İsa Qəmbər
C. Buşa, Toni Bleyerə, Vladimir Putinə, Rəcəb Teyyub Ərdoğana müraciət edib
Müsavat Partiyasının başqanı, Azadlıq blokunun həmtəsisçisi İsa Qəmbər Amerika
Birləşmiş Ştatlarının prezidenti C. Buşa, Avropa Birliyinin sədri, Böyük
Britaniya Birləşmiş Krallığının baş naziri Toni Bleyerə, Rusiya Federasiyasının
prezidenti Vladimir Putinə, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Teyyub
Ərdoğana müraciət edib. Aşağıda müraciətin tam mətnini veririk.
Hörmətli zat-aliləri!
Sizə açıq məktubla müraciət etməyimin başlıca səbəbi ölkəmdə və onun ətrafında
yaranmış vəziyyətdir. ABŞ-ın azadlıq və demokratiyanın genişlənməsini öz xarici
siyasətinin prioriteti elan etməsi, milli təhlükəsizlik siyasətinin və
terrorizmə qarşı qlobal mübarizəsinin əsas prinsiplərindən biri kimi
dəyərləndirməsi bütün dünyanın azadlıq sevər demokratik qüvvələri tərəfindən
müsbət qarşılanmış, azadlıq və demokratiya uğrunda çətin şəraitdə mübarizə
aparan xalqlara mənəvi güc vermişdir. Heç təsadüfi deyil ki, bu siyasətin
elanından keçən tarixi baxımdan çox qısa müddətdə qonşu Gürcüstanda və Ukraynada
dinc demokratik dəyişikliklər baş verdi, dəyişən geopolitik durumu düzgün
dəyərləndirən Moldova rəhbərliyi demokratiyaya keçid yolunu tutdu və Asiyanın
dərinliyində - Qırğızıstanda baş verən siyasi dəyişikliklər demokratik inkişaf
yolunu açdı. ABŞ və AB-nin Vaşinqtonda keçirilən iyun sammitində azadlıq və
demokratiyanın genişlənməsini birgə strateji maraq səviyyəsinə qaldırması və
qlobal miqyasda birgə hərəkət etmək qərarına gəlməsi xüsusilə təqdirəlayiqdir.
Yaxın tarixi təcrübə də göstərir ki, demokratik dünya birliyi, xüsusən də ABŞ və
AB birgə hərəkət etdiyi zaman şər qüvvələri daha tez geri çəkilir və ümumi maraq
kəsb edən strateji məsələlərin həlli daha asan olur.
Azadlıq və demokratiyanın genişlənməsi sürətlə postsovet məkanını əhatə etməkdə
və cənab Buşun dediyi kimi Qara dənizdən Xəzərə doğru irəliləməkdədir. Postsovet
məkanında baş verən dinc demokratik dəyişikliklərin seçki kontekstində baş
verdiyini nəzərə alsaq 06 noyabr 2005-ci ildə Azərbaycanda keçirilməsi
planlaşdırılan parlament seçkilərinin xalqımız, postsovet məkanı və qonşu İran
üçün nə qədər böyük önəm daşıdığı aydınlaşar. Regionda sülhün və uzun müddətli
sabitliyin yaranması, konfliktlərin həlli, Cənubi Qafqazın avropa və
avroatlantik institutlara tam inteqrasiyası demokratiyadan, azad və ədalətli
seçkilərdən keçir. Azərbaycan xalqı anlayır ki, bu seçkilər ölkəmiz və onun
perspektiv inkişafı üçün tarixi bir şansdır. Çox təəssüf ki, ölkəmizdə 1993-cü
ildən formalaşan qanunsuz, kriminal - korrupsioner Əliyev rejimi nəinki bu
tarixi şansı düzgün dəyərləndirə bilmir, əksinə bəzi xarici havadarlarına da
arxalanaraq həm ölkə ictimaiyyətinə, həm də demokratik dünya birliyinə meydan
oxuyur. Belə ki, İ. Əliyev ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsi
üçün nə demokratik qüvvələrin irəli sürdüyü tələblərə, nə də beynəlxalq
birliyin(ABŞ Konqresinin qətnaməsi, Dövlət Departamentinin bəyanatları, AŞ
Venesiya Komissiyasının tövsiyələri, ATƏT-in tələbləri və s.) irəli sürdüyü
tələb və tövsiyələrə məhəl qoymaq niyyətində deyil. Azərbaycanda mövcud olan
seçkiqabağı antidemokratik şərait İ. Əliyev hakimiyyətinin yenə də seçkiləri
saxtalaşdırmağa və zorakılığa hazırlaşdığını göstərir.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, böyük qonşumuz olan Rusiya nəinki postsovet
məkanına yönəlik siyasətini dəyişməyib ,əksinə bu məkanda baş verən siyasi
dəyişiklikləri böyük geopolitik itki kimi dəyərləndirir, öz xalqlarını əzən və
divan tutan avtoritar rejimlərin hamisi rolunda çıxış edir və Azərbaycanda
revanş götürmək niyyətindədir. Düşünürəm ki, demokratik ,stabil və iqtisadi
cəhətdən inkişaf edən Azərbaycan bütün qonşu dövlətlərin, eyni zamanda Rusiyanın
uzun müddətli maraqlarına cavab verir.
