"Azadlıq" blokunun Seçki Platforması

Dövlət Hamı Üçün!

"Azadlıq" bloku - 2005-ci ilin parlament seçkilərində qələbə qazanmaq üçün demokratik partiyaların qüvvələrinin birləşdirilməsi məqsədilə yaradılmış seçki blokudur. "Azadlıq" blokuna ADP, AXCP, Müsavat partiyası daxildir. Bundan əlavə, ölkədə əsaslı demokratik dəyişikliklərin zəruriliyi barədə "Azadlıq" blokunun siyasi mövqeyini dəstəkləyən ziyalılar, ictimai xadimlər və nüfuzlu siyasətçilər də bu blokda fərdi qaydada birləşib. Blok dövlətimizin Konstitusiya, iqtisadi və sosial islahatlarına dair çoxsaylı geniş və hərtərəfli proqramlar işləyib hazırlayıb. Bu platforma həmin proqramlarda təsbit edilən əsas ideya və yanaşmaları əks etdirir.

Əziz Həmvətənlər!

Mövcud rejimin 12 illik hakimiyyəti dövründə Azərbaycan birpartiyalı, rüşvətxor diktaturaya çevrilib. Belə şəraitdə yalnız namus, vicdan və ləyaqət hissini itirdikdən sonra dilsiz-ağızsız məxluq kimi yaşamaq mümkündür. Bəzən isə heç bu da kömək etmir.

Bu gün xalqımız, millətimiz ikiyə bölünüb. Bugünkü Azərbaycan - "Bir dövlət, iki millətdir!" Biz birinci və ikinci növ adamlara bölünmüşük: ölkəni elə keçirmiş bir ovuc pul və hakimiyyət hərisi və böyük əksəriyyət olan bizlər - haqsız-hüquqsuz, imkansız və gələcəyə ümidsiz insanlar. Birincilər ölkəni talamağa, vətəndaşları alçaltmağa davam edir. Niyyetləri - bizi kölə etməkdir, övladlarımızı isə gələcəkdə onların övladlarının kölələrinə çevirməkdir.

Son bir neçə ildə bu rejim xalqımızı və beynəlxalq ictimaiyyəti inandırmaq istəyirdi ki, bir azdan bəzi demokratik islahatlar həyata keçirəcək - rüşvəti yığışdıracaq, ədalət gətirəcək, insanları ağ günə çıxaracaqdır. Görmədik. Aydındır niyə! Axı hər bir demokratik islahat onların ağalığına xələl gətirəcək. Bu rejim korrupsiya ilə mübarizə apara bilməz, çünki o, korrupsiya üstündə qurulub. Bu rejim bizim problemləri həll edə bilməz, çünki bu problemləri rejimin özü yaradıb. Biz hamımız buna son 12 ildə əmin olduq. Bu dövrdə biz bir dövlətdə iki millət kimi yaşadıq; onlar orada - yuxarıda, biz isə burada - aşağıda! Və onlar istəyirlər ki, bu vəziyyət əbədi davam etsin...
 
Onlar deyirlər ki, bizim xalqı başqa cür idarə etmək mümkün deyil. Amma biz bu milli faciəyə son qoymalıyıq. Bu faciəni yalnız biz yox, bütün dünya görür. Bütün dünyada bu faciə haqda söhbətlər gedir, hansı beynəlxalq hesabata baxsaq, Azərbaycanı orada biabırçı ölkələr yanında görəcəyik. Milli qürurumuz üçün bundan böyük təhqir ola bilərmi? Biz insanların ləyaqətini qorumaq, onların tapdanmış haqlarını özlərinə qaytarmaq və dövlətimizin beynəlxalq nüfuzunun bərpasına nail olmaq üçün birləşməliyik.

Hamıya aydın olmalıdır ki, ikiyə bölünmüş millət nə daxili, nə də xarici böhranlara tab gətirə bilər. Biz xalqımızın birliyini bərpa etmək fikrindəyik. Biz istəyirik ki, "bir dövlət, bir xalq, millət" olaq. Və bu birlik hamı üçün bərabər hüquqlara və bir  ədalətə əsaslanacaq.

Biz belə hesab edirik və müasir dünya tarixi da bunu təsdiq edir ki, azadlıq olmayan yerdə inkişaf olmur! Zorakılığa arxalanan dövlət dağılmağa məhkumdur! Biz tələb edirik ki, Konstitusiyamıza və Azərbaycan tərəfindən imzalanmış Avropa Insan Haqları Konvə nsiyasına zidd olan bütün qanunlar ləğv edilsin.

Bundan əlavə, təcrübəmiz göstərir ki, demokratik qanunlar qəbul etsək belə, bu, ölkədə ədalətin, vicdanlı siyasi və iqtisadi rəqabətin bərqərar olması üçün yetərli deyil. Qanunlarımız o zaman işləyəcək ki, onları həyata keçirən icra hakimiyyəti üzərində parlamentin ciddi nəzarəti olsun.

