![]()
Police Break Up Peaceful Demonstration in
Azerbaijan
By C. J. CHIVERS, November 27, 2005
BAKU, Azerbaijan, Nov. 26 - Dense formations of riot police officers attacked a
peaceful opposition demonstration here in the Azeri capital on Saturday, beating
and chasing away thousands of unarmed people protesting rigged parliamentary
elections earlier this month. The lopsided violence, much of it against
middle-aged men and women, immediately dispersed the rally, which had exceeded
its legally permitted time by no more than three minutes. The demonstrators,
supporters of the Azadliq bloc of opposition parties, chanted "Freedom!" and, in
a message to President Ilham Aliyev, "Resign!" until the police officers
silenced them with clubs.
The officers attacked in tight ranks, clubbing those in their path, and beating
and kicking many who fell under the first blows. As people fled, the officers
pursued them, flushing them from courtyards with water cannons mounted on
trucks, and clubbing, punching and swearing at those they could catch. At least
two women were knocked senseless and left behind by the retreating crowd. The
two lay sprawled on the street in a bizarre tableau of lost hats, discarded
shoes and dropped flags as police trucks with water cannons rushed past.
The United States Embassy here, which sent diplomats to monitor the rally,
denounced the violence and released a statement calling on Azerbaijan to
investigate the brutality. "The United States Embassy strongly condemns the
police violence today," the statement said. "We deplore the unjustified and
unprovoked use of force against citizens peacefully expressing their right to
freedom of assembly."
The British ambassador, Laurie Bristow, who attended the rally, expressed
disappointment. "I very much regret that the authorities felt it necessary to
disperse the rally by force," he said. The government of Azerbaijan, a small
former Soviet oil state on the Caspian Sea, is trying to strengthen relations
with the West while maintaining the corrupt and centralized rule of elite clans.
It has cooperated with the United States in counterterrorism efforts and the war
in Iraq, and is becoming fabulously rich with oil. But elections have proved
difficult for Mr. Aliyev and his supporters, who make public nods toward
democracy but have never held a free election. Mr. Aliyev's father, Heydar,
seized power in a coup in the early 1990's, and he himself was elected in a
fraud-tainted vote in 2003, months before his father died.
The government now faces a small but vocal opposition that has been emboldened
by recent bloodless revolutions in Georgia, Ukraine and Kyrgyzstan. And the
country's parliamentary elections, held on Nov. 6, have pushed the repressive
streak of the Aliyev government back into the public light. International
monitors declared that the elections failed to meet democratic standards,
prompting the opposition to hold rallies seeking to have the results annulled.
Before Saturday, the opposition had demonstrated only within time slots granted
by the government, typically for two or three hours. But on Saturday, with a
two-hour permit set to expire at 5 p.m., it opted to extend its rally in an act
of civil disobedience.
About 4:45 p.m., as about 10,000 demonstrators chanted for a sit-in or for
tents, so th6ey could pitch an encampment similar to that used by the Ukrainian
opposition during the Orange Revolution in 2004, the speaker at the microphone,
Ali Kerimli, leader of the Popular Front Party, told the crowd that if they
wanted to sit down past 5 p.m., he would join them. He said that if they wanted
a sit-in, "I will sit with you," but he made it clear that they would not try to
hold the square all night. At 5 p.m., the leader of the Liberal Party, Lala
Shovkat, called on the police not to use force. It was too late. Police
commanders, who had posted phalanxes of officers in riot gear around the square,
could be seen talking on their radios.
At 5:03 p.m., without warning or evident provocation, they attacked. One mass of
officers jogged along the edge of the crowd, beating their shields to make an
intimidating rumble. They cut off escape from behind the stage and then rushed
the opposition leaders, swinging batons at those in their way.
Mr. Kerimli was beaten. The stage was swiftly kicked apart by plainclothes
officers. Simultaneously, formations of riot policemen in the square's center
swung into motion, rushing into the thick of the demonstrators, wielding batons.
The air filled with shouts and cries and the thumps and whacks of clubs striking
jackets and flesh. The demonstrators had no chance to hold their ground. They
gave way and tried to flee. But with the police attacking from multiple
directions, many who fled one group of officers were driven toward others and
beaten anew. Those who fell were beaten more, and sometimes kicked and punched.
As their ranks collapsed and they were forced down the street, a few of the
demonstrators began throwing stones, and several lime-size chunks of concrete
could be seen falling short of the advancing police lines. Oruj Zalov, a deputy
interior minister, said 15 to 18 demonstrators were arrested and 21 police
officers were injured, including 10 who required hospitalization. He said about
500 officers participated in the action. His information could not be
immediately confirmed.
Ms. Shovkat said hundreds of the protesters had been injured, including as many
as 300 women. "Let the world community see what kind of regime we are fighting -
it's not Ukraine or Georgia, but a government like those in Uzbekistan and
Belarus," she said, referring to two of the most repressive post-Soviet states.
She also wondered aloud why the West, which has said it is encouraging democracy
in Muslim countries, has not stood more firmly against Mr. Aliyev, whose
officers have often used force to disband protests in this secular Shiite state.
