qarşı əks-təbliğat aparılır. Digər hallarda buna bənzər rəsmi tədbirlərdən hesabatlarda gənclər və idman nazirinin (10 oktyabr, 2003), İsmayıllı, Qəbələ, Gəncə icra hakimiyyəti başçılarının (4,7,8 oktyabr, 2003) və s. seçkilər kontekstində namizədin lehinə açıq çağırışları dərc edilir.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə yönəldilmiş materiallar üçün sentyabr ayının 25-dən oktyabr ayının 14-nə kimi qəzet 16841 kv.sm. yer ayırıb. Bu, həmin müddətdə qəzetin ümumi həcminin 7,8%-ni təşkil edib. Qəzetdə MSK-nın qərarları, səsvermə qaydaları və seçki proseduruna aid olan digər vacib məsələlər barədə mütəmadi olaraq materiallar dərc olunub.
«EXO»
«Ayna» Mətbu Evi tərəfindən 2001-ci ildə təsis edilib, rus dilində nəşr olunan ictimai-siyasi icmaldır. Seçki kampaniyası dövründə həftədə 5 dəfə, iş günləri 6000, şənbə günləri 9000 nüsxədə çap olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 14 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 296300 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi 46824 kv.sm. olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 15,8%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 22876 kv.sm. çap sahəsi həsr edib. Bunun 46,6%-i (10669 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevə, 19,9%-i (4562 kv.sm.) Heydər Əliyevə aiddir. Müsavat partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərə 4137 kv.sm. (18,1%), Etibar Məmmədovla Əli Kərimlia birlikdə 2693 kv.sm. (11,8%), Qüdrət Həsənquliyevə 503 kv.sm. (2,2%), Sabir Rüstəmxanlıya 226 kv.sm. (1%), qalan namizədlərə isə cüzi yer ayrılıb.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə də toxunulur (494 kv.sm. – iqtidar, 1332 kv.sm. – müxalifət).
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzetdə İlham Əliyev haqqında 580 kv.sm., Heydər Əliyev haqqında 352 kv.sm., Əli Kərimli haqqında 71 kv.sm., İsa Qəmbər haqqında 40 kv.sm. həcmində müsbət xarakterli informasiya verilib. Başqalarına nisbətən daha çox Qüdrət Həsənquliyev (261 kv.sm.), İsa Qəmbər (112 kv.sm.), Sabir Rüstəmxanlı (108 kv.sm.), Etibar Məmmədov (204 kv.sm.) tənqid olunub. Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı və Hafiz Hacıyevi çıxmaq şərti ilə namizədlər haqqında verilən məlumatların böyük əksəriyyəti neytral xarakterlidir.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında isə müxalifət nisbətən çox tənqidə məruz qalıb (iqtidar - 132 kv.sm., müxalifət – 398 kv.sm.).
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların üçdə biri (7905 kv.sm.) xəbərlərdən ibarətdir. Bunun da 30,3%-ni (2397 kv.sm.) İlham Əliyev, 16%-ni (1264 kv.sm.) Heydər Əliyev haqqında informasiyalar təşkil edir. Etibar Məmmədov – Əli Kərimli blokunun fəaliyyətinin işıqlandırılmasına 1832 kv.sm. (23,2%), İsa Qəmbərə 1607 kv.sm. (20,3%) yer ayrılıb. Qəzetin seçkilər dövründə İlyas İsmayılov (39 kv.sm.), Lalə Şövkət Hacıyeva (19 kv.sm.), Sabir Rüstəmxanlı və Qüdrət Həsənquliyev haqqında bütün yazıları məhz xəbər canrında hazırlanıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 1218 kv.sm. təşkil edib (iqtidar – 425 kv.sm., müxalifət – 793 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin analitik materiallarında namizədlər haqqında məlumatlara cəmi 2382 (namizədlər barədə yazıların ümumi həcminin 10,4%-i) kv.sm. yer verilib. Bu materiallarda əsasən 5 namizədin fəaliyyəti təhlil edilib: İsa Qəmbər - 673 kv.sm., Etibar Məmmədov – 496 kv.sm., İlham Əliyev – 481 kv.sm., Heydər Əliyev - 375 kv.sm., Əli Kərimli – 347 kv.sm. Bu yazılarda İlham və Heydər Əliyevlərin fəaliyyəti müsbət baxımdan, İsa Qəmbərin fəaliyyəti isə kiçik fərqlə tənqidi yönümdən qiymətləndirilib.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 608 kv.sm. olub və bu qeydlər əsasən müxalifətə (539 kv.sm.), o cümlədən onun tənqidinə (177 kv.sm.) həsr edilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizəd İsa Qəmbərlə müsahibəyə 1839 kv.sm. yer verilib. Namizədlərdən İlham Əliyevin (80 kv.sm.), İsa Qəmbərin (18 kv.sm.), Etibar Məmmədovun (18 kv.sm.) çıxışlarından kiçik həcmli parçalar dərc olunub.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə yalnız 2 namizədin – Heydər Əliyevin (2923 kv.sm.) və İlham Əliyevin (7711 kv.sm.) pullu təşviqat materialları verilib.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlər İsa Qəmbərin (383 kv.sm.), Etibar Məmmədovun (281 kv.sm.), Əli Kərimliun (105 kv.sm.), İlham Əliyevin və Heydər Əliyevin (hər birinin 115 kv.sm.) həcmində fotoşəkilləri dərc olunub. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 2-si, 4-ü və 7-də qəzetdə namizədlərin reytinqinə dair üç rəy sorğusunun nəticələri dərc edilib. Oktyabrın 2-də verilmiş sorğuda onun sifarişçisi, keçirilmə vaxtı və respondentlərin sayı, oktyabrın 7-də isə sorğunun sifarişçisi və respondentlərin sayı qeyd olunmayıb. Qalan göstəricilər əks etdirilib.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Qəzetin əməkdaşlarının namizədlər haqqında yazılarının böyük əksəriyyəti neytral tondadır. Yalnız bəzi hallarda onlar namizədlərin davranışlarına və ya çıxışlarına qiymət verirlər. Jurnalistlərin Heydər Əliyev haqqında söylədikləri müsbət rəylərin həcmi 69 kv.sm., İlham Əliyev haqqında 74 kv.sm. təşkil edir. Qalan namizədlərdən bəziləri barədə qəzetin əməkdaşlarının tənqidi qeydləri olub: Sabir Rüstəmxanlı – 108 kv.sm., Etibar Məmmədov – 86 kv.sm., İsa Qəmbər – 12 kv.sm., Əli Kərimli – 10 kv.sm.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidar və müxalifətin fəaliyyəti haqqında verdikləri məlumatlar da əsasən neytral tonda olub. Tənqidi yanaşma azacıq üstünlük təşkil edir (iqtidar - mənfi 25 kv.sm., müxalifət – mənfi 20 kv.sm.).
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şəxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları olmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılara - MSK-nın qərarları, səsvermə qaydaları və seçki prosedurlarına aid olan digər məsələlərin işıqlandırılmasına qəzet 2193 kv.sm. çap sahəsi həsr edib.
«ZERKALO»
Qəzetin kollektivi tərəfindən 1990-cı ildə təsis edilib, rus dilində nəşr olunur. Seçki kampaniyası dövründə həftədə 5 dəfə, iş günləri 4500, şənbə günləri 8000 nüsxədə çap olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 14 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 320176 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi 47503 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 14,8%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 24832 kv.sm. çap sahəsi həsr edib. Bunun 42,8%-i (10637 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevə, 19,9%-i (4942 kv.sm.) Heydər Əliyevə aiddir. Prezidentliyə namizəd Etibar Məmmədova 2913 kv.sm., Əli Kərimlia 1197 kv.sm. (birlikdə 16,6%), İsa Qəmbərə 2503 kv.sm. (10,1%), Lalə Şövkət Hacıyevaya 907 kv.sm. (3,7%), Sabir Rüstəmxanlıya 866 kv.sm. (3,5%), İlyas İsmayılova 658 kv.sm. (2,6%) həcmində material həsr olunub. Digər iki namizədə 1%-dən də az yer ayrılıb.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarın və müxalifətin fəaliyyətinə həsr olunmuş çap sahəsi müvafiq olaraq 1137 kv.sm. və 1424 kv.sm. təşkil edir.