Ölkəmizin xarici siyasi kursunun istiqaməti hələ də dəqiq müəyyən olunmayıb. Bu da təəccüblü deyil, çünki mövcud rejim bir tərəfdən demokratik dünyaya qovuşmaq istədiyini bildirir, digər tərəfdən isə başa düşür ki, bunun üçün tələb olunan demokratikləşmə onun tam iflasına gətirib çıxaracaq. Biz hesab edirik ki, ölkəmiz Avroatlantik məkana həqiqi siyasi, iqtisadi və hərbi-strateji inteqrasiya prosesinə dərhal başlamalıdır. Lakin bunun üçün biz gərək indidən real iş görək - ölkəmizi Avropanın yüksək demokratik və sosial standartlarına yaxınlaşdıraq.

Biz qonşularımız Rusiya və  Iranla yaxşı münasibətlərin tərəfdarıyıq, lakin hesab edirik ki, bu münasibətlər bərabərhüquqlu olmalıdır. Biz, demokratiya yoluna inamla qədəm qoymuş və  taleyi bizimkinə oxşayan Gürcüstan və  Ukrayna ilə əlaqələri genişləndirmək istəyirik.

Biz ölkədə geniş Konstitusiya islahatları aparılmasını istəyirik; müstəqil məhkəmə və  güclü parlament tərəfdarıyıq - demokratik sistemin təməli məhz budur. Hakimiyyət qolları arasında səlahiyyət bölgüsü qarşılıqlı nəzarət prinsipini qorumaq şərtilə yenidən bölünməlidir. Parlamentin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilməli, ona geniş təhqiqat aparmaq, hökumətin fəaliyyəti və  büdcənin xərclənməsi üzərində nəzarət etmək hüquqları verilməlidir. Xalqımızın tarix boyu həsrətini çəkdiyi müstəqil və  ədalətli məhkəmənin yaradılması hər bir azərbaycanlının fikri-zikri olmalıdır. Çünki ədalətli məhkəmə olmadan nə iqtisadi-siyasi islahatlar proqramları, nə insan haqları sahəsində imzalanmış beynəlxalq öhdəliklər, nə də sonsuz nəsihətler milli inkişafı təmin edə bilər. Bununla əlaqədar biz istəyirik ki, məhkəmə sistemi özünü idarə edən ictimai orqan şəklində fəaliyyət göstərsin; Andlılar Məhkəməsi sistemi yaradılsın və  geniş şəkilde tətbiq edilsin.
 
Biz, geniş yerli özünü idarəetmənin tərəfdarıyıq və  səylə çalışacağıq ki, bələdiyyələrimiz Avropa Yerli Özünü Idarəetmə Xartiyasına uyğun olaraq, mülkiyyət və  səlahiyyət sahibi olsunlar. Hesab edirik ki, yerli icra başçıları da yerli camaat tərəfindən seçilməli və  onların fəaliyyəti vətəndaş nəzarəti altında olmalıdır. Biz, həmçinin istəyirik ki, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da paytaxt meri olsun və  o, vətəndaşlar tərəfindən seçilsin. Son zaman paytaxtımızda hökumətin havadarlığı ilə gedən nəzarətsiz inşaat "əməliyyat"ları Bakının görkəmini eybəcərləşdirir, onun sakinlərinin mülkiyyət və  təhlükəsizlik hüquqlarını tapdayır. Bu özbaşınalığa dərhal son qoyulmalıdır. Gözəl Bakımızı bu acgöz "bənnaların" və  onlara qəyyumluq edən məmurların əlindən qurtarmalıyıq.

Qarabağ problemi - Azərbaycanın ərazi bütövlüyü başlıca amalımızdır. Bu problem 11 il əvvəl atəşkəsin imzalanmasından sonra nə sülh, nə də hərb yolu ilə öz həllini tapa bilib. Bu problemi həll etmək üçün, heç şübhəsiz ki, ordunu və  iqtisadiyyatımızı gücləndirməliyik, amma bununla yanaşı, biz ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsini də heç vaxt unutmamalıyıq - bunsuz nə diplomatik, nə də hərbi uğurlar qazana bilərik. Ölkənin beynəlxalq nüfuzu isə, öz növbəsində, insan haqlarının təminatından və  demokratiyanın səviyyəsindən birbaşa asılıdır. Hamı üçün tam aydın olmalıdır ki, beynəlxalq ictimaiyyət azərbaycanlıları tapdalayan Azərbaycan hökumətinə Qarabağ ermənilərini öz zülmkar hakimiyyəti altına salmağa heç vəchlə imkan verməyəcək. Qarabağ erməniləri Azərbaycanı demokratik və  çiçəklənən görməyincə, müzakirə olunan sülh planları səmərə verməyəcək. Müxtəsər, özümüz azad olsaq, Qarabağı da azad edə bilərik!
Neftimiz tariximizdə növbəti dəfə xalqın ümidindən xalqın bəlasına çevrilir. Onun xeyli hissəsi oğurlanaraq, ölkənin kriminal şəbəkəsini dolandırır, büdcəyə çatan və saitdən isə büdcə təşkilatlarının işçilərinə "dilənçi payı" verilməsi hesabına rejim öz vəziyyətini əbədiləşdirmək istəyir. Ümummilli sərvətimizi ələ keçirən rejim neftin fasiləsiz ixrac olunmasında maraqlı olan beynəlxalq qüvvələrin dəstəyini qazanmağa çalışır. Bu rejimin sayəsində ölkəmiz neft pullarını göyə sovuraraq, addım-addım mayasından yeyən və  büdcəsini artırmaq üçün heç bir mütərəqqi islahat aparmağa ehtiyac duymayan parazit-dövlətə çevrilir...

