Prezident Aparatında psixopatiya və ludomaniya

İlham Əliyev astenik, qeyri-sabit psixopatiya və ludomaniya xəstəliklərindən müalicə alıb

"Qeyri-sabit psixopatlar pis vərdişlərə malik adamlarla bir yerdə olmağa və əyyaşlığa meyllidirlər"

İlham Əliyevin psixikasında problemlərin mövcudluğunu konkret faktlar olmadan da əminliklə söyləmək olar. Onun bir nöqtədə dayanmayan iradəsiz baxışları, əzilib-büzülən qətiyyətsiz danışıq tərzi, qəribə fikirləri və s. bu adamın psixi anormallığının aşkar göstəriciləridir. Lakin məsələ burasındadır ki, onun psixi cəhətdən xəstə olması ilə bağlı konkret faktlar da var. Araşdırmalarım nəticəsində bəlli olub ki, İ.Əliyev psixi xəstəliklərin bir neçə forması ilə bağlı müalicə də alıb. Son vaxtlar onun verdiyi əxlaqsız göstərişlərdən isə aydın olur ki, bu müalicə kurslarının ona o qədər də xeyri olmayıb.

Əvvəllər eşitmişdim ki, uşaqlıqda o, "oliqofreniya" adlanan psixi xəstəlikdən müalicə alıb. Sözün düzü, vətəndaşı olduğum ölkənin prezidentinin oğlu haqqında deyilənlər mənə çox maraqlı görünürdü. Vaxt tapıb bu xəstəliyin necə bir şey olduğunu da həkim tanışlarımın birindən öyrənmişdir. Tanışım diş həkimi olsa da, xəstəliyin bəzi əlamətlərini deyə bilmişdi. Yadımda qalıb ki, xüsusən uşaq vaxtlarında belə xəstələrin psixikası ümumi şəkildə zəif inkişaf edir və əqli çatışmazlıq problemləri olur. Ancaq ən başlıcası odur ki, belə xəstələrdə intellektin inkişafı prosesi tormozlanır və heç vaxt dərin intellekt sahibi ola bilmirlər. İlham Əliyevin qumarxanalarda gün keçirdiyini bildiyimə görə intellekt məsələsinə daha çox inanmışdım. Diş həkimindən aldığım "arayış" məni prezident oğlunun həqiqətən də adı dilimə yatmayan o xəstəliyə mübtəla olduğuna inandırmışdı. Çünki ümumi simptomlar onun imici ilə uyarlılıq təşkil edirdi. Amma bu yaxınlarda İlhamın müxalifətə qarşı, xüsusən Əli Kərimliyə qarşı parlamentdə və "Lider" telekanalında qurdurduğu "anormal və xəstə" kampaniyadan sonra tanışlarımdan biri ilə etdiyim söhbət məni araşdırmalara çəkdi. İlham Əliyevin göstərişi ilə qurulmuş pozğunluq aktlarından söz açan həkim belə hərəkətlərin sifarişçiləri və təşkilatçılarına münasibətini "havalanıblar",- deyə ifadə etdi. Düşündüm ki, İ.Əliyevin psixi cəhətdən anormal göstərişlərini qiymətləndirmək üçün bundan da dəqiq ifadə tapmaq hər adamın işi deyil. "Doğrudan da havalanıblar. Belə bir göstərişi verən adam (üstəlik, dövlət başçısı olasan) psixi cəhətdən dürüst ola bilməz",- deyə düşündüm.

Çox mənbələrə baş vurdum və ilk günlərdə tutarlı bir informasiya əldə edə bilmədim. Qəribə də olsa, onun psixi problemləri ilə bağlı ən ciddi söhbəti məhz informasiya axtarmadığım saatlarda eşitdim. Bir nəfər həmsöhbətim Bəylər Əyyubova yaxın idxal şirkətlərindən birinin rəhbər işçisinə istinad edib dedi ki, İlham Əliyev uşaqlıqda Moskvanın uşaq psixiatriya xəstəxanasında, sonrakı illərdə isə Aleksandrov adına Psixiatriya Xəstəxanasında müalicə alıb. Amma "oliqofreniya" xəstəliyindən yox, "astenik və qeyri-sabit psixopatiya" xəstəliyindən.

