13 il əvvəl müstəqilliyin əleyhinə səs verən kimlərdir?

Vaxtilə Azərbaycanın müstəqilliyini istəməyənlər, indi də bu dövlətin vətəndaşını, məhkəməsini, mətbuatını, keçirdiyi seçkisini azad və müstəqil görmək istəmir

18 oktyabr Azərbaycanın müstəqil dövlət olmasının rəsmiləşən günüdür. İki gün sonra ölkəmizin müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsinin 13-cü ildönümüdür. Dövlətini müstəqil görmək istəyən xalq günün birində elliklə ayağa qalxaraq, əsl hərəkata çevrildi, müstəqillik tələbilə mitinqlər, nümayişlər keçirdi, təşkilatlandı, AXC-ni yaratdı, 20 yanvar faciəsilə üzləşdi. Ən maraqlısı budur ki, müstəqillik əldə etmək üçün millətin ziyalısı, alimi, sadə vətəndaşı ilə yanaşı oğrusu, cibgiri də böyük işlər haqqında fikirləşdi. Bunu xüsusi vurğulamaqda məqsədimiz var və bunu nəyə görə qeyd etməyimizi siz də biləcəksiniz. Rəsmi statisikaya görə, son 15 ildəki cinayətkarlığın ən aşağı həddi millətin müstəqillik tələbilə meydanlarda yatdıqları vaxt olub. Bakıdakı mənzil oğurluğunun ən aşağı həddi məhz milyondan çox insanın ailəliklə Azadlıq meydanında olduğu dövrə təsadüf edir. Milyondan çox insanın tolaşdığı mitinqlərdə cibgirlik hallarına təsadüf edilməyib. Bakı oğruları hərəkat rəhbərlərinə məktub göndərərək, bu müddətdə oğurluq etməyəcəklərini bildirdilər, mitinqə gəlmək istəyənləri arxayınçılığa çağırdılar. Bütün bunlar beynəlxalq təşkilatların diqqətindən kənarda qalmadı. Azərbaycan dünyada ilin xalqı elan edildi. Nəhayət, günün birində Azərbaycan müstəqilliyə qovuşdu. Özüdə bu müstəqillik Heydər Əliyevin dediyi "tarixin töhfəsi" kimi yox, milyonların mübarizəsi nəticəsində əldə edildi. Oktyabrın 18-i müstəqilliyin nəhs ildönümlərindən biridir. Təkcə ona görə yox ki, bu il 13-cü ildönümdür və bu rəqəm nəhs sayılır. Yox, hələlik bu gün bir onunla əlamətdardır ki, ölkəmizin müstəqilliyi həmin gün rəsmiləşib. Sözün qalan bütün mənalarında müstəqilliyin bu və bundan əvvəlki ildönümləri cəmiyyətimiz üçün nəhs gəlib. O səbəbdən ki, vaxtilə milyonların iradəsinə qarşı çıxıb, dövlətin müstəqilliyinin əleyhinə səs verənlər hələ iş başındadır. 1991-ci ildə deputat kimi dövlətin müstəqilliyini istəməyənlər, indi də bu dövlətin vətəndaşını, məhkəməsini, mətbuatını, keçirdiyi seçkisini azad və müstəqil görmək istəmirlər. Bunu boğmağa çalışır və əksər hallarda da istədiklərinə nail olurlar. Çünki özləri azad və müstəqil deyillər, başları daim qapazlı olub. Bir balaca fürsət düşən kimi indikitək bir birlərinə əl qatırlar. Onlar hər zaman özləri kimi düşünməyənləri sıradan çıxarmağa, əzməyə, sındırmağa, özlərinə işlətməyə, bunu bacarmayanda məhf etməyə çalışıblar. Bu gün onlar yenə deputat, nazir və digər vəzifə sahibləridir. Ancaq vaxtilə müstəqilliyini istəmədikləri bir dövlətin-müstəqil Azərbaycanın. Onları bir də xatırlayaq, 1991-ci ilin 18 oktyabr sessiyasında Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktının əleyhinə səs verənləri nəzərdə tuturuq.

