"Azadlıq" bloku
mətbuat xidməti, 06 noyabr 2005-ci il
Seçki saxtakarlıqları
Qanun pozuntuları haqqında son məlumatlar
- 62 saylı Saatlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Ənnağı Hacıbəylinin səlahiyyətli nümayəndəsi Şamil Hacıbəylinin verdiyi məlumata
görə, 34 saylı Soltanabad kənd məntəqəsində «PA Counsalting» şirkətinin
exit-poll keçirən nümayəndələri Ağayev İsrafil və Piriyev İmran YAP üzvləridir.
Eynilə də 28 saylı Fətəli kənd seçki məntəqəsində «PA Counsalting» şirkətinin
exit-poll keçirən nümayəndələri Mürsəlov Fədili və Yusifov Telman YAP
üzvləridir. Buna səbəb «PA Counsalting» şirkətinin yerli tərəfdaş kimi Saatlı
rayon icra başçısı Gülhüseyn Əhmədovun əmisi oğlu Əlicabbar Əhmədovun rəhbərlik
etdiyi «Azərbaycan vətəndaşlarının iqtisadi inkişafına yardım» Assosiasiyası ilə
əməkdaşlıq etməsidir.
- 123 saylı Kəlbəcər Seçki Dairəsinin üzvü Ərşad İbrahimlinin verdiyi
məlumata görə, 11 saylı məntəqədə iqtidarın namizədi Cavid Qurbanovun vəkilləri
Nizami Çıraqov və Vidadi Məmmədov açıq təbliğat aparırlar. Dairə ərazisində
yerləşən bütün məntəqələrdən «Azadlıq bloku»nun müşahidəçiləri
uzaqlaşdırılıblar. 33 saylı seçki məntəqəsində süni şəkildə 30-40 nəfərin
iştirakı ilə qarışıqlıq yaradılmasına etiraz edən məntəqə katibi Telman Xələfov
vəhşicəsinə döyülüb və məntəqədən uzaqlaşdırılıb.
- 48 saylı Yevlax Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Şəkər İskəndərlinin seçki qərargahının koordinatoru Abbasəli Rüstəmovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə Yevlax icra başçısı Elmar Vəliyevin xalası oğlu
məntəqədə oturaraq YAP vəsiqəsi olmayan seçicilərə bülleten vermir. 28 saylı
məntəqədə «Mitovski» sorğu şirkətinin apardığı monitorinqə icra nümayəndəsi
Oqtay müəllim və bələdiyyə üzvləri müdaxilə edir.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə «Azadlıq bloku»ndan məntəqə üzvü Ağakişi Əzizov
tərəfindən bir nəfər seçicidə iki ədəd Gültəkin Hacıyevanın lehinə işarələnmiş
bülleten aşkar edilərək aktlaşdırılıb. 16, 17 saylı məntəqələrdə deputatlığa
namizəd G.Hacıyevanın vəkilləri Məmişov Yolçu və Bağırov Gündüz seçicilərə
təzyiq göstərərək G.Hacıyevaya səs verməyə təhrik edib. Bundan başqa Bağırov
Gündüzün rəhbərliyi altında qoçu dəstəsi seçicilərə hədə-qorxu gələrək eyni
qaydada G.Hacıyevaya səs verməyə məcbur ediblər.
- 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən «Azadlıq bloku»ndan
deputatlığa vahid namizədi Tofiq Quliyevin səlahiyyətli nümayəndəsi Şakir bəyin
verdiyi xəbərə görə, 73 saylı seçki məntəqəsində «Azadlıq bloku»ndan olan
məntəqə üzvləri Mətləb Dadaşov və Ənnağı Həsənov döyülüb. Onların hər ikisi
məntəqədən uzaqlaşdırılıb. Bundan başqa, icra nümayəndəlri məntəqələrdə
əyləşərək seçkilərin S.Rüstəmxanlının lehinə saxtalaşdırılıb.
- 10 saylı Binəqədi ikinci Seçki Dairəsindən «Azadlıq bloku»ndan
deputatlığa vahid namizədi İlham Hüseynlinin seçki qərargahının rəhbəri Kamil
Mürsəlin verdiyi məlumata əsasən həmin dairənin 7 saylı məntəqəsində müşahidəçi
Şükürov Elçin Binəqədi polis işçiləri tərəfindən zor tətbiq edilərək məntəqədən
polis idarəsinə aparılmışdır.
- 64 saylı Sabirabad ikinci Seçki Dairəsindən «Azadlıq bloku»ndan
deputatlığa vahid namizədi Xaliq Hacıyevin səlahiyyətli nümayəndəsi Səttar bəyin
verdiyi məlumata görə, 12 saylı seçki məntəqəsində məşvərətçi səshüququ olan
Süleymanov Ramiz saxta bülletenlərin atılmasına qarşı çıxmış və bu səbəbdən
komissiyanın sədri tərəfindən zorakı əməllərə məruz qalaraq məntəqədən
uzaqlaşdırılıb.
- 121 saylı Laçın Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa vahid
namizədi Hüseyn Naibovun seçki qərargahından verilən məlumata görə, 17,68,102
saylı seçki məntəqələrində icra nümayəndələri kütlvi şəkildə seçiciləri
məntəqəyə gətirib, YAP namizədinə səs verməyə göstəriş veriblər.
- 62 saylı Saatlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Ənnağı Hacıbəylinin səlahiyyətli nümayəndəsi Şamil Hacıbəylinin verdiyi məlumata
görə, 34 saylı Soltanabad kənd məntəqəsində «PA Counsalting» şirkətinin
exit-poll keçirən nümayəndələri Ağayev İsrafil və Piriyev İmran YAP üzvləridir.
Eynilə də 28 saylı Fətəli kənd seçki məntəqəsində «PA Counsalting» şirkətinin
exit-poll keçirən nümayəndələri Mürsəlov Fədili və Yusifov Telman YAP
üzvləridir. Buna səbəb «PA Counsalting» şirkətinin yerli tərəfdaş kimi Saatlı
rayon icra başçısı Gülhüseyn Əhmədovun əmisi oğlu Əlicabbar Əhmədovun rəhbərlik
etdiyi «Azərbaycan vətəndaşlarının iqtisadi inkişafına yardım» Assosiasiyası ilə
əməkdaşlıq etməsidir.
- 123 saylı Kəlbəcər Seçki Dairəsinin üzvü Ərşad İbrahimlinin verdiyi
məlumata görə, 11 saylı məntəqədə iqtidarın namizədi Cavid Qurbanovun vəkilləri
Nizami Çıraqov və Vidadi Məmmədov açıq təbliğat aparırlar. Dairə ərazisində
yerləşən bütün məntəqələrdən «Azadlıq bloku»nun müşahidəçiləri
uzaqlaşdırılıblar. 33 saylı seçki məntəqəsində süni şəkildə 30-40 nəfərin
iştirakı ilə qarışıqlıq yaradılmasına etiraz edən məntəqə katibi Telman Xələfov
vəhşicəsinə döyülüb və məntəqədən uzaqlaşdırılıb.
- 48 saylı Yevlax Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Şəkər İskəndərlinin seçki qərargahının koordinatoru Abbasəli Rüstəmovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə Yevlax icra başçısı Elmar Vəliyevin xalası oğlu
məntəqədə oturaraq YAP vəsiqəsi olmayan seçicilərə bülleten vermir. 28 saylı
məntəqədə «Mitovski» sorğu şirkətinin apardığı monitorinqə icra nümayəndəsi
Oqtay müəllim və bələdiyyə üzvləri müdaxilə edir.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid
namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə «Azadlıq bloku»ndan məntəqə üzvü Ağakişi Əzizov
tərəfindən bir nəfər seçicidə iki ədəd bülleten Gültəkin Hacıyevanın lehinə
işarələnmiş şəkildə aşkar edilərək tutularaq aktlaşdırılmışdır. 16, 17 saylı
məntəqələrdə deputatlığa namizəd G.Hacıyevanın vəkilləri Məmişov Yolçu və
Bağırov Gündüz seçicilərə təzyiq göstərərək G.Hacıyevaya səs verməyə təhrik
edirlər. Bundan başqa Bağırov Gündüzün rəhbərliyi altında qoçu dəstəsi
seçicilərə hədə-qorxu gələrək eyni qaydada G.Hacıyevaya səs verməyə məcbur
ediblər.
- 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən «Azadlıq» blokunun vahid
namizədi Eyyub Umudovun seçki qərargahından verilən xəbərə görə, 3 saylı
məntəqədə Hacıqabul Kompressor Müəssisəsinin rəisi Məmmədov Mirməmməd
müəssisənin bütün işçilərini məntəqəyə gətizdirərək YAP namizədinin xeyrinə səs
verməyə məcbur edir. Məntəqə sədri Quluyev Ağalar işçilərin səsvermələri barədə
möhürlü qəbz verir. 14 saylı məntəqədə icra nümayəndəsi Çingiz Səfərov,
bələdiyyə sədri İslam Hüseynov məntəqəyə daxil olaraq YAP namizədin xeyrinə
təbliğat aparıb. 39 saylı məntəqədə icra nümayəndəsi Vəliyev Cavid Hacıqabul
rayon Sosial-Müdafiə Fondunun rəisi Əliyev Cavanşir, Hacıqabul rayon Su
Assosiasiyasının müdiri Akif Zeynalov, Hacıqabul rayon Mehmiman kənd
xəstəxanasının baş həkimi Əliyev Həsrətqulu məntəqəyə daxil olaraq açıq-aşkar
YAP namizədinin xeyrinə çağırışlar edib. Həmin məntəqənin sədri Şıxəliyev
Güloğlan Əlisəttar oğlu orada olsa da baş verənlərə münasibət bildirməyib. 12
saylı seçki məntəqəsinin sədri Şirinov Nizami bülletenləri təqdim edərək
seçicilərə YAP namizədinə səs verməyə göstəriş verib. 13 saylı seçki
məntəqəsində icra nümayəndəsi Məmmədova Tamella rayon İH-nin şöbə müdiri
məntəqəyə daxil olaraq YAP namizədinə səs vermələrinə görə seçicilərə təzyiq
edib. 12 və 13 saylı seçki məntəqələrində bülletenlərin sayını dəqiqləşdirməyə
imkan verilmir.
