"Azadlıq" bloku liderlərinin görüşləri başladı

Mətbuatda oktyabrın 5-dən başlayaraq “Azadlıq” bloku liderlərinin təbliğat kampaniyası çərçivəsində bölgələrə gedərək seçicilərlə görüşlər keçirəcəyi ilə bağlı məlumat verilmişdi. Bu gün bu formatda keçirilən görüşlər Qazax, Ağstafa və Tovuz rayonlarından başlayıb. Seçicilərlə ilk görüş Qazax rayonunda keçirilib. Aldığımız məlumata görə, seçicilərlə görüş Qazaxın bələdiyyə binasının həyətində baş tutub. Görüşdə “Azadlıq” blokunun liderləri - Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, blokun deputatlığa vahid namizədləri İsaxan Aşurov, Arzuman Abdulkərimov, Adil Qeybulla, Sabir Azəri iştirak ediblər. Xatırladaq ki, görüşdən öncə “Azadlıq” blokunun üzvləri “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər. Lakin polislər xiyabana blok adından əklilin qoyulmasına icazə verməyiblər. Bu isə bir daha indiki iqtidarın müqəddəs ideallar uğrunda şəhid olmuş insanlara olan münasibətin bariz nümunəsidir.

Görüşdə 1000-1500-ə yaxın rayon sakini iştirak edib. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli çıxış edərək mövcud ictimai-siyasi durum haqqında məlumat verib və seçiciləri Azərbaycanın gələcəyi naminə demokratik qüvvələrə, “Azadlıq” blokunun namizədlərinə səs verməyə çağırıblar. Görüşdə rayon ağsaqqalı Saqif Axundova da söz verilib. Mövcud problemlərdən danışan S. Axundov rayonda korrupsiyanın, işsizliyin, narkomaniyanın tüğyan etdiyini bildirib. Onun sözlərinə görə, narkotik maddələrin satışına polislər bilərəkdən göz yumurlar ki, bu da onların bu işdə birbaşa əli olduğunü sübut edir.
Sonda görüş iştirakçılarının yekdil mövqeyi bu olub ki, Azərbaycanı Əliyev rejiminin inhisarından xilas etmək üçün yalnız sözdə deyil, əməldə də xalqla demokratik qüvvələrin birliyinə nail olmaq lazımdır.

“Azadlıq” blokunun seçicilərlə görüşü Ağstafa rayonunda da baş tutub. Həmin gün səhər tezdən Ağstafa şəhərinə gələn bütün yollar polisin nəzarətində olmasına baxmayaraq Mədəniyyət evinin qarşısına 1000-1500 adam toplaşmışdı. Saat yarım çəkən görüşdə Ağstafa camaatı “Azadlıq” blokunun liderləri İ. Qəmbəri, Ə. Kərimlini, deputatlığa namizədlər İ. Aşurov, S. Azəri, A. Abdulkərimov, blokun 98 saylı Şəmkir şəhər dairəsindən vahid namizədi Fariz Cəfərovu böyük coşqu ilə qarşılayıblar. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, görüşdə iştirak edən vahid namizədlər çıxış edərək qarşıdan gələn parlament seçkilərində əhalini fəallığa çağıraraq onları rejimə qarşı mübarizədə “Azadlıq” blokunun yanında olmağa səsləyiblər. Görüşə qatılan insanlar rayondakı problemlərdən danışaraq vəziyyətin dözülməz həddə çatdığını bildiriblər.

Qeyd edək ki, blok üzvləri Qazaxda olduğu kimi Ağstafa rayonunda da analoji halla üzləşiblər. Rayon polis idarəsinin rəhbərliyi Milli Qəhrəman Raqif Alıcanovun abidəsi önünə “Azadlıq” bloku adından əklil qoyulmasına imkan verməyiblər. Müsavat Partiyası Ağstafa rayon təşkilatının sədri F. Dəlqinin verdiyi məlumata görə bu məsələ ilə bağlı rayon rəhbərliyi ilə əvvəlcədən razılıq əldə olunsa da, son anda yerli hakimiyyət verdiyi sözün üstündə dayanmayıb. F. Dəlqi “Azadlıq” blokunun liderləri Milli qəhrəman Raqif Alıcanovun məzarını ziyarət edərkən və abidənin önünə əklil qoymaq istəyərkən polislər xüsusi aqressivlik nümayiş etdiriblər.

