ƏLİYEVLƏRİN CİNAYƏT ORTAQLARI HƏBS OLUNDU

Viktor Kojeni, Fredrik Brouk və Devid Pinkerton Nyu-York məhkəməsi qarşısında dayanacaqlar

Prokuror Maykl C.Qarsiya: “Bu rüşvətxorluq demokratik institutlara və azad rəqabətə qarşı birbaşa təhlükədir”

Ötən gün Bakı vaxtilə axşam saatlarında “Assoşeyted Press” agentliyi Nyu-York Cənub dairəsi üzrə Birləşmiş Ştatlar prokuroru Maykl C.Qarsiyanın sensasiyalı açıqlamasını yayıb. Qarsiya bəyan edib ki, “yüksək rütbəli Azərbaycan rəsmilərinə” neft işlərində əlverişli mövqe əldə etmək üçün böyük məbləğdə rüşvət verən üç nəfər həbs olunub. Prokuror həbsin detalları barədə əvvəl açıqlama verməsə də, bildirib ki, həbslər Nyu-Yorkun Manhetten Dairə məhkəməsində baxılmaqda olan 27 nömrəli ittiham aktı əsasında həyata keçirilib. Agentlik həmin ittiham aktını hələlik əldə edə bilmədiyini vurğulayıb. Qarsiya bildirib ki, həbslərlə bağlı gün ərzində mətbuat konfransı keçirəcək.

Prokuror bildirib ki, onlardan ikisi Nyu-Yorkda Federal Təhqiqatlar Bürosuna təslim olub, üçüncü isə Birləşmiş Ştatlar xaricində həbs edilib. Əgər ittihamlar sübuta yetirilərsə, həbs olunanları çirkin pulların yuyulması ittihamı ilə 20 il, ABŞ-ın Xarici Korrupsiya haqda Aktı üzrə daha 5 il həbs cəzası gözləyir. Qarsiyanın açıqlaması cəmi bir neçə dəqiqə ərzində yüzlərlə Qərb KİV-lərinin internet saytlarında yayılıb.

Azərbaycan ictimaiyyəti söhbətin hansı cinayət işindən getdiyini yəqin ki, anlayacaq. Məsələ burasındadır ki, çex biznesmeni Viktor Kojeni Qərb investorlarını aldadaraq topladığı pullar hesabına Azərbaycan rəhbərliyinə on milyonlarla dollar rüşvət ötürməsi barədə ABŞ-da qaldırılan cinayət işinə məhz Nyu-York Cənub Dairə məhkəməsində baxılır. Həmin cinayət işinə görə Azərbaycan rəhbərliyinin ARDNŞ-in çek özəlləşdirməsinə çıxarılacağı barədə vədlərinə inanaraq Kojeni o vaxtkı prezident Heydər Əliyevə, oğlu İlham Əliyevə və keçmiş Dövlət Əmlak Komitəsinin sədr müavini Barat Nuriyevə böyük məbləğdə rüşvət ötürüb. İttiham aktında deyilirdi ki, pullar isveçrəli vəkil, Kojeninin ortağı Hans Bodmer tərəfindən özəl təyyarə vasitəsilə Bakıya çatdırılıb. İki il əvvəl Nyu-York Cənub dairə prokurorluğu Bodneri həbs etdi, o bir müddət həbsdə saxlanıldıqdan sonra qolunda elektron qolbaq gəzdirmək şərti ilə (elektron qolbaq ABŞ hüquq mühafizə orqanlarına şübhəli şəxsin istənilən vaxt yerini müəyyən edib istintaqa çağırılmasına imkan verir-red.) azadlığa buraxdı. Bodmerə qarşı irəli sürülən ittihamlarda Azərbaycan rəhbərliyinə rüşvət ötürməklə bağlı epizoddan əlavə başqa epizodlar da var. İş üzrə ittiham olunan Kojeninin isə Baham adalarında olduğu güman edilirdi.

