PA Consulting Group Exit Poll-un nəticələrini elan etdi
Nəticələr elə ilk baxışdan şübhəlidir və çox hissəsi (85 %-dək) hakimiyyətin elan etdiryi siyahi ilə üst-üsyə düşür

USAID təşkilatının maliyyələşdirdiyi PA Consulting Group-un Azərbaycanın cəmi 65 seçki dairəsində həyata keçirdiyi "Exit Poll"un nəticələrini açıqlayıb. Xatırladırıq ki, bütün dünyada Exit Poll, adətən seçkilər bitməmiş və ya ondan bir-iki saat sonra elan olunmasına baxmayaraq, PA Consulting Group-un keçirdiyi Exit Poll-un nəticələri tam şəkildə yalnız seçkilər bitdikdən təxminən bir sutka sonra internetə yerləşdirilib. Bu faktın özü exit poll-un nəticələrinin həqiqəti əks etdirdiyinə möhkəm şübhələr yaradır.

Başqa bir müşahidələrimizə görə, dünən noyabrın 6-da gecə yarıya qədər nəticələr həqiqəti əks etdirərkən, sonradan (Məzahir Pənahovun PA Consulting Group-un əleyhinə söylədikləri sözlərdən sonra) nəticələr birmənalı olaraq hakimiyyətin maraqlarını əks etdirməyə başladı...

7 noyabr saat 18:00-a olan məlumata görə, Exit Poll-un nəticələri belə olub:

