AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI MƏTBUAT XİDMƏTİNİN BÜLLETENİ

SEÇKİDƏ MÜŞAHİDƏ OLUNAN QANUN POZUNTULARI

Saat 19:30-a olan məlumat

- 121 saylı Laçın Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Hüseyn Naibovun seçki qərargahının icraçı katibi Abbas Namazovun verdiyi məlumata görə, 20 saylı seçki məntəqəsində saat 15.00-17.00 radələrində Laçın şəhər Ziyərik kənd icra nümayəndəsi Mamed adlı şəxs seçiciləri zorla seçkim məntəqələrinə gətirilərək onlara YAP-ın nümayəndəsinə səs vermək göstərişi verib.
- 21 saylı Nəsimi birinci Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Fuad Mustafayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirovun verdiyi məlumata əsasən, saat 19.05 radələrində 13 saylı məntəqə komissiyasının üzvü Tahir Mirzəyevi Nəsimi rayon polis işçiləri həbs edərək polis idarəsinə aparıblar.
- 46 saylı Əli-Bayramlı Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Teyyub Quliyevin verdiyi məlumata görə, səsvermə başa çatdıqdan sonra dairə ərazisində olan bütün məntəqələrdən müşahidəçilər qovulub.
- 64 saylı Sabirabad ikinci Seçki-Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Xaliq Hacıyevin seçki qərargahının rəhbəri Natiq Əbilovun verdiyi məlumata görə, 15 saylı məntəqədə polis baş leytenantı Eyvazov seçki prosesində məntəqəyə daxil olaraq müşahidəçilərin fəaliyətinə mane olublar. 12 saylı Sərxanbəyli seçki məntəqəsində Ramiz Süleymanov adlı müşahidəçi total saxtakarlığa qarşı çıxdığı üçün ağır döyülüb və məntəqədən uzaqlaşdırılıb. 18 saylı məntəqədən Azadkənd icra nümayəndəsi Vəlişov Namiq və bələdiyyə sədri Rüstəmov Əmiraslan məntəqədə açıq-aşkar YAP namizədinin lehinə təbliğat aparıb. 8 saylı məntəqədə bələdiyyə sədri Məmmədov Qabil və icra nümayəndəsi Qalib adlı şəxs seçki prosesinə müdaxilə edirlər.
- 61 saylı Neftçala Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Fərman Hüseynovun səlahiyyətli nümayəndəsinin verdiyi məlumata görə, 19 saylı seçki məntəqəsində məntəqə sədri Orucəli Hüseynov 100-dən artıq bülletenləri götürüb. 13 saylı məntəqədə 40 bülleten oğurlanıb.
- 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizədi Tofiq Quliyevin səlahiyyətli nümayəndəsi Şakir bəyin məlumatına görə, 31 saylı məntəqədə səsvermə qurtardıqdan sonra İH-nin ərazi üzrə nümayəndəsi Surət Yusifov və onun oğlu Təbrik Yusifov «Azadlıq bloku»ndan olan müşahidəçini və məntəqə üzvlərini məntəqədən kənarlaşdıraraq özləri səslərin sayılmasında iştirak ediblər.
- 32 saylı Suraxanı ikinci Seçki Dairəsindən «Azadlıq bloku»dan deputatlığa vahid namizəd Kamil Vəli Nərimanoğlunun verdiyi məlumata görə, səsvermə başa çatdıqdan sonra müşahidəçilər bütün məntəqələrdən qovulub.
- 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən «Azadlıq bbloku»nun deputatlığa vahid namizədi İlham Hüseynlinin verdiyi məlumata görə, Binəqədi kəndində yerləşən 1,2,3,4,5,6,7 saylı məntəqələrdən səsvermə başa çatdıqdan sonra komissiya üzvləri və müşahidəçilər qovulub.
- 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən «Azadlıq bbloku»nun deputatlığa vahid namizədi Nəriman Qasımoğlunun səlahiyyətli nümayəndəsi Ağəli Kazımovun verdiyi məlumata əsasən, 17 saylı məntəqədə N.Qasımoğlu külli miqdarda saxta bülleten aşkar edərkən qarışıqlıq yaranıb. Hazırda həmin məntəqə polislər tərəfindən mühasirəyə alınıb.
- 61 saylı Neftçala Seçki Dairəsindən «Azadlıq bbloku»nun deputatlığa vahid namizədi Fərman Hüseynovun seçki qərargahından verilən məlumata görə, 7 saylı məntəqədə İlqar adlı şəxsin üzərindən Arif Rəhimzadənin lehinə işarələnmiş bülletenlər aşkar olunub. 33 saylı məntəqədə səsvermə saat 19.00-da başa çatdığı halda, 19.30-da bir müəllim 37 bülleten atarkən yaxalanıb.
- 21 saylı Nəsimi birinci Seçki Dairəsindən «Azadlıq bbloku»nun deputatlığa vahid namizədi Fuad Mustafayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirovun verdiyi məlumata əsasən 2 saylı məntəqədə səs vermənin nəticələrini sayarkən səs çoxluğunun Fuad Mustafayevin xeyrinə olduğunu görən komissiya sədri Dadaşova Xatirə Qurban qızı polisin gücü ilə bütün müşahidəçiləri məntəqədər kənarlaşdırıb.


Saat 18:30-a olan məlumat

- 32 saylı Suraxanı ikinci Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi 19 saylı MnSK-nın üzvü Zakir Əsədov həbs edilirb. Polis heç bir səbəb göstrmədən onu bölməyə aparıb.
- 57 saylı Kürdəmir Seçki Dairəsindən «Azadlıq Bloku»nun deputatlığa vahid namizədi Akif İslamzadənin seçki qərargahının koordinatoru Azər İsmayıl oğlunun verdiyi məlumata görə, rayon icra hakiminin birinci müavini Əşrəf Şükürov Mərkəzi Bankın müdiri Əlimövsüm Ağayev məntəqəyə daxil olaraq YAP namizədi Nizami Qəribovun təbliğatını aparıblar. 11 saylı məntəqədə keçmiş kənd icra nümayəndəsi Həsrət Salmanov, 13 saylı məntəqədə Xırdapaq bələdiyyə sədri Akif Gülləroğlu və digər bələdiyyə işçiləri Əhalinin Sosial-Müdafiəsi Nazirliyinin işçiləri ilə birgə YAP namizədinin lehinə təbliğat aparırlar. Şəhər İH nümayəndəsi Hidayətov Məhəmməd iki avtobus kirayələyərək kütləvi şəkildə seçkiləri məntəqəyə gətirir və YAP-ın namizədinə səs verməyə məcbur edir. 6 saylı məntəqədə Su İdarəsinin müdiri Valeh Qaraşov 19 saylı məntəqədə sosial-təminat idarəsinin müdiri İsmət Abdulrəhmanov, 20 saylı məntəqədə Statistika İdarəsinin müdiri, 5 saylı məntəqədə Turizm İdarəsinin müdiri Sahib Kərimov həm məntəqənin xaricində, həm də məntəqənin içərisinə açıq şəkildə seçicilərə mane olaraq YAP namizədinin təbliğatını aparır.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq bloku»nun deputatlığa vahid namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi məlumata görə, Sarıoğlu kəndində yerləşən 17 saylı məntəqədə seçici Zülfüqar Mahmudov saxlanılaraq onun üzərindən 20 nəfər ailə üzvünün şəxsiyyət vəsiqələrinin siyahısı aşkar edilib. Həmin siyahıda 20 nəfər ailə üzvünün şəxsiyyət vəsiqələrinin seriya və nömrələri göstərilməklə seçki bülletenlərinin alınıb səs verilməsinə imkan verilməyib. Bu barədə akt tərtib edilib. Həmin məntəqənin sədri etiraz edərək bununla əlaqədar komissiya üzvlərinin Yaqub Abdullayevə qarşı qoyaraq onu məntəqədən kənarlaşdırıb.