AB ilə üzvlük müzakirələrinə başlayan qonşu və qardaş ölkə olan Türkiyənin
passiv regional siyasəti, ABŞ və AB-dən fərqli olaraq regionda ,o cümlədən
Azərbaycanda azadlıq və demokratiyanın inkişafına dəstək verməməsi xalqımızı
üzməkdədir.
Hörmətli zat-aliləri!
Azərbaycan xalqı azadlıq və demokratiya ,azad və ədalətli seçki istəyir.
Xalqımız onun qarşısında hesabat verən, açıq və şəffaf fəaliyyət göstərən
korrupsiyasız hökumət istəyir. Hələ 1918-ci ildə islam dünyasında və Şərqdə ilk
demokratik respublika quran mənim xalqım demokratiyaya hazırdır. Azərbaycanda
dinc demokratik dəyişikliklər üçün beynəlxalq birliyin siyasi-mənəvi dəstəyinə
ehtiyac var. İnanmaq istərdim ki, xalqımız, azadlıq və demokratiya istəyi ilə
qəlbi döyünən gənclərimiz layiq olduğu və haqq etdiyi bu dəstəyi alacaqdır.
Müsavat partiyasının mətbuat xidməti, 11 oktyabr 2005-ci il
To the President of the Unites States of
America George W. Bush
To the UK Prime Minister Tony Blair/British chairmanship of the European Union
To the President of the Russian Federation Vladimir Putin
To the Prime Minister of the Turkish Republic Rajab Teyub Erdogan
Your Excellencies!
The primary objective of this open letter is to raise the issue of the situation
in my country and the region. The United States have made a significant decision
to establish expansion of democracy and freedom as a priority in its foreign
policy and integral part of the national security policy and the global fight
against terrorism. This development was greeted positively by pro-democracy
forces around the world and empowered those struggling for liberty under
difficult conditions. It is no accident that since the pronouncement of this new
policy peaceful democratic changes occurred in Georgia and Ukraine. With the
changing geopolitical situation Moldova too chose the path of democratic reforms
and in the depths of Asia Kyrgyzstan underwent a political transformation
towards embrace of freedom and liberty. These developments should be viewed in
historical context. The June US/EU Summit which made democratic expansion a
critical part of the joint strategy is particularly welcome. Recent historical
experience indicates that when the democratic community, in particular the US
and Europe, acts jointly the forces opposed to it are most vulnerable and the
strategy of global democratisation is best realized.
Expansion of democracy and freedom across the former Soviet Union is proceeding
with great speed and as stated by President Bush is accelerating from the Black
Sea to the Caspian. The relevance of democratic and peaceful changes in the
post-Soviet sphere, in the context of elections, to Azerbaijan and neighboring
Iran, will be made clear with the forthcoming parliamentary elections in
Azerbaijan Republic on 6 November 2005. The path to regional peace, development
of long-term stability, conflict resolution, integration of the South Caucasus
into European and Euro-Atlantic institutions runs through democratic, free and
fair elections. The people of Azerbaijan are fully aware that these elections
are historic chance for the country and future development. It is unfortunate
that the corrupt and criminal Aliyev regime, established unlawfully in the
Republic in 1993, not only fails to correctly evaluate this chance but, relying
on the patronage of certain antidemocratic elements abroad, challenges this
historic opportunity.
Thus Ilham Aliyev ignores domestic calls for free and fair elections, demands of
the democratic movement and recommendations and calls of the international
community (the US Congressional resolution, State Department statements, Council
of Europe Venice Commission recommendations and the OSCE demands). The current
un-democratic pre-election situation in Azerbaijan is evidence that the Aliyev
regime is preparing to falsify the election and to use violence to achieve that
objective.
It is highly unfortunate that Russia views current political processes in the
post-soviet space as its geo-political loss and acts as a patron to undemocratic
and oppressive regimes and pursues revanshist policies in Azerbaijan. I believe
that democratic, stable and economically developed Azerbaijan will benefit all
its neighbors and will respond to Russian interests as well.
Azerbaijans brotherly neighbor Turkey is busy with European Union membership
negotiations and is there passive in its regional policy in comparison to the US
and the European Union and this is disappointing.
Your Excellencies!
The people of Azerbaijan want freedom and democracy, free and fair elections.
The people want to have a transparent, uncorrupt government. The people, who
have in 1918 established the first democratic state in the Islamic world and the
East, are ready for democracy. There is a real potential for democratic and
peaceful changes in Azerbaijan. I would like to believe that the young people of
my country, whose hearts are burning for freedom, will get the support they
deserve.
Yours sincerely
Isa Gambar
The leader of the Musavat Party
Co-founder of the Freedom Bloc
Former Speaker of the Parliament of Azerbaijan Republic