- 61 saylı Neftçala Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Fərman Hüseynovun seçki qərargahından verilən məlumata görə, 18,19,20 saylı
seçki məntəqələrində işıqlar söndürülüb, bəzi seçicilərə üç-üç, dörd-dörd
bülleten verilib. Məntəqə sədri Orucəli Hüseynov bülleten təqdim edərkən YAP-ın
xeyrinə təbliğat aparır. 31 saylı seçki məntəqədə Xolqarabucaq kənd icra
nümayəndəsi Süleyman Ağayev bələdiyyə sədri Şirin Əmrahov məntəqəyə tez-tez
daxil olaraq YAP-ın namizədi Arif Rəhimzadənin xeyrinə təbliğat aparır.
Hakimiyyətə yaxın bir nəfər latın əlifbasını bilməyən seçicələrə seçki
bülletenində Arif Rəhimzadənin adını göstərərək ona səs verməyin gərək olduğunu
bildiri. Təkidlə tələb edilsə də o, adını açıqlamaqdan imtina edir. 8 saylı
məntəqədə Neftçala Su Təsərrüfat İdarəsinin rəisi Seyid Tağıyev də hakimiyyət
namizədinin xeyrinə təbliğatla məşğul olub. 6 saylı seçki məntəqəsində şəhər
icra nümayəndəsi İlyas müəllim məntəqədənin işinə müdaxilə edir.
- 121 saylı Laçın Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Hüseyn Naibovun seçki qərargahından verilən məlumata görə, 13, 29, 32, 35, 38,
47, 88, 89, 95, 75 saylı seçki məntəqələrinin qarşısında saat 12.00 radələrində
şəxslər dayanaraq Sevindik Hətəmovun təbliğatını aparıb. 35 saylı seçki
məntəqəsində saat 9-10 radələrində Abşeron icra hakiminin qardaşı 5 saylı MİS-in
müdiri Fərəcov Məmməd Fərəc oğlu səsvermə otağına daxil olaraq S.Hətəmova səs
vermə göstərişi verib. 32 saylı məntəqənin sədri Malik müəllim S.Hətəmovun
lehinə səs verməyi göstəriş verir.
- 64 saylı Sabirabad Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Xaliq Bahadırın verdiyi xəbərə görə, ötən gecə rayon İH başçısı Əşrəf Məmmədov
bütün kənd icra nümayəndələrini və bələdiyyə üzvlərini toplayaraq onları
seçkilərin nəticələrini hakimiyyətin müdafiə etdiyi namizəd Rüstəm Xəlilovun
xeyrinə saxtalaşdırmaq haqda xüsusi göstəriş verib. Bu gün səhərdən başlayaraq
bütün seçki məntəqələrinin qarşısında icra nümayəndələri və bələdiyyə üzvləri
yığışaraq seçicilərə hədə-qorxu gələrək onları hakimiyyətin namizədəinə səs
verməyə təhrik edir. Sarxanlı kəndində yerləşən 2 saylı məntəqədə bülletenlər
kütləvi şəkildə Rüstəm Xəlilovun xeyrinə işarələnərək qutulara atılır. Buna
etiraz edən «Azadlıq blokun»dan müşahidəçi Ramiz Süleymanov döyülərək məntəqədən
çıxarılıb.
- 32 saylı Suraxanı Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Kamil Vəli Nərimanoğlunun verdiyi xəbərə görə, 21 saylı məntəqənin sədri, məktəb
direktoru Babazadə Dadaş «Azadlıq» blokunun məntəqədəki bütün nümayəndələrini
təhqir edrək məntəqədən çıxarmağa çalışıb. Qaynağın verdiyi xəbərə görə,
məntəqəyə hakimiyyətin dəstəklədiyi namizəd Ağacan Əbiyevin xeyrinə
saxtalaşdırılan bülletenlər gətirilərək qutulara atılır. A.Əbiyevin bacısı, uşaq
poliklinikasının baş həkimi Səfiyyə Məmmədova məntəqələrdə qardaşının təbliğatı
ilə məşğuldur. O, seçicilərə pul paylayayır, exit-poll üçün «karusellər»
hazırlayır.
- 10 saylı Binəqədi ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi İlham Hüseynlinin seçki qərargahının rəhbəri Kamil Mürsəlin verdiyi
məlumata əsasən, həmin dairənin 9 saylı məntəqəsində məntəqə sədri 300 saylı
orta məktəbin direktoru Xəlilova İradə Əmir qızı müşahidəçilərin və komissiya
üzvlərin gözü qarşısında şəffaf seçki qutusunu seçki məntəqəsindən öz otağına
aparıb. Sonradan müşahidəçilərin təzyiqi nəticəsində yenidən məntəqəyə
gətirilib. Burada seçki qutusuna əlavə bülletenlər atıldığı aşkarlanıb.
9,10,11,27 saylı məntəqələrdə seçici siyahıları qanunda nəzərdə tutulduğundan
artıqdır. 27 saylı məntəqədə hərbçilər Hacı Madər Musayevin xeyrinə səs verir,
sübut üçün seçki bülletenini komissiya üzvlərinə göstərir.
- 35 saylı Xətai üçüncü Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Fuad Qəhrəmanlının seçki qərargahından verilən məlumata əsasən Hərbi
Akademiyada yerləşən 28 saylı məntəqədə məntəqə üzvü Qurbanov Eldəniz məntəqəyə
daxil olarkən Bağırov Tahirin lehinə qeyd edilmiş 5 ədəd bülleten aşkar edərək
aktlaşdırıb.
- 27 saylı Kürdəmir Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Akif İslamzadənin seçki qərargahının koordinatoru Azər İsmayıloğlunun verdiyi
məlumata görə, 33 saylı məntəqədə Qarasaqqal kənd icra nümayəndəsi Nadirov
Qardaş məntəqədə YAP nümayəndəsinin lehinə təbliğat aparılır. 10,11,12,14,16
saylı məntəqələrdə 40-50 nəfər məntəqəyə daxil olaraq səsvermə prosesinə
maneçilik yaradıblar.
- 42 saylı Sumqayı ikinci Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid
namizədi Flora Kərimovanın vəkili Əsabəyli Mustafa tərəfindən verilən məlumata
görə, seçki məntəqələrinin hamısında MİS işçilərini seçkilərə gətirir və
xeyir-şər evlərində ziyafət verirlər.
- 62 saylı Saatlı Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid namizədi
Ənnağı Hacıbəylinin səlahiyyətli nümayəndəsi Şamil Hacıbəylinin verdiyi məlumata
görə, 34 saylı Soltanabad kənd məntəqəsində PA-Counsaltinq şirkətinin exit-pol
keçirən nümayəndələri Ağayev İsrafil və Piriyev İmran YAP üzvləridir. Eynilə də
28 saylı Fətəli kənd seçki məntəqəsində PA-Counsaltinq şirkətinin exit-pol
keçirən nümayəndələri Mürsəlov Fədili və Yusifov Telman YAP üzvləridir. Buna
səbəb PA-Counsaltinq şirkətinin yerli tərəfdaş kimi Saatlı rayon icra başçısı
Gülhüseyn Əhmədovun əmisi oğlu Əlicabbar Əhmədovun rəhbərlik etdiyi «Azərbaycan
vətəndaşlarının iqtisadi inkişafına yardım» Assosiasiyası ilə əməkdaşlıq
etməsidir.
- 123 saylı Kəlbəcər Seçki Dairəsinin üzvü Ərşad İbrahimlinin verdiyi
məlumata görə, 11 saylı məntəqədə iqtidarın namizədi Cavid Qurbanovun vəkilləri
Nizami Çıraqov və Vidadi Məmmədov açıq təbliğat aparırlar. Dairə ərazisində
yerləşən bütün məntəqələrdən «Azadlıq bloku»nun müşahidəçiləri
uzaqlaşdırılıblar. 33 saylı seçki məntəqəsində süni şəkildə 30-40 nəfərin
iştirakı ilə qarışıqlıq yaradılmasına etiraz edən məntəqə katibi Telman Xələfov
vəhşicəsinə döyülüb və məntəqədən uzaqlaşdırılıb.
- 48 saylı Yevlax Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid namizədi
Şəkər İskəndərlinin seçki qərargahının koordinatoru Abbasəli Rüstəmovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə Yevlax icra başçısı Elmar Vəliyevin xalası oğlu
məntəqəyə daxil olaraq YAP vəsiqəsi olmayan seçicilərə bülleten vermirlər. 28
saylı məntəqədə sorğu keçirən Mitovski sorğu şirkətinin yanında icra nümayəndəsi
Oqtay müəllim və bələdiyyə üzvləri dayanaraq seçicilərə təzyiq edirlər.
