“Azadlıq” blokunun 26 noyabr yürüş-mitinqi
zamanı həbs olunanların çoxu azadlığa buraxılıb
Müsavat Mətbuat xidmətindən aldığmız məlumata görə, Müsavat partiyasının üzvləri
partiyanın Saatlı rayon təşkilatının üzvləri Faiq Muradov, İbrahim İbrahimov,
Afət Rzayev və partiyanın Neftçala rayon təşkilatının NTK sədri Babək
Həsənovdur. Xatırladaq ki, adıçəkilən şəxslər məhkəmənin qanunsuz qərarı ilə 10
sutka azadlıqdan məhrum edilmişdilər. Saatlı rayon təşkilatının daha bir üzvü
Əfraz Ağayevin isə həbs müddəti hələ başa çatmayıb. Ona qeyri-qanuni olaraq 15
sutka həbs cəzası verilib.
AXCP Mətbuat xidmətinin məlumatına görə, «Azadlıq» blokunun 26 noyabrda seçki
saxtakarlıqlarına etiraz olaraq keçirdiyi aksiyanı görünməmiş vəhşiliklə dağıdan
hakimyyət orqanları 50-yə yaxın aksiya iştirakçısını qanunsuz olaraq polis
bölmələrinə aparmışdı. Sonradan Yasamal Rayon Məhkəməsi saxlananların 36 nəfəri
haqda inzibati cəzə qərarçıxarmışdır. Məhkəmə tərəfindən onların 11 nəfəri
cərimə olunaraq azadlığa buraxılmış, qalan aksiya iştirakçısının isə hər biri 10
sutka azadlıqdan məhrum edilmişdir.
Bu gün qanunsuz olaraq həbsdə olanların bir qruppu ilə - Qara Şəhər müvəqqəti
saxlama təcridcanasında saxlanılan Abbasov Bədəl, Muradov Zaur, Kərimov Əlizadə,
Kərimov İlham, Eyvazov Sədulla, Rzayev Afət, Mehdiyev İbrahim, Nəsirov Şamil,
Tağıyev Mirzə, Səmədov Azər, Xəlilov Samid, Abışov Təzəxan azadlığa
buraxılıblarir.
isagambar.az, 06.12.2005