Bu dəfə isə prokuror Qarsiyanın açıqlamasında göründüyü kimi, həbs olunan şəxslər bilavasitə “Azərbaycanın yüksək rütbəli rəsmilərinə rüşvət verməkdə ittiham olunur. Deməli, onların həbsi həmin “yüksək rütbəli Azərbaycan rəsmilərinin” də istintaqa cəlb olunmasının yolunu açmış olur.

Bu yazdıqlarımızı gecə saatlarında “Assoşeyted Press” agentliyinin mövzu ilə bağlı yaydığı yeni xəbər də təsdiqlədi. Agentlik prokuror Maykl C.Qarsiyanın açıqlamasında bəhs olunan 27 saylı cinayət işinin materiallarını əldə edərək sözügedən ittiham aktında barəsində ittiham irəli sürülən şəxslərin adlarını açıqlayıb. Bunlar “əsərin qəhrəmanı” Viktor Kojeni, Fredrik Brouk və Devid Pinkertondur. Agentliyin xəbərinə görə ittiham aktında deyilir ki, İrlandiya vətəndaşı, milliyyətcə çex, Baham adalarının sakini, “Oily Rosk Group Limited” və “Minaret Group Limited” şirkətlərinin rəhbəri Kojeni yalan vədlər əsasında səhmdarların pulları hesabına Azərbaycanın yüksək rütbəli rəsmilərinə rüşvət ötürüb: “İttiham aktına görə rüşvət investisiya qruplarının Azərbaycan dövlətinə məxsus bir sıra müəssisələrin özəlləşdirilməsində iştirakı üçün verilib. Bu müəssisələr sırasına ölkənin neft və qaz ehtiyatlarına nəzarət edən Azərbaycan Dövlət Neft Şirkəti də daxildir”.

Xəbərdə deyilir ki, ittiham aktında F.Brouk ABŞ vətəndaşı və Kojeninin tərəfdaşı kimi göstərilib: “ABŞ vətəndaşı Pinkerton barədə isə ittiham aktında Birləşmiş Ştatlarda yerləşən, beynəlxalq sığorta və maliyyə xidmətləri göstərən “Amerikan International Group Ins.”in rəhbəri kimi bəhs olunur. İttiham aktına görə o “AIG Global Investment” korporasiyasının icraçı direktoru və AIG-in özəl aksiyalar qrupunu idarə edən şəxs olub. İttiham aktında deyilir ki, adıçəkilənlər və başqaları 1997-ci ilin avqustundan başlayaraq təqribən 1999-cu ilə qədər investisiya qruplarına sərfəli özəlləşmədə iştirak etmək və neft səhmlərini əldə etmək üçün yüksək rübəli Azərbaycan rəsmilərinə rüşvət veriblər. Birləşmiş Ştatlar prokuroru Maykl C.Qarsiya iki nəfərin Nyu-Yorkda FTB-yə təslim olduğunu, bir nəfərin isə ABŞ xaricində həbs olunduğunu deyib. Həbs olunanların adları hələlik açıqlanmır. Lakin həmin üç şəxsdən söhbət getdiyi istisna deyil”.