Qərəzsizlik və tərəfsizlik
Namizədlərdən fəaliyyəti əsasən müsbət yönümdə işıqlandırılanlar İlham Əliyev (1662 kv.sm.), Heydər Əliyev (865 kv.sm.), Etibar Məmmədov (734 kv.sm.) olub. Tənqidinə ən çox yer verilmiş namizəd isə İsa Qəmbərdir (527 kv.sm.). Etibar Məmmədov haqqında tənqidi fikirlərə 192, İlham Əliyev haqqında – 97, Heydər Əliyev haqqında - 16 kv.sm. yer verilib. Qalan namizədlər haqqında verilən məlumatların böyük əksəriyyəti neytral xarakterlidir.
İqtidar-müxalifət münasibətlərinə toxunan seçki materiallarında isə hər iki tərəfin fəaliyyəti tənqid edilib (iqtidar - 772 kv.sm., müxalifət – 332 kv.sm.).
Xəbərlər
Namizədlərə həsr olunmuş materiallarda xəbərlərin həcmi o qədər də böyük deyil – 20% (4964 kv.sm.). Bunun 30,2%-i (1497 kv.sm.) İlham Əliyevə, 8%-i (395 kv.sm.) Heydər Əliyevə həsr olunub. Qəzet seçkilər dövründə Əli Kərimlia dair 784 kv.sm. (15,8%), Etibar Məmmədova dair 770 kv.sm. (15,5%) həcmində xəbər verib. Bundan başqa xəbərlərdə İsa Qəmbərə 719 (14,5 %), Lalə Şövkət Hacıyevaya 344 (6,9%), Sabir Rüstəmxanlıya 253 (5,1%), Qüdrət Həsənquliyevə 167 kv.sm. (3,4%) yer ayrılıb.
Seçki kontekstində qəzetdə iqtidarın fəaliyyəti haqqında 517 kv.sm. əsasən mənfi xarakterli, müxalifətin fəaliyyəti haqqında 392 kv.sm. əsasən neytral tonda xəbər verilib.
Analitik materiallar
Seçkilərə dair məqalələrin ən böyük qismini analitik materiallar təşkil edir –7032 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 28,3%-i). Bu materiallar əsasən 5 namizədə həsr olunub: İlham Əliyev – 2640, Heydər Əliyev – 1730, İsa Qəmbər - 1059, Etibar Məmmədov – 1043, Əli Kərimli – 400 kv.sm. Yazılarda İlham və Heydər Əliyevlərin fəaliyyəti müsbət baxımdan (müvafiq olaraq 1595 kv.sm. və 788 kv.sm.), İsa Qəmbərin fəaliyyəti isə tənqidi yönümdən (496 kv.sm.) qiymətləndirilib.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi aşağıdakı kimi olub: iqtidar – 597 kv.sm., müxalifət – 807 kv.sm.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə namizədlərin çıxışı və debatlar olmayıb. Lakin prezidentliyə namizədlərin müsahibələrinə xeyli yer verilib: Etibar Məmmədov – 1096, İsa Qəmbər –721, İlyas İsmayılov – 618, Sabir Rüstəmxanlı – 558, Lalə Şövkət Hacıyeva – 501 kv.sm.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə yalnız 2 namizədin – Heydər Əliyevin (2808 kv.sm.) və İlham Əliyevin (6495 kv.sm.) pullu təşviqat materialları verilib.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə Hafiz Hacıyevdən başqa bütün prezidentliyə namizədlərin şəkilləri dərc edilib. Heydər Əliyevin - 1859, İlham Əliyevin - 6879, İsa Qəmbərin - 402, Etibar Məmmədovun - 344, Əli Kərimliun - 96, İlyas İsmayılovun - 93, Lalə Şövkət Hacıyevanın - 142, Sabir Rüstəmxanlının - 126, Qüdrət Həsənquliyevin 32 kv.sm. həcmində fotoşəkilləri olub. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 11-də qəzetdə namizədlərin reytinqinə dair iki rəy sorğusunun nəticələri dərc edilib. Bu materialda sorğunun sifarişçisindən başqa, bütün tələb olunan göstəricilər qeyd olunub.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Qəzetin əməkdaşlarının namizədlər haqqında öz yazıları və qeydləri çox kiçik istisnalarla neytral tondadır.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidar və müxalifətin fəaliyyəti haqqında verdikləri məlumatlar da əsasən neytraldır. İqtidarın fəaliyyətinə dair materiallarda tənqidi yanaşma (147 kv.sm.), müxalifətə dair materiallarda müsbət yanaşma (42 kv.sm.) azacıq üstünlük təşkil edir.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şəxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları qeydə alınmayıb.
Maarifləndirmə
Qəzetdə seçicilərin maarifləndirilməsinə xidmət edən yazıların həcmi 3053 kv.sm. təşkil edib.
«525-Cİ QƏZET»
Qəzet «525» şirkəti
tərəfindən 1992-cı ildə təsis edilib. Seçki
kampaniyası dövründə həftədə 5 dəfə, iş
günləri 2525, şənbə günləri 3725 nüsxədə çap
olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 14 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 272176 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna toxunan materialların həcmi 88576 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 32,5%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 49680 kv.sm. çap sahəsi həsr edib. Bu məlumatların təxminən yarıya qədəri - 46,7%-i (23193 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevə, 15,2%-i (7551 kv.sm.) Heydər Əliyevə aiddir. Digər namizədlərdən daha çox Sabir Rüstəmxanlıya yer ayrılıb – 6108 (12,3%). Etibar Məmmədovla Əli Kərimlia birlikdə 5467 kv.sm. (11%), İsa Qəmbərə 3769 kv.sm. (7,6%), Lalə Şövkət Hacıyevaya 2636 kv.sm. (5,3%), İlyas İsmayılova 584 kv.sm.(1,2%), Qüdrət Həsənquliyevə 291 kv.sm. (0,6%), Hafiz Hacıyevə cəmi 81 kv.sm. yer verilib.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə də çox toxunulub (1905 kv.sm. – iqtidar, 1864 kv.sm. – müxalifət).
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzet İlham Əliyev barədə 7722 kv.sm., Heydər Əliyev barədə 4450 kv.sm., Sabir Rüstəmxanlı barədə 1543 kv.sm. müsbət xarakterli informasiya yayıb, bu namizədlər haqqında heç bir tənqidi fikir verilməyib. Etibar Məmmədovun fəaliyyəti geniş tənqid olunub - 4040 kv.sm. Əli Kərimli barədə də tənqidi qeydlər, İlyas İsmayılov barədə isə müsbət səciyyəli informasiya bir qədər üstünlük təşkil edir (müvafiq olaraq mənfi 209 və müsbət 147 kv.sm.). Qalan namizədlər haqqında mənfi və müsbət xarakterli informasiyalar bir-birini, demək olar ki, tarazlaşdırır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında isə müxalifət daha çox tənqid olunur (mənfi 818 kv.sm.).
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 38%-i (18870 kv.sm.) xəbərlərdir. Bunun da yarısı (9348 kv.sm.) İlham Əliyevə həsr olunub. Heydər Əliyevə xəbərlərdə 2453 kv.sm. (13%), Lalə Şövkət Hacıyevaya 2284 kv.sm. (12,1%), İsa Qəmbərə 1863 kv.sm. (9,9%), Etibar Məmmədov – Əli Kərimli blokunun fəaliyyətinin işıqlandırılmasına 1425 kv.sm. (7,5%) yer ayrılıb. Qəzetdə Sabir Rüstəmxanlı barədə 708 kv.sm. (3,8%), İlyas İsmayılov barədə 434 kv.sm. (2,3%), Qüdrət Həsənquliyev barədə 289 (1,5%), Hafiz Hacıyev barədə 66 kv.sm. (0,3%) xəbər dərc olunub.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 2854 kv.sm. təşkil edib (iqtidar – 1489 kv.sm., müxalifət – 1365 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin analitik materiallarında namizədlər haqqında məlumatlara 17095 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 34,4%-i) yer verilib. Bu materiallarda əsasən İlham Əliyev (6506 kv.sm.), Etibar Məmmədov (3829 kv.sm.), Heydər Əliyev (3159 kv.sm.), İsa Qəmbər (1906 kv.sm.) və Sabir Rüstəmxanlıdan (1198 kv.sm.) bəhs edilib. İlham Əliyev haqqında 4738 kv.sm., Heydər Əliyev haqqında 3069 kv.sm., Sabir Rüstəmxanlı haqqında 1198 kv.sm. müsbət səciyyəli informasiya verilib, Lalə Şövkət Hacıyeva və Qüdrət Həsənquliyev istisna olmaqla, qalan namizədlər tənqid olunub.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 915 kv.sm. olub, müxalifət daha çox tənqid edilib ( mənfi 430 kv.sm.), iqtidar haqqında isə daha çox müsbət fikirlər söylənilib (282 kv.sm.).