- 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən «Azadlıq Bloku»nun vahid
namizədi Elçin Rzayevin səlahiyyətli nümayəndəsi Şəmsəddin Həsənovun verdiyi
məlumata görə, 4 saylı məntəqədə «Azadlıq bloku»ndan məntəqə üzvü Ağakişi Əzizov
tərəfindən bir nəfər seçicidə iki ədəd bülleten Gültəkin Hacıyevanın lehinə
işarələnmiş şəkildə aşkar edilərək tutularaq aktlaşdırılmışdır. 16, 17 saylı
məntəqələrdə deputatlığa namizəd G.Hacıyevanın vəkilləri Məmişov Yolçu və
Bağırov Gündüz seçicilərə təzyiq göstərərək G.Hacıyevaya səs verməyə təhrik
edirlər. Bundan başqa Bağırov Gündüzün rəhbərliyi altında qoçu dəstəsi
seçicilərə hədə-qorxu gələrək eyni qaydada G.Hacıyevaya səs verməyə məcbur
ediblər.
- 93 saylı Bərdə Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa
namizəd Əliyev Namət Faiz oğlunun seçki qərargahının rəhbəri Vüqar Qurbanov
məlumat verib ki, 2 saylı seçki məntəqəsinin səsvermə kabinələrində pərdələr
yoxdur. Polis işçiləri məntəqədən 150 metr məsafədə dayanaraq seçicilərin
şəxsiyyət vəsiqələrini özlərində saxlayıb, yalnız iqtidarın dəstəklədiyi
namizədə səs verəcəklərini bildirdikləri zaman şəxsiyyət vəsiqələrini
sahiblərinə verirlər. 7 saylı məntəqədə exit-pollu seçki məntəqəsinin daxilində
komissiya üzvü Məmmədov Bilal aparır. 37 saylı seçki məntəqəsinin bütün
pəncərələri sındırılıb. 9 saylı seçki məntəqəsinin sədri seçicilərin
barmaqlarına mürəkkəbi özü vurub. 4 saylı seçki məntəqəsində rayon təhsil
şöbəsinin müdiri İsmayılova Rahilə müşahidəçi qismində məntəqədə oturaraq
seçicilərə təzyiq göstərir. 11 saylı seçki məntəqəsində 4 saylı orta məktəbin
direktoru Ağayev Qəmbər məntəqədə seçicilərə təzyiq göstərərək deputatlığa
namizəd Zahid Oruca səs verməyə təhrik edir.
- 80 saylı İmişli Seçki Dairəsindən «Azadlıq bloku»ndan deputatlığa
namizədi Əli Qasımlının verdiyi məlumata görə, 15 saylı seçki məntəqəsinin sədri
Çingiz Atakişiyev seçicilərin barmağına mürəkkəb vurulmasına icazə vermir. 27
saylı seçki məntəqəsində İH-nin nümayəndəsi Sabalı Osmanov seçkiyə birbaşa
müdaxilə edir, seçicilərin köhnə sovet pasportlarını özündə saxlayaraq geri
qaytarmır. 38 saylı seçki məntəqəsində komissiya sədri Tofiq seçicilər arasında
təşviqat apararaq deputatlığa namizəd Əhmədov Əhədə səs verməyə təhrik edir. O,
özü şəxsən seyfi açaraq 5 nəfərin adından bülletenləri qutuya atıb. İH-nin
katibi məntəqədə oturub Əhəd Əhmədovun xeyrinə təbliğat aparmaqla məşğuldur.
- 101 saylı Xanlar-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Babayev
Cavanşir İslam oğlunun səlahiyyətli nümayəndəsi Elçin Rüstəmov məlumat verib ki,
1 saylı seçki məntəqəsində rayon icra başçısı V.Hacıyevin qardaşı Eldar Hacıyev
məntəqənin qarşısında duraraq seçicilərə hədə-qorxu gəlir, onları YAP-ın
namizədi Rövşən Rzayevə səs verməyə təhrik edir. Kənd icra nümayəndəsi Natiq
Əhmədov seçki məntəqəsinin içərisində Rövşən Rzayevə səs verməyə məcbur edir. 3
saylı məntəqədə rayon İH işçisi Abbasov Zaur eyni qayda ilə seçicilərə təzyiq
göstərərək YAP-ın namizədi Rövşən Rzayevə səs verməyə məcbur edir. 1 saylı seçki
məntəqəsində Rayon Kommunal-Təsürrüfat Şöbəsinin müdiri Mİrzə adlı şəxs
məntəqədə YAP-dan deputatlığa namizəd Rövşən Rzayevin xeyrinə təbliğat aparır.
- 103 saylı Gədəbəy Seçki Dairəsindən «Azadlıq bloku»nun deputatlığa
vahid namizədi Nizami Quliyevin səlahiyyətli nümayəndəsi Əli Rüstəmovun verdiyi
xəbərə görə, şəhər bələdiyyə sədri Zirəddin Səfərov, 1 saylı orta məktəbin
direktoru Əzizə Yusifova, rayon İH nümayəndəsi Sahib Səfərov 1,2,3 saylı seçki
məntəqələrində, epidemioloji şöbənin müdiri İsaq Şirinov, məntəqə sədri Mənsur
Əliyev və onun atası Cəlal Əliyev 3 saylı seçki məntəqəsində, kənd icra
nümayəndəsi Süleyman Əsədoğlun 6 saylı məntəqədə, rayon İH-nin şöbə mübiri Paşa
adlı şəxs 8 saylı məntəqədə, İH başçısının birinci müavini Yusif Cəfərov 10
saylı məntəqədə, kənd icra nümayəndəsi Səbuhi İsmayılov, bələdiyyə Zakir
Rüstəmov 12,13, 34 saylı məntəqələrdə, kənd icra nümayəndəsi Fərhad İbrahimov,
bələdiyyə sədri Ramiq Əliyev 14,15 saylı seçki məntəqələrində, kənd icra
nümayəndəsi Qəzənfər, bələdiyyə sədri Fərman Çobanoğlun, məktəb direktoru
Nəriman Qasımov 17,18 saylı məntəqələrində, kənd icra nümayəndəsi Kazımov Vahid
İsrafil oğlun, məktəb direktoru Əliyev Tuqay 19 saylı seçki məntəqəsində , kənd
icra nümayəndəsi Valeh Qasımov, bələdiyyə sədri Cəmil Abdullayev 20 saylı seçki
məntəqəsində, kənd icra nümayəndəsi Osman Quliyev, 21 saylı seçki məntəqəsində,
kənd icra nümayəndəsi İsgəndər Həsənalıyev 28 saylı seçki məntəqəsində YAP
namizədinin xeyrinə təbliğat aparır. 27 saylı məntəqənin sədri Abbasov Hümbət
Məhərrəm oğlu müşahidəçilərin gözü qarşısında seyfdən 500-ə yaxın hazır bülleten
götürərək qutuya atıb.
- 35 saylı Xətai üçüncü Seçki Dairəsindən «Azadlıq blokunun vahid
namizədi Fuad Namizədin seçki qərargahından verilən xəbərə görə, dairənin 27
saylı məntəqəsində məntəqə komissiyasının üzvü Elşən Beydullayev bir seçicinin
İqbal Ağazadənin xeyrinə işarələnmiş 2 ədəd bülleteni içəri keçirmək istəyərkən
saxlayaraq aktlaşdırılıb.
-21 saylı Nəsimi birinci Seçki Dairəsində AXCP-dən olan komissiya üzvü
İnqlab Kərimovun verdiyi məlumata görə, 1 saylı seçki məntəqəsində müxalifətdən
olan komissiya üzvlərinə seçkiöncəsi bülletenlərin sayılmasına imkan verilməyib.
Həmin məntəqənin sədri öz ad və soyadını deməkdən imtina edib. «Azadlıq
bloku»ndan olan komissiya üzvü İlkin Cavadov bildirib ki, 1 saylı seçki
məntəqəsinin sədrini o, ilk dəfə görür və komissiya sədri digər komissiya
üzvlərinə bildirib ki, o, seçkini bildiyi kimi keçirəcək. Onun üçün əsas icra
başçısından göstərişidir.
Həmin dairənin 2 saylı seçki məntəqəsində isə saat 11.00-a qədər seçicilərin
barmağına mürəkkəb vurulmayıb. Yalnız DSK üzvü İnqlab Kərimovun müdaxiləsindən
sonra seçicilərin barmaqlarına mürəkkəb vurulmasına başlanılıb. 3 saylı
məntəqədə məntəqənin sədri Nailə İsmayılova İnqildab Kərimovun məntəqyə
gəlişindən narahatlıq keçirdiyi üçün onunla məntəqənin digər üzvləri arasında
süni münaqişə yaradı və onu məntəqədən çıxarmağa çalışıb. 8-9 saylı məntəqələrdə
seçijilərin barmaqlarında mürəkkəb olub-olmadığı yoxlanılmadn bir daha
mürəkkəblənir. 16,17 saylı məntəqələrdə 10 AL-508 dövlət nömrə nişanlı QAZ-31
markalı avtomobildə gələn şəxslər seçki prosesinə kobud müdaxilələr edərək
seçiciləri konkret namizədə səs vermələri üçün yönləndirpməyə çalışır. 27,28
saylı məntəqəlrdə Ülvü Quliyevin idmançı dostları seçki məntəqəsinin qarşısında
seçicilərə hədə-qorxu gələrək onları Ü.Quliyev əsəs verməyə təhrik etmək
istəyir.
