Saxta seçki ilə seçilmiş İlham Əliyev indi də parlament seçkilərini saxtalaşdırmaq istəyir

İsa Qəmbər: Biz ABŞ-dan özümüzə deyil demokratik proseslərə dəstək axtarırıq

İsa Qəmbər Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan Enterprayz İnstitutunun dəvətilə ABŞ-da səfərdədir. Onun ABŞ Milli Təhlükəsizlik Şurasında və başqa hökumət, habelə siyasi dairələrdə görüşləri nəzərdə tutulub.

“The Washington Times” qəzeti Müsavat başqanı İsa Qəmbərin ABŞ-a bir gün əvvəl başlayan səfəri barədə məlumata yer verib. Bu həftə Vaşinqtona səfər edəcək nüfuzlu xarici qonaqlar siyahısında Müsavat başqanının da adı çəkilir. Bildirilir ki, “Azərbaycanın müxalifət koalisiyasının və Müsavat partiyasının lideri” İsa Qəmbər Vaşinqtona həftənin birinci günü gəlib. Qəzetin 28 sentyabr sayında isə qəzet Müsavat başqanı haqqında geniş və maraqlı bir yazı dərc edib.

Yazının azərbaycanca professional tərcüməsini diqqətinizə çatdırırıq:


AZƏRBAYCANDAN MESAJ

Enerji resursları ilə zəngin Xəzər ölkəsi olan Azərbaycanın siyasi müxalifətinin rəhbəri ölkənin paytaxtı Bakıda bazar günü keçirilən dinc nümayişdə polis saldırısına məruz qaldıqdan bir gün sonra orada demokratik islahatlara dəstək qazanmaq ümidi ilə Washingtona gəlib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən Bush administrasiyasından xahiş edib ki, 2003-cü ildə total saxtalaşdırılmış seçki nəticəsində mərhum atası Heydər Əliyevdən sonra hakimiyyəti ələ keçirmiş İlham Əliyevdən 6 noyabrda azad və ədalətli seçki keçirilməsinin təminatını tələb etsin. Hazırkı parlamentdə İlham Əliyevin tərəfdaşları üstünlük təşkil edir.

«Biz partiya olaraq özümüzə dəstək almağa gəlməmişik», bunu İsa Qəmbər «The Washington Times» qəzeti ilə müsahibəsində söyləyib. «Biz istəyirik ki, Birləşmiş Ştatlar ölkədə başlamış demokratik proseslərə dəstək olsun», deyə o, bildirib.

O, beynəlxalq müşahidəçiləri və xarici media mənsublarını seçkini izləməyə çağırıb.

«Biz istəyirik ki, Azərbaycan iqtidarı zorakılığa əl atmağı dayandırsın», deyə o, əlavə edib.

Hakimiyyət bazar günü siyasi rəqiblərinə qarşı güc tətbiq etmək hazırlığını azad və ədalətli seçki keçirilməsini tələb edən icazəli dinc mitinqin polis tərəfindən dağıdılması fonunda nümayiş etdirdi. Mətbuat səhifələrində polis qüvvələrinin onlarla nümayişçini döyməsi və həbs etməsi yer alıb.

Polislər, həmçinin, İsa Qəmbərin mindiyi maşına hücum edərək avtomobilin pəncərələrini qırmış və onun hadisələrə müdaxiləsinə mane olmuşlar.

Polis reaksiyası barədə suala İsa Qəmbərin cavabı belə olub: «Bu, adi haldır». O, prezident Bushdan xahiş edib ki, İlham Əliyevə birmənalı şəkildə mesaj göndərsin. Sayın Qəmbər George Bushun bu ilin yanvar ayında inauqurasiya törənində çıxışı zamanı bütün dünyada demokratik qüvvələri dəstəkləməsinə söz verdiyini alqışlayıb. «O, deyib ki, ABŞ xalqı azadlıq uğrunda və diktatorlara qarşı mübarizəyə qoşulan xalqların arxasında dayanıb», deyə İsa Qəmbər xatırladıb. O, həmçinin bildirib ki, sözün əsl mənasında demokratik Azərbaycan Amerika Birləşmiş Ştatlarının dövlət təhlükəsizlik maraqları ilə üst-üstə düşür. O, iddia edir ki, azad və çiçəklənən Azərbaycan terrorizmlə savaşda daha yaxşı əməkdaşlıq edə, Xəzər bölgəsində sabitliyə təminat verə, habelə müsəlman ölkəsi kimi İslam dünyasında örnək ola bilər.

İsa Qəmbər sonra deyib ki, Azərbaycanda ədalətlə seçilmiş hökumət 30 milyon Azərbaycan Türkünün Vətəni olan qonşu İranı da islahatlara təhrik edə bilər.

«Azad İran cəmiyyəti ABŞ-dan çox bizim üçün önəm daşıyır», deyə açıqlayaraq o, əlavə edib ki, İran Azərbaycana təsir etməyə çalışır ki, bu da bizim üçün çox qorxuludur.

