20 saylı Nərimanov ikinci seçki dairəsindən
baş verən saxtakarlıqlar
Saat 18.00-dan sonra daxil olan məlumatlar
Polis zorakılığı
“Azadlıq” seçki blokunun 30 saylı Suraxanı dairəsi üzrə Vahid namizədi Vurğun
Əyyubun seçki qərargahından aldığımız məlumata görə seçki vaxtının bitməsi
ərəfəsində, saat 18-45 radələrində dairənin məktəb binasında yerləşən 11,12, və
13 saylı məntəqələrində və eyni zamanda 24, 25 ,26 ,27 saylı məntəqələrində
“Azadlıq” seçki blokundan olan seçki komissiyasının üzvləri, məşvərətçi
komissiya üzvləri və rəsmi müşahidəçilər polis işçiləri tərəfindən həmin
məntəqələrin ərazisindən zorla uzaqlaşdırılmışlar. Beləliklə, blok
nümayəndələrinin səslərin sayılması prosesində iştirakı qeyri mümkün olmuşdur.
Məlumata görə məntəqələrin birində bundan bir az əvvəl Millət Vəkilliyinə
namizəd Anar Məmmədxanlının xeyrinə seçki qutusuna 200-ə yaxın saxta bülleten
atılması müşahidə edilmişdir. Son anda aldığımız məlumata görə, həmin dairənin 7
saylı məntəqəsində Anar Məmmədxanlının xeyrinə 100-ə yaxın saxta bülletenin
seçki qutusuna atılmasının qarşısının alınması cəhdi ilə əlaqədar “Azadlıq”
seçki bloku nümayəndələri və saxtakarlar arasında kəskin qarşıdurma yaranmışdı.
Saat 16.40-dan sonra daxil olan məlumatlar
- 30 saylı Suraxanı dairəsində hakimiyyət öz namizədinin uduzduğunu
görüb “Azadlıq” blokunun namizədi Vurğun Əyyuba qarşı müxtəlif təxribatlara əl
atıblar. V. Əyyubun verdiyi məlumata görə, o, müşahidə aparmaq üçün 285 saylı
məktəbdə yerləşən 24, 25, 26, 27 saylı məntəqələrdə olub. Bu zaman 2 qadın
əlində videokamera olan bir şəxslə birlikdə ona yaxınlaşıblar. Qadınlardan biri
V. Əyyuba detyib ki, guya Qaraçuxur qəsəbəsində təbliğat apararkən ona verdiyi
tapşırıqları yerinə yetirib. Halbuki, Qaraçuxur qəsəbəsinin V. Əyyubun
namizədliyi irəli sürülən dairəyə heç bir aidiyyatı yoxdur. Dairədə külli
miqdarda insanların adları seçici siyahılarına salınmayıb. Seçici vəsiqələri
olan insanların isə guya adlarının seçici siyahılarında olmadığını bəhanə
gətirərək səs verməsinə imkan verilmir. Bunun əksinə olaraq 285 saylı məktəbə
qıraq yerlərdən çoxlu sayda insanlar gətirilir və onlar qanunsuz olaraq
hakimiyyətin deputat seçdirmək istədiyi namizədə səs verirlər.
- 84 saylı Füzuli dairəsində də seçki saxtakarlıqları ilə bağlı
özbaşınalıqlar kütləvi hal alıb. 3 saylı məntəqədə bələdiyyə işçiləri qutulara
YAP namizədi Bahar Muradovanın xeyrinə saxta bülletenlər salınıb. 17 saylı
məntəqədə səsvermə kabinəsində seçiciləri xüsusi adamlar müşahidə edirlər. 58 59
60 və 62 saylı məntəqələrdə də analoji hallar kütləvi xarakter alıb. 20 və 23
saylı məntəqələrdə açıq səs vermə prosesi gedir. 63 saylı məntəqəyə müxalifətdən
olan komissiya üzvləri , namizədin məşvərətçi nümayəndələri və müşahidəçilər bir
neçə saat məntəqəyə buraxılmayıblar. Yalnız ciddi səylərdən sonra buna nail
olunub. Bu zaman müxalifətdən olan məntəqə katibi döyülüb və onun eynəyi
sındırılıb. Bütün məntəqələrdə seçki qutularına kütləvi şəkildə saxta
bülletenlər salınır. Və seçki prosesi rayon icra strukturlarının nəzarəti
altındadır.
