Seçkilərə etiraz aksiyaları davam edir

Müsavat Partiyasının Füzuli rayon təşkilatı noyabrın 20-də saat 11.00-dan 13.00-dək 84 saylı Füzuli seçki dairəsində baş vermiş ciddi qanun pozuntularını əsas götürərək sözügedən dairədə seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə Füzuli rayonunun Bala Bəhmənli kəndinin stadionunda mitinq keçirmək niyyətindədir. Bununla bağlı artıq Füzuli rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.

Xatırladaq ki, rayon təşkilatı bundan öncə noyabrın 14-də eyni tələblə 84 saylı saylı DSK-nın qarşısında piket keçirmişdi. Aksiyadan sonra rayon prokuroru təşkilatın fəal üzvləri- Məsud Bağırov, Bəhmən Babayev, Vidadi Əliyevi, habelə özək sədrlərini və məntəqə komissiya üzvlərini prokurorluğa çağıraraq onlara hədə-qorxu gəlib.

Son məlumata görə, Füzuli rayon İcra hakimiyyətinin başçısı Nəbi Muxtarov mitinqin keçirilməsini icazə verməyib. Bununla əlaqədar bu gün rayon prokuroru Sabir Abdinov Müsavat Partiyasının 84 saylı DSK-dakı nümayəndəsi Hacıbaba Həmzəyevlə görüşüb. S. Abdinov həmçinin saat 12.30 radələrində Müsavatın Füzuli rayon təşkilatının sədri Məzahir Heydərliyə telefon açaraq bildirib ki, rayon icra başçısı aksiyanın keçirilməsinə icazə vermir. M. Heydərli isə öz növbəsində prokurora bildirib ki, Konstitusiyanın 49-cu maddəsini əsas götürərək onlar İcra hakimiyyətinə icazə deyil, xəbərdarlıq məktubu ilə müraciət ediblər və göstərilən tarixdə aksiya reallaşacaq.

Qeyd edək ki, bu vaxta kimi Azərbaycanın müxtəlif bölgələrində- Biləsuvar, İmişli, Saatlı Ağcabədi, Neftçala, Zaqatalada bu cür etiraz mitinqləri keçirilib və aksiyaların əksəriyyəti insidentsiz ötüşüb.



Göyçayda seçki saxtakarlıqları ilə bağlı etiraz aksiyası

 Müsavat Partiyasının 88 saylı DSK- da nümayəndəsi Namiq Hacıbəylinin verdiyi məlumata görə Azərbaycan Liberal və Demokratik Birlik Partiyalarından deputatlığa namizədlər Nəriman Qəhrəmanlı və Mirfazil Həmidov rayon prokurorluğuna çağrılıblar. Burada onlardan izahat alınıb və aksiya keçirəcəkləri təqdirdə inzibati qaydada cəzalandırılacaqlarını bildiriblər.

Üzvü olduğu dairədə qanun pozuntularından danışan N. Hacıbəyli özü ilə birlikdə daha 3 nəfər komissiya üzvünün- Mobil Xeyrullayev(ALP), Qasım Mövsümov(AXCP) və Qalib Rəhimovun (VHP) yekun protokola imza atmadıqlarını söyləyib. N. Hacıbəylinin sözlərinə görə DSK yekun iclasını noyabrın 8-də saat 10.00-da keçirilməli idi. Lakin göstərilən vaxtda DSK sədri Eldəniz Həmidov onlara artıq iclasın başa çatdığını söyləyərək yekun protokolu MSK-ya aparıb. “Seçki qanunvericiliyinə görə yekun protokola DSK-nın 9 üzvündən 6-sı imza atdığı zaman sənədin hüquqi əsası olur. Lakin mən və adlarını çəkdiyim daha 3 nəfər DSK üzvü sənədi imzalamamışıq. Sonradan bizə məlumat verildi ki, yekun protokola bizim əvəzimizə saxta imzalar atılıb”-deyən N. Hacıbəyli bu qanunsuzluqla bağlı MSK-ya, ATƏT-in Bakı ofisinə müraciət etdiklərini bildirib. Namiq bəy məsələ ilə əlaqədar rayon prokurorluğuna çağrıldığını ona və yaxınlarına təzyiqlər edildiyini də söyləyib.