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizəd Sabir Rüstəmxanlı ilə müsahibə verilib (2641 kv.sm.). İlham Əliyevin çıxışları dərc olunub (1526 kv.sm.), Lalə Şövkət Hacıyevanın seçkiqabağı tədbirlərdə çıxışlarına da yer ayrılıb (235 kv.sm.).
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 3 namizədin – Heydər Əliyevin (1904 kv.sm.), İlham Əliyevin (5793 kv.sm.) və Sabir Rüstəmxanlının (1561 kv.sm.) pullu təşviqat materialları verilib.
Namizədin fotoşəkli
Prezidentliyə namizəd İlham Əliyevin şəkillərinə daha geniş yer verilib - 1246 kv.sm. Digər namizədlərdən Etibar Məmmədovun (304 kv.sm.) və Əli Kərimliun (54 kv.sm.), Heydər Əliyevin (269 kv.sm.), Lalə Şövkət Hacıyevanın (238 kv.sm.), Sabir Rüstəmxanlının (185 kv.sm.), İsa Qəmbərin (42 kv.sm.), İlyas İsmayılovun (25 kv.sm.) da fotoşəkilləri dərc olunub. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Sentyabrın 30-da, oktyabrın 7-si və 9-u və 10-da qəzetdə seçkilərə dair rəy sorğularının nəticələri dərc edilib. Bu sorğuların 2-də onun keçirilmə tarixi, 2-də metodologiyası, heç birində sifarişçisi göstərilməyib.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Qəzetin əməkdaşlarının namizədlər haqqında yazılarında Heydər Əliyevin (114 kv.sm.), İlham Əliyevin (631 kv.sm.) lehinə təşviqat aparılıb, müxalifət namizədləri haqqında kiçik həcmli tənqidi qeydlər söylənilib.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə müxalifətin fəaliyyəti haqqında verdikləri məlumatlarda tənqidi yanaşma tərzi üstünlük təşkil edib (216 kv.sm.).
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda prezidentliyə namizədlərin, vəzifəli şəxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları qeydə alınmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılara qəzetdə xüsusi diqqət yetirilib - 12047 kv.sm.
«HÜRRİYYƏT»
Fiziki şəxs tərəfindən təsis edilib, 1991-ci ildən çıxır. Seçki kampaniyası dövründə həftədə 6 dəfə 9999 – 10350 nüsxədə çap olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 17 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 104832 kv.sm. təşkil edib. Bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, yaxud qismən bu mövzuya toxunan materialların həcmi 102256 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 97,5%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 51362 kv.sm çap sahəsi həsr edib. Bunun 34,7%-i (17841 kv.sm.) Etibar Məmmədov – Əli Kərimli blokuna, 49%-i İlham və Heydər Əliyevlərə (müvafiq olaraq 13250 və 11911 kv.sm.) aiddir. Prezidentliyə namizəd İsa Qəmbərə 6778 kv.sm. (13,2%), Sabir Rüstəmxanlıya 1417 kv.sm. (2,8%), qalan namizədlərə isə cüzi yer ayrılıb.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə toxunan materiallar çoxdur: 11275 kv.sm. – iqtidar, 4453 kv.sm. – müxalifət.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzetdə İlham Əliyev haqqında 12197 kv.sm., Heydər Əliyev haqqında 11226 kv.sm., Hafiz Hacıyev haqqında 110 kv.sm. həcmində tənqid verilib. Etibar Məmmədov barədə 2724 kv.sm., Əli Kərimli barədə 1283 kv.sm., İsa Qəmbər barədə 2425 kv.sm. həcmində müsbət xarakterli informasiya verilib. Eyni zamanda sonuncunun tənqidinə də 361 kv.sm. yer ayrılıb. Qalan namizədlərə münasibət neytraldır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında iqtidar kəskin tənqid edilib - 10979 kv.sm., müxalifət barədə daha çox müsbət fikir söylənilib - 2112 kv.sm. Bununla belə, müxalifətin fəaliyyəti də müəyyən dərəcədə tənqid olunub (576 kv.sm.).
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 36%-ni (18488 kv.sm.) xəbərlər təşkil edir. Bunun böyük qismi - 39,5% - Etibar Məmmədovla Əli Kərimlia (7306 kv.sm.), 29,2%-i İsa Qəmbərə (5400 kv.sm.) həsr olunub. Xəbərlərdə İlham Əliyevə 3301 kv.sm. (17,9%), Heydər Əliyevə 1500 kv.sm. (8,1%), Sabir Rüstəmxanlıya 885 kv.sm. (4,8%) yer ayrılıb. Qalan namizədlərin fəaliyyəti haqqında informasiyanın həcmi çox kiçikdir.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 7255 kv.sm. təşkil edib (iqtidar – 5154 kv.sm., müxalifət – 2101 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin namizədlər haqqında analitik materiallarının həcmi 21590 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 42%-i) təşkil edir. Bu materiallar ilk növbədə Heydər Əliyevin (10010 kv.sm.) və İlham Əliyevin (9949 kv.sm.) fəaliyyətinə həsr edilib, əsasən onların tənqidinə yönəlib. Digər namizədlərdən analitik materiallarda daha çox Əli Kərimlia (719 kv.sm.), Etibar Məmmədova (597 kv.sm.) və İsa Qəmbərə (221 kv.sm.) yer ayrılıb.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 8381 kv.sm. olub. Bu qeydlər həm iqtidarın (6107 kv.sm.), həm də müxalifətin (2274 kv.sm.) fəaliyyətinə həsr edilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzet debat təşkil etməyib. Prezidentliyə namizəd Etibar Məmmədovla müsahibəyə 1118 kv.sm., İsa Qəmbərlə müsahibəyə 844 kv.sm., Əli Kərimlila müsahibəyə 80 kv.sm. yer ayrılıb. Namizədlərdən Etibar Məmmədovun 265 kv.sm., Əli Kərimliun 372 kv.sm. həcmində çıxışları dərc olunub.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 3 namizədin pullu təşviqat materialları verilib. Etibar Məmmədovun 7384 kv.sm., Sabir Rüstəmxanlının 507 kv.sm., İsa Qəmbərin 313 kv.sm. həcmində reklam çağırışları dərc olunub.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlər Etibar Məmmədovun (3875 kv.sm.) və Əli Kərimliun (527 kv.sm.), həmçinin İlham Əliyevin (1610 kv.sm.), Heydər Əliyevin (801 kv.sm.), İsa Qəmbərin (770 kv.sm.) fotoşəkilləri dərc olunub. Bundan başqa, qəzetdə Sabir Rüstəmxanlının 71 kv.sm., Hafiz Hacıyevin 39 kv.sm. həcmində şəkilləri də verilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 11-də qəzetdə namizədlərin reytinqinə dair rəy sorğusunun nəticələri dərc edilib. Sorğunu keçirən təşkilat, sorğunun tarixi, metodologiyası və respondentlərin sayı bildirilir, lakin onun sifarişçisi barədə məlumat verilmir.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Redaksiyanın əməkdaşları təşviqat kampaniyasında iştirak edirlər. Onların Heydər Əliyev haqqında tənqidi xarakterli yazılarının həcmi 9158 kv.sm., İlham Əliyev haqqında - 8188 kv.sm. təşkil edir. Daha bir namizədə – Hafiz Hacıyevə jurnalistlər mənfi münasibət ifadə edirlər - 89 kv.sm. Qəzetin əməkdaşları bəzi yazılarda Etibar Məmmədova (386 kv.sm.), Əli Kərimlia (251 kv.sm.) və İsa Qəmbərə (74 kv.sm.) müsbət münasibət bildirirlər.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidar və müxalifətin fəaliyyəti haqqında ifadə etdikləri fikirlər də əsasən hakimiyyətin tənqidinə yönəlib (6227 kv.sm.). Jurnalistlər tərəfindən müxalifətin tənqidi 239 kv.sm., onun haqqında müsbət rəylərin həcmi isə 757 kv.sm. yer tutur.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şəxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları qeydə alınmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılar azdır. Qəzetin bütün nömrələrində belə materialların ümumi həcmi 482 kv.sm. təşkil edir.
