"Azadlıq" siyasi partiyalar bloku Mərkəzi Seçki Qərargahının bəyanatı
26 noyabr 2005-ci il tarixdə "Azadlıq bloku" siyasi partiyalar blokunun
keçirdiyi yürüş mitinq zamanı polis və xüsusi xidmət orqanlarının əməkdaşları
dəyənəklərdən, su vuran maşınlardan, xüsusi təlim keçmiş itlərdən və
gözyaşardıcı qazdan istifadə etməklə mitinq iştirakçılarına vəhşicəsinə hücum
edib. Yüzlərlə jurnalistin, onlarla telekameranın, çoxsaylı beynəlxalq təşkilat
və diplomatik missiyaların gözü qarşısında həyata keçirilən bu zorakılıq
aksiyası zamanı yüzlərlə qadın, uşaq, qoca və digər mitinq iştirakçısına ağır
xəsarət yetirilib. İki nəfərin həlak olması haqqında KİV-də məlumatlar yayılıb.
Döyülənlər və zorakılığa məruz qalanlar arasında jurnalistlər və beynəlxalq
təşkilatların nümayəndələri var. Diqqəti ona cəlb edirik ki, hakimiyyət
orqanlarının hətta Azərbaycan üçün də qəddarlığına və sinizminə görə fərqlənən
bu zorakılıq aksiyası şəhər icra hakimiyyəti ilə razılaşdırılmış dinc mitinq
zamanı baş verib. Belə ki, polis zorakılığa mitinqin hakimiyyət orqanları ilə
razılaşdırılmış müddəti başa çatmamış - saat 16:50-də başlamış, saat 17:00-dan
sonra isə kütləyə heç bir xəbərdarlıq etmədən qadın, qoca və uşaqların xeyli
sayda olduğu meydana geniş miqyaslı güc tətbiq etməklə basqın edilib. Bu zaman
onlarla jurnalist yüksək rütbəli zabitlər tərəfindən "Döyüşə hazır ol" əmrini
eşidib və qeydə alıb. Göstərildiyi kimi həmin vaxt mitinq hələ başa çatmamışdı.
Mitinqin aparıcısı dövlət himninin səslənməsi ilə mitinqin rəsmi hissəsinin başa
çatmasını elan etməyə hazırlaşırdı. Faktiki olaraq insanlara hadisə yerini
normal olaraq tərk etməyə imkan və vaxt verilməmişdi. Əməliyyat zamanı bir
çoxları hətta nə baş verdiyini başa düşməyərək polis zorakılığına məruz
qalıblar. Əvvəllər də mitinqin bir neçə dəqiqə gec qurtarması halları olub və
bir qayda olaraq Qələbə meydanında olan mitinqlər başa çatdıqdan sonra
insanların dağılması bir saata qədər davam edir.
Beləliklə, hakimiyyət orqanlarının iddia etdiyi kimi güc tətbiqi heç də
sanksiyalaşdırılmamış aksiyaya cəhdin qarşısını almaq üçün edilməyib. Bu
əvvəlcədən işlənib hazırlanmış və insanların, o cümlədən, qadın, uşaq və
qocaların meydanda ən çox olduğu bir vaxtda həyata keçirilməsi nəzərdə tutulan
cəza aksiyasıdır. Məqsəd müxalifətə səs verdiklərinə və seçki saxtakarlığına
qarşı çıxış etdiyinə görə xalqdan qisas almaq olub. Eyni zamanda seçki
saxtakarlığına qarşı çıxışların getdikcə genişlənməsindən qorxuya düşən
hakimiyyət psevdodemokratik maskasını kənara ataraq cəmiyyəti və beynəlxalq
aləmi güc nümayiş etməklə fakt qarşısında qoymağa çalışıb.