Bəs, 15-20 il sonra nə edəcəyik? Neft qurtaracaq, əcnəbilər gedəcək və  o zaman ikiyə bölünmüş xalqımız inkişafdan qalmış iqtisadiyyat və  rüşvətxor dövlət aparatı ilə baş-başa qalacaq. Üstümüzə gələn bu labüd tehlükə övladlarının gələcəyindən narahat olan hər birimizi düşündürməlidir.
Biz hesab edirik ki, neft sektoru və  neft gəlirləri ciddi parlament və  vətəndaş nəzarətində olmalıdır; biz belə nəzarətin tətbiqində böyük təcrübəyə malik beynəlxalq maliyyə qurumları və  demokratik təşkilatlarla əməkdaşlıq etmək fikrindəyik.

Biz, öz vətəndaşlarını vahimədə saxlayan yox, onlara çətin gündə əl uzadan dövlət qurmaq arzusundayıq. Bu məqsədlə də ölkənin qanunvericilik sisteminə, xüsusilə də onun sosial təminat, təhsil və  tibb sahələrinəe yenidən baxılmalıdır; dövlətin sosial siyasəti sadə adamların ehtiyaclarını nəzərə almalıdır; dövlətin yardımı korrupsiya və  bürokratizmdən azad olmalıdır. Biz ekoloji qanunvericiliyin sərtləşdirilməsini istəyirik. Son zamanlar nəzarətsiz təsərrüfat fəaliyyəti gedişində ətraf mühitimizə böyük ziyan yetirilib və  biz gələcək nəsillər naminə unikal təbiətimizi bərpa etməli və  qoruyub saxlamalıyıq.

Azad olmayan ölkədə azad bazar iqtisadiyyatı inkişaf edə bilməz! Hər kəsə aydın olmalıdır ki, iqtisadi inkişaf ölkədə iqtisadi azadlıqların və  demokratiyanın səviyyəsindən birbaşa asılıdır.Əgər iqtisadi rəqabətin bəzi iştirakçıları rejimin tam dəstəyindən istifadə edirsə, digərləri isə əksinə, məmurlar tərəfindən sıxışdırılırsa, bu, artıq azad bazar deyil, bu, artıq azad rəqabət deyil və  belə iqtisadiyyat inkişaf edə bilməz. Biz iqtisadi fəaliyyətin bütün iştirakçılarının tam bərabər hüquqlara malik olmaları üçün mübarizə aparacağıq. Bu gün bütün gəlir sahələri rejim tərəfindən yaradılmış monopoliyaların tam nzəarətindədir. Bu siyasətə son qoyulmalıdır.

Biz kütləvi yoxsulluğun və  işsizliyin ortadan qaldırılması uğrunda mübarizə aparacağıq; rejim tərəfindən mövcudluğuna son qoyduğu cəmiyyətin "orta təbəqəsinin" inkişaf etdirilməsi üzrə sosial-iqtisadi proqramların həyata keçirilməsini istəyirik.

Biz hesab edirik ki, qiymətlərin artması ilə ciddi mübarizə aparılmalı; inkişafı stimullaşdırmaq üçün yeni vergi və kredit siyasəti tətbiq edilməli; sosial vergi mənfəət vergisindən az olmalı, əmlaka və  irsi mülkiyyətə adekvat diferensial vergi qoyulmalı; Əlavə  Dəyər vergisi 15%-ə endirilməlidir.
 
Neft gəlirləri yalnız sosial ehtiyaclara yox, ilk mərhələdə maliyyə dəstəyinə ehtiyacı olan liberal iqtisadi islahatların keçirilməsinə də yöneldilməlidir.
Istehsalın inkişafına, vətəndaşın öz evinin inşasına və  övladlarının təhsilinə xərclənmiş vəsait vergidən azad edilməlidir.
Ölkəmiz tez bir zamanda Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır.

Bütün bunların reallaşdırılması məqsədilə bu islahatları təqdir edən beynəlxalq qurumlarla sıx əməkdaşlığın tərəfdarıyıq.
Kəndlilərimiz kolxoz sisteminin dağılmasından sonra əslində taleyin ümidinə buraxılıblar və  dövlət tərəfindən heç bir kömək görmürlər. Əksinə, rejim tərəfindən himayə olunan aqrar monopoliyalar alış qiymətlərini azaldaraq, onsuz da zəif olan fermer təserrüfatlarını boğur. Dövlət kəndliyə sahib durmalıdır. Biz hesab edirik ki, dövlət insanın şəxsi işinə qarışmamalıdır, lakin ayrı-ayrı vətəndaşların təkbaşına həll edə bilmədiyi problemləri çözməyə borcludur. Dövlət fermerlərə əvəzsiz texniki və  maliyyə yardımı verməli; aqrar infrastrukturu bərpa etməli; kəndlinin məhsulunun dünya bazarlarına çıxarılmasına kömək etmelidir. Belə yardım üçün əlahiddə vəsait də tələb olunmur. Dərin daxili böhran keçirən bu rejimi tərənnüm edən plakatlara, heykəllərə və  dəbdəbəli idman komplekslərinə xərclənən vəsaitin az hissəsilə də bu problemi həll etmək olar.