- 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən «Azadlıq Bloku»nun deputatlığa vahid namizədi Əliyev Arif Akif oğlunun səlahiyyətli nümayəndəsi Şahgəldiyevin verdiyi məlumata görə, MnSK sədri Azad Xudaverdiyev və YAP-dan olan katibi Elçin Kərimovla birlikdə 2 saylı məntəqədən daşınan qutunu və 100 ədəd bülleten götürərək «Azadlıq bloku»nun müşahidəçisinin iştirakı olmadan guya xəstə seçicilərin səs vermələri üçün gediblər.
-124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd Seçki Dairəsindən «Azadlıq Bloku»nun deputatlığa vahid namizədi Yavər Hüseynin seçki qərargahından səlahiyyətli nümayəndəsi Nizami Ələkbərovun verdiyi məlumata görə, 14 saylı seçki məntəqəsindən müşahidəçilər 17.30 radələrində çıxarılıb. 34 saylı Ağcabədi seçki məntəqəsinə polislər qəflətən daxil olaraq qutuya bülletenlər atıblar. 41 saylı Xocavənd seçki məntəqəsindən yerli İH nümayəndəsi Rəfael Mustafayev gün ərzində məntəqənin qarşısında YAP namizədinin təbliğatı ilə məşğul olub. 38 saylı Beyləqan-Əhmədli seçki məntəqəsindən icra hakimiyyətinin şöbə müdiri Ruslan Şirinov məntəqəyə daxil olaraq təbliğatla məşğul olub. 42-43 saylı məntəqələrdə İH nümayəndəsi Qəhrəmanov Ramiz Elman Məmmədovun lehinə təbliğat aparıb. R.Qəhrəmanov daşınan qutuları maşına qoyaraq aparıb və yenilərlə əvəzləmişdir.
- 21 saylı Nəsimi birinci seçki dairəsindən «Azadlıq Bloku»nun deputatlığa vahid namizədi Fuad Mustafayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirovun verdiyi məlumata görə, Nəsimi polis idarəsinin işçiləri heç bir əsas göstərmədən 14 saylı məntəqə üzvü Səmayə Hüseynovanı həbs edərək polis idarəsinə aparıblar.
- 29 saylı Səbayel Seçki Dairəsində Təhsil şöbəsinin müdiri Sara Xanlarova 162 və 51 saylı məktəblərdə yerləşən 18,19,20 saylı məntəqələrə gələrək məktəb direktorlara seçkini YAP namizədinin xeyrinə saxtalaşdırmaq haqda göstəriş verib.
- Suraxanıdan olan seçici Rafiq Məmmədlinin verdiyi xəbərə görə, Suraxanı Məhkəmsinə bu gün 1000-ə yaxın seçici müraciət edib. Səbəb seçicilərin öz adlarının seçici siyahılarında tapmamasıdır. Bu gün Suraxanı rayonundakı üç məntəqə üzrə müraciət edən 1000-ə yaxın şikayətçidən yalnız kiçik bir hissəsinin iddiası təmin edilib.


Saat 17:00-a olan məlumat

- 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Eyyub Umudovun seçki qərargahından namizədin səlahiyyətli nümayəndəsi Namiq Mahmudovun verdiyi məlumata görə, 5 saylı seçki məntəqəsində şəhər bələdiyyə sədri Qasımov Ramiz seçki məntəqəsinin qapısında dayanaraq YAP namizədinin lehinə təbliğat aparıb. O, davamlı olaraq məntəqəyə daxil olaraq göstərişlər verir. Məntəqə sədri Məmmədov Mirməmməd Pirməmməd oğlu buna şərait yaradır. 9 saylı məntəqənin sədri Həsənov Tofiq «Azadlıq bloku»nun vahid namizədi E.Umudovu məntəqəyə buraxmayıb. 28 saylı məntəqədə rayon icra başçısının müavini İsmayılov İsmayıl məntəqəyə daxil olaraq prosesə müdaxilə edir.
- 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Cəmaləddin Ələkbərovun verdiyi məlumata əsasən, 6 saylı məntəqənin sədri Sevindik Orucov seçki qanunlarına məhəl qoymur. O, aşkar şəkildə bildirib ki, yuxarılarn tapşırığı əsasında işləyəcək. ATƏT-in müşahidə missiyası həmin məntəqədə olaraq baş verən qanun pozuntularına müşahidə edib. ATƏT nümayəndələri və müşahidəçilərlə birgə akt tərtib edilib. Həmin an ANS telekanalı da çəkiliş aparıb. 30 saylı məntəqə hərbi hissədə yerləşir, səs verməyə gələn əsgərlərə YAP nümayəndəsi Əlişir Musayevin xeyrinə səs vermələri haqda göstəriş verilir. 11 saylı məntəqədə «Azadlıq bloku»ndan katib Bəhlul Həsənov məntəqə sədri Şölə İbrahimovaya nöqsanlar deyərkən o, polis çağıraraq bunu qanun pozuntusu kimi aktlaşdırıb. O, Həsənovla başqa məntəqə komissiya üzvləri arasında münaqişə yaradaraq onun məntəqədən çıxarmaq istəyib. 29 saylı məntəqənin sədri Mübariz Zeynalov «Azadlıq bloku»ndan müşahidəçi Nəsimi Rzayevi məntəqədən çıxarmaq istəyiblər. Beynəlxalq müşahidəçilərin köməyindən sonra bu proses dayandırılıb. 9 saylı məntəqədə «Azadlıq bloku»ndan katib Ulduz Məsimov haqqında akt tərtib edilərək məntəqədən çıxarılmağa məntəqə sədri Hikmət İlyasov tərəfindən cəhd olunub. Xarici müşahidəçilərin köməyindən sonra onun məntəqədən çıxarılmasının qarşısı alınıb. 10 saylı məntəqə sədri Mənsurə Şirinovanın seçicilərə YAP namizədinin xeyrinə işarələnmiş bülleten verilməsinin də qarşısı alınıb və fakt aktlaşdırılıb.
