"Azadlıq" blokunun Sədrlər Şurası növbəti
etiraz aksiyasının yanvarda keçirilməsi barədə qərar qəbul edib
Bu gün «Azadlıq» blokunun Sədrlər Şurasının toplantısı keçirilib. Toplantıdan
sonra ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu keçirdiyi mətbuat
konfransında müzakirə olunan məsələlər haqqında məlumat verib.
S. Cəlaloğlu bildirib ki, iclasda dekabrın 18-də keçirilmiş, Bakı şəhər İcra
Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın nəticələri müzakirə edilib. Bu
aksiyanın parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq
Azərbaycan vətəndaşlarının iradə ortaya qoyması kimi qiymətləndirən blok
aksiyaları davam etdirməklə bağlı qərar qəbul edib. S. Cəlaloğlunun sözlərinə
görə, növbəti aksiyanın yanvarda keçirilməsi qərara alınıb. Aksiyanın vaxtı isə
blok rəhbərliyinin növbəti iclasında müəyyən olunacaq. Toplantıda «Azadlıq»
blokunun siyasi blok kimi fəaliyyətini davam etdirməsi qərara alınıb və bu
istiqamətdə blokun ciddi strukturlaşması məqsədəuyğun sayılıb. S. Cəlaloğlunun
sözlərinə görə, blokun komissiyaları, departamentləri və Məclisinin yaradılması
nəzərdə tutulub. Bu məsələ partiyaların rəhbər orqanlarında müzakirə olunduqdan
sonra həll ediləcək. Son vaxtlar sahibkarların həbs olunması da blok rəhbərliyi
tərəfindən pislənilib.
APA, 22.12.2005