Bu gün “Azadlıq” blokunun liderləri
- İ.Qəmbər, Ə. Kərimli və S. Cəlaloğlu A.Qross, A.Heykel,
L.Platvoetlə görüşüblər
Bu gün “Azadlıq” blokunun liderləri- İ.Qəmbər, Ə. Kərimli və S. Cəlaloğlu Avropa
Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri A. Qross, A.
Heykel, qurumun parlament seçkilərində müşahidə missiyasının rəhbəri L.
Platvoetlə görüşüblər. Görüşdə seçkidən sonrakı durum, seçkidə baş vermiş qanun
pozuntuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkə
ictimaiyyətinin, eləcə də beynəlxalq qurumların təkid və israrlarına baxmayaraq
seçki saxtakarlıqları ilə bağlı MSK-ya olunan müraciətlər qeyri-obyektiv
araşdırılıb və saxta seçkilərin nəticələri tələm-tələsik təsdiq olunaraq
Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsi də hakimiyyətin
siyasi sifarişini yerinə yetirərək obyektiv və hərtərəfli araşdırma aparmadan
115 dairədə nəticələri təsdiq edib. Daha sonra görüşdə beynəlxalq təşkilatların
seçki prosesindəki tutduğu mövqe, habelə müxalifətin seçkilərin nəticələrinin
ləğv olunması və yeni seçkilər keçirilməsi tələbi ilə keçirdiyi son
yürüş-mitinqinin polis zorakılığı ilə vəhşicəsinə dağıdılması və bu zaman
onlarla insanın qanunsuz həbs olunması , yüzlərlə insanın isə yaralanması əsas
müzakirə mövzusu olub. Görüşdə həmçinin 26 noyabr aksiyasından sonra
vətəndaşların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması məsələsi
ətrafında da fikir mübadiləsi aparılıb.
Müsavat Partiyasının mətbuat xidməti, 02 dekabr 2005-ci il
Isa Gambar, a co-chair of the Azadlyk
coalition, meets with Parliamentary Assembly of the Council of Europe (PACE)
rapporteurs on Azerbaijan Mr. Andreas Gross and Mr. Andres Herkel...
December 2,2005 – Isa Gambar, Ali Kerimli, and Serdar Jalaloglu, leaders of the
Azadlyk opposition bloc, have met with Parliamentary Assembly of the Council of
Europe (PACE) rapporteurs on Azerbaijan Mr. Andreas Gross and Mr. Andres Herkel.
Attention was chiefly focused on the post-election period, which has been marked
by an increase in police intimidation and harassment of opposition supporters so
far, as well as instances of fraud and reports of major irregularities on
Election Day. It was emphasized that the Central Election Commission (CEC),
which disregarded remarks and urgent requests by both the domestic and
international communities, had had a biased view of addressing shortcomings in
recent parliamentary elections and hastily submitted the results of the rigged
elections to the Constitutional Court. The latter, in its turn, carrying out the
government’s political order, already approved vote results in 115 districts
without conducting any fair and detailed investigation. And the meeting centered
on the attitude of a variety of international organizations to the election
process, the opposition parties’ demand to overturn voting results, and police
violence in breaking up the rally that urged a rerun of new elections, where
scores of opposition supporters had been illegally arrested, hundreds of
peaceful protestors injured. Later on, the sides exchanged views on continued
restrictions on the freedom of assembly after the November 26 elections.
Musavat Party Press Office, December 5, 2005.