«AZADLIQ»
1990-cı ildə yaradılıb, hazırda təsisçisi qəzetin keçmiş redaktoru və redaksiya kollektividir. Seçki kampaniyası dövründə həftədə 5-7 dəfə 6500 nüsxədə çap olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 16 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 244800 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna həsr olunmuş materialların həcmi 149464 kv.sm. olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 61%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 75993 kv.sm çap sahəsi həsr edib. Bunun 30,5%-i (23146 kv.sm.) prezidentliyə namizəd Etibar Məmmədova, 17,3%-i (13170 kv.sm.) Əli Kərimlia aiddir. Digər namizədlər arasında Sabir Rüstəmxanlı daha çox yer alıb – 20,6% (15681 kv.sm.). İlham Əliyevə 13% (9888 kv.sm.), Heydər Əliyevə 11% (8365 kv.sm.) çap sahəsi həsr olunub. Prezidentliyə namizəd İsa Qəmbər haqqında 4883 kv.sm. (6,4%) həcmində informasiya verilib. Qalan namizədlərə birlikdə 1,2% yer ayrılıb.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarın fəaliyyətinə daha geniş toxunulub (4609 kv.sm. – iqtidar, 346 kv.sm. - müxalifət).
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzet əsasən İlham Əliyevi (8075 kv.sm.) və Heydər Əliyevi (9576 kv.sm.) tənqid edib. Bundan başqa Hafiz Hacıyevin (469 kv.sm.) və Qüdrət Həsənquliyevin (35 kv.sm.) fəaliyyətinə də tənqidi münasibət ifadə edilib. Etibar Məmmədov haqqında 6606 kv.sm., Əli Kərimli haqqında 2337 kv.sm., Sabir Rüstəmxanlı haqqında 287 kv.sm. müsbət xarakterli informasiya verilib. İsa Qəmbərə həsr olunmuş müsbət və mənfi xarakterli məlumatların balansı +175 kv.sm. təşkil edib. Qalan informasiyalar neytral tonda olub. İqtidar-müxalifət münasibətlərinə toxunan seçki materiallarında hakimiyyət tənqid edilib (4569 kv.sm.), müxalifətin fəaliyyəti haqqında məlumatlar isə əsasən neytral olub.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 28,8%-i (21865 kv.sm.) xəbərlərdən ibarətdir. Xəbərlərdə ən çox Etibar Məmmədov – Əli Kərimli blokunun (13098 kv.sm. - bu canrda hazırlanmış materialların 60%-i) fəaliyyətinə diqqət yetirilib. İlham Əliyev barədə 3457 kv.sm. (15,8%), Sabir Rüstəmxanlı barədə 1142 kv.sm. (5,2%), Heydər Əliyev barədə 1940 kv.sm. (8,9%), İsa Qəmbər barədə 1640 kv.sm. (7,5%) xəbər dərc olunub. İlyas İsmayılova 265 kv.sm., Lalə Şövkət Hacıyevaya 75 kv.sm., və Qüdrət Həsənquliyevə 33 kv.sm. yer ayrılıb.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 2648 kv.sm. təşkil edib (iqtidar – 2360 kv.sm., müxalifət – 288 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin analitik materiallarında namizədlər haqqında məlumatların həcmi 15663 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 20,6%-i) təşkil edib. Bu materiallarda əsasən 5 namizədin fəaliyyəti təhlil edilib: Heydər Əliyevə 6058 kv.sm., İlham Əliyevə – 5018 kv.sm., Etibar Məmmədova – 1910 kv.sm., Əli Kərimlia – 1652 kv.sm., İsa Qəmbərə 943 kv.sm. həsr olunub. Bu yazılarda İlham və Heydər Əliyevlərin fəaliyyəti tənqidi baxımdan, digər namizədlərin fəaliyyəti isə qismən müsbət yönümdən qiymətləndirilib, qismən tənqid edilib. Digər namizədlər haqqında informasiya çox azdır.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 1522 kv.sm. olub və bu qeydlər əsasən iqtidarın tənqidinə (1464 kv.sm.) həsr edilib.
Redaksiya məqalələri
Dərc olunan redaksiya məqalələrində prezidentliyə namizədlər haqqında da fikirlər söylənilib (2054 kv.sm.). Bu materiallarda İlham Əliyev barədə 1273 kv.sm., Heydər Əliyev barədə 312 kv.sm., Hafiz Hacıyev barədə isə 190 kv.sm. həcmində tənqidi rəy olub. Qalan bütün hallarda prezidentliyə namizədlərə münasibət neytraldır.
Redaksiya məqalələrində iqtidarın tənqidinə 680 kv.sm. yer verilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizəd İsa Qəmbər və Etibar Məmmədovun hər biri ilə kiçik müsahibə (18 kv.sm.) verilib. Əli Kərimlila müsahibələrin ümumi həcmi isə 1636 kv.sm. təşkil edib. Namizədlərdən Etibar Məmmədovun (3835 kv.sm.) və Əli Kərimliun (4467 kv.sm.) çıxışları dərc olunub.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə Sabir Rüstəmxanlının geniş həcmdə (14431 kv.sm.) pullu təşviqat materialları verilib. Bundan başqa daha 3 namizədin - Etibar Məmmədov - Əli Kərimliun (9433 kv.sm.) və İsa Qəmbərin (2270 kv.sm.) reklamları dərc olunub.
Namizədin fotoşəkli
Monitorinq dövründə qəzetdə İlyas İsmayılovdan başqa bütün prezidentliyə namizədlərin şəkilləri dərc olunub. Daha çox Etibar Məmmədovun (4832 kv.sm.) və Əli Kərimliun (2794 kv.sm.) fotoşəkilləri verilib. İlham Əliyevin fotoşəkillərinin həcmi 1197 kv.sm., Heydər Əliyevin - 790 kv.sm., İsa Qəmbərin - 287 kv.sm., Sabir Rüstəmxanlının - 151 kv.sm., Lalə Şövkət Hacıyeva, Hafiz Hacıyev və Qüdrət Həsənquliyevin hər birinin fotoşəkillərinin həcmi isə12-15 kv.sm. təşkil edib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 11-də qəzetdə namizədlərin reytinqinə dair rəy sorğusunun nəticələri dərc edilib. Bu materialda sorğunu keçirən təşkilat, onun vaxtı və respondentlərin sayı bildirilir. Lakin sorğunun sifarişçisi və metodologiyası haqqında məlumat verilmir.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Bilavasitə qəzetin əməkdaşlarının hazırladıqları yazılarda prezidentliyə namizədlərin lehinə və ya əleyhinə təşviqat aparılıb. Jurnalistlər Heydər Əliyev haqqında 7536 kv.sm., İlham Əliyev haqqında 9410 kv.sm., Hafiz Hacıyev haqqında 348 kv.sm. tənqid yazıblar. Etibar Məmmədov, Əli Kərimli və Sabir Rüstəmxanlı barədə əsasən müsbət fikirlər söylənilib (müvafiq olaraq 6551 kv.sm., 3112 kv.sm. və 287 kv.sm.). İsa Qəmbərin fəaliyyətinə jurnalistlərin həm müsbət (331 kv.sm.), həm də mənfi (156 kv.sm.) münasibətləri ifadə olunub.
Qalan namizədlərə çox az toxunulub: Qüdrət Həsənquliyev - 35 kv.sm., Lalə Şövkət Hacıyeva - 8 kv.sm.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidarın fəaliyyəti haqqında yazılarında hakimiyyət tənqid olunub: mənfi 680 kv.sm.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları olmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə, müxtəlif seçki prosedürlərinin izahına qəzet 5895 kv.sm. yer ayırıb.
