
Democracy or Duplicity?
By Jackson Diehl, Monday, July 4, 2005; Page A17
Less than six months after President Bush's inaugural address, the tension
between his commitment to democracy and longstanding U.S. security and economic
commitments grows steadily more acute, especially in the Muslim world. There is
the problem of whether to endorse Egyptian President Hosni Mubarak's half-baked
presidential election; there is the dilemma of Uzbekistan's Islam Karimov, who
massacred hundreds of protesters in one town but continues to host a U.S.
military base in another.
Next up: Azerbaijan, an oil-rich former Soviet republic on the Caspian Sea that
hosts big U.S. oil companies, a new strategic pipeline for their products, a
refueling stop for U.S. military planes -- and a government teetering between
consolidating a corrupt autocracy and embracing democratic reforms.
Lodged between Russia and Iran, Turkey and Central Asia, Azerbaijan resembles
Ukraine a year ago, as it performed a similar wobble -- one that ended in a
fraudulent election, followed by a democratic revolution. Like former Ukrainian
president Leonid Kuchma, Azeri President Ilham Aliyev -- who was elected amid
some blatant ballot-box stuffing two years ago -- has promised to hold free and
fair parliamentary elections this November. As it did last year, the Bush
administration is trying to push the president to keep his word, without pushing
so hard that he ends up in the arms of dictator-friendly Russia or China, or
reverses his cooperation with the Pentagon and American oil companies.
Azerbaijan's well-developed political opposition and civil society meanwhile is
deliberately modeling itself on the democracy movements of Ukraine and
neighboring Georgia. It has built a coalition, chosen a protest color (orange),
and united around a demand that the elections be free and fair. If they are not,
the opposition will call Azeris to the streets. Already, thousands joined two
anti-government demonstrations in the capital, Baku, last month.
"We have learned many important lessons from our Georgian colleagues and our
Ukrainian colleagues," says Isa Gambar, one of the opposition leaders, who spoke
to me by phone last week. "We are studying very closely their method for coming
to power peacefully, and trying to follow their example."
The Azeri opposition is not as united or popular as that of Ukraine or Georgia.
But the challengers are far better organized and competent than those in many
other Muslim countries. Gambar, who once served as an interim president, says
the opposition supports free-market capitalism and the integration of Azerbaijan
into NATO and the European Union.
Aliyev, for his part, is the 43-year-old son of a former Soviet politburo member
who ruled Azerbaijan for a decade before installing him in office. The rigged
election that gave him a mandate was followed by the beating and mass arrest of
protesters. Still, the secular and Western-educated president regularly charms
his American and European visitors. Sipping whiskey and speaking fluent English,
he tells them he is genuinely committed to making his country a democratic
Western ally.
Given the U.S. oil and security interests, Bush administration policymakers
would love to believe him. But should they? Skeptics, including some who have
been listening to the young Aliyev's pitch for several years without noting any
significant change in Azerbaijan, say the administration risks creating another
Egypt: a government that delivers economic and security cooperation and mouths
words about democracy while practicing de facto dictatorship. As massive oil
revenues begin to flow into Baku, U.S. acceptance of another rigged election
this year could cement Aliyev into just another president-for-life.
Administration officials say they understand the risk and have made a fair Azeri
election a top policy priority. "We are using every bit of leverage we can
muster," one official told me. That includes deferring, for the moment, a prize
Aliyev very much wants: a pre-election visit to Washington for a White House
meeting with Bush. The Azeris have been told a date won't be set until it
becomes clear whether the president will follow through on his promises,
including a 13-point plan for the elections he recently unveiled.
So far the signs are mixed. After suppressing one opposition rally in May, the
government allowed the two last month. It has opened a dialogue with opposition
leaders, and there is talk that Aliyev will agree to debate his opponents on
national television. But Gambar says the opposition still isn't allowed to rally
or organize outside the capital and has no access to state media. Electoral
commissions at the national and provincial level are still dominated by the
government apparatchiks who falsified the 2003 vote.
At best, Azerbaijan could deliver a breakthrough for the Bush administration: a
historic free election that would end up strengthening its ally Aliyev. At worst
Bush will have to choose this November between another oil-rich autocrat and
pro-democracy demonstrators who have taken his inaugural address to heart.