Meydanda güc tətbiqinin guya fasiləsiz aksiyalara keçmək və oturaq mitinqlərə
başlamaq haqqında çağırışlarla əlaqədar olmasının da heç bir siyasi və hüquqi
əsası yoxdur. Əvvəla, yuxarıda qeyd edildiyi kimi güc tətbiqi zamanı meydanda
heç bir sanksiyalaşdırılmamış aksiya başlamamışdı. İkincisi, güc tətbiq
ediləcəyi haqqında kütləyə hər hansı xəbərdarlıq edilməmişdi. Meydana icazəli
mitinqə gəlmiş insanlara bu barədə öz mövqelərini aydınlaşdırmaq üçün hətta bir
neçə dəqiqə də olsa vaxt verilməmişdi. Xüsusən nəzərə alınsa ki, oturaq mitinqin
başlanması haqqında yekdil qərar yox idi və tribunadan oturaq mitinqlərin
başlamamaq təklifləri də səslənirdi, o halda hakimiyyət orqanlarının meydana
basqının açıq- aydın düşünülmüş, məqsədli cinayətkar əməliyyat olduğuna şübhə
qalmır. Əməliyyat zamanı Azərbaycan qanunvericiliyi, o cümlədən Polis haqqında,
Daxili qoşunların statusu haqqında qanunların tələbləri bir çox maddələr üzrə
kobud şəkildə pozulub. Göstərilən qanunlar qadın, uşaq və qocaların olduğu
meydanda hətta sanksiyalaşdırılmamış kütləvi aksiyalar zamanı da xüsusi
vasitələrdən istifadə etməklə güc tətbiqini qadağa edir. Qanun insanların həyat
və sağlamlığı üçün təhlükəli zor tətbiqini qadağa edir. Qanun
sanksiyalaşdırılmamış dinc kütləvi aksiyaların yatırılmasına daxili qoşunların
cəlb edilməsini qadağan edir və s. Bu zorakılıq aksiyası şərəfsiz və namussuz
bir aksiyadır. Çünki dinc mitinqə toplanmış qadın, uşaq və qocaların üzərinə
hücum əmri verənlərin və bunu icra edənlərin hərəkətlərinin başqa adı yoxdur. Bu
şərəfsizlik, namussuzluq və riyakarlıq həm də İ. Əliyev rejiminə demokratik don
geyindirməyə cəhd göstərən xarici dairələrə, o cümlədən qərbdə İ. Əliyevə
lobbiçilik edən şəxslərə aiddir. 26 noyabr İ.Əliyev rejiminin həqiqi
mahiyyətini, təkamülə qabil olub-olmamasını birdəfəlik aydınlaşdırdı və bunları
görməmək və başa düşməmək artıq mümkün olmayacaq.
Azadlıq bloku bəyan edir ki, rejimin xalqa qarşı növbəti cinayəti olan 26 noyabr
aksiyası demokratik qüvvələrin Azərbaycanda həqiqətən xalq tərəfindən
formalaşdırılan hakimiyyət, ədalət, qanun və hürriyyət uğrunda mübarizəsini
dayandıra bilməyəcək. 06 noyabr seçkilərinin saxta nəticələrinin ləğvi və yeni
azad, ədalətli seçkilərin keçirilməsi uğrunda dinc, ardıcıl və israrlı
mübarizəni davam etdirəcək. Rejim müxalifət və xalq arasında qorxu və vahimə
mühiti yarada bitməyəcək, demokratik müxalifət 26 noyabr repressiyasına qarşı
daha sıx birlik, düşünülmüş planlı siyasi strateji kurs və qətiyyət ortaya
qoyacaq. Azadlıq bloku bütün xalqımızı demokratiya uğrunda mübarizəni daha ciddi
əzmlə davam etdirməyə çağırır.
