Azərbaycan hakimiyyətinin vəhşiliklərinə
beynəlxalq etirazlar səngimir
Ölkəmizin Polşadakı səfirliyinin qarşısında aksiya keçirilib
Srağagün Varşavada Azərbaycan səfirliyinin qarşısında ölkəmizin demokratik
qüvvələrilə həmrəylik aksiyası keçirilib. Piketdə Polşa, Belarus, Ukrayna və
gürcüstan demokratik ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bu barədə "Turan"ın Kiyevdəki xüsusi müxbiri Polşada yerləşən "Demokratik
Azərbaycan" təşkilatının lideri Hicran Əliyevaya məlumat verib.
Aksiya iştirakçıları müraciət qəbul edib. Sənəddə Azərbaycanda parlament
seçkilərinin nəticələrinin saxtakarlaşdırılmasına, müxalifətin 26 noyabr icazəli
dinc mitinqinin amansızcasına dağıdılmasına etiraz bildirilir.
Yeni Müsavat qəzeti, 05 dekabr 2005-ci il