Kürdəmirdəki pozuntular
- 28 sayli Sovla kend sechki mentegesi.Bullutenler goturulen zaman Seçki
komisiyasinin katibi Məmmədov Qulunun yerinə saxta imza atılıb.
- 4 saylı məntəqədə su idarəsinin müdiri muşahideçi adı ilə məntəgədə
seçiciləri YAP namizədinə səs verməsi uçün təlimatlandırılır.
- 13 saylı Xırdapay məntəqəsində məntəgə daxilində kənar şəxslər
Seçiciləri YAP namizədinə səs verməsi uçün təlimatlandırılırlar.
- Məntəqələrin hamısında barmaqların mürəkkəblənməsini yoxlayan aparatlar
komissiyanin YAP-dan olan uzvlerinin əllərindədir.
- 5 və 6 saylı məntəgədə Exit- Polun nümayendeleri sesverme Kabinələrinin
5-6 metrliyindədir.
- 7 saylı məntəgədə seçıci Rüstəmov Ələkbər YAP-dan olan komisiya Üzvünə
sürücülük vəsiqəsini göstərərək ikinci dəfə səs verib.
- 7 saylı məntəqənin giriş ve çıxış mövcud oldugu halda hərəkət
birtərəflidir.
- YAP namizedi N.Qəribovun nümayəndəsi 3 saylı məntəgədə seçıcilərə kimə
səs verməsi üçün açıq gösteriş verdiyi halda bunun qarşısını almaq üçün məntəqə
sədri tərəfindən heç bir tədbir görülmür.
- 13 saylı mənətəqənin sədri Xələfov Rəşadət seçiciyə izah etmek adı Ilə
onun yerinə bulletendə YAP namizədinə geydiyyat aparıb.Bir seçıciyə 2 dəfə səs
vermək üçün şərait yaradılır.
- 6 saylı məntəqədə YAP-ın namizedi N. Qəribovun oglu onun lehine
təbligat apardıgı üçün müşahidəçilərin təzyiqii ilə məntəqədən kənara çıxarılıb.
- 33 saylı məntəqə Icra hakimiyyətinin Qarasaqqalı kəndi üzrə nümayəndəsi
Nadirov Qardaş əhaliyə şəxsiyyet vərəqələri paylayaraq onların YAP-ın namizədinə
səs verməsi üçün təbligat aparır.
- 10,11,12 saylı məntəqələrdə səs verənlər məntəqədən çölə çıxarılmır.
Pərdə arxasına bir neçə nəfər eyni zamanda buraxılır.
-14 saylı məntəqədə eyni zamanda 40 nəfər insan buraxılır. Seçkilərə
müşahidə münkünsüzdür.
- 15 saylı məntəqədə müşahisdəçilərin muşahidəsi üçün şərait
yaradılmayıb.
- 16 saylı məntəgədə kabinələrə bir neçə nəfər eyni vaxtda içəriyə
buraxılır.
- 2 ,16 saylı məntəqə yaxınlıgında YAP namizədinin açıq təbligatı
aparılır.
- Kürdəmir rayon xəstəxanasının baş həkimi Zahid Əhmədov 3 saylı
məntəqəyə gələrək orada oturaraq seçki prosesinə müdaxilələr edir.
- Seçici fəallıgı az oldugu üçün əhalini seçkilərə gətirmək üçün maşınlar
tutulur.
- 6 saylı məntəgədə seçki komisiyasının katibi seçicilere kimə səs vermək
lazım olduğunu göstərir
Saat 12.00-dan etibarən 20 saylı Nərimanov ikinci seçki dairəsində baş verən
qanun pozuntuları
- 5 saylı məntəqənin qarşısında Adil Əliyevin qərargahından
nümayəndəsi olan cavan oğlan duraraq gəlib-gedənlərdən kimə səs verəcəklərini
soruşur. Jurnalist Sevinc Telmanqızı tərəfindən fotoşəkili çəkilərək fiksə
olunub.
- 15 saylı məntəqənin qarşısında Adilin adamları seçiciləri A.Əliyevə səs
verməyə məcbur edirlər.