Əziz Həmvətənlər!

2005-ci ilin parlament seçkiləri dövlətimizin və  xalqımızın gələcək taleyini müəyyənləşdirəcək qədər əhəmiyyətlidir; bu seçkilər, ola bilsin, yaxın 15-20 ilə Azərbaycan üçün sonuncu şansdır ki, rejimin bizə hazırladığı alçaldıcı "Neft monarxiyası" aqibətindən canımızı qurtaraq. Əks təqdirdə biz ləyaqətsiz və  gələcəksiz bir cəmiyyətdə yaşamalı olacağıq, qonşu xalqların və  dünya ictimaiyyətinin istehza obyektinə çevriləcəyik
.
Rejim ictimai həyatın bütün sahələrini total nəzarətə götürməyə can atır. Biz birləşib onlara manə olmasaq, ölkəmiz tezliklə Orta Asiya diktaturalarına bənzəyəcək. Bu zaman artıq özbaşınalıq və  ədalətsizliklə qarşılaşan sadə vətəndaş heç kimdən kömək gözləyə bilməyəcək, adi bir məmurun, xırda bir bürokratın qurbanı olacaq. Biz bütün qüvvələrimizi səfərbər etməliyik ki, xalqın səsi parlamentin divarlarında inamla və  qətiyyətlə səslənsin.
Bu seçkilərdə biz birləşib, Azərbaycanın demokratik gələcəyinin əsasını qoymalıyıq.

Biz sizi seçki günü seçki məntəqələrinə çağırırıq! Sizi ömrünün ən gözəl illərini vətənimizin müstəqilliyinə həsr etmiş və  bu gün də ədalətsizliyə qarşı mübarizə aparan insanlara səs verməyə çağırırıq!
Biz sizi Azərbaycanı vətən deyil, şəxsi mülk bilən adamlara qarşı səs verməyə çağırırıq! Biz sizi Monarxiyaya yox, Respublikaya səs verməyə çağırırıq!
 
Yaşasın Respublika!
Yaşasın Azadlıq!
Dövlət Hamı Üçün!

Bakı Xəbəri qəzeti, 24-25 sentyabr 2005-ci il



The Azadlyg Coalition Election Platform


State for Everybody!


Azadlyg is an election coalition/block of key democratic forces in Azerbaijan to win sufficient support in the upcoming parliamentary election set for November 6. It is composed of three opposition parties – the Azerbaijan Democratic Party (ADP), the Azerbaijan Popular Front Party (APFP), and the Musavat Party. Yet Azerbaijan’s top intellectuals, public figures, and politicians who show strong support for the Azadlyg’s political stand for a democratic Azerbaijan have joined us one by one. To date the coalition has developed a catalog of comprehensive and explicit programs concerning the State Constitution, as well as economic and political reforms. In this Platform, the Azadlyg Coalition lays out main ideas and approaches reflected in these programs.

Dear Compatriots!

During the past 12 years Azerbaijan has turned into a single-party dictatorship under this regime where corruption is deeply felt. It is possible to live as meek and humble creatures under such conditions only after losing good name, clean conscience, and proper pride. But even sometimes this is not enough.
Today we have become a people and a nation divided into two parts. Today’s Azerbaijan seems to be “one state but two nations!”. We are discriminated as two kinds of people in all respects: a handful of people, which is avid for money and power, and an overwhelming majority of Azerbaijan nationals – we who are deprived of exercising all constitutional rights and seek to live in a spirit of civility, hope and mutual respect. The former continue to plunder the country, humiliate Azeri pride. Their aim is to enslave us and our kids for theirs in the future.

The ruling party had been trying to convince the international community of holding democratic reforms, including eliminating corruption within the government, and obtaining justice to reinforce the rights of the individuals and improve the lives of average Azerbaijanians. We see no progress. It is clear why! In fact, a democratic reform would harm their domination. This regime cannot combat corruption because it was established on corruption; this regime cannot resolve our problems because the party in power itself has created these problems. We have witnessed all this over the last 12 years. We have lived like two nations in one state so far; they have been at the top, while we have been at the bottom. And they do want this process to continue for good….

Authorities say there is no alternative to rule our people. However we must end up this tragedy. Not only we, but also the whole world sees this tragedy. People throughout the world have been discussing this subject. Whatever international report we look through, we can find Azerbaijan topping disreputable nations on the lists. That is certainly the worst vicious insult to Azeri pride. We should join our efforts to protect National dignity, to restore the citizens’ violated rights, and to seek regain of Azerbaijan’s prestige in the international arena.