A
STATEMENT
FROM THE CENTRAL ELECTION HEADQUARTERS FOR THE AZADLYK COALITION OF OPPOSITION
PARTIES
November 27,2005 - Riot police and plainclothes officers in tight ranks have
attacked unarmed demonstrators, severely beating them with clubs, spraying them
with water cannons, and firing tear gas guns during Saturday's rally aimed at
protesting vote-rigging in this month's parliamentary election. Hundreds of,
among others, old-aged men and women, children, had been heavily injured in the
action caused by the lopsided violence that occurred before hundreds of media
personalities, TV channels, as well as a variety of international organizations
and diplomats, which had been sent to monitor the rally. According to media
sources, there are two deaths. Also some journalists and representatives of
international organizations were among those beating. Much noteworthy is that
this police violence pioneered by Azerbaijan authorities, which was even new for
Azerbaijan in terms of brutality and cynicism has occurred at a sanctioned
rally. Since police began to use violence at 16:50 before the allocated time
limit imposed by the government did not expire. At 5:03 p.m., without warning,
dense formations of police officers started a large-scale attack on peaceful
demonstrators on the square, where there were numerous old-aged men, women, and
children. At that time, half scores of journalists have heard and noted an order
from a police commander, saying that “Be combat-ready!” The rally, which was
going forward peacefully and without incident, had not exceeded the allocated
time limit at that time. So, the host was going to say that “the official part
of the rally is announced close to music of the National Anthem.” In fact, the
demonstrators had no chance to leave the square and go home under normal
conditions. Without understanding what was going on, some were subjected to
police violence during the action. Previous rallies also exceeded the legal time
limit, and it usually takes demonstrators an hour to leave Victory Square, once
the rally is over.
So, the use of violence, as authorities claim, was not aimed at preventing an
attempt to begin an unsanctioned protest. It was some kind of punishment -
prepared violence against the crowd that included aged people and children. They
wanted to punish those who did not vote for the government and protested the
recent voting marred by fraud. Additionally, fearing for further spread of
protests against the rigged election results, the government sought to make both
the domestic and international community face the fact, through unmasking its
pseudo-democratic principles.
It is groundless to link police violence on the square with allegedly attempts
to stay for a sit-in. First, as mentioned above, no instances of unsanctioned
protest could be seen on the square, when violence dispersed the rally.
Secondly, the violence against the crowd occurred without warning them. The
demonstrators, which had attended the sanctioned rally, had no chance to hold
their ground. Given, especially, there was no unanimous decision to begin an
open-ended sit-down protest, and only suggestions on a sit-in were made from the
stage.
In that case there is no doubt that the attack on the square by police
commanders is a criminal action. During the action provisions of Azerbaijan law,
in particular, several articles of the Republic of Azerbaijan’s Law on Police
and the Republic of Azerbaijan’s Law on the Status of Internal Troops have been
violated. The said laws restrict violence through using specific means at the,
even, unsanctioned rally on the square attended by aged people and children. By
the law, the involvement of internal troops to disperse unsanctioned peaceful
protests is illegal, and a lot more. That violence can be valued as a dishonest
and disreputable action only. Are we to judge differently those who had ordered
to attack women, children, old people on the square? This infamy, dishonest,
hypocrisy concern those external circles, attempting to “introduce Aliyev regime
against a democratic background”, as well as those, lobbying Ilham Aliyev in the
West. The recent parliamentary election could, for good, reveal real facts about
the regime under Aliyev, which is incapable of practicing evolutions.
The Azadlyk alliance hereby declares that the action on Nov 26, when the
government committed the next crime against citizens of Azerbaijan will not be
able to prevent our struggle for a truly open and transparent democratic process
that will empower the Azerbaijanian people to choose a new direction for our
nation where our government defends the rights of all citizens, seeking justice
and freedom. We will continue our peaceful and persistent efforts to overturn
the official election results and seek a rerun, with a view to holding a new
fair and democratical election. The government of Ilham Aliyev will not be able
to fabricate a frightful environment for Azerbaijan’s opposition and people, as
democratic forces of opposition parties will demonstrate closer unity, a
reasonably well-planned political strategy and determination against the 26
November repression.
The Azadlyk bloc calls on our people to continue displaying persistence in the
struggle for democracy.
isagambar.az, Bakı, 27.11.2005