- 115 saylı Şəki Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Sahib Kərimovun səlahiyyətli nümayəndəsi Mehman İsmayılovun verdiyi xəbərə görə,
38 saylı məntəqənin yerləşdiyi 21 saylı məktəbin direktoru, YAP-ın təmsilçisi
Vəsilə xanım seçki prosesinə müdaxilə edir. 37 saylı məntəqədə icra nümayəndəsi
seçicilər arasında YAP-ın nümayəndəsi Məjlum Şükürovun xeyrinə təbliğat aparır.
Noyabrın 5-də 39 saylı məntəqədən verilən xəbərə görə, 220 nəfər xəstəliklə
bağlı məntəqəyə rəsmən müraciət edib. «Azadlıq» blokunun vəkili Azər Məmmədovun
müdaxiləsindən sonra bəlli olub ki, ərizələrin hamısı eyni xətlə yazılıb.
Yoxlamalar zamanı aşkarlanıb ki, 220 nəfərin yalnız 23-ü həqiqətən xəstədir. Bu
səbəbdən yalnız 23 ərizə hüquqi sayıla bilər. Fakt aktlaşdırılıb.
42 saylı məntəqədə isə də analoji fakt qeydə alınıb.
Hakimiyyət orqanları Şəkinin bütün seçki məntəqələrində seçicilərin xəstə olması
adı ilə daşınar seçki qutularını ev-ev gəzdirib YAP namizədinin xeyrinə səs
toplayır.
- 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Əli Kərimlinin vəkili Vaqif Xalıqovun verdiyi məlumata əsasən, dairənin
12 saylı məntəqəsində 14 ədəd kəsilmiş bülleten aşkarlanaraq aktlaşdırılıb. Bu
vəziyyət ATƏT nümayəndəsi içəri daxil olarkən baş verib. ATƏT nümayəndəsi açıq
şəkildə qeyd edib ki, bu fakt məntəqənin ləğv edilməsinə əsas ola bilər.
- 45 saylı Abşeron Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Etibar Talıblının seçki qərargahının rəhbəri Əjdər Talıblının verdiyi məlumata
əsasən, həmin dairənin 11 saylı məntəqəsində bir şəxsin əlində YAP namizədi
Oqtay Əsədovun xeyrinə beş ədəd işarələnmiş bülleten aşkar olunaraq
aktlaşdırılıb.
- 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Arif Əliyevin səlahiyyətli nümayəndəsi Xalid Şahgəldiyevin verdiyi
məlumata görə, 6 saylı məntəqədə idmançılardan ibarət bir qrup məntəqənin
qarşısında dayanaraq yalnız YAP-ın nümayəndəsinə səs verən şəxsləri içəri
buraxır. Həmin idmançılara rəhbərlik edən şəxs məntəqə komissiya sədri Umudova
Sədaqət Paşa qızının oğlu Rauf Hüseynovdur. Həmin məntəqədə mürəkkəbdən istifadə
olunmur. 3 saylı seçki məntəqəsində mürəkəbbdən ümumiyyətlə istifadə olunmur. 8
saylı seçki məntəqəsində Göyçay şəhər İH nümayəndəsi Salmanov Tahir, 9 saylı
məntəqədə «Azərittifaq»ın rayon Avtonəqliyyt müəssisəsinin müdiri Mahmudov
Sarvan, rayon sosial təminat şöbəsinin müdiri Həsənov Hüseyn, 11 saylı məntəqədə
rayon səhiyyə şöbəsinin müdiri Zeynalov Famil seçki qutusunun yanında oturaraq
şəxsən seçkiyə nəzarət edirlər. Onlar seçicilərə kimə səs verilməsi barədə
göstəriş verirlər.
- 103 saylı Gədəbəy Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Nizami Quliyevin səlahiyyətli nümayəndəsi Əli Rüstəmovun verdiyi məlumata görə,
17 saylı seçki məntəqəsində ümumiyyətlə barmaqlara mürəkkəb vurulmur. 10 və 14
saylı seçki məntəqələrində məntəqə komissiya üzvləri tərəfindən müşahidəçilərin
gözü qarşısında qutulara dəstə-dəstə bülletenlər atılır.
- 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Tofiq Quliyevin səlahiyyətli nümayəndəsi Şakir bəyin verdiyi məlumata
görə, 2 saylı məntəqədə deputatlığa namizəd Sabir Rüstəmxanlının qardaşı Yol
Patrul Xidmətinin rəisi vəzifəsində işləyən Dilavər Əliyev adlı şəxs məntəqənin
qarşısında dayanaraq seçicilərə təzyiq göstərərək qardaşı S.Rüstəmxanlıya səs
vermələrini tələb edir.
- 29 saylı Səbail Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Həsən Kərimlinin səlahiyyətli nümayəndəsi Sevda Talıblının verdiyi məlumata
görə, həmin dairənin 31 saylı məntəqəsində (928 saylı hərbi hissədə yerləşir)
Sarıyev Ramin məntəqə komissiyasının üzvü olmasına baxmayaraq hərbi hissəyə
buraxılmayıb. 24 saylı məntəqədə seçki başlayan anda detektor işləməyib,
əvəzləyicisi olmayıb, sonradan MSK-dan dəyişdirilərək gətirilib.
- 40 saylı Kəpəz ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Ramiz Orucovun seçki qərargahının rəhbəri Xaliq Hacıyevin verdiyi
məlumata görə, 22 saylı seçki məntəqəsində saat 11.30 radələrində YAP namizədi
Musa Quliyevin lehinə saxta bülletenlər aşkar edilərək akt tərtib edilib. Polis
həmin məntəqənin 10 metrliyində dayanıb.
- 47 saylı Kürdəmir Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Akif İslamzadənin seçki qərargahının koordinatoru Azər İslamoğlunun verdiyi
məlumata görə, bütün məntəqələrdə mürəkkəbi yoxlayan detektor YAP
nümayəndələrindədir. 5 və 6 saylı seçki məntəqələrində exit-poll məntəqələrdən
kənarda keçirilir. 7 saylı məntəqədə Rüstəmov Ələkbər adlı şəxs səs verdiyi
halda sürücülük vəsiqəsi ilə təkrar səs verməyə cəhd etmişdir.
- 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizəd
Musa İsmayılovun verdiyi xəbərə görə, Goranboy rayon İH başçısının müavini
Məhəmməd Həşimov həmin dairədən deputatlığa namizəd Qüdrət Həsənquluyevin
xeyrinə bülletenlərin qutulara doldurulması haqda göstəriş verib. Artıq rayounun
Qızılhacılı və Balakürd kəndlərində seçicilərin bir neçə gün öncə yığılmış
şəxsiyyət vəsiqələri özlərinə qaytarılaraq MnSK aparılırlar. Həmin şəxslərə
Qüdrət Həsənquliyevin nümayəndələpi pul paylayır.
- 16 saylı Seçki Dairəsindən müstəqil namizəd Nadir Quliyevin verdiyi
xəbərə görə, 2 və 22 saylı məntəqələrinin qarşısında bir qrup şəxs YAP-ın
namizədi Abel Məhərrəmovun plakatlarını tutaraq onun təbliğatını aparır. Həmin
dairənin 30 saylı məntəqəsində (hərbi hissədə) səsvermədə iştirak edəcək 715
nəfər şəxsi heyətə 560 bülleten verilib. 8 saylı məntəqə 36 bülleten əskikdir.
16 saylı dairənin bütün məntəqələrinə Abel Məhərrəmovun seçilməsi üçün məntəqə
sədrlərinə göstərişlər verilib.
- 21 saylı Nəsimi birinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Fuad Mustafayevin səlahiyyətli nümayəndəsi Rafiq Daşdəmirovun verdiyi
məlumata əsasən dairənin 18,19, 20 saylı məntəqələrinə idmançılar özlərini
təqdim etmədən daxil olaraq komissiya üzvlərinə və seçicilərə təzyiq edərək Ülvi
Quliyevin xeyrinə səs verməyi məcbur edirlər.
- Nəsimi İH-dən adının çəkilməsini istəməyən etibarlı qaynaq rayon
ərazisində yerləşən 21, 22, 23 saylı seçki dairələrindən Əliməmməd Nuriyevin,
Asim Mollazadənin və Səməd Seyidzadənin lehinə bülletenlərin total şəkildə seçki
qutularına atılması haqda tapşırıq verildiyini bildirib.
- 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Rafiq Quliyevin səlahiyyətli nümayəndəsi Şəfayət Əliaslanov tərəfindən
verilən məlumata görə, 62 saylı seçki məntəqəsində seçicilərin barmaqlarına
mürəkkəb vurulmadan bülleten verilib. Bu hal aktlaşdırılıb. 50 saylı məntəqədə
isə 100 ədəd seçki bülleteni məntəqə sədri Mehdixanov Məhəmmədəli öz otağında
kəsərək komissiya üzvlərinə qutulara doldurulması üçün təqdim edib.
- 29 saylı Səbail Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Həsən Kərimlinin seçki qərargahının rəhbəri Sevda Talıblının verdiyi məlumata
əsasən dairənin 6 saylı məntəqəsində 6 saylı orta məktəbin müəllimləri Babazadə
Təranə, İbrahimova Gülnar, Rəhimova Aygün və məktəbin təsərrüfat işlər üzrə
müavini Kazımın adına müşahidəçi vəsiqələri verilmiş və onlar açıq şəkildə
məntəqə komissyasının işinə müdaxilə edirlər. Məktəbin direktoru və həmin 6
saylı komissiyanın sədri Ceyran Quliyeva isə bütün bunlara soyuqqanlı yanaşaraq
deyir ki, yaxşı edirik.