Müsavat Partiyasının mətbuat xidməti, 18 noyabr 2005-ci il



Bu gün seçki saxtakarlığı ilə bağlı Neftçalada mitinq keçirilib

Müsavat Partiyası Neftçala rayon təşkilatının sədri Elxan Əsədin verdiyi məlumata görə aksiya Mədəniyyət evinin qarşısındakı meydanda baş tutub. Seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsi mitinqin əsas tələbləri olub. Aksiya boyu 1000-lərlə insan “A. Rəhimzadə biz sənə səs verməmişik, biz Fərman Hüseynova səs vermişik” şüarını səsləndiriblər. Mitinqdə “Azadlıq” blokunun liderləri AXCP sədri Ə. Kərimli, Müsavat başqanını müavini Q. Hüseynli və ADP sədrinin müavini S. Cəlaloğlu iştirak ediblər.


Bu gün Kürdəmirdə seçki saxtakarlığına etiraz əlaməti olaraq mitinq keçirilməli idi. Lakin rayon İcra hakimiyyəti müxalifətə istədikləri marşrutlardan heç birində aksiya keçirməyə icazə verməyib və əvəzində mitinqin rayon stadionunda keçirilməsini təklif edib. Müxalifət də öz növbəsində göstərilən məkanda aksiya keçirməkdən imtina etdiyi üçün mitinq baş tutmayıb.



Rallies to protest election irregularities and fraud go forward peacefully and without incident in various regions across the country


November 18,2005 - Opposition supporters in the Neftchala region have conducted a rally, accusing the government of the vote fraudulent. According to Elhan Asad, head of the Musavat Party Neftchala branch office, the action was held near the Palace of Culture in town. The demonstrators demanded to overturn the voting results and a rerun of the elections. Over 1000 demonstrators, shouting a slogan "Arif Rahimzade, we have not voted for you! We have voted for Ferman Huseynov!", were marching through the streets. The demonstration was attended by Opposition leader of the People's Front of Azerbaijan Ali Kerimli, Musavat Party Deputy Chairman Qabil Huseynli, and Sardar Jalaloglu, of the Democratic Party.

November 18,2005 – Opposition supporters in Kurdemir was supposed to hold a rally to protest election fraud. However, the local executive authorities did not sanction the rally where opposition thought fit. Instead, a stadium in the regional center was offered for the demonstration. As the opposition refused to conduct the rally there, the action had failed.

November 18,2005 – Nariman Kahramanly and Mirfazil Hamidov, nominated by the Azerbaijan Liberal and Democratic Unity parties, have been invited to the Gokchay regional prosecutor's office, according to Namik Hacybeyli, a representative of 88 constituency election commission. There they have been forced to write statements, and warned that they will be administratively punished in case of any action.

Hacybeyli said in addition to him, another three commission members – Mobil Heyrullayev (ALP), Kasym Movsumov (PFPA), and Qalib Rahimov (Solidarity Party), had not signed the final voter protocol. To him the final sitting of their constituency election commission was to be held at 10:00 November 8. However, Eldeniz Hamidov, the chairperson of the their constituency election commission, telling them that “the gathering was over,” had taken the final protocol to the Central Election Commission (CEC). “Under the election law, the final protocol is effective provided that of nine members of the election commission, 6 shall sign the document. In fact, the said three commission members and I had not signed the document. Later on, we were informed that they had put falsified signatures on behalf of us,” he commented. We have informed the CEC and OSCE’s Baku Office on charges of election fraud, he added. “We have been called to the regional prosecutor’s office, and our folk and relatives are exposed to intimidation,” he recapitulated.

November 18,2005 - The Musavat Party Fizuli branch office on November 20 (about 11:00 AM to 13:00 PM) plans to hold a demonstration at the stadium in the village of Bala-Behmenli, Fizuli, to protest election irregularities and fraud, and to seek a rerun of the voting in their constituency. In this connection, the district party has appealed to the local executive authorities.

It is worth mentioning that on November 14 the regional branch launched a picket outside the 84 constituency office. The local prosecutor in his office had threatened the Musavat activists: Mesud Bagyrov, Behmen Babayev, Vidadi Aliyev, as well as members of constituency and polling station election commissions.

According to a recent report available, Nabi Muhtarov, head of local executive authorities, failed to permit the peaceful staging of the opposition demonstration. To that end, Fizuli’s prosecutor Sabir Abdinov has conversed with Hacybala Hamzeyev, a representative of 84 constituency election commission. And about 12:30 Abdinov in a telephone conversation with Mezahir Heydarly, chairman of the regional branch of the Musavat Party, informed that the executive head had not sanctioned the rally. Heydarly’s response was that in compliance with Article 49 of the Constitution, they had submitted a letter to the local executive administration for no permission, but for warning, adding that “the demonstration will be held at an agreed time.”

It is notable that similar rallies to protest election fraud have gone forward peacefully and without incident in various regions across the country, such in Bilesuvar, Imishli, Saatly, Agcabedi, Neftchala, etc.

Müsavat Partiyasının mətbuat xidməti, 18 noyabr 2005-ci il