1 saylı Şərur-Sədərək - Vasif Talıbov (YAP) - 85,3 %
2 saylı Şərur - İsa Həbibbəyli (YAP) - 88,3 %
3 saylı Babək-Kəngərli - Möhbalıyev Səttar (?) - 73,9 %
7 saylı Ordubad-Culfa - Əylisli (Naibov) Əkrəm (bitərəf) - 68,9 %
8 saylı Binəqədi-1 - Arzu Səmədbəyli ("Azadlıq") - 34,3 %
10 saylı Binəqədi-3 - İlham Hüseynli ("Azadlıq") - 69,5 %
11 saylı Qaradağ - Yaqub Abbasov (?) - 58,2 %
13 saylı Əzizbəyov-1 - Rauf Əliyev (YAP) - 37,9 %
15 saylı Yasamal-1 - Eldar Namazov Saqif oğlu (YeS) - 29,2 %
16 saylı Yasamal-2 - Abel Məhərrəmov (YAP) - 27,4 %
17 saylı Yasamal-3 - Hacıyeva Lalə-Şövkət (Liberal-Milli Birlik) - 43,6 %
22 saylı Nəsimi-2 - Murad Sadəddinov ("Azadlıq") - 33,6 %
29 saylı Səbayel - Həsən Kərimov ("Azadlıq") - 27,8 %
30 saylı Suraxanı-1 - Vurğun Əyyub ("Azadlıq") - 52,1 %
32 saylı Suraxanı-3 - Ağacan Əbiyev ("YAP") - 50,2 %
34 saylı Xətai-2 - Nəsib Nəsibli ("Azadlıq") - 40,5 %
37 saylı (Gəncə) Nizami-1 - Abbasov Aydın (bitərəf) - 52 %
39 saylı (Gəncə) Kəpəz-1 - Vidadi Məmmədov (YAP) - 32,1 %
40 saylı (Gəncə) Kəpəz-2 - Quliyev Musa (YAP) - 27,4 %
41 saylı Sumqayıt-1 - İkram İsrafilov ("Azadlıq") - 21,9 %
44 saylı Sumqayıt-Abşeron - Nəriman Qasımoğlu ("Azadlıq") - 33,8 %
46 saylı Əli-Bayramlı - Azay Quliyev ("İctimai Liderlər") - 44 %
47 saylı Mingəçevir - Aydın Mirzəzadə (YAP) - 47,6 %
48 saylı Yevlax - İlham Məmmədov (?) - 53,4 %
51 saylı Qusar - Xəlilbəy Günəşov (?) - 46 %
54 saylı Dəvəçi-Siyəzən - Tahir Süleymanov (YAP) - 40,6 %
55 saylı Xaçmaz şəhər - Lalə Abbasova (?) - 37,3 %
56 saylı Xaçmaz kənd - Nizami Xudiyev, (YAP) - 51,5 %
57 saylı Kürdəmir - Fərhad Qəribov (?) - 42,7 %
58 saylı Hacıqabul-Kürdəmir - Rafael Hüseynov (Vətəndaş Həmrəyliyi) - 46,3 %
61 saylı Netfçala - Fərman Hüseynov ("Azadlıq") - 46,8 %
62 saylı Saatlı - Cəlal Əliyev (YAP) - 54,2 %
64 saylı Sabirabad-Saatlı - Rüstəm Xəlilov (?) - 34,9 %
67 saylı Cəlilabad şəhər - Həsənov Aydın (?) - 56 %
68 saylı Cəlilabad kənd - Mirkazım Kazımov (YAP) - 56,1 %
69 saylı Cəlilabad-Masallı-Biləsuvar - Qulamhüseyn Əlibəyli ("Azadlıq") - 35,5 %
71 saylı Masallı kənd - Axundova Elmira (bitərəf) - 43,8 %
72 saylı Yardımlı-Masallı - Sabir Rüstəmxanlı (Vətəndaş Həmrəyliyi) - 46,2 %
73 saylı Lənkəran şəhər - Rüfət Quliyev (?) - 54,8 %
78 saylı Lerik-Lənkəran - Miri Qəmbərov (YAP) - 46,1 %
79 saylı İmişli - Əkbərli İltizam (?) - 39,1 %
82 saylı Ağcabədi - Tahir Rzayev (YAP) - 29,2 %
84 saylı Füzuli - Bahar Muradova (YAP) - 49,5 %
86 saylı İsmayıllı - Novruzəli Aslanov (?) - 26,6 %
87 saylı Ağsu-İsmayıllı - Ərəstun Cavadov (?) - 74,4 %
88 saylı Göyçay - Sabir Hacıyev (?) - 42,2 %
89 saylı Göyçay-Ağdaş - Şəmsəddin Hacıyev (YAP) - 62,1 %
90 saylı Ağdaş - Əsədullayev Çingiz (?) - 60,7 %
91 saylı Ucar - Elton Məmmədov (?) - 80 %
93 saylı Bərdə şəhər - Zahid Orucov (Ana Vətən) - 33 %
94 saylı Bərdə kənd - Gövhər Baxşəliyeva (?) - 66,2 %
95 saylı Tərtər - Aynur Camalqızı (bitərəf) - 72,7 %
98 saylı Şamkir şəhər - Azər Əmiraslanov (bitərəf) - 54,4 %
101 saylı Xanlar-Daşkəsən - Rövşən Rzayev (?) - 68,5 %
102 saylı Samux-Şəmkir - Valeh Ələsgərov (?) - 71,7 %
104 saylı Gədəbəy-Tovuz - Nazim Məmmədov (?) - 56,2 %
106 saylı Tovuz-Qazax-Ağstafa - İlyas İsmayılov (Ədalət) - 31,1 %
107 saylı Qazax - Vaqif Səmədoğlu (bitərəf) - 35,9 %
109 saylı Balakən - Rəbiyyət Aslanova (YAP) - 55,9 %
115 saylı Şəki kənd-2 - Məjlum Şükürov (?)  - 37,2 %
116 saylı Qəbələ - Fəttah Heydərov (YAP) - 74,6 %
119 saylı Ağdam kənd - Təhmasib Novruzov (?) - 33,6 %
123 saylı Kəlbəcər - Cavid Qurbanov (YAP) - 72,8 %
124 saylı Şuşa-Füzuli-Xocalı - Elman Məmmədov (YAP) - 27,5 %
125 saylı Zəngilan-Qubadlı - Ramiz Rövşən ("Azadlıq") - 17,6 %

isagambar.az