1331 – 20 saylı məntəqənin qarşısında Adilin adamları seçiciləri A.Əliyevə səs
verməyə məcbur edirlər.
- 22 saylı məntəqədə narıncı qalstuk taxmış, polis işçisi olan Adil
Əliyevin Azər adlı müşahidəçisi Rəşad Nazimoğluna və “Bakı xəbərin” müxbiri
Nəbiyə qarşı zorakılıq edib, hədə-qorxu gəlib. Mətəqədə təxribat şəraiti
yaradıb. Şəkillər çəkilib.
- 4 saylı məntəqədə detektor işləmirdi.
- 2 saylı məntəqədə siyahıda adı olmayan bir qrup adamı Adil Əliyev
adamları taksi tutuaraq başqa məntəqəyə səs verməyə apardılar, 10 GS-170 markalı
maşın.
- 5 saylı məntəqədə məntəqə komissiyanın sədri və detektorun nəzarətçisi
bir neçə dəfə Adil Əliyevin adını çəkərək seçiciləri ona səs verməyə çağırıb.
- 5 saylı məntəqənin qarşısına içərisi insanlarla dolu olan avtobus
gətirilərək Adil Əliyevin adamları tərəfindən məntəqəyə səs verməyə aparıldı.
Saat 1000 –dan 1200-dək aşağıdakı hallar qeydə alınıb
- 6 saylı məntəqədə məntəqənin üzvü, komissiya sədrinin bacısı oğlu Elşad
Səfərov detektorla jurnalist Nəbi Alışovu vurmaq istəyib.
- “Gənclik” metrosunun qarşısında Adil Əliyevin adı yazılmış kurtkalar
geyinmiş adamlar maşınlara adamları yığıb məcburi səsverməyə aparırlar. Həmin
şəxslər mülki geyimli polis işçiləridir.
- 22 saylı məntəqədə “Space” telekanalının müxbirinə qarşı kiobu\dluq
edilib. ATƏT-in nümayəndəsi Pavvesiyə bu haqda məlumat verilib.
- 23 saylı məntəqənin qatşısında polis açıq-aşkar təbliğatla məşğul olur.
- 20 saylı məntəqədə bir kabinəyə 2-3 adam birdən daxil olurlar.
Komissiya üzvləri qorxudan heç bir iş görmürlər.
- 16, 17 və 20 saylı məntəqələrdə isə mülki geyimli, idmançı görkəmli
adamlar məntəqəyə kütləvi şəkildə seçici keçirirlər. Onlar da səs-küy yaradaraq
nəzarətsizlik mühiti yaradırlar.
Saat 14.00-dan sonra daxil olan məlumatlar
- 30 saylı Suraxanı birinci seçki dairəsindən daxil olan məlumatlarda
bildirilir ki, bütün məntəqələr idarə müdirləri, icra nüməyəndələrinin nəzarəti
altındadır. Müxalifətdən olan müşahidəçilərə seçkiləri müşahidə etməyə imkan
vermirlər. Etiraz etdikdə isə polislərin zorakılıqları ilə üzləşirlər. Elə
məntəqələr var ki, orada mürəkkəb seçicilərin baş barmaqlarına deyil, əllərinin
müəyyən hissələrinə vurulur. Bu isə dairədə karusel əməliyyatının həyata
keçirilməsinə şərait yaradır.
- 41 saylı Sumqayıt birinci dairədən “Azadlıq” blokunun vahid namizədi
İkram İsrafilovun seçki qərargahından daxil olan məlumata görə məntəqələrdə
saxtakarlıq halları məktəb direktorlarının vasitəsilə həyata keçirilir. 2 , 1 ,
10 saylı məktəblərin direktorları valideynlərə təsir göstərərək onları keçmiş
AXCP üzvü Arzu Musayevə səs verməyə çağırırlar. Bu qanunsuzluqlarla bağlı akt
tərtib olunaraq ATƏT müşahidəçilərinə təqdim edilib.
- 7 saylı məntəqədə müşahidəçiyə şəxsiyyət vəsiqələrinin yoxlanmasına
icazə verilməyib.
- 1 saylı məntəqənin qarşısında (əksər məntəqələrdə) Adil Əliyevin
adamları durub səsverməyə gələnlərlə “kimə səs verəcəkləri” barədə sorğu
keçirirlər.
