Bu gün Müsavat Partiyasının qərargahında
“Azadlıq” blokunun liderlərinin və Milli Birlik Hərəkatının liderinin birgə
toplantısı keçirilib
Toplantıdan sonra jurnalistlər üçün keçirilən brifinqdə “Azadlıq” blokunun
həmtəsisçisi, Müsavat başqanı İsa Qəmbər müzakirə edilən məsələlərlə bağlı
açıqlama verib:
“İlk növbədə ölkədə mövcud durum, yaranmış siyasi böhran və bu böhrandan çıxış
yolları ilə bağlı müzakirələr aparıldı. Konkret olaraq 27 noyabr mitinqinə
hazırlıq məsələləri hərtərəfli müzakirə edildi. 27 noyabr mitinqi həm
kəmiyyətinə, həm də keyfiyyətinə görə bundan əvvəlki aksiyalardan fərqlənəcək.
Digər istiqamətlərdə də atdığımız və atacağımız addımlarla bağlı geniş fikir
mübadiləsi aparıldı. MSK-ya_və məhkəmə instansiyalarına seçki saxtakarlıqları
ilə bağlı müraciətlər davam edir. Cəmiyyətin fəallaşması istiqamətində proseslər
davam edir. Bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutulub. Sabah BMM-də
QHT-lərlə birgə Dəyirmi Masa keçiriləcək. Ötən həftə 600-ə yaxın namizədin
iştirakı ilə forum keçirildi və birgə qərarlar qəbul edildi. Forumla bağlı işlər
davam etdirilir. Beynəlxalq təşkilatlarla da əməkdaşlığımızı davam etdiririk. Bu
prosesdə bir sıra addımlar atılıb.
Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Heyki Talvitye “Azadlıq”,
“YeS” və Milli Birlik hərəkatının liderlərinin görüşü keçirildi. Görüşdə
seçkidən sonra ölkədə yaranmış vəziyyət, situasiyanın hansı istiqamətdə cərəyan
etmə ehtimalları, həmçinin seçki saxtakarlıqlarının aradan qaldırılması yolları
haqqında geniş fikir mübadiləsi aparıldı. Görüşdə AB-nin Azərbaycanla bağlı
gündəlikdə olan məsələlər, habelə Qarabağ məsələsi ilə bağlı müəyyən fikir
mübadiləsi aparıldı.
Biz hakimiyyətin növbəti dəfə seçkiləri saxtalaşdırması ilə barışmaq niyyətində
deyilik. Mübarizəmiz davam edir.
Hakimiyyət də öz saxtakarlığını davam etdirməkdədir. MSK-da qəbul edilən
qərarlar heç də təqdim edildiyi kimi qanunsuzluqların, saxtakarlıqların aradan
qaldırılması məqsədilə yox, yeni-yeni qanunsuzluqlar etmək məqsədilə atılan
addımlardır. MSK-nın son qərarları bir daha göstərir ki, bu qurum heç də
müstəqil bir qurum deyil, yalnız Prezident aparatından gələn göstərişləri həyata
keçirməklə məşğuldur. Təbii ki, atacağımız addımlardan biri də MSK-ya tam
etimadsızlığın rəsmən bəyan edilməsi və səlahiyyətli nümayəndələrimizin bu
qurumdakı fəaliyyətindən imtina edilməsi də ola bilər.
Təəssüf ki, yuxarıda göstərilən mənzərə məhkəmə səviyyəsində də davam edir.
Ancaq bütün bunlarla yanaşı cəmiyyətin müqaviməti günü-gündən artır, demokratik
qüvvələrin mübarizəsi davam edir. Biz mübarizəni dinc üsullarla, lakin
prinsipial şəkildə davam etdirəcəyik”
The Azadlyk Coalition and National Unity leaders have met to negotiate at the
Musavat Party headquarters…
November 22, 2004- The Azadlyk Coalition and National Unity leaders have met for
talks at the Musavat Party headquarters. Isa Gambar, Musavat Party Chairman,
Azadlyk Coalition Co-Chair, made a press statement following the session. In his
speech: “We discussed a number of issues, in particular, the current environment
set in the country, as well as the political crisis and steps toward preventing
it. And details for a rally scheduled for November 27, were the focus of talks.
The rally to be held on Nov 27 will be different from previous ones in both
quantitative and qualitative terms. Also, we exchanged broad views on steps
taken and to be taken by us. We continue appealing to the Central Election
Commission (CEC) and court instances to investigate into election irregularities
and fraud. We now see that processes toward the public activation are well going
on in the country. A set of directions is expected to that end. Tomorrow we are
expected to hold a joint roundtable with a variety of NGOs at the International
Press Center. Last week we conducted a forum attended by about 600 parliamentary
candidates, where joint decisions had been made. We continue efforts related to
the forum, and cooperation with international organizations. Some positive steps
have been achieved in this process. Today Heikki Talvitie, EU Special
Representative (EUSR)for the South Caucasus, had a meeting with the leaders of
the Azadlyk, YeS blocs and the National Movement. We were focused on the
post-election environment, ways to prevent election fraudulent, the Karabakh
problem, etc. issues. The rigged election cannot be tolerated. Our just struggle
continues. At the same time, authorities still practice falsifications. In fact,
those decisions made by the CEC are not aimed at, as government officials mouths
about, eliminating those irregularities, but committing new irregularities. The
recent resolutions issued by the CEC once more show that it is a dependent
structure, which is subordinated to Aliyev’s Office. Certainly, we will seek to
achieve that the CEC be officially declared distrustful. And election officials
representing opposition are likely to refuse working for the CEC. We feel regret
that those irregularities I mentioned above are at the court level as well.
However, public resistance is increasing. Democratic forces are struggling for
democratization. We will continue this struggle through peaceful, but principal
ways.”
![]() |
![]() |
![]() |
![]() |
Müsavat Partiyasının mətbuat xidməti, 22 noyabr 2005-ci il