109th CONGRESS

1st Session
H. RES. 326

Calling for free and fair parliamentary elections in the Republic of Azerbaijan

IN THE HOUSE OF REPRESENTATIVES
Adopted by the House of Representatives by a vote of 416 to 1 on July 20, 2005

RESOLUTION

Whereas the Republic of Azerbaijan is scheduled to hold elections for its parliament, the Milli Majlis, in November 2005;

Whereas Azerbaijan has enjoyed a strong relationship with the United States since its independence from the former Soviet Union in 1991;

Whereas international observers monitoring Azerbaijan's October 2003 presidential election found that the pre-election, election day, and post-election environments fell short of international standards;

Whereas the International Election Observation Mission (IEOM) in Baku, Azerbaijan, deployed by the Organization for Security and Cooperation in Europe (OSCE) and the Council of Europe, found that there were numerous instances of violence by both members of the opposition and government forces;

Whereas the international election observers also found inequality and irregularities in campaign and election conditions, including intimidation of opposition supporters, restrictions on political rallies by opposition candidates, and voting fraud;

Whereas Azerbaijan freely accepted a series of commitments on democracy, human rights, and the rule of law when that country joined the Organization for Security and Cooperation in Europe as a participating State in 1992;

Whereas, following the 2003 presidential election, the Council of Europe adopted Resolution 1358 (2004) demanding that the Government of Azerbaijan immediately implement a series of steps that included the release of political prisoners, investigation of election fraud, and the creation of public service television to allow all political parties to better communicate with the people of Azerbaijan;

Whereas, since the 2003 presidential election, the Government of Azerbaijan has taken a number of positive steps by releasing some political prisoners and working toward the establishment of public service television;

Whereas a genuinely free and fair election requires that citizens be guaranteed the right and opportunity to exercise their civil and political rights free from intimidation, undue influence, threats of political retribution, or other forms of coercion by national or local authorities or others;

Whereas a genuinely free and fair election requires government and public authorities to ensure that candidates and political parties enjoy equal treatment before the law and that government resources are not employed to the advantage of individual candidates or political parties; and

Whereas the establishment of a transparent, free and fair election process for the 2005 parliamentary elections would be an important step in Azerbaijan's progress toward full integration into the democratic community of nations: Now, therefore, be it

Resolved, That the House of Representatives--

(1) calls upon the Government of the Republic of Azerbaijan to hold orderly, peaceful, and free and fair parliamentary elections in November 2005 in order to ensure the long-term growth and stability of the country;

(2) calls upon the Government of Azerbaijan to guarantee the full participation of opposition parties in the upcoming elections, including members of opposition parties arrested in the months leading up to the November 2005 parliamentary elections;

(3) calls upon the opposition parties to fully and peacefully participate in the November 2005 parliamentary elections, and calls upon the Government of Azerbaijan to create the conditions for the participation on equal grounds of all viable candidates;

(4) believes it is critical that the November 2005 parliamentary elections be viewed by the people of Azerbaijan as free and fair, and that all sides refrain from violence during the campaign, on election day, and following the election;

(5) calls upon the Government of Azerbaijan to guarantee election monitors from the Office for Democratic Institutions and Human Rights of the Organization for Security and Cooperation in Europe (OSCE), Azeri political parties, candidates' representatives, nongovernmental organizations, and other private institutions and organizations, both foreign and domestic, unimpeded access to all aspects of the election process;

(6) supports recommendations made by the Council of Europe on amendments to the Unified Election Code of Azerbaijan, specifically to ensure equitable representation of opposition and pro-government forces in all election commissions;

(7) urges the international community and domestic nongovernmental organizations to provide a sufficient number of election observers to ensure credible monitoring and reporting of the November 2005 parliamentary elections;

(8) recognizes the need for the establishment of an independent media and assurances by the Government of Azerbaijan that freedom of the press will be guaranteed; and

(9) calls upon the Government of Azerbaijan to guarantee freedom of speech and freedom of assembly.


ABŞ Konqresi Azərbaycana aid mühüm qətnamə qəbul edib

US Congress: “Azərbaycan hakimiyyəti qeyri-qanunidir”

Tom Lantos: “Biz gərək təminat verək ki, Azərbaycan ABŞ-la strateji münasibətlərdən sui-istifadə etməsin”

ABŞ Konqresində Azərbaycandakı mövcud ictimai-siyasi durum və qarşıdan gələn parlament seçkiləri ilə bağlı önəmli müzakirələr keçirilərək, mühüm qərar qəbul olunub. Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iyulun 18-də qəbul etdiyi qətnamədə Azərbaycan hökumətindən azad və ədalətli seçkilər keçirmək tələb olunur.

Komitənin iclasında çıxış edən konqresmenlər İleana Ros-Letinen, Kristofer Smit, Tom Lantos, Cozef Krauli və Benjamin Kardin Azərbaycandakı vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, ABŞ Azərbaycan cəmiyyətinin uğurla demokratikləşməsi və Qərbə inteqrasiyasında maraqlıdır.