- 29 saylı məntəqənin qarşısında Adil Əliyevin adamları durub səsverməyə
gələnlərlə “kimə səs verəcəkləri” barədə sorğu keçirərək onlara təsir edirlər.
Polisə, komissiyaya bu haqda məlumat verilib, amma heç bir tədbir görmürlər.
- 1 və 2 saylı məntəqənin qarşısında Adil Əliyevin adamları, polis və JEK
işçiləri durub səsverməyə gələnlərə “Adilə səs verin, yoxsa sizə pis olacaq”
deyə təsir edirlər.
- 16 və 17 saylı məntəqənin qarşısında Adil Əliyevin adamları (əllərində
Adilin şəkili), polis və JEK işçiləri durub səsverməyə gələnlərə “Adilə səs
verin, yoxsa sizə pis olacaq” deyə təsir edirlər.
- 23 saylı məntəqənin qarşısında sahə müvəkkili və JEK-in müdiri durub
səsverməyə gələnlərə “Adilə səs verin, yoxsa sizə pis olacaq” deyə təsir
edirlər, onların sənədlərin alıb baxırlar.
- 20 və 26 saylı məntəqənin qarşısında Adil Əliyevin adamları durub
seçicilərə İsa Qəmbərə səs verməyə imkan vermirlər.
- 5 saylı məntəqənin qarşısında mülki geyimli polislər və idmançılar
adamları məntəqəyə buraxmırlar.
- 8 saylı məntəqənin qapısinda duraraq Adil Əliyevin adamı durub İsa
Qəmbərə səs verəcək seçiciləri məntəqəyə buraxmır.
- 17 saylı məntəqədə Adil Əliyevin müşahidəçisi A. Əliyevin şəklini
boynuna asıb. Bir neçə seçici də A. Əliyevin şəkli olan kurtkalar geyinərək
məntəqənin içərisində təbliğat aparır.
- 27 saylı məntəqənin qarşısında JEK işçiləri yığışaraq Adil Əliyev
xeyrinə təbliğat aparırlar.
- 10 saylı məntəqədə məntəqə sədri seçiciləri Adil Əliyevə səs verməyə,
bülletendə onun adını qeyd etməyi bildirir.
- 17 saylı məntəqədə Adil Əliyevin müşahidəçisinin A. Əliyevin şəklini
boynuna asması, A. Əliyevin şəkli olan kurtkaların geyinilməsi ilə əlaqədar akt
tərtib etməyə məntəqə sədri imkan vermir.
- 15 saylı məntəqədə İcra Hakimiyyətinin nümayəndəsi səhər saat 9.00-dan
məntəqəyə gələrək seçiciləri Adil Əliyevə səs verməyə məcbur edir. Hətta A.
Əliyev tərəfindən seçici özü ona yardım edilmək təklif olunduğunu bildirib.
- 3 saylı məntəqədə həmin ərazidəki JEK-in müdiri seçicilərin qolundan
tutub Adil Əliyevə səs verməyə məcbur edir.
- 23 saylı məntəqənin qarşısında sahə müvəkkili və JEK-in müdiri durub
səsverməyə gələnlərə “Adilə səs verin, yoxsa sizə pis olacaq” deyə təsir
edirlər, onların sənədlərin alıb baxırlar.
Bu saata olan məlumata görə sözügedən dairədə 3662 nəfər seçici səs verib.
- 33 saylı Xətai birinci seçki dairəsindən “Azadlıq” seçki blokunun vahid
namizədi Qabil Hüseynlinin seçki qərargahının rəhbəri Vidadi Hüseynovun verdiyi
məlumata görə, bir sıra məntəqələrdə artıq qanun pozuntuları aşkarlanıb. 4 saylı
məntəqədə bir neçə seçicinin təkrar səsvermə faktı müşahidə olunub. 12 saylı
məntəqədə isə müəllimlər qeydiyyatda olduqları məntəqələrdə deyil, məhz
işlədikləri məktəbdə yerləşən seçki məntəqəsində səs veriblər. Bundan başqa
həmin dairədən namizədliyi irəli sürülmüş Hüseynbala Mirələmovun adamları
tərəfindən bir sıra məntəqələrdə kameralar quraşdırılıb. Saat 12-yə yaxın
sözügedən seçki qərargahının səyi nəticəsində bu qanunsuzluğa son qoyulub.