Everybody must come to understand that the divided nation can withstand neither domestic nor external crises. We are eager to be like a “single nation and single people”. And this unity will be based on equal rights and justice.

We regard, as well as the history of modern world has shown that it is absurd to speak of development in a government where the values of freedom and liberty are lacking! The government resting on violence is subjected to break-up! We urge Government to rescind all laws, which contradict the Constitution of the Azerbaijan Republic and fail to effect full compliance with the European Convention on Human Rights ratified by the State of Azerbaijan.

In addition, our experience has shown that even if adoption of democratic laws is not enough for reinstatement of justice, and a politically and economically fair competition. Our laws will work in case Milli Mejlis (Parliament) effectively controls the executive boards.

Currently the foreign policy of our country is still far from certain. It is not surprising, of course. Since although the ruling party declares a desire to establish a democracy, on one hand, it also understands that democratic processes will lead to its full disintegration, on the other hand. We anticipate that Azerbaijan needs to start immediate processes for political, economic, and military-strategic integration into the Euro-Atlantic space. But for this, we will have to do some work in advance – to seek to ensure that our country has imported the highest democratic and social values from the European community.

We continue supporting the warm relations with Azerbaijan’s two neighbors to the north and south– Russia and Iran. Nevertheless, we consider that this relationship must provide equal opportunities for each part. We are eager to reinforce our relations with Georgia and Ukraine, which have become moving forward democratic processes, and at present practice similar challenges our country has faced.

We support implementation of extensive constitutional reforms, and establishment of independent courts and a strong parliament in Azerbaijan. It is the bulwark of the democratic system. The authority in the government should be re-divided based on reciprocity control principle. The authority of the parliament should be extended, such as it should be entitled to exercise control over all government-led operations and budget expenditure reports. Every person must brood over establishment of independent and fair courts because neither economic and political reforms, nor international commitments on human rights Azerbaijan has ratified, including numerous guidelines can provide progress without such a court system. To this end, we want the court to function as a public self-governing body. We urge founding of a (grand) jury system to be applied extensively.

Azadlyg believes the people of Azerbaijan have a right to be fully self-governing, and we will seek our municipalities to access properties and authorities in compliance with the European Charter on Self-Government. We anticipate that local executive heads should be appointed by community, and their activity must be held accountable in public. We also want to have a capital mayor like in all democracies elected by the citizens. Recent uncontrolled construction “operations” under government protection disfigure Baky’s view, thus violating property and protection rights of Baku residents. We ought to save our beautiful Baky from grasping “masons” and officials protecting them.

Karabakh problem – Our chief aim is Azerbaijan’s territorial integrity. This problem has not been resolved either by peaceful or armed methods since ceasefire was achieved 11 years ago. To achieve this, we certainly must strengthen our Army and economy. Moreover, we should not forget about Azerbaijan’s prestige in the international arena, as we cannot gain any diplomatic and military success without it. And, international prestige, in turn, directly depends on the provision of human rights and the level of democratic values. It must be clear to everybody that the international community will not allow the Azerbaijan government that tramples on Azerbaijan Turks’ rights to keep the Karabakh Armenians within its despotic power. Peace negotiations under discussions will be ineffective until ethnic Armenians in Daglyk (Upland) Karabakh see Azerbaijan as a democratic and prosperous nation. Namely, we well free Karabakh, when we ourselves become free!

It is the second time Azerbaijan oil has turned into national trouble from its hope. Greater part of oil profits is misused by corrupted government thus paving the way for crime. Thanks to scanty petrodollars from oil wealth reaching the salaried citizens, Government wants to perpetuate its existence. Generally, the regime that has seized Azerbaijan’s oil wealth is seeking to gain support from the international forces, which are interested in uninterrupted oil exports. Because of this regime, Azerbaijan is becoming a “parasitic” nation through wasting petrodollars, resting on its balance and failing to hold radical reforms….

And what we will do in 15 or 20 years? Oil will be exhausted, expatriates will leave the country, and then the divided people will stay alone with the economically backward markets and corrupt government. This unavoidable threat to our nation must alarm all who are concerned by the future of their children.

We contemplate that the oil sector and oil profits should be under both parliament and public control; we intend to cooperate with international financial institutions (IFIs) and democratic institutes with proven background in the related area.

We want to establish a government, in which the people do not remain fearful, but are supported if the worst comes to the worst. We must revise basic laws, in particular in the social security, educational, and health fields; the state social policy should take into consideration the needs of average individuals; government benefits should not be burdened with corruption and red tape. We want to toughen environmental law. During uncontrolled economic operations our environment has suffered great losses, and we are committed to restoring and preserving our unique nature for the sake of future generations.

There cannot be free market economies in undemocratic governments! Everybody must come to understand that economic growth directly depends on economic freedoms and democratic values. If some players in the economic competition make use of government levers, while others’s activities are restricted by authorities, it is called no free market at all, and such economy cannot develop! We will combat unjust competition so that all players gained equal opportunities in business. Currently all income-generating businesses are under government-led monopolies. We must end this policy! We will combat poverty reduction and full unemployment; we want to design and implement socio-economic programs to be aimed at development of the middle class Azerbaijanians disregarded by the government.