- 35 saylı Xətai üçüncü Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Fuad Qəhrəmanlının səlahiyyətli nümayəndəsi Rasif Bağırovun verdiyi məlumata əsasən həmin dairənin 6 saylı məntəqəsində 6 nəfər Füzuli qaçqınının aidiyyatı olmadan həmin məntəqədə səs vermək istəyərkən müşahidəçilər tərəfindən aşkar edilərək aktlaşdırılıb.
- 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Kamil Vəli Nərimanoğlunun seçki qərargahının rəhbəri Aydın Əliyevin verdiyi məlumata əsasən, 8 saylı məntəqədə təhsil şöbəsinin müdiri Fərhad Həsənov karusel üsulu ilə işləyir.
- 121 saylı Laçın Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Hüseyn Naibovun seçki qərargahının icraçı katibi Abbas Namazovun verdiyi məlumata görə 75 saylı Bərdə-Zümürxan seçki məntəqəsində müşahidəçilərin valideynlərinə təzyiqlər göstərərək Vəliyev Vidadi Sabir oğlu və İsmayılov Sadiq Həmid oğlu müşahidə etməkdən imtina ediblər. 3 saylı seçki məntəqəsindən icra nümayəndəsi Leyla Məlikqızı məntəqəyə daxil olaraq komissiya üzvlərinə Sevindik Hətəmovun təbliğatını aparmaq göstərişi verilib.
- 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi Kamil Vəli Nərimanoğlunun seçki qərargahından verilən xəbərə görə, 2,,4,8,9,10,11,12,15,18,19 saylı məntəqələrin sədrləri – onlar həm də YAP üzvləridir - «Azadlıq» bloku və Milli Birlik Hərəkatından olan komissiya üzvlərinin ünvanlarına təhqiramiz ifadələr işlətməklə zorla məntəqələrdən çıxarmağa çalışırlar. 74 saylı MİS-in rəisi Ümidvar Talışovun qoçu dəstəsi müxalifətdən olan MnSK üzvlərinə təzyiqlər göstərir.
- 31 saylı Suraxanı ikinci Seçki Dairəsinin 13 saylı məntəqəsində səsverməyə gələn seçici Rafiq Məmmədli səsverməyə gələrkən adını seçici siyahısında tampayıb. O, «Mənim adım hanı» kampaniyasında adının siyahıya salındığını bildirsə də məntəqə sədri Telman Qaragözov seçiciyə bülleten verilməyəcəyini bildirib.
- Tərtər Seçki Dairəsində «Azadlıq» blokunun Tərtər bölməsindən verilən xəbər görə, polis Məntəqə Seçki Komissiyasının üzvü Ələkbərov Etibarı heç bir səbəb göstərmədən polis bölməsinə aparıb.
- 35 saylı Xətai üçüncü Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi Fuad Qəhrəmanlının səlahiyyətli nümayəndəsi Rasif Bağırovun verdiyi xəbərə görə, 26,27,28 saylı məntəqələrdə (hərbi akademiyada) icra hakimiyyətindən verilən göstəriş əsasında bülletenlər İqbal Ağazadənin xeyrinə işarələnərək qutulara atılır.


Saat 16:00-a olan məlumat

- 62 saylı Saatlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Ənnağı Hacıbəylinin səlahiyyətli nümayəndəsi Şamil Hacıbəylinin verdiyi məlumata görə, 34 saylı Soltanabad kənd məntəqəsində «PA Counsalting» şirkətinin exit-poll keçirən nümayəndələri Ağayev İsrafil və Piriyev İmran YAP üzvləridir. Eynilə də 28 saylı Fətəli kənd seçki məntəqəsində «PA Counsalting» şirkətinin exit-poll keçirən nümayəndələri Mürsəlov Fədili və Yusifov Telman YAP üzvləridir. Buna səbəb «PA Counsalting» şirkətinin yerli tərəfdaş kimi Saatlı rayon icra başçısı Gülhüseyn Əhmədovun əmisi oğlu Əlicabbar Əhmədovun rəhbərlik etdiyi «Azərbaycan vətəndaşlarının iqtisadi inkişafına yardım» Assosiasiyası ilə əməkdaşlıq etməsidir.
- 123 saylı Kəlbəcər Seçki Dairəsinin üzvü Ərşad İbrahimlinin verdiyi məlumata görə, 11 saylı məntəqədə iqtidarın namizədi Cavid Qurbanovun vəkilləri Nizami Çıraqov və Vidadi Məmmədov açıq təbliğat aparırlar. Dairə ərazisində yerləşən bütün məntəqələrdən «Azadlıq bloku»nun müşahidəçiləri uzaqlaşdırılıblar. 33 saylı seçki məntəqəsində süni şəkildə 30-40 nəfərin iştirakı ilə qarışıqlıq yaradılmasına etiraz edən məntəqə katibi Telman Xələfov vəhşicəsinə döyülüb və məntəqədən uzaqlaşdırılıb.
- 48 saylı Yevlax Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Şəkər İskəndərlinin seçki qərargahının koordinatoru Abbasəli Rüstəmovun verdiyi məlumata görə, 4 saylı məntəqədə Yevlax icra başçısı Elmar Vəliyevin xalası oğlu məntəqədə oturaraq YAP vəsiqəsi olmayan seçicilərə bülleten vermir. 28 saylı məntəqədə «Mitovski» sorğu şirkətinin apardığı monitorinqə icra nümayəndəsi Oqtay müəllim və bələdiyyə üzvləri müdaxilə edir.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi məlumata görə, 4 saylı məntəqədə «Azadlıq bloku»ndan məntəqə üzvü Ağakişi Əzizov tərəfindən bir nəfər seçicidə iki ədəd Gültəkin Hacıyevanın lehinə işarələnmiş bülleten aşkar edilərək aktlaşdırılıb. 16, 17 saylı məntəqələrdə deputatlığa namizəd G.Hacıyevanın vəkilləri Məmişov Yolçu və Bağırov Gündüz seçicilərə təzyiq göstərərək G.Hacıyevaya səs verməyə təhrik edib. Bundan başqa Bağırov Gündüzün rəhbərliyi altında qoçu dəstəsi seçicilərə hədə-qorxu gələrək eyni qaydada G.Hacıyevaya səs verməyə məcbur ediblər.