“Yeni Müsavat” bu müzakirələrdə sərt çıxışı ilə yadda qalan konqresmen Tom Lantosun məruzəsinin mətnini əldə edib. T.Lantos ilk növbədə Azərbaycan hakimiyyətini ölkədə uzunmüddətli sabitliyin qorunması üçün azad və ədalətli seçkilər keçirməyə çağırıb. ABŞ-ın və konqresmenlərin noyabrda Azəraycanda keçiriləcək parlament seçkilərinə böyük diqqət ayırdığını vurğulayan T.Lantos deyib: “Bizim qərarımız odur ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün bu prosesdə fəal iştirak edək”.

O, həmçinin Azərbaycan hökumətinin öz vətəndaşlarının hüquqlarını və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri pozmasından danışıb. 2003-cü ilin prezident seçkilərinə toxunan T.Lantos seçkilərin saxtakarlıqla keçdiyini deyib. Konqresmen sərt şəkildə bəyan edib ki, seçki saxtakarlığı nəticəsində Azərbaycanda qeyri-qanuni hakimiyyət formalaşdırılıb. O, 2003-cü ilin prezident seçkilərindən sonra müxalifətçilərin ciddi təqib olunduğunu deyib. T.Lantos qeyd edib ki, uzun müddət müxalifətin dinc aksiyalarına icazə verilməyib, 2005-ci ilin 21 mayında keçirilən aksiya isə dağıdılıb. Eyni zamanda hadisələri işıqlandıran jurnalisti döyən (“Zerkalo” qəzetinin əməkdaşı Fərid Teymurxanlı nəzərdə tutulur - Z.) polis əməkdaşı barəsində hüquqi cəza tədbiri görülməyib və o, məhkəməyə verilməyib.

Konqresmen Azərbaycanla ABŞ arasındakı münasibətlərə də toxunub: “Azərbaycanla ABŞ arasında yaxşı münasibətlər var. Bu ölkə Avropa və Orta Asiyanın kəsişdiyi strateji nöqtədə yerləşir, ABŞ-la yaxşı münasibətləri mövcuddur. Bu münasibətlər bizim hərbçilərimizin Əfqanıstanda əməliyyatlar aparmasında əhəmiyyətli olub. Amma biz gərək təminat verək ki, Azərbaycan və digər postsovet respublikaları seçkilərin demokratik keçirilməməsi üçün ölkələrinin strateji nöqtələrdə yerləşməsindən sui-istifadə edə bilməsinlər.

Necə ki, biz bunu Gürcüstan, Ukrayna və Qırğızıstanda müşahidə etdik. Biz bilirik ki, keçmiş SSRİ respublikaları hazırda totalitarizmədən plüralizmə keçid mərhələsini yaşayırlar".

T.Lantos parlament seçkiləri ərəfəsində Azərbaycan hakimiyyətinin bir neçə siyasi məhbusu azad etdiyini vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan seçkilərin azad və ədalətli keçirilməsi, prosesin beynəlxalq tələblərə cavab verməsi üçün səylər etməlidir: “Azərbaycan xalqı tezliklə elə bir şans əldə etməlidir ki, onların ölkəsində demokratiya bərqərar olsun. Mən inanıram ki, bizim qəbul etdiyimiz qərar Amerika Konqresinin Azərbaycan xalqına dəstəyi kimi dəyərləndiriləcək. Eyni zamanda inanıram ki, bu mövqe mənim həmkarlarım tərəfindən də dəstəklənəcək”.

T.Lantos Azərbaycandakı vəziyyət barədə kifayət qədər məlumatlı şəxsdir. Qeyd edək ki, o, 2002-ci ildə Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşərək, o dövrdə Azərbaycandakı vəziyyəti müzakirə edib. 2003-cü ilin prezident seçkilərindən sonra isə konqresmen bu seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirmişdi.

Qeyd edək ki, bu qətnamənin qəbulundan sonra Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin təmsilçiləri ilə görüşüb. Seçkilərlə bağlı ona ünvanlanan suallara cavab olaraq səfir bildirib ki, Azərbaycan hökuməti noyabrdakı səsvermənin beynəlxalq standartlara uyğun gəlməsi üçün lazımi şərait yaradacaq. H.Paşayev seçkiləröncəsi mitinq-yürüşlərin keçirilməsi, bütün namizədlərin kütləvi informasiya vasitələrindən istifadə etməsi üçün imkan yaradıldığını vurğulayıb. H.Paşayev qeyd edib ki, noyabrda keçiriləcək parlament seçkilərinə Vaşinqtondakı böyük marağı nəzərə alaraq, səfirlik ABŞ-ın hökumət strukturları ilə görüşlər keçirib seçkiqabağı vəziyyətlə bağlı müntəzəm məlumat verməyi planlaşdırır.

Zabil MÜQABİLOĞLU, Yeni Müsavat, 21.07.2005