We anticipate that it essential to prevent high market prices; to elaborate a new tax and credit policy to stimulate economic growth; to apply less social taxes than profits taxes; to impose adequate differential taxes on immovables and legacy properties and to reduce VAT to 15 percent.

Oil revenues should be directed not only at meeting the social needs of the people, but also conducting liberal reforms in the economy, which needs funding in the first stage. Citizens’ revenues aimed at production growth, as well as funds they allocate to construct their own houses and education fees paid for their children must be exempt from taxes. Our country should be acceded to the World Labor Organization (WTO) in the nearest future.

In view of the aforesaid, we must intensify close cooperation with international organizations that estimate these reforms. The government left our land owners to the mercy of fate after the kolkhoz system was collapsed. In rural Azerbaijan farmers receive no incentives from the government. Instead, state-controlled agrarian monopolies, by reducing purchase prices, have choked farming, which is awkward anyway. The State should declare itself the owner of the villagers. We consider that the State should not interfere in private affairs of the individual, however, is committed to addressing societal problems individuals are unable to manage. The State should provide free agricultural techniques and grants to rural communities; promote farmers to export their products. To do this, no huge grants are needed. It is possible to solve this problem at the expense of insignificant part of the funds consumed for posters, monuments, and luxurious sports complexes praising the regime subjected to crises.

Dear Compatriots!

The 2005 parliamentary election is the most important sign of progress to determine the future of our nation; maybe, to get rid of delusive ‘oil monarchy’ future designed by the regime, this election will give us the last chance over 10-15 years to come. Otherwise we will have to live in an unworthy and futureless society, and become the mockery of the international community, including our neighbors in particular.

This regime seeks to completely control all public spheres. Unless we join our efforts to impede authorities, our country will be like dictatorships in Central Asia. Then average citizens to be exposed to arbitrariness and injustice will be afflicted with the hopelessness in terms of seeking help. We must mobilize all forces so that the voice of the nation could be confidently and positively heard in Parliament.

By moving together in election, we will lay the foundation of a democratic future in Azerbaijan

We urge you to visit your precincts on Election Day! We call on you to vote for those who sacrificed the happiest days in their lives for the independence of our Motherland, and continue to fight against injustice! We call on you to boycott those who see Azerbaijan as their own property, but not as our Motherland! We call on you to vote for republic, but not for monarchy!

Long Live Republic!
Long Live Freedom!
State for Everybody!

The Baky Haber (Baku News) Opposition Newspaper, September 24/25, 2005


ИЗБИРАТЕЛЬНАЯ ПЛАТФОРМА БЛОКА ПОЛИТИЧЕСКИХ ПАРТИЙ «AZADLIQ»

ГОСУДАРСТВО ДЛЯ ВСЕХ!

Избирательный блок q» - это блок демократических политических партий, созданный с целью объединения их усилий для победы на парламентских выборах 2005 года. В блок q» входят партии «Мусават», «ПНФА» и ДПА. Кроме того, к нему в индивидуальном порядке присоединилось большое количество демократически настроенных общественных и политических деятелей страны, разделяющие взгляды членов блока AZADLIQ» о необходимости коренных демократических преобразований в стране. Блок подготовил большое количество широких и обстоятельных программ по конституционным, экономическим и социальным реформам нашего государства. Настоящая платформа отражает лишь основные идеи и подходы, зафиксированные в этих программах.

Дорогие соотечественники!

За 12 лет правления нынешнего режима наша страна превратилась в однопартийную, насквозь коррумпированную диктатуру, в условиях которой можно выжить, лишь потеряв все нравственные качества и превратившись в бессловесное существо, а иногда и это не помогает.
Сегодня наш народ разделен надвое. Сегодня Азербайджан – это «одно государство и две нации»! Мы разделены на людей первого и второго сорта: небольшая кучка людей, захватившая страну, и все мы – остальные, живущие без прав, без средств и без надежды на будущее. Они продолжают грабить страну, унижать ее граждан, хотят превратить нас в своих слуг, а наши дети, по их замыслу, должны стать слугами их детей…

Последние несколько лет нынешний режим пытается убедить наш народ и международное мировое сообщество в том, что вскоре он проведет в жизнь некие прогрессивные реформы, которые ликвидируют коррупцию, установят справедливое правосудие и принесут нашим людям процветание. Но народ так и не дождался обещанных реформ. И понятно почему. Ведь всякая прогрессивная реформа будет подрывать их власть над нами. Этот режим не может бороться с коррупцией, ибо коррупция поддерживается в стране самим режимом. Этот режим не может решить наши проблемы, ибо он сам создает эти проблемы. Все мы убедились в этом за последнее десятилетие, когда мы жили как «две нации в одном государстве»: Они, там – наверху, а Мы, здесь – внизу! И Они желают, чтобы это ситуация продолжалась вечно!