«NOVOYE VREMYA»
Qəzet fiziki şəxs tərəfindən 1999-cu ildə təsis edilib, rus dilində çıxır. Seçki kampaniyası dövründə həftədə 5 dəfə 5000 nüsxədə nəşr olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 14 nömrəsi dərc olunub. Həmin nömrələrin ümumi çap həcmi 180132 kv.sm. təşkil edib. Bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, yaxud qismən bu mövzuya toxunan materialların həcmi 43719 kv.sm. olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 24,3%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 17790 kv.sm. çap sahəsi ayırıb. Bunun əsas hissəsi (71,4%), demək olar ki, bərabər həcmdə İlham və Heydər Əliyevlərə həsr edilib (müvafiq olaraq 6640 və 6060 kv.sm.). İsa Qəmbərə 2026 kv.sm. (11,4%), Sabir Rüstəmxanlıya 1913 kv.sm. (10,8%), Etibar Məmmədova 536 kv.sm. (3%), Əli Kərimlia 224 (1,3%) və Lalə Şövkət Hacıyevaya da bir o qədər (225 kv.sm.) həcmdə yer verilib. İlyas İsmayılov haqqında informasiyanın həcmi 84 kv.sm., Hafiz Hacıyev haqqında isə 82 kv.sm. təşkil edib. Qüdrət Həsənquliyev barədə bu dövrdə qəzetdə heç nə deyilməyib.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarla müxalifətin fəaliyyətinə toxunan materiallar çox olub: 6195 kv.sm. Bunun 3746 kv.sm.-i iqtidara, 2449 kv.sm.-i müxalifətə həsr edilib.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzetin Sabir Rüstəmxanlı barədə informasiyaları neytral tonda olub. Etibar Məmmədov və Əli Kərimlia 64 kv.sm., İlyas İsmayılova 71 kv.sm. həcmində müsbət, İsa Qəmbərə isə 267 kv.sm. həcmində müsbət və 378 kv.sm. həcmində mənfi münasibət ifadə olunub. Qalan namizədlər isə yalnız tənqid olunub: Lalə Şövkət Hacıyeva – 137 kv.sm., Hafiz Hacıyev – 82 kv.sm. Qəzetin ən çox tənqidi münasibət bildirdiyi namizədlər isə İlham Əliyev (6135 kv.sm.) və Heydər Əliyevdir (5420 kv.sm.).
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında qəzet iqtidarın da, müxalifətin də fəaliyyətini tənqid edib (müvafiq olaraq 3724 və 1080 kv.sm.). Onlar haqqında müsbət səciyyəli informasiya olmayıb.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların içərisində xəbərlər o qədər də geniş yer tutmur –14,1% (2513 kv.sm.). İsa Qəmbərin fəaliyyəti haqqında 1243 kv.sm. (49,5%), İlham Əliyev haqqında 407 kv.sm. (16,2%), Sabir Rüstəmxanlı haqqında 393 kv.sm. (15,6%), Heydər Əliyev haqqında 227 kv.sm. (9%) xəbər verilib. Etibar Məmmədov Əli Kərimli blokunun fəaliyyətinə xəbərlərdə 142 kv.sm. (5,7%) yer ayrılıb. Qalan namizədlərdən Lalə Şövkət Hacıyeva (88 kv.sm.) və İlyas İsmayılovun (13 kv.sm.) da seçkiqabağı tədbirlərindən xəbərlər dərc olunub.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 504 kv.sm. təşkil edib (iqtidar – 232 kv.sm., müxalifət – 272 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin namizədlər haqqında yazılarının böyük əksəriyyətini (75%) analitik materiallar təşkil edir – 13343 kv.sm. Bu materialların da çox hissəsi Heydər Əliyevin (5438 kv.sm.) və İlham Əliyevin (6212 kv.sm.) fəaliyyətinə həsr edilib, əsasən tənqidi xarakter daşıyıb. Digər namizədlərə analitik materiallarda bundan dəfələrlə az yer ayrılıb: İsa Qəmbər - 747 kv.sm., Etibar Məmmədov - 442 kv.sm., Əli Kərimli - 169 kv.sm., Lalə Şövkət Hacıyeva – 137 kv.sm., Hafiz Hacıyev – 82 kv.sm., İlyas İsmayılov – 71 kv.sm. və nəhayət, Sabir Rüstəmxanlı – 45 kv.sm.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 5361 kv.sm. olub. Bu qeydlər həm iqtidarın (3396 kv.sm.), həm də müxalifətin (1965 kv.sm.) fəaliyyətinə həsr edilib.
Redaksiya məqalələri
Redaksiya məqalələri az olub. Bu məqalələrdə İsa Qəmbər haqqında 36 kv.sm., Etibar Məmədov haqqnda 7 kv.sm., iqtidar barədə 40 kv.sm., müxalifət barədə 212 kv.sm. həcmində yalnız tənqidi fikirlər söylənilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizədlərin müsahibəsi və çıxışlarına yer verilməyib.
Pullu və pulsuz reklam
Üç həftə ərzində qəzetdə yalnız bir namizədin - Sabir Rüstəmxanlının 1475 kv.sm. həcmində pullu təşviqat materialları dərc edilib.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlərdən Heydər Əliyevin 2656 kv.sm., İlham Əliyevin 2330 kv.sm. həcmində fotoşəkilləri dərc edilib. Bundan başqa, İsa Qəmbərin 235 kv.sm. həcmində, Etibar Məmmədovun isə 96 kv.sm. həcmində şəkilləri çap olunub.
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Monitorinq dövründə qəzet rəy sorğularının nəticələrini işıqlandırmayıb.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Redaksiyanın əməkdaşları əksər namizədlərin əleyhinə çıxışlar edib. Heydər Əliyevə dair 511 kv.sm., İlham Əliyevə dair 210 kv.sm., Hafiz Hacıyevə dair 82 kv.sm. həcmində tənqidi şəhrlər verilib. Qəzetin əməkdaşları İsa Qəmbər (36 kv.sm.) və Etibar Məmmədov (7 kv.sm.) barədə də mənfi rəy bildiriblər.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidar və müxalifətin fəaliyyəti haqqında ifadə etdikləri fikirlərin müəyyən qismi hakimiyyətin (425 kv.sm.), digər qismi müxalifətin (238 kv.sm.) əleyhinə yönəlib.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda dövlət məmurlarının vəzifə səlahiyyətlərindən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları qeydə alınmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazıların həcmi cəmi 61 kv.sm. təşkil edib.
«ŞƏRQ»
Qəzet fiziki şəxs tərəfindən 1996-cı ildə təsis edilib. Seçki kampaniyası dövründə həftədə 5 dəfə 3460 nüsxədə nəşr olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 14 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 214020 kv.sm. təşkil edib. Qismən və ya bütünlüklə seçkilər mövzusuna toxunan materialların həcmi 78644 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 36,7%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet bütün prezidentliyə namizədlərə 40000 kv.sm çap sahəsi həsr edib. Bu məlumatların yarıya qədəri - 46,3%-i - (18511 kv.sm.) prezidentliyə namizəd İlham Əliyevə, 13,6%-i (5433 kv.sm.) Heydər Əliyevə ayrılıb. Digər namizədlərdən daha çox Sabir Rüstəmxanlı yer alıb – 7322 kv.sm. (18,3%). İsa Qəmbərə 3237 kv.sm. (8,1%), Etibar Məmmədovla Əli Kərimlia birlikdə 2795 kv.sm. (7%), Lalə Şövkət Hacıyevaya 1379 kv.sm. (3,4%), İlyas İsmayılova 916 kv.sm. (2,3%), Qüdrət Həsənquliyevə 322 kv.sm. (0,8%), Hafiz Hacıyevə cəmi 85 kv.sm. yer verilib.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarın fəaliyyətinə 607 kv.sm., müxalifətin fəaliyyətinə bundan xeyli artıq - 5870 kv.sm. çap sahəsi həsr edilib.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzet İlham Əliyevin (5059 kv.sm.), Heydər Əliyevin (2800 kv.sm.), onlardan başqa daha iki namizədin – Sabir Rüstəmxanlının (232 kv.sm.) və Lalə Şövkət Hacıyevanın (118 kv.sm.) haqqında müsbət xarakterli informasiya yayıb, eyni zamanda bu namizədlər haqqında çox kiçik həcmdə tənqid də dərc edib. Daha çox İsa Qəmbər (965 kv.sm.), Etibar Məmmədov (614 kv.sm.), Əli Kərimli (252 kv.sm.) tənqidə məruz qalıb, İlyas İsmayılov (100 kv.sm.), və Hafiz Hacıyev (53 kv.sm.) haqqında da mənfi xarakterli informasiyalar verilib. İsa Qəmbəri müsbət səciyyələndirən informasiyaların həcmi isə 186 kv.sm., Etibar Məmmədovu – 148 kv.sm. təşkil edib.
