Azərbaycanda və Qazaxıstanda niyə inqilab
olmadı?
“The Seul Times”: “Neft və beynəlxalq geosiyasət ortadadırsa, şeytanın
dəstəyi də olacaq”
“Mərkəzi Asiyadakı son seçkilər göstərdi ki, köhnə diplomatik məsəldə həqiqət
var: əgər neft və beynəlxalq geosiyasət ortadadırsa, şeytanın dəstəyi də
olacaq”. Bu barədə Cənubi Koreyanın “The Seul Times” qəzetinin dünənki sayında
Azərbaycan və Qazaxıstandakı seçkilərə həsr olunmuş məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, noyabrın 6-da beynəlxalq müşahidəçilərin sərt tənqid
etdiyi saxtalaşdırılmış parlament seçkilərindən sonra İlham Əliyevin partiyası
qalib elan olundu: Qazaxıstanda isə ötən baza keçirilən prezident seçkilərində
Nursultan Nazarbayev oxşar şəkildə yenidən seçildi. Seçki müşahidəçiləri, o
cümlədən ATƏT hər iki seçkinin beynəlxalq standartlardan aşağı olduğunu elan
etdi. Lakin hər iki ölkədə hakimiyyətlər güclü beynəlxalq təzyiqlərdən kənarda
qaldı”.
Qəzet yazır ki, Azərbaycan və Qazaxıstan arasında çoxlu paralellər var. Hər iki
ölkə Birləşmiş Ştatlar, Rusiya, Çin, Avropa Birliyi və Şərqi Asiyadakı başqa
qonşular üçün güclü geostrateji önəmə sahibdir. Eyni zamanda, hər iki ölkədə
demokratiyanın qıtlığı aydındır: “Həm Azərbaycan, həm Qazaxıstan
hakimiyyətlərinin korrupsioner imicləri var, onlar siyasi müxalifəti ciddi
təzyiq altında saxlayır və seçkilərə nəzarət etmək üçün dövlət KİV-lərindən
istifadə edirlər. Hər iki ölkədə hakimiyyəti idarə etmək ailə məsələsidir.
İ.Əliyev 2003-cü ildə geniş şəkildə saxtalaşdırılmış seçkilərdə atasını
prezident postunda əvəz edib. Qazaxıstanda isə 65 yaşlı Nazarbayev dövlət
televiziya kanallarını idarə edən qızı Dariqanı onu əvəz etmək üçün hazırlayır.
Həmçinin hər iki ölkədə siyasi müxalifət güclü beynəlxalq dəstəkdən məhrumdur”.
Cenubi Koreya qezeti Azerbaycan ve Qazaxıstanda saxtalaşdırılmış seçkilerin
Ukraynada olduğu kimi, “narıncı inqilab”la neticelenmemesinin sebebini her iki
ölkenin neheng neft ehtiyatlarına sahib olması ile elaqelendirib. Qezet yazır
ki, Xezerin neft ehtiyatları dünyadakı neft istehsalının 10 faize yaxınını
teşkil edir. Azerbaycanda tesdiq olunmuş neft ehtiyatları 13 milyard barreldir.
Qazaxıstan ise Xezerin neft ehtiyatlarının 60 faizine sahibdir ve Kaşaqan
yatağının ehtiyatları Alyaska ile müqayise oluna biler: “Bu ölkeler 3 milyard
dollarlıq yeni neft kemerine celb olunub. Her ikisi ABŞ, Rusiya, Çin, Hindistan,
Koreya, Yaponiya ve Avropa Birliyi arasında eneji ehtiyatları uğrunda geden
müharibenin merkezinde yer alır. Hemçinin bu ölkelerin başçılarını ABŞ terrorla
müharibede ve islam fudamentalizmi tehlükesinin qarşısının alınmasında mühüm
terefdaş hesab edir”.
Qezet yazır ki, Azerbaycan ve Qazaxıstan ABŞ-ın İrana müdaxilesi üçün platsdarm
kimi de nezerden keçirilir: “Bu ilin noyabrında ABŞ dövlet katibi Kondoliza Rays
Nazarbayevi ”islahatçı" adlandırdı, onun müşaviri Metyu Brayza ise Qazaxıstanda
demokratik inkişafın getdiyini bildirdi. Öz növbesinde prezident Eliyev ABŞ-a
neft teklif edir ve terrorla müharibede terefdaş hesab olunur. İndi Eliyev ve
Nazarbayev növbeti seçkileredek öz postlarında qala bilerler. Beynelxalq gücler
ise bundan şikayetçi deyil”.
F.Məmmədov