İsa Qəmbər İran səfirinə başsağlığı verib

Müsavat başqanı İsa Qəmbər İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymaniyə başsağlığı teleqramı göndərib. Teleqramda deyilir:

Hörmətli səfir!


Ölkənizdə baş verən təyyarə qəzası nəticəsində yüzdən çox insanın həyatını faciəli şəkildə itirməsini, onlarla insanın yaralanmasını böyük üzüntü ilə qarşıladım. Sizin simanızda təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, bütünlükdə İran xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara Ulu Tanrıdan şəfqət diləyirəm.

Hörmətlə, İsa Qəmbər
Müsavat Partiyasının başqanı