İqtidar-müxalifət münasibətlərinə toxunan seçki materiallarında iqtidar daha çox təbliğ (208 kv.sm.), müxalifət isə əsasən tənqid olunub (4085 kv.sm.).
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 60,9%-i (24354 kv.sm.) xəbərlərdir. Bunun da 42,4%-i (10319 kv.sm.) İlham Əliyevə həsr olunub. Sabir Rüstəmxanlıya xəbərlərdə 3962 kv.sm. (16,3%), İsa Qəmbərə 3014 kv.sm. (12,4%), Heydər Əliyevə 2487 kv.sm. (10,2%), Etibar Məmmədov – Əli Kərimli blokunun fəaliyyətinin işıqlandırılmasına 2370 kv.sm. (9,7%) yer ayrılıb. Qəzetdə İlyas İsmayılov barədə 916 kv.sm. (3,8%), Lalə Şövkət Hacıyeva barədə 879 kv.sm. (3,6%), Qüdrət Həsənquliyev barədə 322 (1,3%), Hafiz Hacıyev barədə isə 85 kv.sm. xəbər dərc olunub.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 6329 kv.sm. təşkil edib (iqtidar – 602 kv.sm., müxalifət – 5727 kv.sm.).
Analitik materiallar
Monitorinq dövründə qəzetin analitik materiallarında namizədlər haqqında məlumatlara 3447 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 8,6%-i) yer verilib. Bu materiallarda əsasən İlham Əliyev (1669 kv.sm.) və Heydər Əliyevin (1027 kv.sm.) fəaliyyəti müsbət baxımdan qiymətləndirilib. Digər namizədlərdən Etibar Məmmədov (316 kv.sm.), İsa Qəmbər (215 kv.sm.), Əli Kərimli (109 kv.sm.) haqqında tənqidi, Sabir Rüstəmxanlı (111 kv.sm.) barədə neytral fikirlər söylənib.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi cəmi 148 kv.sm. olub, əsasən müxalifət tənqid edilib (143 kv.sm.).
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizədlər Lalə Şövkət Hacıyeva (500 kv.sm.) və Sabir Rüstəmxanlı (848 kv.sm.) ilə müsahibə verilib. İlham Əliyevin 259 kv.sm. həcmində, Sabir Rüstəmxanlının 306 kv.sm. həcmində çıxışları dərc olunub.
Qəzetin digər canrlarda hazırlanmış məqalələrində də namizədlərin fəaliyyəti haqqında informasiya verilib. Belə yazılarda İlham Əliyevə 414 kv.sm., Heydər Əliyevə 74 kv.sm., İsa Qəmbərə 8 kv.sm. yer ayrılıb.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 3 namizədin – Heydər Əliyevin (1170 kv.sm.), İlham Əliyevin (5850 kv.sm.) və Sabir Rüstəmxanlının (2095 kv.sm.) pullu təşviqat materialları verilib.
Namizədin fotoşəkli
Prezidentliyə namizəd İlham Əliyevin şəkillərinə daha geniş yer verilib - 1565 kv.sm. Digər namizədlərdən daha çox Sabir Rüstəmxanlının (418 kv.sm.) və Heydər Əliyevin (294 kv.sm.) fotoşəkilləri dərc olunub. Monitorinq müddətində qəzetdə Lalə Şövkət Hacıyevanın (101 kv.sm.), İlyas İsmayılovun (45 kv.sm.), Etibar Məmmədovun (46 kv.sm.),İsa Qəmbərin (30 kv.sm.) də şəkillərinə yer verilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 4-də, 7-si və 10-da qəzetdə namizədlərin reytinqinə dair üç rəy sorğusunun nəticələri dərc edilib. İlk sorğuda onun sifarişçisindən başqa, tələb olunan bütün məlumatlar göstərilib. Sonrakı sorğularda isə zəruri göstəricilərdən bir neçəsi – sorğunun keçirilmə vaxtı, sifarişçisi və metodologiyası barədə məlumat yoxdur.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Qəzetin əməkdaşları namizədlər haqqında yazılarda təşviqata yol verməməyə çalışıblar. Yalnız İlham Əliyev haqqında (50 kv.sm.) və Heydər Əliyev (15 kv.sm.) haqqında jurnalistlərin kiçik həcmli müsbət rəyləri əks olunub.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şəxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi ilə istifadə etməsi halları əks olunmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə, seçki hərəkətləri və prosedürləri barədə onların məlumatlandırılmasına qəzetdə 3542 kv.sm. yer verilib.
«YENİ MÜSAVAT»
1990-cı ildə təsis olunub, hazırda təsisçisi prezidentliyə namizəd İsa Qəmbərdir. Seçki kampaniyası dövründə həftədə 7 dəfə 14500-24500 nüsxədə çap olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 20 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 403304 kv.sm. təşkil edib. Bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, yaxud qismən bu mövzuya toxunan materialların həcmi 292196 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 72,5%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet prezidentliyə namizədlərə 117508 kv.sm. həcmində material həsr edib. Bu materialların 65,2%-i (76644 kv.sm.) İsa Qəmbər, 14,7%-i Heydər Əliyev (17320 kv.sm.), 12,8%-i İlham Əliyev (15088 kv.sm.) haqqındadır. Sabir Rüstəmxanlıya 3371 kv.sm. (2,9%), Etibar Məmmədov – Əli Kərimli blokuna 3823 kv.sm. (3,3%) yer ayrılıb. Qalan namizədlərin heç biri haqqında informasiya ümumi həcmin 1%-ni belə təşkil etmir.
Qəzetin materiallarında seçkilər kontekstində iqtidarın fəaliyyətinə həsr olunmuş yazıların həcmi böyükdür – 11453 kv.sm. Müxalifətin fəaliyyətinə cəmi 758 kv.sm. həsr olunub.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzet 4 namizədin fəaliyyətinə tənqidi yanaşıb. İlham Əliyev, Heydər Əliyev, Hafiz Hacıyev və Qüdrət Həsənquliyev barədə heç bir müsbət fikir söylənilməyib, prezident Heydər Əliyevin tənqidinə 15642 kv.sm., baş nazir İlham Əliyevin tənqidinə 14456 kv.sm. həcmində çap sahəsi ayrılıb. Hafiz Hacıyevlə Qüdrət Həsənquliyevə qarşı yönəlmiş tənqidi qeydlərin həcmi müvafiq olaraq 774 və 267 kv.sm. təşkil edib. İsa Qəmbər haqqında 27893 kv.sm. müsbət, 254 kv.sm. mənfi xarakterli informasiya verilib. Etibar Məmmədov – Əli Kərimli blokunun fəaliyyəti də daha çox (100 kv.sm.) müsbət qiymətləndirilib. Qalan namizədlər haqqında müsbət məlumatların və tənqidi informasiyanın balansı sıfıra yaxındır.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında iqtidar kəskin tənqid edilib (11386 kv.sm.), müxalifət barədə 519 kv.sm. həcmində müsbət fikir söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 51,8%-ni (60871 kv.sm.) xəbərlər təşkil edir. Burada ən çox İsa Qəmbərə yer verilib – 45757 kv.sm. (75,2%). Xəbərlərin 11,9%-i İlham Əliyevə (7261 kv.sm.), 7,8%-i Heydər Əliyevə (4746 kv.sm.), 2,4%-i Etibar Məmmədov - Əli Kərimli blokunun fəaliyyətinə (1446 kv.sm.), 1,2%-i Sabir Rüstəmxanlıya (759 kv.sm.) həsr olunub. Hafiz Hacıyev haqqında 464, Qüdrət Həsənquliyev haqqında 319, İlyas İsmayılov barədə 96, Lalə Şövkət Hacıyeva barədə 23 kv.sm. həcmində xəbər verilib.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 6738 kv.sm. təşkil edib. Bunun 6364 kv.sm.-lik hissəsi iqtidara aiddir.