Они утверждают, что нашим народом по-другому управлять невозможно. Но мы должны остановить эту национальную трагедию. И эта трагедия видна не только нам, о ней говорят по всему миру, ибо в какой бы позорный международный список стран вы ни посмотрите, увидите, что наша страна прочно занимает там одно из первых мест. Может ли что-нибудь быть более оскорбительным для национальной гордости? Мы обязаны объединиться для того, чтобы вернуть нашим гражданам их достоинство, защитить их гражданские права и вернуть уважение к нашей стране в сообществе наций.

Мы считаем, что наше государство не может устоять перед лицом внутренних и внешних кризисов, если его народ разделен надвое. Мы намерены восстановить единство нашего народа, мы хотим иметь «единое государство и единую нацию», и это единство будет основано на истинном равноправии и справедливости для всех.

Мы считаем, и современная мировая история отчетливо доказала это, что без свободы нет развития, что построенное на принуждении государство, в конце концов, должно рухнуть, и мы выступаем за то, чтобы все национальные законы страны, противоречащие нашей Конституции и подписанной Азербайджаном Европейской декларации о правах человека, были отменены.

Кроме того, мы считаем, что само по себе принятие прогрессивных законов еще недостаточно для установления в стране справедливости, честной политической и экономической конкуренции. Вот почему мы выступаем за парламентский контроль над практикой применения наших законов со стороны исполнительной власти и ее министерств.

Внешнеполитический курс нашей страны до сих пор четко не определен, и это не удивительно: нынешний режим, с одной стороны, заявляет о своем желании стать частью демократического мирового сообщества, но с другой - понимает, что требуемая для этого демократизация приведет к его полному краху.

Мы считаем, что наша страна должна немедленно начать процесс политической, экономической и военно-стратегической интеграции в евроатлантические структуры, но для этого мы должны начать реальную работу по установлению высоких демократических и социальных стандартов у себя дома. Мы выступаем за всемерное развитие сотрудничества с нашими соседями Россией и Ираном, однако полагаем, что такое сотрудничество должно быть равноправным. Мы выступаем за всяческое расширение связей с Грузией и Украиной, странами с общей с нами судьбой, смело вставших на путь демократических преобразований.

Мы выступаем за глубокую конституционную реформу в стране; за независимый суд и действенный парламент, без которых демократическая система существовать не может. Полномочия ветвей власти должны быть четко разделены, полномочия парламента - значительно расширены. Парламенту должно быть предоставлено широкое право расследования и контроля над правительством и бюджетом. Независимый и справедливый суд, с которым за всю свою жизнь так ни разу и не столкнулись многие и многие поколения азербайджанцев, должен стать предметом беспокойства каждого гражданина страны. Ибо без справедливого суда никакие прогрессивные реформы, подписанные международные обязательства в области прав человека, политические программы и моральные увещевания не смогут гарантировать наши права и привести к установлению честности в обществе, что столь необходимо для национального развития. В этой связи мы выступаем за то, чтобы судебная система стала самоуправляющимся общественным органом. Мы выступаем за введение суда присяжных.

Мы выступаем за широкое местное самоуправление и приложим все усилия для того, чтобы муниципалитеты страны были наделены правами и собственностью в соответствии с Европейской хартией о местном самоуправлении; мы также считаем, что главы местной исполнительной власти должны избираться и находиться под тесным гражданским контролем.

Мы хотим, чтобы Баку обладал своей мэрией и мэр города избирался жителями. Ведущаяся в последнее время в столице под покровительством властей бесконтрольное строительство уродует облик города, грубо нарушает гражданские и имущественные права наших граждан, этому самоуправству немедленно должен быть положен конец. Мы должны вырвать Баку из рук этих «ненасытных архитекторов» и их властных покровителей.

Наше особое внимание будет уделено карабахской проблеме, которая со времени установления режима прекращения огня – 11 лет назад – так и не нашла ни мирного, ни военного разрешения. Наряду с выполнением очевидной задачи по укреплению национальной армии и экономики, мы не должны забывать, что нам следует всемерно укреплять и международный авторитет нашей страны, без чего мы не сможем достичь ни дипломатических, ни военных успехов. В свою очередь ждународный авторитет Азербайджана целиком зависит от уровня демократии и защиты прав человека в стране. Нам всем должно стать совершенно ясно, что международное сообщество не позволит азербайджанскому правительству, угнетающему азербайджанцев, установить свою власть и над армянами Карабаха. Возвращение Карабаха, о котором так много говорят представители нынешнего режима и международные посредники, станет возможным лишь после того, как армяне Карабаха увидят положительный демократический пример Азербайджанского государства. Короче, пока мы сами не станем свободны, мы не сможем освободить Карабах.