Either way, a strategic Muslim country that hasn't gotten much attention in
Washington since 2001 will soon be in the spotlight.
http://www.washingtonpost.com/wp-dyn/content/article/2005/07/03/AR2005070301022.html?sub=AR
![]()
Demokratiya yoxsa riyakarlıq
“The Washington Post” Buş administrasiyasını Azərbaycanda növbəti seçki
saxtakarlığına imkan verməməyə çağırdı. Qəzetin nüfuzlu şərhçisi Cekson Dayhl
Müsavat başqanı İsa Qəmbərdən müsahibə götürüb
Azərbaycanda yaxınlaşan seçkilərə Qərb hökumətləri ilə bərabər nüfuzlu KİV-lər
də böyük maraq göstərməkdədir. Ötən gün dünyanın ən nüfuzlu nəşrlərindən hesab
olunan “The Washington Rost” qəzeti Azərbaycandakı seçkilər və Birləşmiş
Ştatların mövqeyi barədə məqalə dərc edib. Məqalənin müəllifi qəzetin nüfuzlu
şərhçilərindən olan Cekson Dayhldır: “Demokratiya, yoxsa ikiüzlülük?” adlı
məqaləni oxuculara çatdırırıq:
“Prezident Buşun andiçmə mərasimindəki çıxışından 6 ay ötdüyü bir vaxtda onun
demokratiya barədə üzərinə götürdükləri öhdəliklərlə Amerikanın çoxdankı
təhlükəsizlik və iqtisadi maraqları arasında gərgin mübarizə xüsusən müsəlman
dünyasında daha da kəskin xarakter alır. Problem ondadır ki, Misirdə prezident
Hüsnü Mübarəkin keçirdiyi yarıçiy seçkilər qəbul ediləcək, ya yox. Növbəti
dilemma yüzlərlə nümayişçini güllələdən, lakin hələ də Amerika bazalarını qonaq
edən İslam Kərimovdur.
Sonra isə Xəzər regionundakı neftlə zəngin, Amerika neft şirkətlərinin işlədiyi,
strateji neft kəmərinin başlandığı və Amerika hərbi təyyarələrinin yanacaq
götürmək üçün endiyi Azərbaycandır. Burada hakimiyyət korlanmış, korrupsioner
avtokratiya ilə demokratik islahatlar arasında tərəddüd edir.
Rusiya və İran, Türkiyə ilə Orta Asiya arasında yerləşən Azərbaycan bir il
əvvəlki Ukraynanı xatırladır. Belə ki, bu cür tərəddüdlər demokratik inqilabla
başa çatan seçki fırıldaqları ilə nəticələndi.
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma kimi iki il əvvəl açıq-aşkar seçki
qutularına saxta bülletenlərin doldurulması yolu ilə seçilən prezident İlham
Əliyev bu ilin noyabrında azad və ədalətli seçkilər keçirmək vədi verib. O, bu
vədi hələ ötən il verib, Buş administrasiyası isə prezidentin öz vədinə əməl
etməsini gözləyir. Eyni zamanda onun Rusiya və Çinin diktatorlar üçün münbit
şəraitin mövcud olduğu nüfuz dairəsinə keçməsinə, Pentaqonla və Amerika neft
şirkətləri ilə əməkdaşlığını bütünlüklə dəyişməsinə səbəb olmamaq üçün İlham
Əliyevə möhkəm təzyiq etmir.
Azərbaycanda yaxşı inkişaf etmiş siyasi müxalifət və vətəndaş cəmiyyəti qonşu
Gürcüstandakı və Ukraynadakı demokratik hərəkatların modellərindən istifadə
etməkdədir. Müxalifət vahid koalisiya yaradıb və narıncı rəngi simvol kimi
seçərək seçkilərin azad və ədalətli keçirilməsini tələb edir. Əgər seçkilər azad
və ədalətli olmasa müxalifət azərbaycanlıları küçələrə çağıracaq. Artıq ötən ay
Bakıda hökumət əleyhinə iki nümayişə minlərlə adam qoşulub. “Biz gürcü və
ukraynalı həmkarlarımızdan çoxlu mühüm dərslər götürmüşük” - deyə, müxalifət
liderlərindən biri İsa Qəmbər ötən həftə mənimlə telefon söhbətində bildirib.
“Biz hakimiyyətə dinc yolla gəlmək və onların nümunəsini davam etdirmək üçün
gürcü və ukraynalı həmkarlarımızın metodlarını dərindən öyrənirik”.
Azərbaycanda müxalifət Ukrayna və Gürcüstandakı qədər populyar və birləşmiş
olmaya bilər. Lakin hakimiyyətə iddiaçılar müsəlman ölkələrinin çoxunda
olduğundan daha yaxşı təşkil olunub. Vaxtilə prezident səlahiyyətlərini icra
edən İsa Qəmbər deyir ki, müxalifət azad bazar kapitalizmini və Azərbaycanın
NATO-ya, Avropa Birliyinə inteqrasiyasını dəstəkləyir.