"Why is freedom and democracy not a top priority in Azerbaijan?" she said. "Is
it because we are not Christian? Or is it because we have oil?"
Mr. Kerimli said the opposition would try to rally again on Dec. 3.
http://www.nytimes.com/2005/11/27/international/asia/27azer.html
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Azərbaycanın polis qüvvələri dinc nümayişi
dağıtdılar
C. J. CHIVERS tərəfindən 27 noyabr 2005-ci il tarixində qələmə alınıb
Bakı şəhəri, 26 noyabr - Sıx cərgə ilə sıralanmış zirehli polis dəstələri şənbə
günü Azərbaycanın paytaxtı Bakı şəhərində müxalifətin keçirdiyi dinc nümayiş
zamanı, bu ayın əvvəlində keçirilmiş parlament seçkilərində saxtakarlıq
hallarına etiraz edən minlərlə silahsız vətəndaşları döyərək pərən-pərən
saldılar. Əsasən orta yaşlı qadın və kişilərə yönəlmiş zorakılıq vasitəsi ilə
mitinq qanunla icazə verilmiş vaxtdan üç dəqiqə sonra dağıdıldı. Nümayişçilər,
eləcə də üç müxalifət partiyasından təşkil olunmuş Azadlıq blokunun
tərəfdarları, polis qüvvələri onları dəyənəklərlə sakitləşdirənə qədər İlham
Əliyevə "İSTEFA!" mesajı ilə "AZADLIQ!" şüarını səsləndirirdilər.
Polislər qarşılarına çıxanları dəyənəkləyərək, habelə ilk zərbələrdən
yıxılanları döyərək, təpikləyərək sıx cərgələrlə hücuma keçdilər. Camaat
qaçdıqca polislər yük maşınlarına bərkidilmiş su mərmilərindən onları sulayaraq
qovur və tuta bildikləri insanları təpikləyir, döyürdülər. Ən azı iki qadın geri
çəkilən izdihamın tapdağı altında qalaraq huşlarını itirmişlər. Su ilə dolu
polis maşınları onların yanından keçir, onlar isə yerə düşmüş papaqların, tayı
qalmış ayaqqabıların və tapdanmış bayraqların çevrəsində uzanıqlı qalmışdılar.
Mitinqi izləmək üçün diplomatlarını meydana göndərən ABŞ səfirliyi öz
açıqlamasında zorakılığı pisləyib və iqtidardan bu vəhşiliyi araşdırmağı tələb
edib. Həmin sənəddə deyilir: "ABŞ səfirliyi bu gün baş vermiş polis zorakılığını
pisləyir. Biz, dinc yolla azad toplaşma hüquqlarını ifadə edən vətəndaşlara
qarşı əsassız və səbəbsiz güc tətbiqini qınayırıq".
Mitinqdə iştirak etmiş Britaniyanın ölkədəki səfiri Laurie Bristow məyus
olduğunu bildirib. "Çox təəssüf edirəm ki, Azərbaycan iqtidarı mitinqi zor
gücünə dağıtmağı lazım bildi", deyə o, bəyan edib. Xəzər regionunda yerləşən,
əski sovet ölkəsi olan və neftlə zəngin Azərbaycanda iqtidar Qərblə əlaqələri
möhkəmləndirməyə çalışsa da, korrupsiyaya və mərkəzləşdirilmiş elit təbəqələrə
himayədarlıq edir. Ölkə terrorizmə qarşı mübarizədə və İraq savaşında Birləşmiş
Ştatlarla əməkdaşlıq edib. Azərbaycan neftin hesabına inanılmaz dərəcədə
zənginliklərə sahib olmaqdadır. Bununla yanaşı keçirilmiş seçkilər sözdə
demokratiyaya rəğbətini ifadə edən, lakin heç zaman azad seçki keçirməyən İlham
Əliyevi və onun yetkililərini çətin vəziyyətə salıb. Əliyevin atası Heydər
Əliyev keçən əsrin 90-cı illərində o zamankı iqtidarı devirməklə hakimiyyəti
zəbt etmişdi. O özü də atasının ölümündən bir qədər öncə, 2003-cü ildə saxta
seçkilər nəticəsində hakimiyyətə gəldi.
Bu səfər iqtidar kiçik də olsa belə, Gürcüstanda, Ukraynada və Qırğızıstanda baş
vermiş son məxməri inqilablardan ruhlanmış, səsli-küylü müxalifətlə üz-üzə
dayanır. Bundan başqa, 6 noyabrda keçirilmiş Millət Məclisinə seçkilər Əliyev
rejiminin repressiya xəttinin ictimai aspektdə fon almasına səbəb oldu.
Beynəlxalq müşahidəçilər seçkilərin nəticələrinin ləvğ olunmasına nail olmaq
məqsədilə müxalifəti mitinqlərə sövq edən ilkin hesabatlarında seçkilərin
beynəlxalq standartlara cavab vermədiyini bəyan etmişlər. Şənbə gününə qədər
müxalifət adətən hakimiyyətin icazə verdiyi iki-üç saat ərzində mitinq keçirməyə
söz vermişdi. Lakin şənbə günü saat 17:00 da rəsmilərin verdiyi vaxt bitən anda
vətəndaş itaətsizliyi aktı ilə mitinqi uzatmaq ehtiyacı üzə çıxdı.