- 86 saylı İsmayıllı seçki dairəsindən “Azadlıq” blokunun vahid namizədi
Mehman Cavadoğlunun seçki qərargahından daxil olan məlumatda rayonda seçki
fəallığının yüksək olduğu bildirilir. Məlumatda saxtakarlıqla bağlı faktlar
bunlardır:
1) Talıstan kənd məktəbinin direktoru və Bican kənd icra nümayəndəsi Raqub
Məmmədov məntəqələrdə əyləşərək birbaşa seçicilərə təzyiq göstərir, onları
Novruzəli Aslanova səs verməyə məcbur edirlər.
2) Son məlumata görə Talıstan kəndində seçki prosesinə artıq rayon icra
strukturlarında çalışan məmurlar da fəal surətdə cəlb olunublar. Verilən
məlumata görə, saxta xəstəlik kağızı olan 72 nəfər seçici üçün seçki qutuları
naməlum istiqamətə aparılıb.
- 71 saylı Masallı Kənd dairəsində də saxtakarlıqlara başlanılıb. Həmin
dairədən “Azadlıq” blokunun vahid namizədi Gülağa Aslanlının seçki qərargahından
daxil olan məlumata görə 11, 12, 13, 19, 20, 21 və 22 saylı məntəqələrdə seçki
prosesləri ərazi icra nümayəndələrinin tam nəzarəti altında aparılır. Burada
seçicilərə Elmira Axundovaya səs vermək üçün təzyiqlər edilir. Bundan əlavə
seçicilərə məntəqələr qarşısında pul paylanması hallarına da təsadüf edilib.
- 19 saylı Nərimanov seçki dairəsindən daxil olan məlumatlarda bildirilir
ki, 1, 2, 5, 6 saylı məntəqələrdə qanun pozuntuları aşkarlanıb. 66 saylı
məktəbin direktoru Məhbubə müşahidəçilərə normal fəaliyyət göstərməyə imkan
vermir, Məntəqədə YAP nümayəndələri açıq-aşkar təbliğat apararaq insanları Əli
Əhmədova səs verməyə təhrik edirlər. 2 saylı məntəqədə bağça müdirəsi seçicilərə
çay verərək onları YAP-ın namizədinə səs verməyə çağırır. 5-6 məntəqələrdə seçki
qutularına çoxlu sayda möhürsüz bülletenlər salınıb.
- 38 saylı (Gəncə) Nizami ikinci dairədən “Azadlıq” blokunun vahid
namizədi Cahangir Əmirxanlının seçki qərargahından daxil olan məlumata görə
sözügedən dairədə total saxtakarlıq halları baş verməkdədir. 15, 23, 24 saylı
məntəqələrdə müşahidəçilərə öz missiyalarını həyata keçirməyə imkan verilmir.
Dairədə icra strukturları deputatlığa namizəd Ruslan Qurbanovun “qələbə”sini
təmin etməyə çalışırlar. 14 saylı məktəbdə yerləşən məntəqədə Evlər İdarəsinin
rəisi İfadə Avşarova adamları avtobuslara yığaraq Ruslana səs vermək üçün
məntəqələrə apartdırır. 4 saylı məntəqənin komissiya sədri Ziyafət Həsənova
istədiyi adamlara bülletenlər verərək onların qanunsuz olaraq səs verməsinə
şərait yaradır. Onun nəzarətində olan xüsusi qoçu dəstələri seçicilərin
barmaqlarına mürəkkəb vurulmasına icazə vermirlər. Bundan əlavə qutulara çoxlu
sayda saxta bülletenlər salınır. 9 saylı məntəqədə bülletenlər sayılmayıb.
Bülletenlərin sayılmasına isə imkan verilmir. Bülletenlərin nömrələrində
ardıcıllıq prinsipi pozulub. 16 saylı məntəqədə müxalifətə yaxın olan insanlara
səs verməyə imkan verilmir. Onlardan çoxlarının adları seçici siyahılarına
salınmayıb.
Müsavat mətbuat xidməti, 06.11.2005