Nəhayət, saat 23.30-da “Assoşeyted Press” agentliyi Nyu-York Cənub dairə prokuroru Maykl C.Qarsiyanın Federal Təhqiqat Bürosu direktorunun Nyu-York ofisi üzrə köməkçisi Mark C.Merşenlə birlikdə keçirdiyi mətbuat konfransı barədə məlumat yaydı. Prokuror həbs olunanların V.Kojeni, F.Brouk və D.Pinkerton olduğunu açıqlayaraq bildirdi ki, bu şəxslər “keçmiş sovet respublikası Azərbaycanda yüksək rütbəli vəzifəli şəxslərə milli neft şirkətinin özəlləşdiriləcəyinə qarantiya almaq üçün böyük məbləğdə rüşvət verərək xarici ölkənin sərvətlərini oğurlamağa cəhd göstəriblər”. Qarsiya Kojeninin həbs olunanadək Baham adalarında Layferd Kay adı altında yaşadığını deyib. “Bu şəxslər yüksək rütbəli Azərbaycan rəsmilərinə yüz milyonlarla dollar rüşvət vəd edib, on milyonlarla dollar isə 1997-ci ildən təxminən 1999-cu ilədək faktiki olaraq qurulmuş sxem üzrə ödənilib” deyə Qarsiya jurnalistlərə bildirib: “Bu gün sizə açıqladığımız hadisə başqa xalqın sərvətlərini oğurlamaq cəhdindən başqa bir şey deyil”. Qarsiya xatırladıb ki, neft ehtiyatları ilə zəngin olan Azərbaycan 1990-cı illərdə dövlətə məxsus olan bəzi müəssisələri özəlləşdirməyə başlayıb. “Cavabdehlər (Kojeni, Brouk və Pinkerton - red.) qərarları qəbul edən əsas fiqurları ələ almağa çalışıblar və özəlləşdirmə prosesini korrupsiyalaşdırıblar” deyə Qarsiya vurğulayıb.

Nyu-York Cənub dairəsi prokuroru bəyan edib ki, Kojeni ölkənin neft-qaz ehtiyatlarına nəzarət edən ARDNŞ-in səhmlərini, özəlləşdirmə paylarını almaq üçün nəğd pulları İsveçrədən Azərbaycana göndərib. FTB direktorunun köməkçisi Mark C.Merşen isə bildirib ki, Kojeninin planı milyonlarla dollarlıq səhm almaq, sonradan onları dəyərindən 10 dəfə baha satmaqdan ibarət olub. “Kojeni o dərəcədə qızıl dənizi təsəvvür edib ki, Azərbaycanın korlanmış məmurlarına gəlirin üçdə ikisini, üstəlik iki qətl həyata keçirmək də vəd edib” deyə FTB direktorunun köməkçisi vurğulayıb.

Lakin o, Kojeninin aldadıldığını və heç vaxt neft şirkətinin üzərində nəzarəti ələ almadığını da deyib. “Beləliklə, Azərbaycanın korrupsiyalaşmış məmurları fayda götürüb. Onlar nə vaxtsa görməkdiləri həcmdə rüşvət pullarını mənimsəyiblər” deyə Merşen vurğulayıb. O deyib ki, 59 yaşlı F.Brouk Kojeninin investisiya ortağı olub. Merşen daha sonra bildirib ki, Kojeninin investorları vəd olunan səhmləri əldə etmədiklərini görüb onun barəsində ittiham irəli sürüblər.

“Kojeninin vəkillərinin arqumenti belədir ki, o, investisiyaları mənimsəməyib, yalnız bundan xarici məmurları ələ almaq üçün istifadə edib və həmin xarici məmurların öz vədlərinə əməl etməməsi onun günahı deyil” deyə FTB direktorunun köməkçisi vurğulayıb. “Bizim çatdırmaq istədiyimiz mesaj budur: Amerika bərabər oyun qaydaları tələb edən azad müəssisələr sisteminə malikdir. Siz xarici məmurlara rüşvət verə bilməzsiniz. Hətta bu məmurlar həmin rüşvəti qəbul etmək istəsələr belə” deyə Merşen bildirib: “Bizim sistemimiz bu yolla idarə olunmur və siz bu işdə həvəslə iştirak edə bilməzsiniz”.

Daha sonra mətbuat konfransında Qarsiya bildirib ki, Brouk və Pinkerton qurulmuş sxemdə bilərəkdən iştirak edərək Azərbaycanın əsas məmurlarını daş-qaş, bahalı mağazalardan alış-veriş, tibbi sığorta və müalicə ilə ələ alıblar: “Ona görə ki, dövlət neft şirkətinin özəlləşdirilməsi təmin olunsun və bu şəxslər ədalətsiz şəkildə paya sahib olsunlar”. Qarsiya ittiham olunan şəxslərlə Azərbaycanın yüksək rütbəli məmurları arasındakı bu rüşvətxorluğu “demokratik institutlara və azad rəqabətə qarşı birbaşa təhlükə” adlandırıb.