Analitik materiallar
Monitorinq dövründə qəzetdə namizədlər haqqında analitik materiallara 32430 (namizədlər barədə yazıların ümumi həcminin 27,6%-i) kv.sm. yer verilib. Bu materiallar əsasən üç namizədin fəaliyyətinin təhlilinə həsr edilib: Heydər Əliyev - 11837 kv.sm., İsa Qəmbər – 11588 kv.sm., İlham Əliyev -7748 kv.sm. Bundan başqa, Etibar Məmmədov və Əli Kərimli haqqında (müvafiq olaraq 631 və 258 kv.sm.), həmçinin Hafiz Hacıyev barədə (330 kv.sm.) fikirlərə də yer ayrılıb.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 5203 kv.sm. olub. Bu qeydlər yenə də əsasən iqtidarın fəaliyyətinə həsr edilib - 4819 kv.sm.
Redaksiya məqalələri
Redaksiya məqalələrində namizədlər haqqında informasiyanın həcmi çox olmayıb – 1017 kv.sm. Burada üç namizədin fəaliyyəti tənqid edilib (Heydər Əliyev – 721 kv.sm., İlham Əliyev – 67 kv.sm., Hafiz Hacıyev – 8 kv.sm.). İsa Qəmbərə 221 kv.sm. yer ayrılıb, onun haqqında əsasən müsbət fikirlər söylənilib – 205 kv.sm.
Seçkilərə həsr olunmuş redaksiya materiallarında iqtidara dair 130 kv.sm. həcmində tənqid söylənilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizəd İsa Qəmbərlə müsahibəyə 2353 kv.sm., Sabir Rüstəmxanlıya 620 kv.sm. yer ayrılıb, bundan başqa İsa Qəmbərin 6415 kv.sm. həcmində çıxışları dərc olunub.
Qəzetin digər canrlarda hazırlanmış məqalələrində də seçkilər mövzusuna toxunulub, namizədlərin fəaliyyəti haqqında informasiya verilib. Belə yazılarda İsa Qəmbərə 4639 kv.sm. yer ayrılıb, Heydər Əliyev, İlham Əliyev və Etibar Məmmədov barədə cüzi həcmdə məlumat verilib, 140 kv.sm.-lik çap sahəsi iqtidarın tənqidinə həsr olunub.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 3 namizədin təşviqat materialları verilib. İsa Qəmbərin 5671 kv.sm., Sabir Rüstəmxanlının 1976 kv.sm., Etibar Məmmədovun 1482 kv.sm. həcmində reklam çağırışları dərc olunub.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizədlərin hamısının fotoşəkli dərc olunub. Ən çox yer İsa Qəmbərə (15199 kv.sm.), bundan sonra Heydər Əliyevə (1730 kv.sm.), İlham Əliyevə (442 kv.sm.) verilib. Qəzetdə Sabir Rüstəmxanlının 307 kv.sm., Etibar Məmmədovun 205 kv.sm., Əli Kərimliun 134 kv.sm., Hafiz Hacıyevin 60 kv.sm., Qüdrət Həsənquliyevin 12 kv.sm. həcmində şəkilləri də verilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 4-də qəzetdə namizədlərin reytinqinə dair rəy sorğusunun nəticələri dərc edilib. Bu materialda sorğunu keçirən təşkilat, sorğunun sifarişçisi, keçirilmə tarixi, metodologiyası və respondentlərin sayı barədə tələb olunan bütün məlumatlar əks etdirilib.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Redaksiyanın əməkdaşları namizədlər haqqında şəxsi mövqelərinə və fikirlərinə geniş yer veriblər. Onların Heydər Əliyev haqqında tənqidi xarakterli yazılarının həcmi 14193 kv.sm., İlham Əliyev haqqında belə çıxışlarının həcmi 13419 kv.sm. təşkil edir. Daha iki namizədə – Hafiz Hacıyevə (570 kv.sm.) və Qüdrət Həsənquliyevə də (230 kv.sm.) jurnalistlər mənfi münasibət ifadə edirlər. Qəzetin əməkdaşlarının İsa Qəmbəri təbliğinə 26231 kv.sm. yer ayrılıb. Digər namizədlər haqqında kiçik fərqlə daha çox müsbət fikirlər söylənilib.
Jurnalistlərin seçkilər kontekstində bütövlükdə iqtidar və müxalifətin fəaliyyəti haqqında ifadə etdikləri fikirlər də əsasən hakimiyyətin tənqidinə yönəlib (8241 kv.sm.). Jurnalistlərin müxalifət haqqında müsbət rəylərinin həcmi isə 355 kv.sm. təşkil edir.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda vəzifəli şxslərin rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi üçün istifadə etməsi halları qeydə alınmayıb.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən yazılara geniş diqqət yetirilib. Onların həcmi 9122 kv.sm. təşkil edib.
«YENİ AZƏRBAYCAN»
1993-cü ildə Yeni Azərbaycan partiyasının orqanı kimi təsis olunub. Seçki kampaniyası dövründə həftədə 6-7 dəfə 5000 nüsxədə nəşr olunub.
Ümumi göstəricilər
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetin 18 buraxılışı olub. Həmin nömrələrin ümumi çap həcmi 472442 kv.sm. təşkil edib. Bütünlüklə seçkilər mövzusuna həsr olunmuş, yaxud qismən bu mövzuya toxunan materialların həcmi 323010 kv.sm olub. Bu, göstərilən müddətdə qəzetin ümumi çap sahəsinin 68,4%-ni təşkil edir.
Prezidentliyə namizədlərin təşviqatında tarazlıq
Qəzet prezidentliyə namizədlərə 238893 kv.sm həcmində material həsr edib. Bu materialların 68,8%-i (164327 kv.sm.) İlham Əliyev, 20,1%-i Heydər Əliyev (48013 kv.sm.), 6,8%-i İsa Qəmbər (16139 kv.sm.) haqqındadır. Etibar Məmmədova 6159 kv.sm. (2,6%), Əli Kərimlia 2654 kv.sm. (1,1%), Hafiz Hacıyevə 824 kv.sm. (0,3%) yer ayrılıb. Qalan namizədlər barədə informasiyaların həcmi çox kiçikdir. Qüdrət Həsənquliyev barədə isə qəzetdə ümumiyyətlə məlumat verilməyib.
Qəzetin materiallarında seçkilər kontekstində müxalifətin fəaliyyətinə həsr olunmuş yazıların həcmi böyükdür – 14025 kv.sm. İqtidarın fəaliyyətinə cəmi 239 kv.sm. həsr olunub.
Qərəzsizlik və tərəfsizlik
Monitorinq müddətində qəzet 3 namizədin fəaliyyətini müsbət yöndən işıqlandırıb. Heydər Əliyev haqqında müsbət xarakterli 39018 kv.sm., İlham Əliyev haqqında 34284 kv.sm., Lalə Şövkət Hacıyeva haqqında 360 kv.sm. həcmində məlumat verilib. Hafiz Hacıyevə münasibət neytral olub. Qalan namizədlər tənqid edilib. İsa Qəmbər haqqında namizədin əleyhinə yönəlmiş 15809 kv.sm., Etibar Məmmədov haqqında 5411 kv.sm., Əli Kərimli haqqında 2592 kv.sm., Sabir Rüstəmxanlı haqqında 289 kv.sm., İlyas İsmayılov haqqında 49 kv.sm. həcmində tənqidi informasiya verilib.
İqtidar-müxalifət münasibətlərinə tonunan seçki materiallarında müxalifət kəskin tənqid olunub (13780 kv.sm.), iqtidar barədə 218 kv.sm. həcmində müsbət fikir söylənilib.