Əlavə olaraq hömsöhbətin onu da xatırlatdı ki, 1980-ci illərin sonlarında bu "astenik psixopat" Finlandiyanın da hansısa xəstəxanasında müalicə alıb. Amma sonradan müsahibə götürdüyümüz psixiatr, Beynəlxalq Psixiatr-Texnoloqlar Cəmiyyətinin üzvü Vitali Əliyevdən öyrəndik ki, İlham Əliyev 1980-ci illərin sonlarında yox, 2000-ci ildə Finlandiyanın Nayvanyemi Psixiatriya Xəstəxanasında müalicə alıb. Özü də astenik psixopatiyadan deyil, ludomaniyadan:

- "Ludomaniya" qızğın oyunlara patoloji həvəsdir. "Ludus" oyun deməkdir, "maniya"nı bilməmiş olmazsınız. Yəni "oyun manyakı". Son vaxtlar kompüter oyunlarından asılılığı da bu xəstəliyə aid edirlər. Bu düzgündür. Ancaq ənənəvi olaraq bu xəstəliyə qumar oyunlarından psixoloji asılılıq aid edilib.

- Belə çıxır ki, İlham Əliyevi "qumar manyakı" da adlandırmaq olar.

- Prinsip etibarilə hə.

- Biz sizinlə astenik psixopatiya haqqında da danınacağıq. Amma mümkünsə, əvvəlcə ludomaniya haqqında bir qədər ətraflı məlumat verin. Çünki İlham Əliyevin "qumarbaz" imici baxımından yəqin ki, bu izahat oxucular üçün maraqlı olar.

- Dediyim kimi, bu, qızğın oyunlara patoloji meyllilikdir. Belə xəstələri həm də "problemli oyunçu" adlandırırlar. Belələrinin sayı çoxdur. Onlar özlərini xəstə saymırlar. Uşaq və gənc yaşlarından bu xəstəliyə tutulan adamlarda sonralar əqli gerilik, yəni ağıldankəmlik müşahidə olunur.

Maraqlı bir rəqəm deyim - Rusiyada 2 milyon qızğın oyunçudan təxminən 120 mini ludomaniyaya qədər gedib çıxıb. Onlar da adi adamlardır, ancaq bu xəstəlik rəsmi qaydada psixi xəstəliklərin reyestrinə daxil edilib. Xaricdə belə xəstələrin psixiatriya klinikalarında müalicə olunması praktikası çoxdan var. Keçmiş sovet respublikalarında isə onları adi xəstəxanalarda, özü də çox vaxt ambulator qaydada müalicə edirlər. Onu da demək istəyirəm ki, artıq bütün dünyada bu xəstəliyə ciddi yanaşmağa başlayıblar. Hətta İsveçrədə ludomaniya ilə mübarizə məqsədilə kazinolar və qızğın oyunlarla bağlı xüsusi konsepsiya tətbiq edilir.

- Qeyd etdiniz ki, bu xəstəlik əqli geriliyə gətirib çıxarır. Sizcə, İlham Əliyevdə ludomaniya o səviyyədə inkişaf edibmi?

- Bilirsiniz, ludomaniyanın istənilən səviyyəsi əqli gerilik törədə bilir. İlham Əliyevlə bağlı onu deyə bilərəm ki, onun manevrlərində və mimikasında belə əlamətlər müəyyən qədər hiss olunur.

- Eşitmişik ki, İlham Əliyev Moskvada uşaq xəstəxanasında və Aleksandrov adına psixiatriya xəstəxanasında "astenik və qeyri-sabit psixopatiya"dan müalicə alıb. Bu barədə nə deyə bilərsiniz?

- Birincisi onu deyim ki, psixopatiyanın astenik və qeyri-sabit tipləri müxtəlif diaqnozlardır. Amma müəyyən mərhələdə eyni adamda hər iki tipin əlamətləri müşahidə oluna bilər. Ümumiyyətlə, psixopatiyanı psixi xəstələrlə sağlam adamlar arasında bir sərhəd vəziyyəti adlandırmaq olar.

Xəstəxanada müalicəyə gəlincə, düzü, mən Moskvada Aleksandrov adına belə bir xəstəxana tanımıram. Amma bildiyimə görə, İlham Əliyev Alekseyev adına Psixiatriya Klinik Xəstəxanasında müalicə alıb. Elə həmin xəstəliklərdən.