- 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Tofiq Quliyevin səlahiyyətli nümayəndəsi Şakir bəyin verdiyi xəbərə görə, 73 saylı seçki məntəqəsində «Azadlıq bloku»ndan olan məntəqə üzvləri Mətləb Dadaşov və Ənnağı Həsənov döyülüb. Onların hər ikisi məntəqədən uzaqlaşdırılıb. Bundan başqa, icra nümayəndəlri məntəqələrdə əyləşərək seçkilərin S.Rüstəmxanlının lehinə saxtalaşdırılıb.
- 10 saylı Binəqədi ikinci Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi İlham Hüseynlinin seçki qərargahının rəhbəri Kamil Mürsəlin verdiyi məlumata əsasən həmin dairənin 7 saylı məntəqəsində müşahidəçi Şükürov Elçin Binəqədi polis işçiləri tərəfindən zor tətbiq edilərək məntəqədən polis idarəsinə aparılmışdır.
- 64 saylı Sabirabad ikinci Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Xaliq Hacıyevin səlahiyyətli nümayəndəsi Səttar bəyin verdiyi məlumata görə, 12 saylı seçki məntəqəsində məşvərətçi səshüququ olan Süleymanov Ramiz saxta bülletenlərin atılmasına qarşı çıxmış və bu səbəbdən komissiyanın sədri tərəfindən zorakı əməllərə məruz qalaraq məntəqədən uzaqlaşdırılıb.
- 121 saylı Laçın Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid namizədi Hüseyn Naibovun seçki qərargahından verilən məlumata görə, 17,68,102 saylı seçki məntəqələrində icra nümayəndələri kütlvi şəkildə seçiciləri məntəqəyə gətirib, YAP namizədinə səs verməyə göstəriş veriblər.
- 62 saylı Saatlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Ənnağı Hacıbəylinin səlahiyyətli nümayəndəsi Şamil Hacıbəylinin verdiyi məlumata görə, 34 saylı Soltanabad kənd məntəqəsində «PA Counsalting» şirkətinin exit-poll keçirən nümayəndələri Ağayev İsrafil və Piriyev İmran YAP üzvləridir. Eynilə də 28 saylı Fətəli kənd seçki məntəqəsində «PA Counsalting» şirkətinin exit-poll keçirən nümayəndələri Mürsəlov Fədili və Yusifov Telman YAP üzvləridir. Buna səbəb «PA Counsalting» şirkətinin yerli tərəfdaş kimi Saatlı rayon icra başçısı Gülhüseyn Əhmədovun əmisi oğlu Əlicabbar Əhmədovun rəhbərlik etdiyi «Azərbaycan vətəndaşlarının iqtisadi inkişafına yardım» Assosiasiyası ilə əməkdaşlıq etməsidir.
- 123 saylı Kəlbəcər Seçki Dairəsinin üzvü Ərşad İbrahimlinin verdiyi məlumata görə, 11 saylı məntəqədə iqtidarın namizədi Cavid Qurbanovun vəkilləri Nizami Çıraqov və Vidadi Məmmədov açıq təbliğat aparırlar. Dairə ərazisində yerləşən bütün məntəqələrdən «Azadlıq bloku»nun müşahidəçiləri uzaqlaşdırılıblar. 33 saylı seçki məntəqəsində süni şəkildə 30-40 nəfərin iştirakı ilə qarışıqlıq yaradılmasına etiraz edən məntəqə katibi Telman Xələfov vəhşicəsinə döyülüb və məntəqədən uzaqlaşdırılıb.
- 48 saylı Yevlax Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Şəkər İskəndərlinin seçki qərargahının koordinatoru Abbasəli Rüstəmovun verdiyi məlumata görə, 4 saylı məntəqədə Yevlax icra başçısı Elmar Vəliyevin xalası oğlu məntəqədə oturaraq YAP vəsiqəsi olmayan seçicilərə bülleten vermir. 28 saylı məntəqədə «Mitovski» sorğu şirkətinin apardığı monitorinqə icra nümayəndəsi Oqtay müəllim və bələdiyyə üzvləri müdaxilə edir.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi məlumata görə, 4 saylı məntəqədə «Azadlıq bloku»ndan məntəqə üzvü Ağakişi Əzizov tərəfindən bir nəfər seçicidə iki ədəd bülleten Gültəkin Hacıyevanın lehinə işarələnmiş şəkildə aşkar edilərək tutularaq aktlaşdırılmışdır. 16, 17 saylı məntəqələrdə deputatlığa namizəd G.Hacıyevanın vəkilləri Məmişov Yolçu və Bağırov Gündüz seçicilərə təzyiq göstərərək G.Hacıyevaya səs verməyə təhrik edirlər. Bundan başqa Bağırov Gündüzün rəhbərliyi altında qoçu dəstəsi seçicilərə hədə-qorxu gələrək eyni qaydada G.Hacıyevaya səs verməyə məcbur ediblər.


Saat 15:00-a olan məlumat

- 93 saylı Bərdə Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa namizəd Əliyev Namət Faiz oğlunun seçki qərargahının rəhbəri Vüqar Qurbanov məlumat verib ki, 2 saylı seçki məntəqəsinin səsvermə kabinələrində pərdələr yoxdur. Polis işçiləri məntəqədən 150 metr məsafədə dayanaraq seçicilərin şəxsiyyət vəsiqələrini özlərində saxlayıb, yalnız iqtidarın dəstəklədiyi namizədə səs verəcəklərini bildirdikləri zaman şəxsiyyət vəsiqələrini sahiblərinə verirlər. 7 saylı məntəqədə exit-pollu seçki məntəqəsinin daxilində komissiya üzvü Məmmədov Bilal aparır. 37 saylı seçki məntəqəsinin bütün pəncərələri sındırılıb. 9 saylı seçki məntəqəsinin sədri seçicilərin barmaqlarına mürəkkəbi özü vurub. 4 saylı seçki məntəqəsində rayon təhsil şöbəsinin müdiri İsmayılova Rahilə müşahidəçi qismində məntəqədə oturaraq seçicilərə təzyiq göstərir. 11 saylı seçki məntəqəsində 4 saylı orta məktəbin direktoru Ağayev Qəmbər məntəqədə seçicilərə təzyiq göstərərək deputatlığa namizəd Zahid Oruca səs verməyə təhrik edir.
- 80 saylı İmişli Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa namizədi Əli Qasımlının verdiyi məlumata görə, 15 saylı seçki məntəqəsinin sədri Çingiz Atakişiyev seçicilərin barmağına mürəkkəb vurulmasına icazə vermir. 27 saylı seçki məntəqəsində İH-nin nümayəndəsi Sabalı Osmanov seçkiyə birbaşa müdaxilə edir, seçicilərin köhnə sovet pasportlarını özündə saxlayaraq geri qaytarmır. 38 saylı seçki məntəqəsində komissiya sədri Tofiq seçicilər arasında təşviqat apararaq deputatlığa namizəd Əhmədov Əhədə səs verməyə təhrik edir. O, özü şəxsən seyfi açaraq 5 nəfərin adından bülletenləri qutuya atıb. İH-nin katibi məntəqədə oturub Əhəd Əhmədovun xeyrinə təbliğat aparmaqla məşğuldur.
