Müsavat başqanı İsa Qəmbər ABŞ-ın Mili Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Kristi Kverklə görüşüb

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya qərargahında ABŞ-ın Mili Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Kristi Kverklə görüşüb. Görüşdə seçkidən sonra ölkədəki mövcud ictimai-siyasi durum, seçkilərin nəticələri ilə bağlı Qərbin, xüsusilə ABŞ-ın tutduğu mövqe, demokratiya və insan haqları sahəsindəki vəziyyət, habelə insanların sərbəst toplaşma azadlığı ilə bağlı problemlər əsas müzakirə mövzusu olub. Görüşdə həmçinin Müsavat Partiyası ilə MDİ arasında əməkdaşlığın perspektivləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat başqanının müavini Arif Hacılı iştirak edib.

Müsavat Partiyasının mətbuat xidməti, 09 dekabr 2005-ci il