1. Arif Rəhimzadə - Milli Məclis sədrinin müavini
2. Yaşar Əliyev - Azərbaycanın BMT-dəki nümayəndəsi
3. Abbas Abbasov - Baş nazirin birinci müavini
4. Fikrət Sadıqov - "Azərkimya" DŞ-nin prezidenti, deputat
5. Samur Novruzov - vəfat edib
6. Eldar İbrahimov - MM-in Aqrar Siyasət komissiyasının sədri
7. Şaitdin Əliyev - deputat
8. Gülnarə Qurbanova - işsiz
9. Mixail Zabelin - YAP Siyasi Şurasının üzvü, deputat
10.Soltan Məmmədov - işsiz
11.Zeynəb Xanlarova - deputat
12.Madər Musayev - deputat
13.Yaşar Rzayev - Lənkəranın keçmiş icra başçısı, işsiz
14.Gennadi Timoşenko - deputat
15.Maksim Musayev - işsiz
16.Həsən Həsənov - keçmiş baş nazir, Macarstandakı səfir
17.Əli Həsənov - Baş nazirin müavini,"Qaçkınkom"un sədri
18.Şair Həsənov - Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri
19.İrşad Əliyev - Kənd Təsərrüfatı naziri
20.Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
21.Aslan Süleymanov - işsiz
22.Arif Ağayev - Yasamalın keçmiş icra başçısı, işsiz
23.Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı
24.Sahib Əkbərov - Kəlbəcərin icra başçısı
25.Tapdıq Kamalov - deputat
26.Rüfət Əsədov - NK-da şöbə müdiri
27.Tofiq Bağırov - Cəlilabadın keçmiş icra başçısı
28.Arif Mövsümov - NK-da şöbə müdiri
29.Cahangir Hüseynov - deputat
30.Mirhəmzə Əfəndiyev - Belçikada səfir
31.Telman Orucov - ADP-nin keçmiş katibi
32.Çingiz Sadıqov - Tərəqqi Partiyasının sədri

Dövlətin müstəqillik qazanmasında xidməti olan, deputat kimi buna səs verən şəxslərin adlarını sadalamırıq. Əgər onlar dövlətin müstəqilliyi uğrunda çalışmalarını vətəndaşlıq borcu biliblərsə, biz niyə elə düşünməyək. Bu səbəbdən onların bir vaxtlar və bu gün hansı aqibətlər yaşamalarının üstündən keçib, onları təbrik etməklə kifayətlənirik.əklərini bildirdilər, mitinqə gəlmək istəyənləri arxayınçılığa çağırdılar. Bütün bunlar beynəlxalq təşkilatların diqqətindən kənarda qalmadı. Azərbaycan dünyada ilin xalqı elan edildi. Nəhayət, günün birində Azərbaycan müstəqilliyə qovuşdu. Özüdə bu müstəqillik Heydər Əliyevin dediyi "tarixin töhfəsi" kimi yox, milyonların mübarizəsi nəticəsində əldə edildi. Oktyabrın 18-i müstəqilliyin nəhs ildönümlərindən biridir. Təkcə ona görə yox ki, bu il 13-cü ildönümdür və bu rəqəm nəhs sayılır. bir onunla əlamətdardır ki, ölkəmizin müstəqilliyi həmin gün rəsmiləşib. Sözün qalan bütün mənalarında müstəqilliyin bu və bundan əvvəlki ildönümləri cəmiyyətimiz üçün nəhs gəlib. O səbəbdən ki, vaxtilə milyonların iradəsinə qarşı çıxıb, dövlətin müstəqilliyinin əleyhinə səs verənlər hələ iş başındadır. 1991-ci ildə deputat kimi dövlətin müstəqilliyini istəməyənlər, indi də bu dövlətin vətəndaşını,dildi. Oktyabrın 18-i müstəqilliyin nəhs ildönümlərindən biridir. Təkcə ona görə yox ki, bu il 13-cü ildönümdür və bu rəqəm nəhs sayılır. Yox, hələlik bu gün bir onunla əlamətdardır ki, ölkəmizin müstəqilliyi həmin gün rəsmiləşib. Sözün qalan bütün mənalarında müstəqilliyin bu və bundan əvvəlki ildönüm

İlqar, "Azadlıq", 16.10.2004