Ukrayna seçki ərəfəsindədir
Ukrayna seçki ərəfəsindədir. Narıncı inqilabdan sonra gələn ilin martında ölkədə
ilk parlament seçkiləri keçiriləcək. Artıq ölkə bu seçkilərə ciddi hazırlıq
gedir. Bu günlərdə ölkənin aparıcı siyasi güc mərkəzlərindən biri sayılan “Bizim
Ukrayna ” bloku və dünyada Ukraynadakı narıncı inqilabın avanqardı kimi tanınan
“Pora ” Partiyası öz qurultaylarını keçirəcəklər.
Sözügedən qurumların hər ikisi bu mötəbər tədbirdə iştirak etmək üçün Müsavat
Partiyasının başqanı İsa Qəmbərə dəvət məktubu göndəriblər.
Qeyd edək ki, dekabrın 18-də qurultayını keçirəcək “Bizim Ukrayna” blokunda
ölkənin aparıcı siyasi partiyaları- “ Xalq Birliyi Bizim Ukrayna ”, Ukrayna Xalq
Ruhu, Ukrayna Sənayeçilər və Sahibkarlar Partiyası, Ukrayna milli Konqresi,
“Sobor” Ukrayna Respublika Partiyası və Xristian-demokrat İttifaqı Partiyası
təmsil olunurlar.
Dekabrın 19-da isə “Pora” və “İslahatlar və qayda ” partiyalarının birgə
qurultayı keçiriləcək.
Hər iki dəvət məktubunda “Xalq Birliyi Bizim Ukrayna” partiyasının sədri Roman
Bezsmertnıy və “Pora” Partiyasının sədri Vladislav Kaskiv Müsavat Başqanını
qurultaya dəvətlilər arasında görməkdən qürur hissi keçirəcəklərini bildiriblər.
Onlar öz məktublarında Müsavat Partiyası ilə əməkdaşlığın bundan sonra da davam
edəcəklərinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyasının başqanı İsa Qəmbər keçiriləcək
qurultay və tədbirlərin bəzilərində iştirak etmək, Ukrayna siyasi qüvvələri ilə
əməkdaşlığı inkişaf etdirmək məqsədilə Kiyevə qısa müddətli səfərə yola düşəcək.
Müsavat Partiyasının mətbuat xidməti, 18 dekabr 2005-ci il