| İSA QƏMBƏR YENİDƏN İLHAM ƏLİYEVİ DİALOQA ÇAĞIRDI |
![]() |

"BAŞQA ADDIMLAR AZƏRBAYCANA DA, SİZƏ DƏ ZİYAN GƏTİRƏCƏK"
Dünən Müsavat Partiyasının başqanı, "Azadlıq" blokunun həmtəsisçisi və 20 saylı
Nərimanov ikinci seçki dairəsindən vahid namizədi İsa Qəmbər Az.TV-də ödənişli
efir vaxtında 3 dəqiqəlik çıxış etdi. Çıxışın tam mətnini təqdim edirik:
Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, mənim əziz bacılarım və
qardaşlarım.
Bir daha sizləri Müsavat və "Azadlıq" bloku adından salamlayıram. Bu gün
"Azadlıq" bloku üçün kifayət qədər uğurlu bir gün oldu. Bölgə səfərlərinə
çıxdıq. Çox uğurlu görüşlərimiz oldu. Hacıqabulda mitinqimizdə minə yaxın insan
iştirak edirdi. Neftçalada üç-dörd minlik çox gözəl bir görüş keçirdik.
Əli-Bayramlıda isə 7-8 min, bəlkə də 10 minə qədər insan, Əli-Bayramlı camaatı
bizim görüşümüzə gəlmişdi. Çox möhtəşəm, gözəl bir mitinqimiz keçdi. Bu
mitinqlər, görüşlər bir daha göstərdi ki, insanlar, seçicilər, cəmiyyət
"Azadlıq" blokunun namizədlərini dəstəkləyir. Bu bizi daha da gələcəyə
inandırdı, seçkilərdə qələbəmizə daha da inamlı etdi. Sabah (bu gün - red.) isə
saat 12-də Oğuzda görüşümüz olacaq - Oğuz seçicilərini saat 12-də görüşə dəvət
edirik. İnşallah, inanıram ki, orada da çox gözəl bir görüşümüz olacaq.
Digər tərəfdənsə, mən hesab edirəm ki, bu gün hakimiyyət çox düzgün addımlar
atmağa başladı. Bu gün hakimiyyət dairələri, İlham Əliyev görünməyən də olsa,
barmağa mürəkkəb vurulmasına razılıq verdilər. Qeyri-hökumət təşkilatlarının
seçkidə müşahidəçi kimi iştirak etməsinə imkan yaratdılar. "Sərbəst toplaşmaq
azadlığı haqqında" qanuna - mitinqlərlə bağlı məsələyə bir daha baxılmağa
başladı. Mən hesab edirəm ki, bu, "Azadlıq" blokunun, demokratik düşüncəli
insanların, bütövlükdə Azərbaycan cəmiyyətinin bir uğurudur. Həm də bu,
Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsini istəyən beynəlxalq birliyin
uğurudur. Eyni zamanda mən istəməzdim ki, bu addımlar hakimiyyətin geri
çəkilməsi kimi qiymətləndirilsin. Həmkarlarıma da, müxalifət düşərgəsində olan
qəzet yazarlarına da tövsiyə edirəm ki, "hakimiyyət geri çəkildi, məğlub oldu"
kimi başlıqlara ehtiyac yoxdur. Xüsusən də "Yeni Müsavat"ın yazarı Zamin Hacıdan
xahiş edirəm, sabah yazmasın ki, "barmaqlara mürəkkəb vurulması mentalitetə
ziddir" deyənlər indi nə mövqe tutmalıdırlar? İşiniz yoxdur, özləri öz
dərslərini alacaqlar, ala-ala gedəcəklər.
Fakt odur ki, bu addımlar gec də olsa, atılıb. Mən hesab edirəm ki, hakimiyyət
düzgün addım atıb və bunu da müsbət qiymətləndirmək lazımdır. Və mən bu gün
İlham Əliyevə dialoq təklifimi yeniləmək istəyirəm. Bilirsiniz ki, mən bir neçə
ay əvvəl İlham Əliyevə dialoq təklif etmişdim. İndiki şəraitdə mən bunu yenidən
təkrar edirəm. Seçkiyə az da olsa, zaman var, bir çox məsələlərə yenidən baxmaq
mümkündür, bir çox məsələləri həll etmək mümkündür.