- 24 sayılı Nizami birinci Seçki Dairəsindən «Azadlıq» loku»nun vahid
namizədi Nurəddin Məmmədlinin verdiyi məlumata əsasən, həmin dairənin 24 saylı
məntəqəsində adı siyahıda olmayan şəxslər səs verməyə buraxılırlar və bütün
bunlar ABŞ-ın müşahidəçilərinin gözü qarşısında baş verib. Müşahidəçilər faktı
aktlaşdırıb və səfirlik nümayəndəsi də buna imza atmağa razılıq verib. ABŞ
səfirliyinin nümayəndəsi özünün şifahi etirazını bu hala kəskin şəkildə
bildirib.
- 24 saylı Nizami Birinci Seçki dairəsinin 1 saylı məntəqəsində (220
saylı orta məktəb) məşvərətçi səs hüquqlu Nadir Əmirov məntəqədən zorla
çıxarılıb.
- 24 saylı Nizami Birinci Seçki Dairəsinin 5 saylı məntəqəsində
müşahidəçilərə barmağa vurulan rəngi müşahidə etməyə imkan vermirlər.
- 45 saylı Abşeron seçki dairəsindən səlahiyyətli nümayəndə Əjdər
Talıblının verdiyi məlumata görə, həmin dairədən YAP namizədi Oqtay Əsədovun
xeyrinə bülleten aşkar edilib və aktlaşdırılıb.
- 48 saylı Yevlax seçki dairəsinin 13 saylı məntəqəsində YAP-ın
nümayəndəsi Məlahət Abbasova məntəqədə açıq-aydın YAP-ın xeyrinə təbliğat
aparır. 6,14,31 saylı məntəqələrdə barmağa mürəkkəb vurulmadan səs verməyə
buraxılan vətəndaşlar saxlanılıb.
- 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin 5 saylı məntəqəsində təhsil
şöbəsinin müdiri seçkinin gedişatına mane olmağa çalışır. 46 saylı məntəqəsində
məntəqə sədri müşahidəçi və vəkillərə mane olurlar. Həmin məntəqədə komissiya
sədri başqası ilə əvəz olunub (Sabir Əzizovla). Məntəqədə Tahirov Ziyadulla
Tahir oğlunun üzərində büllüten aşkar edilərək akt tərtib edilib. Dairədə YAP-ın
deputatı Tahir Süleymanov və YAP Siyəzən RŞ sədri məntəqəyə daxil olaraq
müdaxilə ediblər.
- 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 13-cü məntəqəsində işıqlar
söndürülüb, icra və bələdiyyə nümayəndələri birbaşa məntəqəyə daxil olaraq
müdaxilə edirlər.
- 61 saylı Neftçala seçki dairəsinin 31 saylı məntəqəsində məntəqə üzvü
Nizami bəy məntəqəyə buraxılmır. Səbəb kimi onu göstərirlər ki, komissiyanın
iclaslarında guya davamlı olaraq iştirak etməyib.
- 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Elçin Rzayev xəbərə görə,
39, 40, 41 saylı məntəqələrdə mürəkkəbdən istifadə olunmur.
- 109 saylı Balakən seçki dairəsindən «Azadlıq» blokunun vahid namizədi
Məhərrəm Mehdilinin səlahiyyətli nümayəndəsi Zakir Şıxməmmədovun verdiyi
məlumata görə, bələdiyyə üzvü Bazarov Səuriddin yalnız öz tanıdığı şəxslərin
exit-pollda iştirakına imkan verir. Burada «PA Consalting» şirkətinin keçirdiyi
sorğu birbaşa onun nəzarəti altında gerçəkləşdirilir.
- 103 saylı Gədəbəy seçki dairəsindən Əli Rüstəmov bildirib ki, 30 saylı
məntəqə komissiyasına müşahidəçilər buraxılmayıb. 1 saylı məntəqə komissiyasında
şəhər İH nümayəndəsi seçkilərə müdaxilə edir. 14 saylı Seçki Məntəqəsində 100
nəfərin adından pasport nömrələri, anket məlumatları göstərilməklə seçki
bülletenləri atmaq istəyərkən Məryəm adlı şəxs saxlanılıb və siyahı cırılıb. 17
saylı məntəqə komissiyasında barmaqlara mürəkkəb vurulmur. Yalnız «Azadlıq
bloku»nun nümayəndəsi prinsipiallıq göstərir. 33 saylı məntəqə komissiyasında
İsrafil adlı şəxs özbaşınalıq edir. O, Fəxrəddin Qəmbərova səs verməyəcəyini
bildirən şəxsləri məntəqəyə buraxmır. 28 saylı məntəqədə icra nümayəndələri,
məktəb direktorları, bələdiyyə üzvləri məntəqənin qarşısında dayanaraq açıq
şəkildə seçicilərə təzyiq edirlər ki, F.Qəmbərova səs versinlər və səs verərkən
məntəqə komissiya üzvləri və sədri onları görsün. Əks təqdirdə işdən
çıxarılmaları ilə və müxtəlif təzyiqlərə məruz qalacaqları ilə hədələnirlər. 29
saylı məntəqədə eyni qaydada seçicilərə təzyiq edirlər. 10 saylı seçki
məntəqəsində həmin şəxslər F.Qəmbərova səs verilməsini tələb edirlər. Bir şərtlə
ki, onların kimə səs verməsini MnSK sədri görsün.
- 35 saylı Xətai seçi dairəsinin «Azadlıq bloku»ndan olan namizədi Fuad
Qəhrəmanlının verdiyi məlumata görə, 22 saylı seçki məntəqəsinin sədri
Abdullayev Sahib Kərim oğlu mürəkkəb əvəzinə seçicilərin barmağına su vurur. Bu
aydınlaşdırıldıqdan sonra protokol tərtib olunub.
- 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd İltifat
Rəhimzadənin verdiyi məlumata görə, 14-15 saylı məntəqələrdə bələdiyyə üzvləri,
məktəb direktorları, İH nümayəndələri gələn seçicilərə Ziyafət Əsgərova səs
vermələrini tövsiyyə edirlər. Exit-polla seçicilərin yalnız Z.Əsgərova səs
vermələri barədə məlumat vermələrini tələb edilir.
- 80 saylı İmişli-Beyləqan seçki dairəsinin «Azadlıq bloku»ndan olan
namizədi Əli Qasımlının seçki qərargahının rəhbəri Ehtiram Hüseynlinin saat
11.15-ə verdiyi məlumata görə, 16 saylı seçki məntəqəsində saat 08.15-dən
«Azadlıq bloku»nun müşahidəçisi və məşvərətçi səshüquqlu üzvü məntəqədən
çıxarılmış, yalnız bir saatdan sonra onları müşahidəyə buraxmışlar. 38 saylı
seçki məntəqəsində kənd icra nümayəndəsi, kənd bələdiyyə sədri, məktəb
direktorları məntəqənin qarşısında dayanıb açıq şəkildə seçkilərə təzyiq
göstərirlər ki, YAP nümayəndələrinə səs versinlər.
- 89 saylı Göyçay-Ağdaş seçki dairəsində «Azadlıq bloku»nun namizədi Arif
Əliyevin səlahiyyətli nümayəndəsi Xalid Şahgəldiyevin verdiyi məlumata görə,
bütün məntəqələrin qabağında idarə müdirləri, İH işçiləri, bələdiyyə üzvləri,
məktəb direktorları gələn seçicilərə təzyiq göstərir, YAP namizədlərinə səs
verməyi tələb edirlər. YAP-dan olan məntəqə üzvləri isə seçicilərə YAP-ın
nümayəndəsini siyahıda göstərərək ona səs verməsini tələb edirlər. 24 saylı
seçki məntəqəsində ümumiyyətlə, mürəkkəbdən istifadə edilmir. 29 saylı seçki
məntəqəsi elektrik enerjisi ilə təchiz olunmayıb. 7 saylı seçki məntəqəsində
«Azadlıq bloku»ndan müşahidəçi və məşvərətçi səshüquqlu üzvü
kənarlaşdırılmışdır.
- 101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Cavanşir Babayevin səlahiyyətli nümayəndəsi Elçin Rüstəmovun verdiyi
məlumata görə, 1, 2, 3,6,7, 9,11, 26, 34, 14, 13 saylı məntəqələrdə seçicilərin
adları seçici siyahısına daxil edilməyib. Bütün məntəqələrdə İH nümayəndələri
məntəqənin içərisində və kənarında dayanıb seçicilərə təzyiq edirlər. Dairənin
Daşkəsəndə yerləşən 28 məntəqəsindən məlumatlar daxil olmadığı halda dairənin
sədri MSK-ya yüksək seçici fəallığı haqda məlumat verib.