- 101 saylı Xanlar-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Babayev Cavanşir İslam oğlunun səlahiyyətli nümayəndəsi Elçin Rüstəmov məlumat verib ki, 1 saylı seçki məntəqəsində rayon icra başçısı V.Hacıyevin qardaşı Eldar Hacıyev məntəqənin qarşısında duraraq seçicilərə hədə-qorxu gəlir, onları YAP-ın namizədi Rövşən Rzayevə səs verməyə təhrik edir. Kənd icra nümayəndəsi Natiq Əhmədov seçki məntəqəsinin içərisində Rövşən Rzayevə səs verməyə məcbur edir. 3 saylı məntəqədə rayon İH işçisi Abbasov Zaur eyni qayda ilə seçicilərə təzyiq göstərərək YAP-ın namizədi Rövşən Rzayevə səs verməyə məcbur edir. 1 saylı seçki məntəqəsində Rayon Kommunal-Təsürrüfat Şöbəsinin müdiri Mİrzə adlı şəxs məntəqədə YAP-dan deputatlığa namizəd Rövşən Rzayevin xeyrinə təbliğat aparır.
- 103 saylı Gədəbəy Seçki Dairəsindən «Azadlıq bloku»nun deputatlığa vahid namizədi Nizami Quliyevin səlahiyyətli nümayəndəsi Əli Rüstəmovun verdiyi xəbərə görə, şəhər bələdiyyə sədri Zirəddin Səfərov, 1 saylı orta məktəbin direktoru Əzizə Yusifova, rayon İH nümayəndəsi Sahib Səfərov 1,2,3 saylı seçki məntəqələrində, epidemioloji şöbənin müdiri İsaq Şirinov, məntəqə sədri Mənsur Əliyev və onun atası Cəlal Əliyev 3 saylı seçki məntəqəsində, kənd icra nümayəndəsi Süleyman Əsədoğlun 6 saylı məntəqədə, rayon İH-nin şöbə mübiri Paşa adlı şəxs 8 saylı məntəqədə, İH başçısının birinci müavini Yusif Cəfərov 10 saylı məntəqədə, kənd icra nümayəndəsi Səbuhi İsmayılov, bələdiyyə Zakir Rüstəmov 12,13, 34 saylı məntəqələrdə, kənd icra nümayəndəsi Fərhad İbrahimov, bələdiyyə sədri Ramiq Əliyev 14,15 saylı seçki məntəqələrində, kənd icra nümayəndəsi Qəzənfər, bələdiyyə sədri Fərman Çobanoğlun, məktəb direktoru Nəriman Qasımov 17,18 saylı məntəqələrində, kənd icra nümayəndəsi Kazımov Vahid İsrafil oğlun, məktəb direktoru Əliyev Tuqay 19 saylı seçki məntəqəsində , kənd icra nümayəndəsi Valeh Qasımov, bələdiyyə sədri Cəmil Abdullayev 20 saylı seçki məntəqəsində, kənd icra nümayəndəsi Osman Quliyev, 21 saylı seçki məntəqəsində, kənd icra nümayəndəsi İsgəndər Həsənalıyev 28 saylı seçki məntəqəsində YAP namizədinin xeyrinə təbliğat aparır. 27 saylı məntəqənin sədri Abbasov Hümbət Məhərrəm oğlu müşahidəçilərin gözü qarşısında seyfdən 500-ə yaxın hazır bülleten götürərək qutuya atıb.
- 35 saylı Xətai üçüncü Seçki Dairəsindən «Azadlıq blokunun vahid namizədi Fuad Namizədin seçki qərargahından verilən xəbərə görə, dairənin 27 saylı məntəqəsində məntəqə komissiyasının üzvü Elşən Beydullayev bir seçicinin İqbal Ağazadənin xeyrinə işarələnmiş 2 ədəd bülleteni içəri keçirmək istəyərkən saxlayaraq aktlaşdırılıb.
- 21 saylı Nəsimi birinci Seçki Dairəsində AXCP-dən olan komissiya üzvü İnqlab Kərimovun verdiyi məlumata görə, 1 saylı seçki məntəqəsində müxalifətdən olan komissiya üzvlərinə seçkiöncəsi bülletenlərin sayılmasına imkan verilməyib. Həmin məntəqənin sədri öz ad və soyadını deməkdən imtina edib. «Azadlıq bloku»ndan olan komissiya üzvü İlkin Cavadov bildirib ki, 1 saylı seçki məntəqəsinin sədrini o, ilk dəfə görür və komissiya sədri digər komissiya üzvlərinə bildirib ki, o, seçkini bildiyi kimi keçirəcək. Onun üçün əsas icra başçısından göstərişidir.
Həmin dairənin 2 saylı seçki məntəqəsində isə saat 11.00-a qədər seçicilərin barmağına mürəkkəb vurulmayıb. Yalnız DSK üzvü İnqlab Kərimovun müdaxiləsindən sonra seçicilərin barmaqlarına mürəkkəb vurulmasına başlanılıb. 3 saylı məntəqədə məntəqənin sədri Nailə İsmayılova İnqildab Kərimovun məntəqyə gəlişindən narahatlıq keçirdiyi üçün onunla məntəqənin digər üzvləri arasında süni münaqişə yaradı və onu məntəqədən çıxarmağa çalışıb. 8-9 saylı məntəqələrdə seçijilərin barmaqlarında mürəkkəb olub-olmadığı yoxlanılmadn bir daha mürəkkəblənir. 16,17 saylı məntəqələrdə 10 AL-508 dövlət nömrə nişanlı QAZ-31 markalı avtomobildə gələn şəxslər seçki prosesinə kobud müdaxilələr edərək seçiciləri konkret namizədə səs vermələri üçün yönləndirpməyə çalışır. 27,28 saylı məntəqəlrdə Ülvü Quliyevin idmançı dostları seçki məntəqəsinin qarşısında seçicilərə hədə-qorxu gələrək onları Ü.Quliyev əsəs verməyə təhrik etmək istəyir.