Nyu-Yorkda keçirilən bu mətbuat konfransı barədə xəbərlər də cəmi bir neçə dəqiqə ərzində bütün nüfuzlu Qərb KİV-lərində yayılıb.

Mövzunu davam etdirəcəyik.

Yeni Müsavat, 07.10.2005, Siyasət şöbəsi


Three indicted in 'massive' oil bribery scheme

October 7, 2005, Friday, The Associated Press

A Czech businessman, an executive at AIG insurance group and a Connecticut man were indicted Thursday in a "massive" scheme to bribe Azerbaijan officials to ensure they privatized the former Soviet republic's oil company, federal prosecutors said.

Viktor Kozeny, 42, a Czech executive living in the Bahamas, Frederic Bourke Jr., 59, an investor, and David Pinkerton, 44, a managing director of AIG's private equity group, were named in a 27-count indictment that accused them of violating the Foreign Corrupt Practices Act.

Pinkerton, of Bernardsville, N.J., and Bourke, of Greenwich, Conn., surrendered Thursday to the FBI in Manhattan.

Both pleaded not guilty at their arraignments before U.S. District Judge Richard Casey of Manhattan.

Bourke was freed on a $10 million personal recognizance bond, while Pinkerton was freed on a $1.5 million bond.

Manhattan U.S. Attorney Michael Garcia said Kozeny was arrested Wednesday in the Bahamas and that his office would seek his extradition.

According to the indictment, Kozeny was president and chairman of Oily Rock Ltd. and Minaret Ltd., which participated in a privatization program in Azerbaijan in the 1990s.

Under the program, Azeri citizens could use free government-issued vouchers to bid for shares of state-owned industries slated for privatization.

Prosecutors charge Kozeny promised hundreds of millions of dollars to corrupt unnamed senior Azeri officials and paid out tens of millions of dollars in bribes from August 1997 until 1999.

"The case that we bring today involves nothing less than the brazen attempt to steal the wealth of a sovereign nation," Garcia said at a news conference Thursday. "The defendants ... attempted to bribe key decision-makers and corrupt the privatization process."

According to Assistant Manhattan U.S. Attorneys Jonathan Abernathy and Mark Medelsohn, the suspects directed others under their control to buy the vouchers and options on behalf of Oily Rock and Minaret. The purchases were made with millions of dollars Kozeny delivered to Azerbaijan on his private jet, prosecutors contend.

Garcia said Bourke and Pinkerton knowingly participated in the scheme.

The defendants also are accused of paying a number of other bribes to Azeri officials, including a total of $11 million in cash that was doled out in May and June 1998.

The indictment says Kozeny bought hundreds of thousands of dollars in gifts and in June 1998 bankrolled a $1 million London shopping spree for a senior Azeri official's daughter.

He is also accused of paying for a host of all-expense-paid trips, including several to New York for medical treatment for two unnamed Azeri officials.

Despite the bribes, Kozeny never gained control of Azeri oil, said Andrew Arena, of the FBI's New York office.

"It appears that the corrupt Azeri officials scammed the scammers," he said. "They pocketed the bribe money without ever delivering."

Barry Berke, a lawyer for Pinkerton, insisted his client was wrongly accused and predicted he would be exonerated.

"It was based on a passive investment that represented less than 1 percent of the investment portfolio he managed," Berke said.

Robert Cleary, a lawyer for Bourke, also said his client was innocent. He noted that Manhattan District Attorney Robert Morgenthau had indicted Kozeny in 2003 on charges he stole $182 million from clients in the Azeri scheme.

"Our client is not a co-conspirator of Kozeny," Cleary said. "We think the D.A.'s got it right."