Cənab İlham Əliyev, Azərbaycanı Ruşaylonun, Lebedevin kabinetlərində hazırlanmış
ssenarilərlə idarə etməyinə dəyməz. Həmin ssenarilər nə Azərbaycana fayda, nə də
sizə uğur gətirəsidi. Azərbaycanı Azərbaycanın maraqlarına, Azərbaycan xalqının,
cəmiyyətin istəklərinə uyğun şəkildə idarə etmək lazımdır. Mən hesab edirəm ki,
hələ sizin buna şansınız var. Başqa variantlar, başqa addımlar Azərbaycana da,
sizə də ziyan gətirəcək. İnanın ki, mən bunu Müsavat başqanı, müxalifət lideri
olaraq deyil, siyasətdən az-çox başı çıxan bir adam kimi sizə məsləhət görürəm,
tövsiyə edirəm. Bir daha fikirləşin.
Mən isə bir daha hamınıza xoşbəxtlik arzu edirəm.
Tanrı Azərbaycanımızı qorusun.
Hazırladı: Ülkər ƏLİYEVA, Yeni Müsavat, 26.10.2005
ISA GAMBAR AGAIN URGED DIALOG TO DEBATE
ILHAM ALIYEV
Isa Gambar, "Any other steps are likely to cause harm to Azerbaijan
and you"
Isa Gambar, chairman of the Musavat Party, a co-chair of the Azerbaijanian
largest opposition alliance, Azadlyk, and the alliance's single top-tier nominee
for second Narimanov Constituency #20 in Baku, on Oct 25 delivered a paid
three-minute speech on national television (AzTV). Below is the text of his
televised statement.
Thank you all. Good evening, dear audience- my sisters and brothers.
I also extend my greetings to all for the Musavat Party and Azadlyk Coalition.
Today our coalition has achieved significantly successful outcomes. We have been
travelling across Azerbaijan. We have held fruitful meetings with the
communities in the regions. Our meeting at Neftchala was attended by about 1,000
supporters, while the number of participants in Ali-Bayramly City ranged from
7,000 or 8,000 to 10,000. What a marvelous and good meeting we had had! These
rallies and meetings once again showed that the people of Azerbaijan supports
those candidates nominated by the Azadlyk block. It inspired vigor in us, thus
making us believe in our decisive victory in elections. We plan to hold a
meeting at 12: am tomorrow in the Oghuz region. I call on all voters from Oghuz
to attend our meeting. I hope it is real magnificent, too.
Given the Government of Azerbaijan has taken some positive steps will be
considered to be true. Among them, they at last accepted the proposal of using
indelible ink to mark a finger once a person has voted in order to prevent
multiple voting. Authorities, including Ilham Aliyev himself, are invisible men
today although. In addition, representatives of nongovernmental organizations
are now allowed to observe the election processes. And the government is
reviewing the Law on Freedom of Speech and Freedom of Assembly. I believe it is
the success of the Azadlyk Coalition Office, democratically thinking persons,
and the Azerbaijan community, as a whole.
It is also the success of the international community that wants free and fair
elections in Azerbaijan. At the same time, I would not value those steps as
forced concessions from Government. I call on all columnists and writers for
opposition newspapers not to publish articles on their newspapers under titles,
such as the Government made concessions or defeated+", etc. There is no need for
this. In particular, I would ask Zamin Hajy of Yeni Musavat not to write the
next day that What is the stance of those who were claiming that marking voters'
fingertips with special ink is against national mentality?" Forget it. They are
learning and will be learning lesson from practice.
The point is that That is not lost that comes at last." I regard the Government
of Azerbaijan has taken a positive step. I would like to re-update my dialog
with Ilham Aliyev. I had urged dialog to debate him a few months ago, you know.
I repeat this offer again. Although there is little time left for Election Day,
it is possible to review and tackle a series of issues.
Mr Aliyev, it is not worth ruling Azerbaijan by the scenarios tailored in the
offices of Rushaylo or Lebedev! Those scenarios would never work to the benefit
of Azerbaijan or bring success to you. It is necessary to rule Azerbaijan
through following the policy that meets national interests and the Azerbaijan
community thinks fit. I believe still you have some chance to do it. Any other
alternatives or steps will do harm to Azerbaijan and you. Believe me: I don't
recommend you as Musavat Chairman, an opposition party leader, but I do as a
person who knows something about politics. Think again.
Once more, I wish everybody good luck.
May God bless our country.
Ms. Ulker Aliyev, Yeni Musavat, 26.10.2005