Saat 14:00-a olan məlumat

- 115 saylı Şəki Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi Sahib Kərimovun səlahiyyətli nümayəndəsi Mehman İsmayılovun verdiyi xəbərə görə, 38 saylı məntəqənin yerləşdiyi 21 saylı məktəbin direktoru, YAP-ın təmsilçisi Vəsilə xanım seçki prosesinə müdaxilə edir. 37 saylı məntəqədə icra nümayəndəsi seçicilər arasında YAP-ın nümayəndəsi Məjlum Şükürovun xeyrinə təbliğat aparır. Noyabrın 5-də 39 saylı məntəqədən verilən xəbərə görə, 220 nəfər xəstəliklə bağlı məntəqəyə rəsmən müraciət edib. «Azadlıq» blokunun vəkili Azər Məmmədovun müdaxiləsindən sonra bəlli olub ki, ərizələrin hamısı eyni xətlə yazılıb. Yoxlamalar zamanı aşkarlanıb ki, 220 nəfərin yalnız 23-ü həqiqətən xəstədir. Bu səbəbdən yalnız 23 ərizə hüquqi sayıla bilər. Fakt aktlaşdırılıb. 42 saylı məntəqədə isə də analoji fakt qeydə alınıb. Hakimiyyət orqanları Şəkinin bütün seçki məntəqələrində seçicilərin xəstə olması adı ilə daşınar seçki qutularını ev-ev gəzdirib YAP namizədinin xeyrinə səs toplayır.
- 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Əli Kərimlinin vəkili Vaqif Xalıqovun verdiyi məlumata əsasən, dairənin 12 saylı məntəqəsində 14 ədəd kəsilmiş bülleten aşkarlanaraq aktlaşdırılıb. Bu vəziyyət ATƏT nümayəndəsi içəri daxil olarkən baş verib. ATƏT nümayəndəsi açıq şəkildə qeyd edib ki, bu fakt məntəqənin ləğv edilməsinə əsas ola bilər.
- 45 saylı Abşeron Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Etibar Talıblının seçki qərargahının rəhbəri Əjdər Talıblının verdiyi məlumata əsasən, həmin dairənin 11 saylı məntəqəsində bir şəxsin əlində YAP namizədi Oqtay Əsədovun xeyrinə beş ədəd işarələnmiş bülleten aşkar olunaraq aktlaşdırılıb.
- 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Arif Əliyevin səlahiyyətli nümayəndəsi Xalid Şahgəldiyevin verdiyi məlumata görə, 6 saylı məntəqədə idmançılardan ibarət bir qrup məntəqənin qarşısında dayanaraq yalnız YAP-ın nümayəndəsinə səs verən şəxsləri içəri buraxır. Həmin idmançılara rəhbərlik edən şəxs məntəqə komissiya sədri Umudova Sədaqət Paşa qızının oğlu Rauf Hüseynovdur. Həmin məntəqədə mürəkkəbdən istifadə olunmur. 3 saylı seçki məntəqəsində mürəkəbbdən ümumiyyətlə istifadə olunmur. 8 saylı seçki məntəqəsində Göyçay şəhər İH nümayəndəsi Salmanov Tahir, 9 saylı məntəqədə «Azərittifaq»ın rayon Avtonəqliyyt müəssisəsinin müdiri Mahmudov Sarvan, rayon sosial təminat şöbəsinin müdiri Həsənov Hüseyn, 11 saylı məntəqədə rayon səhiyyə şöbəsinin müdiri Zeynalov Famil seçki qutusunun yanında oturaraq şəxsən seçkiyə nəzarət edirlər. Onlar seçicilərə kimə səs verilməsi barədə göstəriş verirlər.
- 103 saylı Gədəbəy Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Nizami Quliyevin səlahiyyətli nümayəndəsi Əli Rüstəmovun verdiyi məlumata görə, 17 saylı seçki məntəqəsində ümumiyyətlə barmaqlara mürəkkəb vurulmur. 10 və 14 saylı seçki məntəqələrində məntəqə komissiya üzvləri tərəfindən müşahidəçilərin gözü qarşısında qutulara dəstə-dəstə bülletenlər atılır.
- 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Tofiq Quliyevin səlahiyyətli nümayəndəsi Şakir bəyin verdiyi məlumata görə, 2 saylı məntəqədə deputatlığa namizəd Sabir Rüstəmxanlının qardaşı Yol Patrul Xidmətinin rəisi vəzifəsində işləyən Dilavər Əliyev adlı şəxs məntəqənin qarşısında dayanaraq seçicilərə təzyiq göstərərək qardaşı S.Rüstəmxanlıya səs vermələrini tələb edir.
- 29 saylı Səbail Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Həsən Kərimlinin səlahiyyətli nümayəndəsi Sevda Talıblının verdiyi məlumata görə, həmin dairənin 31 saylı məntəqəsində (928 saylı hərbi hissədə yerləşir) Sarıyev Ramin məntəqə komissiyasının üzvü olmasına baxmayaraq hərbi hissəyə buraxılmayıb. 24 saylı məntəqədə seçki başlayan anda detektor işləməyib, əvəzləyicisi olmayıb, sonradan MSK-dan dəyişdirilərək gətirilib.
- 40 saylı Kəpəz ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Ramiz Orucovun seçki qərargahının rəhbəri Xaliq Hacıyevin verdiyi məlumata görə, 22 saylı seçki məntəqəsində saat 11.30 radələrində YAP namizədi Musa Quliyevin lehinə saxta bülletenlər aşkar edilərək akt tərtib edilib. Polis həmin məntəqənin 10 metrliyində dayanıb.
- 47 saylı Kürdəmir Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Akif İslamzadənin seçki qərargahının koordinatoru Azər İslamoğlunun verdiyi məlumata görə, bütün məntəqələrdə mürəkkəbi yoxlayan detektor YAP nümayəndələrindədir. 5 və 6 saylı seçki məntəqələrində exit-poll məntəqələrdən kənarda keçirilir. 7 saylı məntəqədə Rüstəmov Ələkbər adlı şəxs səs verdiyi halda sürücülük vəsiqəsi ilə təkrar səs verməyə cəhd etmişdir.
- 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Musa İsmayılovun verdiyi xəbərə görə, Goranboy rayon İH başçısının müavini Məhəmməd Həşimov həmin dairədən deputatlığa namizəd Qüdrət Həsənquluyevin xeyrinə bülletenlərin qutulara doldurulması haqda göstəriş verib. Artıq rayounun Qızılhacılı və Balakürd kəndlərində seçicilərin bir neçə gün öncə yığılmış şəxsiyyət vəsiqələri özlərinə qaytarılaraq MnSK aparılırlar. Həmin şəxslərə Qüdrət Həsənquliyevin nümayəndələpi pul paylayır.
- 16 saylı Seçki Dairəsindən müstəqil namizəd Nadir Quliyevin verdiyi xəbərə görə, 2 və 22 saylı məntəqələrinin qarşısında bir qrup şəxs YAP-ın namizədi Abel Məhərrəmovun plakatlarını tutaraq onun təbliğatını aparır. Həmin dairənin 30 saylı məntəqəsində (hərbi hissədə) səsvermədə iştirak edəcək 715 nəfər şəxsi heyətə 560 bülleten verilib. 8 saylı məntəqə 36 bülleten əskikdir. 16 saylı dairənin bütün məntəqələrinə Abel Məhərrəmovun seçilməsi üçün məntəqə sədrlərinə göstərişlər verilib.