- 48 saylı Yevlax seçki dairəsindən «Azadlıq bloku»nun vahid namizədi
Şəkər İskəndərlinin səlahiyyətli nümayəndəsi Abbasəli bəyin verdiyi məlumata
görə, 24 saylı məntəqədə saat 9.15 radələrində bir seçicidə bir neçə bülleten
aşkarlanaraq aktlaşdırılıb. Həmin dairənin 19 saylı məntəqəsində seçki qutusuna
əlavə 15 bülleten atılarkən aşkar edilib. 123 saylı Kəlbəcər Seçki Dairəsində
səs verəcək seçiciləri bu dairəyə cəlb edirlər. Onların üzərlərində Kəlbəcər
seçki dairəsinə aid olan seçici vəsiqəsi aşkar edilib. Həmin SD-nin 13,22, 24,
26 seçki məntəqələrində saat 10.20 radələrində saxta bülletenlər aşkar edilərək
akt tərtib edilib. 21 saylı seçki məntəqəsində 1081 bülleten əvəzinə 977
bülleten gətirilib, onun 268-i möhürsüzdür. 26 saylı seçki məntəqəsində
səsverməyə iki-iki, üç-üç daxil olurlar. 2 saylı seçki məntəqəsində bank müdiri
Təranə Hacıyeva və məktəb direktoru Zaməddin müəllim YAP namizədi İlham
Məmmədovun lehinə təbliğat aparır. Seçicilər səsvermə otağına kütləvi daxil olur
- 54 saylı Dəvəçi-Siyəzən Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Bahəddin Həziyevin verdiyi məlumata görə, 46 saylı seçki məntəqəsinə
573 bülleten əvəzinə həmin məntəqəyə 560 bülleten gətirilib.
- 64 saylı Sabirabad ikinci Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Xaliq Bahadırn səlahiyyətli nümayəndəsi Səttar bəyin verdiyi məlumata
görə, 35 saylı seçki məntəqəsinin qarşısında bələdiyyə və kənd icra
nümayəndələri seçicilərə YAP nümayəndəsinə səs verməyə çağırırlar. 35 saylı
seçki məntəqəsindən verilən məlumata görə «PA-Consalting» şirkətinin exit-poll
keçirən nümayəndələri Ağayev Elçin və Kərimov Füzuli YAP üzvləridir.
- 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən «Azadlıq bloku»nun vahid
namizədi Rafiq Quliyevin məşvərətçi səs hüquqlu nümayəndəsi Əliaslanov Şəfaətin
verdiyi məlumata görə, 52 saylı seçki məntəqəsinə eyni zamanda 50 seçici
buraxılır ki, bu da saxtakarlıq üçün real imkan yaradır. 62 saylı seçki
məntəqsində komissiya sədri Arif İsmayılov seçiciləri YAP nümayəndəsinə səs
verməyə çağırır.
- 26 saylı Sabunçu birinci seçki dairəsinin 14-cü məntəqəsində xarici
pasportla səs vermək istəyən daxili işlər nazirinin müavini Əskər Ələkbərov
niyyətinə nail ola bilməyib. Müşahidəçilər onun xarici pasportla səs verməsinə
imkan verməyiblər. Bu fakt protokollaşdırılıb. Ən çox pozuntular seçici
siyahısında adı olmayan şəxslərin dairən ərazisindəki məntəqələrdə səs verməsilə
bağlıdır. Hətta bir nəfər Masallı sakinin zorla 26-cı məntəqəyə gətirirək, onu
səs verməyə məcbur etmək istəyiblər. 18 saylı məntəqədə isə bülletenlərin
qutulara topa-topa atılması halları həddən artıqdır.
5 saylı seçki məntəqəsində baş verən seçki qanunsuzluqlarını ATƏT-in
müşahidəçisi şəxsən görüb. Məntəqələrdə xeyli sayda möhürlənməməmiş seçici
vəsiqələri aşkarlanıb. Mürəkkəbi seçicilərin barmağına düzgün vurmurlar. Belə
ki, bir çox seçicilərin sağ əlinin baş barmağı mürəkkəbə boyanır ki, bu da onun
digər məntəqədə səs verməsinə şərait yaradır. Bir çox hallarda isə seçicilərin
barmağına mürəkkəb vurulmayıb. 26 saylı məntəqənin sədri Xumar Məmmədova əlavə
seçici siyahısı tərtib edib, səsvermə hüququ olmayan şəxslərə büllüten paylayıb.
Müşahidəçilər bülletenlərin sayılmasına buraxılmayıb. 26 saylı məntəqədə xeyli
sayda bülleten yoxa çıxıb. Məntəqə seçki komissiyasının üzvləri seçiciləri Fazil
Qəzənfəroğluna səs verməyə çağırırlar.
«Azadlıq Bloku»nun deputatlığa namizədi Aydın Quliyevın seçki qərargahı dairədə
baş verən pozuntulara dair indiyədək 60-dan artıq qanun pozuntusu ilə əlaqədar
protokol tərtib edib,
- 66 saylı Biləsuvar SD-nin 2,4,6,7,8,9-cu məntəqələrində müşahidəçilər
döyülərək, məntəqədən qovulub. Sərhəd Qoşunları Xidmətinin əsgərlərini 19,21
saylı məntəqələrdə XanHüseyn Kazımlıya səs verməyə məcbur edirlər.
- 38 saylı Nizami ikinci (Gəncə) SD-də 16-cı məntəqədə seçicilərin
barmağına mürəkkəb əvəzinə su çilənib. 23,24-cü məntəqələrdə Nizami Rayon İcra
Hakimiyyətinin başçısı MİS rəislərinə bildirib ki, YAP-ın namizədi qutudan
çıxmasa vəzifədən çıxarılacaqlar.
- 31 saylı Suraxanı ikinci SD-nin 13,14,15,16 saylı məntəqələrində 10 AE
850 dövlət nömrə nişanlı avtobusla Əli Qaraxanovun xeyrinə «karusel» əməliyyatı
həyata keçirilir. 3-cü məntəqədə mürəkkəb saxta çıxıb.
- 108 saylı Ağstafa Seçki Dairəsində 3-cü məntəqədə Ağstafa rayon maliyyə
şöbəsinin müdiri Vaqif Əkbərov, KapitalBankın rayon filalının müdiri Səməndər
Kərimov, rayon teleradiosunun sədri Məzahir Həsənov məntəqəyə daxil olaraq
seçiciləri Nizami Gəfərova səs verməyə məgbur edirlər.
- 35 saylı Xətai 3-cü seçki dairəsinin 27-28-ci məntəqələrində artıq
bülletenlər tutularaq aktlaşdırılırıb,
- 42 saylı Sumqayıt 2-ci seçki dairəsinin 10-cu məntəqəsində polis
işçildəri məşvərətçi Əliyev Surxayı məntəqədən çıxarmağa cəhd ediblər.
- 61 saylı neftçala seçki dairəsinin 2-ci məntəqəsində 300 nəfər əsgər
səs verməyə gətirilib. Exit-Pol əsgərdən kimə səs verdiyini soruşduqda o,
«Azadlıq bloku»na səs verdiyini bildirib və buna görə əsgəri döyüblər. 19 saylı
məntəqənin sədri Orucəli Hüseynov 100 ədəd bülleten oğurlayıb, fakt
aktlaşdırılı.
- 107 saylı Qazax seçki dairəsindən Ağstafa rayonunun Səmədvurğun
qəsəbəsinin icra nümayəndəsi Əkrəm Hüseynov məntəqələrə daxil olub YAP-ın
namizədinə səs verilməsi ilə bağlı təbliğat aparır.
- 90 saylı Ağdaş seçki dairəsindən «Azadlıq bloku»nun namizədi Cingiz
Qənizadənin vəkili Mehman Paşayev saat 16-17 radələrində polis tərəfindən
oğurlanmışdı. Harada saxlandığı məlum deyil.
- 95 saylı Tərtər seçki dairəsinin «Azadlıq bloku»nun namizədinin vəkili
Etibar Ələkbərov və komissiya üzvü İntiqam Paşayev saat 16-17 radələrindən polis
tərəfindən oğurlanmışdı, Harada saxlandığı məlum deyil.
- Astara rayon icra hakimiyyətinin işçiləri namizəd Vüqar Kazımovu və
Rafiq Cəfərovu şantac edərək, guya seçicilərə pulo vermələri barədə akt tərtib
ediblər.
- 120 saylı Cəbrayıl Qubadlı seçki dairəsinin 1, 2, 51, 52, 54, 41, 42,
49, 64, 61, 58-ci məntəqəlrindən icra hakimiyyətinin nümayəndələri seçiciləri
bir məntəqədən digər məntəqəyə daşıyaraq məcburiqaydada YAP-ın nümayəndəsinə səs
verdirirlər.
- 77 saylı Astara seçki dairəsinin 19-cu məntəqəsindən komissiya üzvü
Mehdi Mirzəyev saxlanılaraq Astara polisinə aparılıb və bir neçə saat orada
saxlanılıb.
- 91 saylı Ucar seçki dairəsinin 1 saylı məntəqəsində keçmiş polis işçisi
Mehman adlı şəxs komissiya sədrini seçki prosesindən kənarlaşdıraraq ona təzyiq
edir, seçicilərdən isə YAP-ın namizədinə səs verməyi tələb edir.
- 21 saylı Nəsimi 1-ci seçki dairəsinin bütün məntəqələrində komissiya
üzvləri kənarlaşdıraraq bütün seçki prosesini özləri aparıb. 23 saylı məntəqədən
müxalifətdən olan müşahidəçilər məntəqədən çıxarılıb.
- 93 saylı Bərdə şəhər seçki dairəsinin bütün məntəqələrində icra
nümayəndələri və bələdiyyə sədrləri seçicilərə təzyiq edir və Zahid Oruca səs
vermələrini tələb edirlər. 4 saylı məntəqənin direktoru Qəmbər Ağayev
bülletenləri səs vermə otağından kənarda olan otaqda saxlayıb və özü seçicilərə
paylayır.
- 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 30 saylı məntəqəsində Daxili
Qoşunları N saylı hərbi hissədə Əlişir Musayevə səs verilməsi üçün əsgərlərə əmr
verilib.