Tovuzda seçicilərlə görüş Mərkəzi stadionun qarşısında keçirilib. Rayon camaatının görüşə qatılmasının qarşısını almaq üçün burada da mərkəzə gələn yollar əvvəlcədən polisin nəzarətinə götürülüb. Görüşdə “Azadlıq” blokunun liderləri İsa Qəmbər, Əli Kərimli, deputatlığa namizədlər İsaxan Aşurov, Tofiq Hüseynov çıxış edərək ölkədəki seçkiqabağı durumla bağlı ətraflı məlumat veriblər. Əliyev rejiminin bu dəfəki seçkiləri də saxtalaşdırmaq istədiyini deyən sakinlər Tovuz camaatını fəallığa çağırıblar. Rayon hakimiyyət strukturları tərəfindən inzibati maneələrə baxmayaraq görüşdə 2000-ə yaxın adam iştirak edib.

Müsavat partiysının mətbuat xidməti, 05 oktyabr 2005-ci il



Azadlyk Coalition leaders started visited throughout Azerbaijan’s regions to meet with voters as part of re-election campaigns


October 5,2005 – As previously reported in the press that Azadlyk Coalition leaders started visits across Azerbaijan’s regions to meet with voters as part of re-election campaigns. Visits to the western provinces - Qazah, Akstafa, and Tovuz have started today. The first meeting with the voters was held at Qazah. The meeting is reported to take place at the municipality of the Qazah region. The meeting was witnessed by Isa Gambar, chairman of the Musavat Party, Ali Kerimli, head of the Azerbaijan Popular Front Party, as well as Isahan Ashurov, Arzuman Abdulkerimov, Adil Qeybulla, and Sabir Azeri, single top-tier candidates for parliamentary elections nominated by the coalition. It is worth noting that the representatives of the Azadlyk block visited the Alley of Martyrs before the gathering. However, police did not permit to lay a wreath on the tombs on behalf of the block. Police behavior once again showed government attitude to our martyrs who have sacrificed their lives for holly ideas.

The number of participants at the gathering ranged from 1000 to 1500. Musavat Bashkan Isa Gambar and APFP Leader Ali Kerimli made speeches on social and political environments in the pre-election period in the country, and called on the voters to vote for democratic forces, in particular Azadlyk’s candidates, for a democratic Azerbaijan.

Later on, Aksakal Sagif Ahund took the floor. Dwelling on sore problems, S.Ahund voiced concern over increasing corruption, unemployment, drug addiction. He maintained police purposely pay no heed to realization of narcotics, thus pointing to their complicity.

At the conclusion, it was decided to seek unity of all democratic forces in Azerbaijan without delay, in order to get rid of the monopoly under Aliev regime.

Similar gathering took place at Akstafa. Up to 1000-1500 people had gathered outside the Palace of Culture. All roads heading into Akstafa had been blocked since early morning though. The Akstafa-born residents warmly welcomed Azadlyk Leaders- Isa Gambar and Ali Kerimli, as well as candidates for election - I. Ashurov, S.Azeri, A.Abdulkerimov, and Fariz Ceferov, Azadlyk’s single candidate from Shemkir Constituency #98.

The speakers called on their voters to support the Azadlyk block in the struggle against corrupted regime. Some residents also made speeches and complained of unbearable conditions in their region.

It should be stressed that the Azadlyk representatives faced similar problems in the Akstafa region, too. Local police were aggressive to the Azadlyk leaders when they were laying a wreath on the monument to National Hero Ragif Alycan. Although local authorities had agreed on the said matter, they did not keep promise in the end, according to F.Delqin, head of Musavat Party’s Akstafa branch.

The meeting with voters in the Tovuz region was held at the stadium. In order to bar locals from participating the event, police had taken control over all central streets. Isa Gambar, Ali Kerimli, Isahan Ashurov, and Tofik Huseynov made speeches and informed the voters about the situation in the country. The local speakers urged their compatriots to show strong support for democratic forces, as Aliyev supporters want to rig upcoming elections. Despite administrative obstacles, about 2000 locals had participated the meeting.