- 21 saylı Nəsimi birinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Fuad Mustafayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirovun verdiyi məlumata əsasən dairənin 18,19, 20 saylı məntəqələrinə idmançılar özlərini təqdim etmədən daxil olaraq komissiya üzvlərinə və seçicilərə təzyiq edərək Ülvi Quliyevin xeyrinə səs verməyi məcbur edirlər.
- 21, 22, 23 saylı seçki dairələrindən, Nəsimi İH-dən adının çəkilməsini istəməyən etibarlı qaynağın verdiyi məlumata görə rayon ərazisində yerləşən  Əliməmməd Nuriyevin, Asim Mollazadənin və Səməd Seyidzadənin lehinə bülletenlərin total şəkildə seçki qutularına atılması haqda tapşırıq verildiyini bildirib.
- 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Rafiq Quliyevin səlahiyyətli nümayəndəsi Şəfayət Əliaslanov tərəfindən verilən məlumata görə, 62 saylı seçki məntəqəsində seçicilərin barmaqlarına mürəkkəb vurulmadan bülleten verilib. Bu hal aktlaşdırılıb. 50 saylı məntəqədə isə 100 ədəd seçki bülleteni məntəqə sədri Mehdixanov Məhəmmədəli öz otağında kəsərək komissiya üzvlərinə qutulara doldurulması üçün təqdim edib.
- 29 saylı Səbail Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Həsən Kərimlinin seçki qərargahının rəhbəri Sevda Talıblının verdiyi məlumata əsasən dairənin 6 saylı məntəqəsində 6 saylı orta məktəbin müəllimləri Babazadə Təranə, İbrahimova Gülnar, Rəhimova Aygün və məktəbin təsərrüfat işlər üzrə müavini Kazımın adına müşahidəçi vəsiqələri verilmiş və onlar açıq şəkildə məntəqə komissyasının işinə müdaxilə edirlər. Məktəbin direktoru və həmin 6 saylı komissiyanın sədri Ceyran Quliyeva isə bütün bunlara soyuqqanlı yanaşaraq deyir ki, yaxşı edirik.
- 24 saylı Nizami birinci Seçki Dairəsindən «Azadlıq» loku»nun vahid namizədi Nurəddin Məmmədlinin verdiyi məlumata əsasən, həmin dairənin 24 saylı məntəqəsində adı siyahıda olmayan şəxslər səs verməyə buraxılırlar və bütün bunlar ABŞ-ın müşahidəçilərinin gözü qarşısında baş verib. Müşahidəçilər faktı aktlaşdırıb və səfirlik nümayəndəsi də buna imza atmağa razılıq verib. ABŞ səfirliyinin nümayəndəsi özünün şifahi etirazını bu hala kəskin şəkildə bildirib.
- 24 saylı Nizami Birinci Seçki dairəsinin 1 saylı məntəqəsində (220 saylı orta məktəb) məşvərətçi səs hüquqlu Nadir Əmirov məntəqədən zorla çıxarılıb.
- 24 saylı Nizami Birinci Seçki Dairəsinin 5 saylı məntəqəsində müşahidəçilərə barmağa vurulan rəngi müşahidə etməyə imkan vermirlər.
- 45 saylı Abşeron seçki dairəsindən səlahiyyətli nümayəndə Əjdər Talıblının verdiyi məlumata görə, həmin dairədən YAP namizədi Oqtay Əsədovun xeyrinə bülleten aşkar edilib və aktlaşdırılıb.
- 48 saylı Yevlax seçki dairəsinin 13 saylı məntəqəsində YAP-ın nümayəndəsi Məlahət Abbasova məntəqədə açıq-aydın YAP-ın xeyrinə təbliğat aparır. 6,14,31 saylı məntəqələrdə barmağa mürəkkəb vurulmadan səs verməyə buraxılan vətəndaşlar saxlanılıb.
- 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin 5 saylı məntəqəsində təhsil şöbəsinin müdiri seçkinin gedişatına mane olmağa çalışır. 46 saylı məntəqəsində məntəqə sədri müşahidəçi və vəkillərə mane olurlar. Həmin məntəqədə komissiya sədri başqası ilə əvəz olunub (Sabir Əzizovla). Məntəqədə Tahirov Ziyadulla Tahir oğlunun üzərində büllüten aşkar edilərək akt tərtib edilib. Dairədə YAP-ın deputatı Tahir Süleymanov və YAP Siyəzən RŞ sədri məntəqəyə daxil olaraq müdaxilə ediblər.
- 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 13-cü məntəqəsində işıqlar söndürülüb, icra və bələdiyyə nümayəndələri birbaşa məntəqəyə daxil olaraq müdaxilə edirlər.
- 61 saylı Neftçala seçki dairəsinin 31 saylı məntəqəsində məntəqə üzvü Nizami bəy məntəqəyə buraxılmır. Səbəb kimi onu göstərirlər ki, komissiyanın iclaslarında guya davamlı olaraq iştirak etməyib.
- 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Elçin Rzayev xəbərə görə, 39, 40, 41 saylı məntəqələrdə mürəkkəbdən istifadə olunmur.
- 109 saylı Balakən seçki dairəsindən «Azadlıq» blokunun vahid namizədi Məhərrəm Mehdilinin səlahiyyətli nümayəndəsi Zakir Şıxməmmədovun verdiyi məlumata görə, bələdiyyə üzvü Bazarov Səuriddin yalnız öz tanıdığı şəxslərin exit-pollda iştirakına imkan verir. Burada «PA Consalting» şirkətinin keçirdiyi sorğu birbaşa onun nəzarəti altında gerçəkləşdirilir.
- 103 saylı Gədəbəy seçki dairəsindən Əli Rüstəmov bildirib ki, 30 saylı məntəqə komissiyasına müşahidəçilər buraxılmayıb. 1 saylı məntəqə komissiyasında şəhər İH nümayəndəsi seçkilərə müdaxilə edir. 14 saylı Seçki Məntəqəsində 100 nəfərin adından pasport nömrələri, anket məlumatları göstərilməklə seçki bülletenləri atmaq istəyərkən Məryəm adlı şəxs saxlanılıb və siyahı cırılıb. 17 saylı məntəqə komissiyasında barmaqlara mürəkkəb vurulmur. Yalnız «Azadlıq bloku»nun nümayəndəsi prinsipiallıq göstərir. 33 saylı məntəqə komissiyasında İsrafil adlı şəxs özbaşınalıq edir. O, Fəxrəddin Qəmbərova səs verməyəcəyini bildirən şəxsləri məntəqəyə buraxmır. 28 saylı məntəqədə icra nümayəndələri, məktəb direktorları, bələdiyyə üzvləri məntəqənin qarşısında dayanaraq açıq şəkildə seçicilərə təzyiq edirlər ki, F.Qəmbərova səs versinlər və səs verərkən məntəqə komissiya üzvləri və sədri onları görsün. Əks təqdirdə işdən çıxarılmaları ilə və müxtəlif təzyiqlərə məruz qalacaqları ilə hədələnirlər. 29 saylı məntəqədə eyni qaydada seçicilərə təzyiq edirlər. 10 saylı seçki məntəqəsində həmin şəxslər F.Qəmbərova səs verilməsini tələb edirlər. Bir şərtlə ki, onların kimə səs verməsini MnSK sədri görsün.