Öz növbəsində Azərbaycanı on illiklər ərzində idarə edən keçmiş sovet politbüro
üzvünün oğlu 43 yaşlı İlham Əliyev atasından sonra onun xidməti vəzifələrini
yerinə yetirməyə başlayıb. Onun mandat aldığı saxta seçkilər etiraz edənlərin
kütləvi həbsi və döyülməsi ilə müşayiət olunub.
Bununla belə, Qərb təhsilli və dünyəvi baxışlı prezident avropalı və amerikalı
qonaqlarını müntəzəm olaraq məyus edir. Viski içərək və sürətli ingilis dilində
danışaraq o deyir ki, ölkəsini həqiqətən Qərbin demokratik müttəfiqinə çevirmək
istəyir. Amerikanın neft və təhlükəsizlik maraqlarını nəzərə alaraq, Buş
administrasiyasının yüksək rütbəli rəsmiləri ona inanmaq istərdi. Lakin onlar
İ.Əliyevə inanmalıdırmı?
Skeptiklər, o cümlədən bir neçə il ərzində gənc Əliyevi eşitmək imkanı olanlar
Azərbaycanda heç bir əhəmiyyətli dəyişikliyin baş vermədiyini qeyd edərək
deyirlər ki, Buş administrasiyası ikinci Misir yaratmaqla risk edir: iqtisadi və
təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edən və demokratiya barədə yalnız
sözdə danışan hakimiyyət faktiki olaraq diktaturaya çevrilir. Belə ki, neft
gəlirlərinin Bakıya kütləvi axınının başladığı bir vaxtda Amerikanın bu il
Azərbaycanda növbəti saxta seçkiləri qəbul etməsi, yalnız Əliyevin başqa bir
ömürlük prezidentə çevrilməsini möhkəmlədə bilərdi.
Buş administrasiyasının rəsmiləri deyirlər ki, onlar riski yaxşı başa düşürlər
və Azərbaycanda azad seçkilərin keçirilməsini öz siyasətlərinin əsas
prioritetinə çeviriblər. “Biz əlimizə keçən bütün təsir rıçaqlarından istifadə
edirik” - deyə Buş administrasiyasının rəsmilərindən biri mənə bildirib. Bura
indiki vaxtda Əliyevin çox istədiyi prizin - seçki ərəfəsində Vaşinqtona səfər
edərək Ağ Evdə prezident Buşla görüşməyin təxirə salınması da daxildir.
Azərilər deyirlər ki, vaxt gəlib çatmayana qədər prezidentin öz vədlərini, o
cümlədən seçkilərə dair imzaladığı 13 bəndlik fərmanı yerinə
yetirib-yetirməyəcəyi bəlli deyil. Hələlik əlamətlər qarışıqdır. May ayında
müxalifətin bir aksiyasının boğulmasından sonra hakimiyyət ötən ay iki aksiyaya
icazə verib. Eyni zamanda hakimiyyət müxalifət liderləri ilə dialoq üçün
qapıları açıb və belə məlumatlar var ki, Əliyev öz rəqibləri ilə milli
televiziya ilə debatlara razı olacaq.
Lakin İsa Qəmbər deyir ki, müxalifətə hələ də paytaxtın mərkəzində toplaşmağa
icazə verilmir və müxalifətin dövlət KİV-lərinə heç bir çıxışı yoxdur. Milli və
yerli səviyyədə seçki komissiyaları hələ də 2003-cü il seçkilərini saxtalaşdıran
hakimiyyət “apparatçiklərinin” nəzarətindədir.
Ən yaxşı halda Azərbaycan Buş administrasiyası üçün böyük nailiyyət ortaya qoya
bilər: tarixi azad seçkilər onun Əliyevlə müttəfiqliyini möhkəmləndirir. Ən pis
halda, Buş bu ilin noyabrında neft sərvətlərinə malik başqa bir diktatorla onun
andiçmə mərasimindəki çıxışını ürəkdən qəbul edən demokratiyayönlü nümayişçilər
arasında seçim etməli olacaq. İstənilən halda, 2001-ci ildən sonra Vaşinqtondan
böyük diqqət görməyən strateji müsəlman ölkəsi tezliklə diqqət mərkəzində
olacaq".
Yeni Musavatın tərcüməsi