Müsavat başqanı İsa Qəmbər partiya
qərargahında Böyük Britaniyanın səfiri Laurens Bristou ilə görüşüb
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya qərargahında Böyük
Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Laurens Bristou ilə
görüşüb. Görüşdə ölkədəki mövcud ictimai-siyasi durum, seçkilərin nəticələri və
beynəlxalq təşkilatların seçkilərlə bağlı mövqeyi, demokratiya və insan haqları
sahəsindəki vəziyyət, habelə vətəndaşların sərbəst toplaşma azadlığı ilə bağlı
problemlər müzakirə edilib.
Görüşdə Müsavat Partiyası başqanının müavini Sülhəddin Əkbər iştirak edib.
![]() |
![]() |
![]() |
Müsavat başqanı İsa Qəmbər Polşanın
“Wyborcza” qəzetinin müxbirinə geniş müsahibə verib
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Polşanın “Wyborcza” qəzetinin
müxbiri Vitold Hebanovskiyə geniş müsahibə verib. Müsahibədə İ.Qəmbər seçkidən
sonra ölkədəki mövcud durum, “Azadlıq” blokunun seçkilərdəki qələbəsinin
reallaşmamasının subyektiv və obyektiv səbəbləri və müxalifətin bundan sonrakı
mübarizəsinin əsas prioritetləri, beynəlxalq aləmin seçkidən əvvəl və sonra
tutduğu mövqe, habelə demokratiya, söz və insan haqları sahəsindəki vəziyyətlə
bağlı çoxsaylı suallara cavab verib.
![]() |
![]() |
![]() |
Müsavat Partiyasının mətbuat xidməti, 15 dekabr 2005-ci il