Liderlər növbəti mitinqin vaxtını
müəyyənləşdirdi
Konstitusiya Məhkəməsinin anti-konstituion qərarı müzakirə edildi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrin təsdiq
edilməsi barəsindəki qərarından sonra «Azadlıq», «Yeni Siyasət» blokları və
Milli Birlik Hərəkatının liderləri birgə fövqalədə iclas keçirmişlər.
İclasda Konsitutsiya Məhkəməsinin seçkilərin nəticələrin təsdiqi haqqında qərarı
müzakirə edilmiş və bununla bağlı bəyanat qəbul edilmişdir.
Liderlər 3 noyabr 2005-ci il tarixdə keçirlməsi nəzərdə tutulan mitinqə
aksiyanın təşkilatçıları ilə qanunazidd olaraq razılaşmadan mitinqin yerinin
dəyişdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qərarı müzakirə
edilmişdir.
Liderlər «Motodrom»un mitinqin keçirilməsi üçün əlverişli olmaması və bu addımın
sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, ölkədə hakimiyyətin qarşıdurma
yaratmaq cəhdi və bu cəhdin yeni repressiya dalğasının başlanmasına rəvac
verdiyini nəzərə alıb, ümumrespublika mitinqinin təxirə salınması və 10 dekabr
ümumdünya insan hüquqları günündə «Azərbaycanda seçki saxtakarlığına etiraz» və
«insan hüquqlarının müdaifəsi» şüarları ilə mitinq keçirilməsi barədə Bakı Şəhər
İcra Hakimiyyətinə müraciət edilməsi haqqında qərar vermişlər.
"Azadlıq bloku" bəyanatla çıxış
edib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 06 noyabr 2005-ci ildə Azərbaycan
Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin təsdiq olunması
ilə əlaqədar qərarı ilə seçkilərin nəticələrinin saxtalaşdırılması prosesini tam
başa çatdırdı. MSK-nın seçkilərin yekunları haqqında protokolunun daha mürtəce
formada təsdiq edilməsi, seçkilərdə iştirak etmiş namizədələrin, siyasi partiya
bloklarının və siyasi partiyaların şikayətlərinin araşdırılmaması, müxalifətdən
olan və seçkilərdə qalib gəlmiş «Azadlıq bloku»nun namizədləri Əli Kərimlinin və
Qulamhüseyn Əlibəylinin dairələrində seçkinin nəticələrinin ləğv edilməsi bir
daha təsdiq edir son seçkilər zamanı baş verən hadisələrlə Azərbaycanda
demokratiyadan imtina edib. Konstitusiya Məhkəməsinin qərarı ölkədə müstəqil
məhkəmə hakimiyyətinin olmadığını, seçkilərin saxtalaşdırılması sifarişinin
şəxsən dövlət başçısı İ.Əliyev tərəfindən verildiyini və onun seçkidən əvvəl
verdiyi sərəncamlarının xalqı və dünya ictimaiyyətini aldatmaq məqsədi güddüyünü
bir daha təsdiq etdi.
«Azadlıq bloku» təəsüflə qeyd edir ki, Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiyasının və seçki qanunvericiliyinin pozulması ilə
əlaqədar çoxsaylı faktlara heç bir hüquqi qiymət verməməklə vətəndaşlarımızın
demokratik və ədalətli seçkilərə olan son ümidini də puç etməklə ölkədəki
ictimai-siyasi vəziyyətin daha da gərginləşməsinə şərait yaratmışdır.
«Azadlıq bloku» hesab edir ki, Konstitusiya Məhkəməsi parlament seçkilərinin
nəticələrinin təsdiq edilməsi haqqındakı 01.12.2005-ci il tarixli qərarı ilə
Konstitusiyanın 130-cu maddəsinin tələblərini pozmuş, habelə Konstitusiyanın 24,
54, 55, 56, 57, 60, 71-ci maddələrində vətəndaşların nəzərdə tutulmuş hüquqları
tapdalanmış, xalqın siyasi iradəsinin və Konstitusiyanın əleyhinə dövləti
cinayət baş vermişdir.
«Azadlıq bloku» Azərbaycan xalqını Konstitusiyanı müdafiə etməyə, xalqın
iradəsini zorlayan indiki recimə qarşı ardıcıl mübarizə aparmağa çağırır və bir
daha bəyan edir ki, demokratiya və azadlıq uğrunda mübarizə tam və qəti
qələbəyədək davam etdiriləcəkdir.
"Azadlıq" bloku mətbuat xidməti, 02 dekabr 2005-ci il