Наша нефть, в очередной раз в нашей истории, из национальной надежды превращается в национальную беду. Значительная часть ее разворовывается, подкармливая общенациональную криминальную сеть, а те средства, что доходят до бюджета, режим использует на укрепление своего положения, подбрасывая подачки работникам бюджетных организаций. Кроме того, контролируя национальные нефтяные богатства, режим пытается заручиться поддержкой влиятельных международных сил, заинтересованных в бесперебойной добыче нашей нефти. Усилиями правящего режима Азербайджан постепенно превращается в государство-паразита (Rent Seeking State), проедающее нефтяные деньги и не испытывающее нужды ни в демократических, ни в экономических реформах для пополнения своего бюджета. Но что же будет делать наша разделенная надвое нация через 20 лет, когда нефть закончится, иностранцы уедут, и мы останемся с недоразвитой промышленностью и коррумпированным государственным аппаратом? Эту неумолимо надвигающуюся на нас опасность должен до конца осознать каждый гражданин страны, задумывающийся о будущем своих детей. Мы считаем, что нефтяная отрасль и нефтяные доходы должны быть поставлены под строгий парламентский и гражданский контроль; мы намерены тесно сотрудничать с международными финансовыми и демократическими организациями в деле установления такого контроля.

Мы желаем построить государство, которое не будет пугать своих граждан, а будет готово в трудную минуту протянуть им руку помощи. С этой целью законодательство и практика его применения в сфере социального обеспечения, образования и медицины должны быть пересмотрены: социальная помощь государства должна учитывать нужды простого человека, она должна быть избавлена от коррупции и бюрократизма.

Мы выступаем за ужесточение экологического законодательства, ибо в ходе бесконтрольной хозяйственной деятельности наша окружающая среда понесла за последнее десятилетие огромный ущерб, который мы обязаны восстановить, дабы сохранить нашу уникальную природу для будущих поколений.

Экономика свободного рынка не может развиваться в несвободной стране. Каждому гражданину должно стать очевидным, что экономическое развитие напрямую связано с уровнем демократии и экономической свободы в стране. Когда одни участники экономического соревнования пользуются полной поддержкой режима, а другие задавлены поборами государственных чиновников, это уже не свободный рынок и не конкуренция - такая экономика развиваться не будет. Мы будем бороться за полное равноправие всех участников экономической деятельности. Сегодня государственное регулирование экономики производится в основном в интересах созданных самим же режимом монополий - с такой политикой должно быть покончено.

Мы выступаем за проведение в жизнь социально-экономических программ по борьбе с бедностью и возрождению погубленного нынешним режимом среднего класса граждан страны. Мы считаем, что в стране должна проводиться налоговая и кредитная политика, направленная на стимулирование экономической деятельности и на борьбу с инфляцией: социальное налогообложение должно быть ниже налога на прибыль; следует установить адекватный дифференцированный налог на имущество и наследство; налог на добавленную стоимость должен быть понижен до 15%. Нефтяные деньги должны расходоваться не только на социальные нужды, но и на проведение либеральных экономических реформ, которые на первом этапе нуждаются в финансовой поддержке. Средства, потраченные на развитие производства, на строительство гражданами своих жилищ и на высшее образование для их детей, не должны подвергаться налогообложению. Должен быть установлен строгий парламентский контроль за расходованием налоговых средств. Мы выступаем за тесное сотрудничество с международными финансовыми организациями в деле проведения прогрессивных экономических и административных реформ в стране. Мы также считаем, что Азербайджан в скором времени должен стать полноправным членом Всемирной торговой организации.

Наши крестьяне после развала колхозной системы были фактически брошены на произвол судьбы и не получают никакой поддержки от государства, напротив, покровительствуемые режимом сельскохозяйственные монополии, занижая закупные цены, душат и без того слабые фермерские хозяйства. Мы считаем, что государство должно помочь крестьянам встать на ноги. Государство обязано решать те проблемы, которые отдельные граждане решить не в состоянии; оно должно оказать фермерам безвозмездную информационную, техническую и финансовую помощь; обеспечить их водой, восстановить инфраструктуру сельского хозяйства; помочь пробиться их продукции на мировой рынок. Средств на это уйдет гораздо меньше, чем на установление бесконечных плакатов, памятников и спорткомплексов, служащих прославлению нынешнего режима.

Дорогие соотечественники!

Парламентские выборы 2005 года проходят в переломный, исторический для нашей страны момент; эти выборы, возможно, являются на ближайшие 10 - 15 лет последним шансом для Азербайджана для того, чтобы избежать уготовленной нам правящим режимом участи превращения в коррумпированную нефтяную монархию, – в страну без граждан, без общества, без будущего; в страну, ставшую посмешищем для своих соседей и всего мирового сообщества.

Правящий режим пытается установить тотальный контроль над всеми сферами общественной жизни. Если мы, объединившись, не сможем помешать их планам, то вскоре получим страну, весьма напоминающую среднеазиатские диктатуры; страну, в которой простому гражданину не у кого искать защиты и поддержки от произвола даже самого ничтожного бюрократа. Мы должны приложить все усилия, чтобы голос народа в стенах парламента звучал настойчиво и уверенно.

На этих выборах мы, объединившись, должны заложить основы нашего демократического будущего. Мы призываем вас в день выборов прийти на избирательные участки и проголосовать за тех, кто отдал свои лучшие годы борьбе за нашу независимость и продолжает сегодня бороться с несправедливостью внутри страны. Мы призываем вас проголосовать против монархии. Мы призываем вас отдать свои голоса за Республику.

Да здравствует Республика!
Да здравствует Свобода!
Да здравствует Государство для Всех!

24/25 сентября, 2005, Баку, Азербайджана