- 35 saylı Xətai seçi dairəsinin «Azadlıq bloku»ndan olan namizədi Fuad Qəhrəmanlının verdiyi məlumata görə, 22 saylı seçki məntəqəsinin sədri Abdullayev Sahib Kərim oğlu mürəkkəb əvəzinə seçicilərin barmağına su vurur. Bu aydınlaşdırıldıqdan sonra protokol tərtib olunub.
- 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd İltifat Rəhimzadənin verdiyi məlumata görə, 14-15 saylı məntəqələrdə bələdiyyə üzvləri, məktəb direktorları, İH nümayəndələri gələn seçicilərə Ziyafət Əsgərova səs vermələrini tövsiyyə edirlər. Exit-polla seçicilərin yalnız Z.Əsgərova səs vermələri barədə məlumat vermələrini tələb edilir.
- 80 saylı İmişli-Beyləqan seçki dairəsinin «Azadlıq bloku»ndan olan namizədi Əli Qasımlının seçki qərargahının rəhbəri Ehtiram Hüseynlinin saat 11.15-ə verdiyi məlumata görə, 16 saylı seçki məntəqəsində saat 08.15-dən «Azadlıq bloku»nun müşahidəçisi və məşvərətçi səshüquqlu üzvü məntəqədən çıxarılmış, yalnız bir saatdan sonra onları müşahidəyə buraxmışlar. - - 38 saylı seçki məntəqəsində kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri, məktəb direktorları məntəqənin qarşısında dayanıb açıq şəkildə seçkilərə təzyiq göstərirlər ki, YAP nümayəndələrinə səs versinlər.
- 89 saylı Göyçay-Ağdaş seçki dairəsində «Azadlıq bloku»nun namizədi Arif Əliyevin səlahiyyətli nümayəndəsi Xalid Şahgəldiyevin verdiyi məlumata görə, bütün məntəqələrin qabağında idarə müdirləri, İH işçiləri, bələdiyyə üzvləri, məktəb direktorları gələn seçicilərə təzyiq göstərir, YAP namizədlərinə səs verməyi tələb edirlər. YAP-dan olan məntəqə üzvləri isə seçicilərə YAP-ın nümayəndəsini siyahıda göstərərək ona səs verməsini tələb edirlər. 24 saylı seçki məntəqəsində ümumiyyətlə, mürəkkəbdən istifadə edilmir. 29 saylı seçki məntəqəsi elektrik enerjisi ilə təchiz olunmayıb. 7 saylı seçki məntəqəsində «Azadlıq bloku»ndan müşahidəçi və məşvərətçi səshüquqlu üzvü kənarlaşdırılmışdır.
- 101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Cavanşir Babayevin səlahiyyətli nümayəndəsi Elçin Rüstəmovun verdiyi məlumata görə, 1, 2, 3,6,7, 9,11, 26, 34, 14, 13 saylı məntəqələrdə seçicilərin adları seçici siyahısına daxil edilməyib. Bütün məntəqələrdə İH nümayəndələri məntəqənin içərisində və kənarında dayanıb seçicilərə təzyiq edirlər. Dairənin Daşkəsəndə yerləşən 28 məntəqəsindən məlumatlar daxil olmadığı halda dairənin sədri MSK-ya yüksək seçici fəallığı haqda məlumat verib.
- 48 saylı Yevlax seçki dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Şəkər İskəndərlinin səlahiyyətli nümayəndəsi Abbasəli bəyin verdiyi məlumata görə, 24 saylı məntəqədə saat 9.15 radələrində bir seçicidə bir neçə bülleten aşkarlanaraq aktlaşdırılıb. Həmin dairənin 19 saylı məntəqəsində seçki qutusuna əlavə 15 bülleten atılarkən aşkar edilib. 123 saylı Kəlbəcər Seçki Dairəsində səs verəcək seçiciləri bu dairəyə cəlb edirlər. Onların üzərlərində Kəlbəcər seçki dairəsinə aid olan seçici vəsiqəsi aşkar edilib. Həmin SD-nin 13,22, 24, 26 seçki məntəqələrində saat 10.20 radələrində saxta bülletenlər aşkar edilərək akt tərtib edilib. 21 saylı seçki məntəqəsində 1081 bülleten əvəzinə 977 bülleten gətirilib, onun 268-i möhürsüzdür. 26 saylı seçki məntəqəsində səsverməyə iki-iki, üç-üç daxil olurlar. 2 saylı seçki məntəqəsində bank müdiri Təranə Hacıyeva və məktəb direktoru Zaməddin müəllim YAP namizədi İlham Məmmədovun lehinə təbliğat aparır. Seçicilər səsvermə otağına kütləvi daxil olur
- 54 saylı Dəvəçi-Siyəzən Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Bahəddin Həziyevin verdiyi məlumata görə, 46 saylı seçki məntəqəsinə 573 bülleten əvəzinə həmin məntəqəyə 560 bülleten gətirilib.
- 64 saylı Sabirabad ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Xaliq Bahadırn səlahiyyətli nümayəndəsi Səttar bəyin verdiyi məlumata görə, 35 saylı seçki məntəqəsinin qarşısında bələdiyyə və kənd icra nümayəndələri seçicilərə YAP nümayəndəsinə səs verməyə çağırırlar. 35 saylı seçki məntəqəsindən verilən məlumata görə «PA-Consalting» şirkətinin exit-poll keçirən nümayəndələri Ağayev Elçin və Kərimov Füzuli YAP üzvləridir.
- 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi Rafiq Quliyevin məşvərətçi səs hüquqlu nümayəndəsi Əliaslanov Şəfaətin verdiyi məlumata görə, 52 saylı seçki məntəqəsinə eyni zamanda 50 seçici buraxılır ki, bu da saxtakarlıq üçün real imkan yaradır. 62 saylı seçki məntəqsində komissiya sədri Arif İsmayılov seçiciləri YAP nümayəndəsinə səs verməyə çağırır.

06.11.2005