- 85 saylı Şamaxı seçki dairəsinin 39 saylı məntəqəsində məktəb direktoru
Əbl Səfərov və kənd icra nümayəndəsinin müavini polislərlə birgə komissiya
üzvlərinə və müşahidəçilərə təzyiq göstərir. Komissiyanın katibi Akif Fətəliyev
və bir neçə müşahidəçi məntəqədən qovulub.
- 76 saylı Lənkəran-Astara seçki dairəsinin 32-ci məntəqəsində bələdiyyə
sədrinin atası Taryel Heydərov komissiyanın üzvü Salman Ağalarovu söyərək təhqir
edib və döyüb.
- 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 9 saylı məntəqəsindən komissiya
üzvü kənar şəxslər Mikayıl Ağayev və Nəriman Əliyev tərəfindən döyülərək
məntəqədən qovulub. Fakt aktlaşdırılıb.
- 108 saylı Aqstafa seçki dairəsinin 12-ci məntəqəsində Yuxarı Göyçəli
kəndinin icra nümayəndəsi Abbasov Fərzəli və müavini Oktay Hüseynov, o cümlədən
bələdiyyə sədri Məmmədov Cavanşir məntəqəyə daxil olaraq məntəqə katibini
müşahidəçiləri məntəqədən çıxarmış və YAP-ın namizədi Nizami Cəfərovun xeyrinə
bülletenləri qutuya salmışlar.
- 97 saylı Goranboy-Ağdam-Tərtər və 105 saylı Tovuz seçki dairələrinin
ərazisində kütləvi «karusel» başlayıb. Müşahidəçiləri məntəqədən qovurlar, çoxlu
sayda həsarət alanlar var.
- 25 saylı Nizami 2-ci seçki dairəsinin bütün məntəqələrində
məşvərətçi səshüquqlu komissiya üzvləri bülletenlərin verildiyi stoldan xeyli
kənarlaşdırılıb və kimlərin bülleten götürməsini müşahidə etmək mümkün olmayıb.
- 19 saylı Nərimanov seçki dairəsinin 5-6 saylı məntəqələrində kənar
şəxslər istədikləri hərəkəti edirlər. Komissiya üzvlərinə təzyiq edərək onları
bülletenə nəzarət etməkdən tamamilə kanarlaşdırmışlar.
- 27 saylı Sabunçu 2-ci seçki dairəsinin 4 saylı məntəqəsində seçkinin
qurtarmasına bir neçə saat qalmış müşahidəçilər məntəqədən qovulublar, 25-ci
məntəqədə isə yaşlı rusları maşınla səs verməyə gətirirlər, hətta onlarla seçki
kobinetinə girib öz istədikləri adama səs verdirirlər.
- 2 saylı Şərur seçki dairəsinin 29-cu məntəqənin komissiya üzvü Babayev
Rövşən Xanlar oğlu polis tərəfindən oğurlanmışdı. Bildirilmişdi ki, tərtib
ediləcək protokola qol çəkməsə, həbsə alınacaq. 9-cu məntəqənin komissiya üzvü
Sənan Əliyevin ailəsinə polis işçiləri basqın edərək, ailəsini təhqir etmiş,
qardaşını həbs etməklə hədələmişlər.
Saat 14:30-a olan
məlumatlar
- 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində yaşayan
vətəndaş Cəfərov Bəxtiyar adı seçki siyahısına salınmadığı üçün səs verə
bilməyib. Bu barədə «Azadlıq Bloku» Mərkəzi Seçki Qərargahına B.Səfərovun özü
məlumat verib. Maraqlıdır ki, o bir neçə gün öncə adının seçici siyahısında
olduğunu MSK-nın rəsmi İnternet saytı vasitəsilə dəqiqləşdirib.
- 73 saylı Lənkəran şəhər seçki dairəsinin 19-cu məntəqəsində YAP-ın
namizədinin xeyrinə saxtalaşdırlıması üçün 400 ədəd bülleten hərbiçilərə
paylanıb.
- 17 saylı məntəqədə bülletenlərdə hakimiyyətin dəstəklədiyi namizəd
Rüfət Mehdiyevin adının qarşısına nöqtələr qoyulub.
- 70 saylı Masallı şəhər seçki dairəsinin 8 və 9-cu məntəqələrində
Abdulla adlı şəxs Əhəd Abıyevə səs verilməsi üçün pul paylayır.
- 76 saylı Lənkəran-Astara seçki dairəsində 1,2,3-cü məntəqələrində icra
hakimiyyətinin işçisi Səfərəli Babayev, bələdiyyə sədri Hüseynəli Kəlbiyev
seçicilərə hazır bülletenlər verərək YAP-ın namizədi Ziyafət Əsəgərova səs
verməyə məcbur edirlər.
-1 saylı Şərur-Sədərək və 2 saylı Şərur seçki dairələrində bütün
məntəqələrdə seçkilər qeyri-qanuni olaraq açıq səsvermə yolu ilə keçirilir. DSK
sədrləri bildiriblər ki, burada gizli səsvermə keçirilməməlidir, göstəriş
belədir.
-2 saylı Şərur seçki dairəsində ABŞ-ın exit-pollunu Naxçıvan Dövlət
Universitetinin tələbləri həyata keçirir. Həmin dairədən YAP-un namizədi İsa
Həbibəyli sözügedən universitetin rektorudur. Rektorun təhriki ilə tələbələr
seçiciləri guya onun daha çox səs topladığına dair imza verməyə məcbur edirlər.
- 27 saylı Sabunçu ikinci seçki dairəsində 19 və 20 saylı məntəqələrdə
bələdiyyə sədri, icra nümayəndəsi Hacı Fərruxun təbliğatını aparırlar. 20-ci
məntəqədə polis müşahidəçiləri məntəqədən zorla çıxarıb.
- 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin bütün məntəqələrində
mürəkkəb qurtarıb. Seçici siyahısında olmayan şəxslər tərəfindən topa şəkilində
bülletenlər atılır.
Saat 13:00-ə olan
məlumatlar
- 64 saylı Sabirabad seçki dairəsinin 36, 38, 39, 35 saylı
məntəqələrində exit-pol YAP nümayəndələri tərəfindən aparılır.
- 107 saylı Qazax seçki dairəsinin 2 saylı məntəqəsində seçici siyahıları
yoxdur. İçəri daxil olan hər bir şəxsə şəxsiyyəti yoxlanılmadan bülleten
verilir.
- 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 26, 29, 30 saylı məntəqələrində
mürəkkəbdən istifadə etmiş şəxslər bir neçə dəfə təkrarən səs verir.
- 36 saylı Xətai dördüncü seçki dairəsindən namizəd Kərəm Aslanov
məntəqələri gəzərək öz təbliğatını aparır, seçkiyə müdaxilə edir.
- 86 saylı İsmayıllı seçki dairəsi ərazisində Talıstan kəndində orta
məktəbin direktoru Aydın adlı şəxs məntəqədə oturub, seçicilərə Pənah Aslanova
səs vermək üçün təzyiq göstərir. İcra nümayəndəsi Raqub Məmmədov isə məntəqənin
bayırında seçicilərə təzyiq göstərir.
- 8 saylı Binəqədi birinci seçki dairəsində 22-ci məntəqədə 1 nəfər şəxsdən
5 hazır bülleten tutulub. İdmançı görkəmli şəxslər seçicilərə təzyiq göstərir.
29-cu məntəqədə 1 saylı MİS-in müdiri Zamin Əliyev hazır bülletenləri tanıdığı
adamlara paylayır. 26 saylı məntəqədə mürəkkəbdən istifadə edilmir.
- 88 saylı Göyçay seçki dairəsində 29, 30,31,32,33,34,35,36,37,38-ci
məntəqələrində icra hakimiyyətinin işçiləri və bələdiyyə sədrləri Sabir Hacıyevə
səs verilməsi üçün secilərə təzyiq edirlər.
- 85 saylı Şamaxı seçki dairəsinin 6 saylı məntəqəsində məktəb direktoru
Ağaməmməd və qardaşı Bəylər Fərmanov seçicilərə təzyiq edərək Maqsud
İbrahimbəyov səs verilməsinə təhrik edirlər.
- 78 saylı Lerik seçki dairəsinin 20 saylı məntəqəsinin sədri İsa
İsmayılov və icra hakimiyyətinin işçisi Gülağa Əbilov Avropa Birliyinin
müşahidəçilərinin və curnalistləri təhqir edərək məntəqədən çıxmağa cəhd edib.
Fakt videoyazıya alınıb.
- 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 39, 40, 38, 36, 35,
37,33,34,17, 16,43 məntəqələrdə seçicilər məntəqəyə buraxılmır.
- 20 saylı Nərimanov seçki dairəsində 1-ci məntəqənin qarşısında Adil
Əliyevin adamları durub səsverməyə gələnlərə «kimə səs verəcəkləri»barədə sorğu
keçiriblər. Polisə bu haqda məlumat verilməsinə baxmayaraq heç bir tədbir
görülməyib. CEK işçiləri səsverməyə gələnlərə «Adilə səs verin, yoxsa sizə pis
olacaq» deyə təsir edirlər.
Saat 12:50-ə olan
məlumatlar
- 109 saylı Balakən SD-nin 8 saylı məntəqəsinin sədri məntəqənin qapısını
bağlayaraq6 seçiciləri və müşahidəçiləri, müxalifətdən olan komissiya üzvlərini
içəri buraxmır. O, bülüttenləri hakimiyyətin dəstəklədiyi namizədin xeyrinə
saxtalaşdırır.