İsa Qəmbər daha sonra ABŞ Senatına Azərbaycanda demokratiyanın dəstəklənməsində Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməyə oxşar sənəd qəbul etmək üçün müraciət edib. O, Senator Sam Brownbajkin Senatda belə bir qərarı dəstəkləyəcəyinə ümid edir. Bu Kanzaslı respublikaçı - Konqresin insan hüquqları üzrə birgə komitəsində Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Komissiyaya həmsədrlik edir.

Qəmbər cənabları daha sonra Amerika Müəssisələr İnstitutuna müraciət edib, Milli Təhlükəsizlik Şurasının və Milli Demokratiya İnstitutunun nümayəndələri ilə görüşüb. O, açıqlamasında belə bir fikir ifadə edib ki, o, Əliyev haqqında «yanlış təsəvvür»ə düzəliş vermək istəyir. Belə ki: «Bəzi insanlar elə hesab edirlər ki, İlham Əliyev korrupsiyalaşmış məmurların əhatəsində olan yenilikçidir» sözlərini açıqlayan İsa Qəmbər onu da əlavə edib ki, «Piramidanın başında elə Əliyevin özü durur».

Nümunə olaraq o, xatırladıb ki, may ayında ölkə başçısı məmurlara aid sərəncam vermişdi ki, ədalətli seçki keçirilməsi məqsədilə səsverməyə 60 gün qalmış dəqiq seçici siyahıları ictimaiyyət üçün çap olunsun. «Seçkilərə 40 gün qalsa da hələ həmin siyahılar dərc olunmayıb», deyə o, bildirib.

James Morrison, 28 sentyabr 2005-ci il

• Jall Embassy Row at 202/636-3297, fax 202/832-7278 or e-mail cmorrison@washingtontimes.jom

http://www.washingtontimes.jom/world/20050927-101528-7316r.htm


EMBASSY ROW
By James Morrison, September 28, 2005

Azeri appeal

The leader of Azerbaijan's political opposition was attacked by police Sunday at a peaceful demonstration in the capital, Baku, and arrived in Washington a day later to seek support for democratic reform in the energy-rich nation on the Caspian Sea.

Isa Gambar, chairman of the Musavat Party, yesterday urged the Bush administration to demand that Azerbaijani President Ilham Aliyev guarantee free and fair parliamentary elections on Nov. 6. Parliament is now overwhelmingly dominated by supporters of Mr. Aliyev, who succeeded his late father, Heydar Aliyev, as president in a deeply flawed 2003 election.

"We do not seek support for us as a party," Mr. Gambar told The Washington Times. "We want support from the United States for the democratic process."

He appealed for international election observers and foreign journalists to witness the voting.

"We want the Azerbaijan government to be deterred from resorting to violence," he said.

The government showed its willingness to use force against political opponents Sunday when police broke up an unauthorized Baku demonstration calling for free and fair elections. Police beat many demonstrators and arrested dozens, according to news reports.

Police also attacked the car in which Mr. Gambar was riding, smashing the windows and preventing him from joining the protest.

"It's normal," Mr. Gambar said, when asked about the police response.

He urged President Bush to send a clear warning to Mr. Aliyev. Mr. Gambar praised Mr. Bush's inaugural speech in January promising U.S. support for pro-democracy forces around the world.

"He said the United States will stand with people fighting for freedom and against dictators," Mr. Gambar said.

He also noted that a truly democratic Azerbaijan is in the national security interest of the United States. A free and prosperous Azerbaijan, he argued, can better cooperate in the war on terrorism, ensure stability in the Caspian region and, as a Muslim nation, set an example in the Islamic world.

Mr. Gambar said a fairly elected government in Azerbaijan will help spur reform in neighboring Iran, home to 30 million ethnic Azeris.

"The liberation of Iran is more important to for us -- almost more than for the United States," he said. "Iran is trying to influence Azerbaijan. This is very dangerous for us."

Mr. Gambar also appealed to the Senate to pass a resolution similar to one adopted by the House in support of democracy in Azerbaijan. He believes he got a commitment from Sen. Sam Brownback to support a Senate measure. The Kansas Republican co-chairs the Commission on Security and Cooperation in Europe, the joint congressional human rights committee.

Mr. Gambar also addressed the American Enterprise Institute and met with members of the National Security Council and National Democratic Institute.

He said he wanted to correct the "misconception" about Mr. Aliyev.

"Several people think Aliyev is a reformer" surrounded by corrupt supporters, Mr. Gambar said. "He is at the top of the pyramid."

Mr. Gambar noted, for example, that Mr. Aliyev in May ordered officials to ensure fair elections and compile an accurate voter list for public release 60 days before the balloting. With 40 days to go in the campaign, no list has been released.

• Call Embassy Row at 202/636-3297, fax 202/832-7278 or e-mail jmorrison@washingtontimes.com.

http://www.washingtontimes.com/world/20050927-101528-7316r.htm