- Bəs bu xəstəliklərin əlamətləri nədir?

- Qeyd etdiyimiz tiplərin əlamətləri oxşar olsa da, bunlar psixopatiyanın fərqli tipləridir. Psixopatiyanın astenik tipinə aid xəstələr çox utancaq və sıxıntılı olurlar, qətiyyətsizdirlər, təsir altına asan düşürlər. Yeni şəraitdə özlərini itirirlər, küsəyən olurlar. Hər bir işdən qısa müddətdə bezirlər, tez yorulurlar.

Psixopatiyanın qeyri-sabit tipinə aid xəstələr kənar təsirlərə qarşı yüksək dərəcədə itaətkardırlar. İradəsiz və xaraktersiz olurlar. Pis vərdişli adamlarla bir yerdə olmağa və əyyaşlığa meyllidirlər. İş yerində məsuliyyətsiz və intizamsızdırlar.

- Xəbəriniz varsa, İlham Əliyev müxalifətə qarşı anormal və əxlaqsız üsullarla mübarizə aparır. Xüsusən bütün xəstə təxəyyülünü Əli Kərimliyə qarşı mübarizəyə yönəldən İlham Əliyev ən tərbiyəsiz üsullarla onu gözdən salmağa ümid edir. Bilmək istəyirəm ki, bu hərəkətlərlə həmin psixi xəstəliyin bağlılığı ola bilərmi?

- Sözün düzü, siyasətlə yaxından maraqlanmıram, həm də Azərbaycanda da az-az oluram. Amma bayaq söhbət zamanı həmin məsələlər barədə sizdən eşitdim. Bilirsiniz, əslində bütün bunlar elə iradə zəifliyinin nəticəsidir. Artıq qeyd etmişəm ki, bu xəstəliyin əlamətlərindən biri də iradə zəifliyidir. Məsələn, adi mübahisələrdə də mövqeyini təmkinlə qoruya bilməyənlər axırda ədəbsiz söyüşə və başqa anormal üsullara əl atırlar. Bayaq eşitdim ki, "Lider" kanalında ədəbsiz kampaniya aparırlar. Özü də deyəsən, kanalın rəhbəri İlham Əliyevin qohumudur. Mən təkcə həkim kimi yox, həm də adi bir adam kimi deyə bilərəm ki, belə şeylərə görə, müxalifətdən daha çox İlham Əliyevin özü narahat olmalıdır. Yəqin ki, öz qohumlarının telekanalına hamıdan çox elə İlham Əliyevin öz ailəsinin üzvləri baxırlar. Əgər o öz ailə üzvlərinin əxlaqsız televiziya reportajlarını izləməsinə təmkinlə yanaşırsa, məncə bu təkcə psixika ilə bağlı problem deyil.

- İlham Əliyev müxalifətə qarşı mübarizədə transseksuallarla sıx əməkdaşlıq edir. Sizcə onun belələri ilə "dil" tapıb yoldaşlıq etməsi həmin psixi xəstəliklərin nəticəsi ola bilərmi? Yəni bu xəstəlik cinsi pozuntulara gətirib çıxara bilərmi?

- Düzünü deyim ki, mən İlham Əliyevin cinsi orientasiyasının pozulması ilə bağlı hər hansı dəqiqləşdirilmiş məlumata malik deyiləm. Amma bayaq dedim ki, psixopatiyanın qeyri-sabit tipinin əlamətlərindən biri də pis vərdişlərə meyllilikdir. Xüsusən həmin xəstəlik cinsi oyanma, yaxud yeniyetməlik və gənclik illərində şiddətlənərsə, xəstə cinsi orientasiyanın pozulması hallarına yol verə bilər. Yeri gəlmişkən, bir neçə ay əvvəl psixiatrların Uzaq Şərq regional konfransında bu mövzuya da toxunulmuşdu. Amma yenə deyirəm ki, mən İlham Əliyevdə dediyiniz pozuntu hallarının baş verib-vermədiyini konkret olaraq deyə bilmərəm. Mən yalnız bunun nəzəri cəhətdən mümkünlüyünü təsdiqləyirəm.

İlqar Mehdiyev

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il