- 26 saylı Sabunçu birinci SD-nin 17-ci məntəqəsində bülletenləri saymağa
qoymayıblar. 5 saylı məntəqədə bülletenlər komissiya sədrinin otağında
saxlanılır. 18-ci məntəqədə bülletenlər sayılmayıb və müşahidə aparmağa imkan
verilmir.
- 3 saylı Babək-Şərur SD-nin 31 saylı məntəqəsində icra nümayəndəsi
Sultan Əsgərov qapıda dayanıb, seçiciləri hakimiyyətin namizədinin xeyrinə səs
verməyə təhrik edirlər.
- 63 saylı Sabirabad 1-ci Seçki Dairəsində Sura kənd məntəqəsində naməlum
və seçici olması bilinməyən adamlar qanunsuz olaraq, içəriyə daxil olaraq,
bülleten alıb qutuya salırlar.
- 84 saylı Füzuli SD-nin 63 saylı Qayıdış-8 məntəqəsində «Azadlıq
Bloku»nun nümayəndəsi Zakir Hüseynov və məşvərətçi Cavadov Maqsuda fiziki güc
tətbiq olunub. 64 saylı məntəqədə icra nümayəndələri seçki məntəqəsində icra
nümayəndələri məşvərətçi Bəbir Qasımova güc tətbiq edilib.
- 85 saylı Şamaxı SD-nin 61-ci məntəqəsində 173 nəfər müxalifət yönümlü
şəxsin adı siyahıda yoxdur. Lakin ilkin siyahıda həmin şəxslərin adları olub.
- 93 saylı Bərdə şəhər SD-də vətəndaşlara şəxsiyyət vəsiqəsinin
paylanması seçki günü seçki məntəqələrinin yaxınlığında polis işqçiləri
tərəfindən paylanılır və insanlardan Zahid Oruca səs vermələri tələb olunur.
- 77 saylı Astara SD-də əksər məntəqələrdə mürəkkəbdən istifadə edilmir.
Seçicilərə guya xəstə olmaları barədə ərizələr verilir,
- 68 saylı Cəlilabad kənd SD-dən komissiya üzvləri və müşahidəçilər
çıxarılır.
- 111 saylı Zaqatala-Balakən SD-nin30 saylı məntəqəsində məktəb direktoru
Qurban müəllim məntəqəyə girərək, istədiyi şəxsləri məntəqəyə buraxdırır. 37
saylı məntəqədə icra hakimiyyəti başçısının müavini Yaqub Hənifələy kəndində
yalnız öz tanıdığı şəxsləri məntəqəyə buraxır. Əksər məntəqələrdə mürəkkəbdən
istifadə edilmir.
- 63 saylı Sabirabad 1-ci SD-nin 11 saylı məntəsinin ətrafında YAP
üzvləri seçicilərə pul paylayır.
- 124 saylı Şuşa-Füzuli-Xocalı seçki dairəsində Xocalı Polis Şöbəsinin rəisi
Sadiq Mədətov «Azadlıq Bloku»nun müşahidəçilərinə və komissiya üzvlərinə
hədə-qorxu gələrək bildirir ki, Elman Məmmədov artıq «qalib gəlib».
- 4 saylı Naxçıvan şəhər Seçki Dairəsində 23 saylı məntəqəsində məntəqə
sədri Xaləddin Xəlifov, 22-ci məntəqədə isə Hikmət Nəcəfov YAP namizədinin
xeyrinə qutulara topa-topa bülletenlər atırlar.
- 89 saylı Ağdaş-Göyçay SD-nin 3,6,2,4 saylı məntəqələrində idmançılar
müşahidəçiləri məntəqəyə buraxmır.
- 28 saylı Sabunçu üçüncü SD-dən «Azadlıq Bloku»nun vahid namizədi Rauf
Arfioğlu Abbasovun adı bülletendə siyahı üzrə birinci olduğu halda6 11-ci yerdə
yazılıb. SD-nin əksər dairələrində müşahidəçilər məntəqələrə buraxılmır. 10-cu
məntəqədə hakimiyyətin dəstəklədiyi namizəd Eldar quliyevin təbliğatı aparılır.
23 saylı məntəqədə Zabrat bələdiyyəsinin sədri Adil Hənifəyev müşahidəçi
qismində iştirak edir.
Saat 10:00-a olan
məlumatlar
- Mitofski exit-pollunun nümayəndələri namizəd Çingiz Əsədullayevin
xeyrinə fəaliyyət göstərir.
- Exit-poll həyata keçirən Mitofski qrupunun üzvləri, dairələrdən daxil
olan məlumatlara görə seçicilərin rəyini soruşmadan öz təşəbbüsləri ilə
qeydiyyat aparırlar.
- 90 saylı dairədə seçki məntəqələrinə
bələdiyyə və icra hakimiyyətinin nümayəndələri, polis işçiləri daxil olaraq
seçicilərə təzyiq göstərirlər. Mitofski exit-pollunun nümayəndələri namizəd
Çingiz Əsədullayevin xeyrinə fəaliyyət göstərirlər. qrupun üzvlərindən biri
Çingiz Əsədullayevin vəkilinin oğludur.
- Mitovski exit-pollunun nümayəndələrinin 60-a yaxın dairədə hakimiyyətin
namizədinin xeyrinə təbliğat apardığına dair məlumatlar var. Mitovskinin
əməkdaşlarının əksəri YAP üzvləridir.
- 88 saylı dairədə namizədliyini geri götürmüş şəxsin əvəzinə
namizədliyini geri götürməmiş şəxsin adının üstündən xətt çəkilib.
-77 saylı dairədə 19-cu məntəqədə polis məntəqəyə daxil olub seçicilərə
təzyiq edir. 23-cü məntəqədə seçki qutuları nəzarətdən kənarda saxlanılır.
- 78 saylı dairə 81-ci məntəqədə icra hakimiyyətinin nümayəndələri
məntəqəyə daxil olub seçicilərə təsir edir.
- 82 saylı dairədə 50 faiz bülleten verilməyib. Binəqədi sosial-müdafiə
fondunun sədri Şiraslan Rzayev seçicilərə təzyiq edərək YAP-ın namizədinə səs
verməyi tələb edir.
-76 saylı dairədə 8-ci məntəqəyə müşahidəçilər buraxılmayıb. 18-ci
məntəqədə icra hakimiyyətinin işçisi Ədalət Hüseynov 10 KQ 246 nömrəli maşında
seçiciləri məntəqəyə daşıyaraq onlardan Ziyafət Əsgərova səs verməyi tələb edir,
seçicilərə pul verir. 14, 15-ci məntəqələrdə seçicilərə hazır doldurulmuş
bülletenlər verilir. ---36-cı məntəqədə bələdiyyə sədri Hüseyn Həbibov
seçicilərə təzyiq edərək Ziyafət Əsgərova səs verməyi tələb edir.
-103 saylı dairədə 17-ci məntəqədə mürəkkəbdən istifadəyə imkan verilmir.
33-cü məntəqədə İsrafil adlı şəxs (qoçu) məntəqənin qapısını kəsərək müxalifət
namizədlərinə səs vermək ehtimalı olan şəxsləri döyərək geri qaytarır.
Saat 08:25-ə olan məlumatlar
Qeyd: Oxşar pozuntular barədə bu
saatdək 50-dən artıq dairədən məlumat var. Mütəmadı olaraq onları nəzərinizə
çatdıracağıq.
- 25 saylı Nizami ikinici seçki dairəsində bütün məntəqələrdə
məşvərətçi səs hüquqlu üzvlər məntəyə buraxılmayıb.
- 99 saylı Şəmkir seçki dairəsində müşahidəçilər məntəqələrə
büraxılmayıb.
- 8 saylı Binəqədi birinci seçki dairəsinin 33 saylı məntəqəsində
bülletenləri saymağa qoymayıblar. 20 və 22 saylı məntəqələrdə barmaqlarına
mürəkkəb vurulmamış insanlar arxa qapıdan içəri daxil edilərək səs verirlər.
- 63 saylı Sabirabad seçki dairəsinin 29 saylı məntəqəsində içərsində
işarələnmiş bülletenlər olan zərflər tutlub. Bütün məntəqələrdə müşahidəçilər
müşahdiyə imkan verməyən məsafədə yeriləşdirilib. Dairənin səkkizinci
məntəqəsində seçici siyahılarında sıralama qeyri-dəqiqdir. Dairədə icra
hakimiyyətinin vəzifəli şəxsləri büdjə təşkilatında işləyənləri avtobuslarla
səsverməyə gətirir, onları hakimiyyətin namizədinin xeyrinə səs verməyə təhrik
edir, maşındaikən onlara seçki bülletenləri paylanır. Bütün məntəqələrdə dövlət
orqanlarının vəzifəli şəxsləri qeyri-qanuni olaraq, seçki prosesinə nəzarət
edirlər.
- 54 saylı Siyəzən seçki dairəsinin 46-cı məntqəsində-bayırda seçki
bülletenləri tutulub.
- 9 saylı Binəqədi ikinci seçki dairəsinin 16 saylı mənətəqəsi yaşayış
binasında yerləşir vəsakinlərlə bütün seçicilər binaya daxil olan digər şəxslər
seçicilərlə eyni girişdən daxil olur ki, bu da həmin məntəqədə seçki nəzarətini
aparmağa imkan vermir.
- 24 və 25-ci seçki dairələrinin məntəqələrinə xüsusi hazırlanmış
dəstələr gətirilib və onlara dəst halında bülletenlərin verilməsi planı
hazırlanır.