4:45 iradələrində təxminən 10,000 nümayişçi "Oturaq aksiya!" və ya "Çadırlar
meydana!" şüarlarını ritmlə oxumağa başladılar ki, 2004-cü ildə Narıncı İnqilab
zamanı Ukrayna müxalifətinin istifadə etdiyi oturaq taktikaya nail ola
bilsinlər. AXCP lideri Əli Kərimli çıxışında topluma çatdırdı ki, əgər onlar
saat 5-dən sonra oturmaqda qərarlıdırlarsa, o, onlara qoşulacaqdır. O dedi ki,
əgər tərəfdarları oturaq mitinq istəyirlərsə, o da onlarla birgə oturacaq. Lakin
onu da söylədi ki, bütün gecəni meydanda qalmayacaqdır. Saat 17:00-da Liberal
partiyasının sədri Lalə Şövkət polisdən xalqa qarşı güc tətbiq etməməyi xahiş
etdi. Hayıf ki, iş-işdən keçmişdi: polis məmurları hazır vəziyyətə gətirilmiş
zirehli polis cinahını meydanın ətrafına düzərək radio-rabitə ilə onlara
tapşırıq verməkdə bulunurdular.
Heç bir təxribat faktı olmasa da saat 17:03-də polis xəbərdarlıq etmədən hücuma
keçdi. Bir sürü polis nəfəri qorxuducu səs çıxartmaq üçün dəbilqələrinə zərbələr
vuraraq yavaş-yavaş izdihamın kənarı ilə hərəkətə keçdilər. Onlar tribuna yolunu
arxadan kəsdilər və sonra müxalifət liderlərini tələsik "yola salaraq" həmin
yolda rastlaşanlara dəbilqələrini yönəltdilər. Bu zaman Əli Kərimli də döyüldü.
Mülki geyimli şəxslər təpiklə tribunanı dağıdırdılar. Həmin arada, zirehli polis
dəstələri, nümayişçilərin sıx olduğu meydanın mərkəzinə soxularaq, dəbilqələrlə
hərəkətə gəlməyə başladılar. Havanı hayqırıq və ağlaşma səsləri, paltarlara və
bədənlərə işləyən dəyənək zərbələrinin sədası bürüdü. Nümayişçilərin hər hansı
mövqe tutmaq şansı artıq qalmamışdı. Onlar təslim olaraq qaçmağa çalışırdılar.
Lakin polis onları bütün istiqamətlərdən mühasirəyə aldığından, bir qrup
polisdən qaçanlar başqa qrupa tərəf istiqamətləndirilir və yenidən döyülürdülər.
Yerə yıxılanlar daha çox döyülür, təpiyə və yumruq-şapalağa məruz qalırdılar.
Nümayişçilərin cərgəsi dağıldığından və onlar ayaq altında qaldığından, bir
neçəsi daş atmağa başladılar və beton parçaları irəliləməkdə olan polis
qüvvələrinə belə çatmırdı. Daxili İşlər nazirinin müavini Oruc Zalov bildirib
ki, 15-18 nümayişçi həbs olunub, 21 polis nəfəri yaralanıb ki, onlardan 10
nəfəri xəstəxanaya aparılıb. Onun sözlərinə görə, aksiyada təxminən 500 polis
iştirak edib. Lakin onun məlumatları dərhal təsdiqini tapmadı.
Xanım Lalə Şövkət açıqlamasında bəyan etdi ki, yüzlərlə nümayişçi yaralanıb və
onların arasında azından 300 qadın da var. "Qoy dünya ictimaiyyəti görsün ki,
biz hansı rejimlə mübarizə aparırıq - Azərbaycan iqtidarı nə Ukraynadakı nə də
Gürcüstandakı iqtidara bənzəyir. Bu rejim Özbəkistan və Belarus iqtidarı ilə
eynidir". O, bu sözləri iki qatı avtoritar post-sovet dövlətinə işarət edərək
bildirib. Lalə Şövkət həmçinin uca tərzdə bu sualları səsləndirib: "Nə üçün Qərb
Müsəlman ölkələrində demokratiyanı dəstəkləmir?"; "Bu dünyəvi İslam dövlətində
etiraz aksiyalarını boğmaq üçün məmurları tez-tez güc tətbiq edən İ, Əliyevə
qarşı daha sərt mövqedə dayanmır?"; "Nə üçün azadlıq və demokratiya Azərbaycanda
ana prioritet sayılmır?". Cavabı isə belə oldu: "Biz xristian olmadığımıza
görəmi? Yoxsa bizim neftimiz olduğu üçün?".
Əli Kərimli bildirdi ki, müxalifət yenidən 3 aralıq/dekabr tarixində növbəti
aksiyaya cəhd etməklə bir araya gələcəkdir.
isagambar.az