Xəbərlər
Namizədlərə həsr olunmuş materialların 45,8%-ni (109507 kv.sm.) xəbərlər təşkil edir. Xəbərlərin 77,8%-i İlham Əliyevə (85205 kv.sm.), 18,2%-i Heydər Əliyevə (19910 kv.sm.) həsr edilib. Burada İsa Qəmbərə 1782 kv.sm. (1,6%), Etibar Məmmədov - Əli Kərimli blokunun fəaliyyətinə 1701 kv.sm. (1,6%), Hafiz Hacıyevə 824 kv.sm. (0,8%) yer ayrılıb. Qalan 4 namizədə xəbərlərdə verilmiş yerin ümumi sahəsi cəmi 85 kv.sm. təşkil edir.
Seçki kontekstində iqtidar-müxalifət münasibətlərinə dair məlumatların xəbərlərdə həcmi 7420 kv.sm. təşkil edib. Bunun 7350 kv.sm.-i müxalifət haqqındadır.
Analitik materiallar
Monitorinq dövründə qəzetin namizədlər haqqında analitik materiallara 45232 kv.sm. (namizədlər barədə yazıların ümumi həcminin 18,9%-i) yer verilib. Bu materiallarda Hafiz Hacıyev və Qüdrət Həsənquliyevdən başqa bütün digər namizədlərdən bəhs edilib. Ən çox İlham Əliyev – 17899 kv.sm., Heydər Əliyev -11138 kv.sm və İsa Qəmbərə – 12324 kv.sm. yer ayrılıb. İlk iki namizəd yalnız təbliğ, sonuncu namizəd tənqid edilib. Bundan başqa, Etibar Məmmədov və Əli Kərimli (müvafiq olaraq 2293 və 886 kv.sm.), Lalə Şövkət Hacıyeva (375 kv.sm.), Sabir Rüstəmxanlı (293 kv.sm.) və nəhayət İlyas İsmayılov (24 kv.sm.) barədə fikirlərə də yer ayrılıb.
İqtidar-müxalifət münasibətlərinə toxunan analitik qeydlərin həcmi 6087 kv.sm. olub. Bu qeydlər də əsasən müxalifətin fəaliyyətinə həsr edilib - 5918 kv.sm.
Redaksiya məqalələri
Redaksiya məqalələri iki namizədə həsr olunub. Burada Heydər Əliyev haqqında 9081 kv.sm. və İlham Əliyev haqqında 180 kv.sm. həcmində müsbət xarakterli məlumatlar verilib və fikirlər söylənilib.
Xüsusi informasiya proqramları (intervü, debat, çıxış və s.)
Təşviqat kampaniyası dövründə qəzetdə debat olmayıb. Prezidentliyə namizəd İlham Əliyevlə müsahibələrə 1541 kv.sm., onun çıxışlarına 38135 kv.sm. yer verilib.
Qəzetin digər canrlarda hazırlanmış məqalələrində də namizədlərin fəaliyyətinə geniş toxunulub. Belə yazılarda Heydər Əliyevə 4057 kv.sm., İlham Əliyevə 2827 kv.sm., Etibar Məmmədova 2408 kv.sm., İsa Qəmbərə 2033 kv.sm., Əli Kərimlia 1523 kv.sm həsr olunub. Bundan başqa müxalifət haqqında 757 kv.sm. həcmində əsasən tənqidi xarakterli informasiya verilib.
Pullu və pulsuz reklam
Sentyabr ayının 25-dən oktyabr ayının 14-dək qəzetdə 2 namizədin təşviqat materialları verilib: İlham Əliyev – 18540 kv.sm., Heydər Əliyev - 3821 kv.sm.
Namizədin fotoşəkli
Seçki kampaniyasının monitorinq edilən dövründə qəzetdə prezidentliyə namizəd İlham Əliyevin 50269 kv.sm., Heydər Əliyevin 4376 kv.sm. həcmində şəkilləri dərc olunub. Eyni zamanda İsa Qəmbərin fotoşəkillərinə 827 kv.sm., Etibar Məmmədovun fotoşəkillərinə 725 kv.sm., Əli Kərimliun fotoşəkillərinə 599 kv.sm. yer ayrılıb və Hafiz Hacıyevin 35 kv.sm. həcmində şəkli verilib. (Namizədin pulsuz və pullu təşviqat materialları buraya daxil edilmir).
Rəy sorğuları və seçkilərin nəticələri barədə proqnozlar
Oktyabrın 9-u, 11-i və 14-də qəzetdə namizədlərin reytinqinə dair 5 rəy sorğusunun nəticələri dərc edilib. Bu materialların 4-də sorğuların keçirilmə tarixi, 1-də respondentlərin sayı, heç birində metodologiyası və sifarişçisi bildirilmir.
Qəzetin öz təşəbbüsü ilə təbliğat kampaniyasında iştirakı (redaksiya məqalələri, jurnalistlərin şərhləri də daxil olmaqla)
Redaksiyanın əməkdaşları namizədlərin təşviqat kampaniyasında fəal iştirak ediblər. Onlar Heydər Əliyev barədə 6019 kv.sm., İlham Əliyev barədə 10038 kv.sm., Lalə Şövkət Hacıyeva barədə 360 kv.sm. həcmində müsbət xarakterli çıxışlar ediblər, İsa Qəmbəri (8394 kv.sm.), Etibar Məmmədov (2645 kv.sm.) və Əli Kərimliu (1786 kv.sm.) kəskin tənqid ediblər. Sabir Rüstəmxanlı (280 kv.sm.) və İlyas İsmayılov (24 kv.sm.) da seçkilər dövründə tənqid olunub.
Jurnalistlər seçkilər kontekstində bütövlükdə müxalifətin fəaliyyətinə dair çoxlu tənqidi çıxışlar edib (2744 kv.sm.), iqtidar haqqında 155 kv.sm. həcmində müsbət fikirlər söyləyiblər.
Dövlət məmurlarının fəaliyyətinin və seçkiqabağı təşviqatın differensiasiyası
Qəzetdə dərc olunmuş materiallarda prezidentliyə namizəd İlham Əliyevin 4 dəfə, digər vəzifəli şəxslərin 4 dəfə rəsmi tədbirlərdən seçkiqabağı təşviqat aparmaq məqsədi üçün istifadə etməsi halları qeydə alınıb. Bu cür təşviqatda nazirlər, icra başçıları iştirak edib. Qəzetin 4 oktyabr nömrəsində Prezident Aparatının rəhbəri və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin mətbuat konfransından hazırlanmış materialda xarici ölkənin yüksək vəzifəli şəxsinin namizədlərdən birinin lehinə çıxınışa yer verilib. Qəzetin 12 oktyabr tarixli nömrəsində isə monitorinq dövründə heç bir digər nəşrdə qeydə alınmamış başqa bir qanun pozuntusuna yol verilib. Burada Binəqədi rayon 17 saylı seçki məntəqəsinin sədrinin «15 oktyabrda YAP-ın namizədi qələbə qazanacaq» başlıqlı məqaləsi dərc olunub. Məqalədə məntəqə sədri seçki gününə üç gün qalmış «tam əminliklə» bildirir ki, «seçki hüququ olan vətəndaşların tam əksəriyyəti möhtərəm prezidentimiz Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinin tərəfdarıdır» və bu o deməkdir ki, «İlham Əliyev dövlət başçısı postuna ən layiqli namizəddir». Eyna zamanda seçki məntəqəsinin sədri müxalifətdən olan digər namizədlərin əleyhinə də açıq təşviqat aparır, onları «iyrənc prosesin iştirakçıları» adlandırır.
Maarifləndirmə
Seçicilərin maarifləndirilməsinə xidmət edən, seçki prosudürləri barədə onları məlumatlandıran yazıların qəzetdə həcmi 2535 kv.sm. təşkil edib.
Monitorinq Azərbaycanın kütləvi informasiya vasitələrinin seçkiləri işıqlandırması praktikasını qiymətləndirmək və bu barədə yekun rəy ifadə etmək üçün kifayət qədər material verib.
Kütləvi informasiya vasitələrinin fəaliyyətindəki bu çatışmazlıqları göstərməklə yanaşı, monitorinq qrupu eyni zamanda dövlət orqanlarının da seçkilər dövründə jurnalistlərə təhlükəsiz iş şəraiti yaratmaq, peşə borcunu yerinə yetirən mətbuat işçiləri müxtəlif təzyiqlərlə üzləşdikdə günahkarları dərhal müəyyənləşdirib cəzalandırmaq, KİV arasında siyasi yönümünə görə fərq qoymamaq kimi öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiklərini qeyd edir.