Borc altında yatan oğlan

"Sabah" qəzeti: "İlhamın qumar borcuna qarşılıq Azərbaycanda "Avropa" adlı bir hotel yapılıb və Topala verilib"

"Onun qumarbaz və pleyboy reputasiyası möhkəmlənib; o, yalnız pleyboy və xəstə qumarbaz kimi tanınıb; onun liderliyi xəcalət hissi ilə qarşılanırdı

Əvvəli ötən sayımızda

Ötən sayımızda İlham Əliyevin dünya boyunca formalaşmış pleyboy və qumarbaz imicindən yazmışdıq. Həm də bu yazı səbəbsiz deyildi. Belə ki, "Lider" kanalında verilən şərhlərdə vaxtaşırı olaraq iddia edilir ki, guya AXCP sədri Əli Kərimli mərhum Əbülfəz Elçibəyə xəyanət edib və "xəyanətkar" olduğuna görə də ondan prezident ola bilməz. Buna oxşar ittihamları Müsavat başqanı İsa Qəmbər və ADP sədri Rəsul Quliyev barəsində də vaxtaşırı səsləndirirlər. Maraqlıdır, necə olur ki, pleyboy, qumarbaz və psixi xəstədən prezident olur, amma "xəyanətkardan" olmur. Bizcə, İlham Əliyevin dövlət başçısı olması Azərbaycanda istənilən keyfiyyət sahibinin bu vəzifəyə yararlı olduğunu artıqlaması ilə təsdiqlədi. İndi isə "Lider" şərhçilərinin prezidenti İlham Əliyevin bütün dünyada formalaşmış istehzalı və təhqiramiz imici barədə xarici mətbuatın yazdıqları:

"Sabah" qəzeti, 6 avqust 2003-cü il

"Topalla qumar oynadı" başlıqlı məqalədən: "42 yaşlı İlham Əliyev Azərbaycan müstəqillik əldə etdikdən və atası prezident olduqdan sonra çeşidli vəzifələr əldə etdi. Baş nazir olana qədər dövlət petrol şirkəti ARDNŞ-nin başqan yardımçılığını yürüdən İlham Əliyev pleyboy həyatı sürüb və qumar alışqanlığı ilə tanınıb. Özəlliklə qumarxanalar kralı Ömər Lütfü Topalla qumar oynadığını bildirən xəbər qaynaqları 500 min dollar qumar borcuna qarşılıq Azərbaycanda "Avropa" adlı bir otel yapıldığı və bunun Topala verildiyini önə çəkdilər.

"Azadlıq" radiosu, 4 avqust 2003-cü il

Bir çox tənqidçilər onun bəzək-düzəkli təqdimatına bamayaraq bildirirlər ki, İlham atasının siyasi bacarığına malik deyil. O, sağa-sola israfçılıq edən pleyboy və qumarbazdır. Prezident varisi çox az siyasi təcrübəyə malikdir. Ümumiyyətlə, onun post-Əliyev dövründə ölkəni idarə edə bilib-bilməyəcəyi şübhəli məsələdir.

"Gas and oil" jurnalı, 6 avqust 2003-cü il

İlham Əliyevin intizamsız həyat tərzi keçirdiyi bildirilir. Təfərrüatlara münasibətdə Heydər Əliyevdə müşahidə olunan diqqət İlhamda yoxdur. O, pleyboy imicinə malikdir. Həmçinin o, qızğın və həmişə uduzan qumarbaz kimi tanınır.

"Christian Scence Monitor" qəzeti, 15 oktyabr 2003-cü il

Bir çoxları əhalinin Heydər Əliyevə olan münasibətinin İlhama qarşı göstərilməyəcəyi qənaətindədir. Onun pleyboy və qumarbaz imici açıq-aşkar müzakirə mövzusudur.

"Global İnsight" şəbəkəsi, 16 avqust 2003-cü il

İlham Əliyevin baş nazir təyin edilməsi müxalifətin bir neçə etiraz aksiyası ilə müşayiət olunub və onlar İlham Əliyevin istefasını tələb ediblər. İlham Azərbaycanda hətta atasının tərəfdarları arasında da ziddiyyətli adamdır. Bir neçə il əvvələ qədər onun liderliyi xəcalət hissi ilə qarşılanırdı, belə ki, onun qumarbaz və pleyboy reputasiyası möhkəmlənib və xarakteri zəifdir. Qumarbaz və pleyboydan çevrilib "siyasətçi" olmuş İlhamın siyasətdə təcrübəsi yox dərəcəsindədir. Bir çox müşahidəçilər hesab edirlər ki, atasının himayəsi olmadan İlhamın öz gücünə uzun müddət sağ qalmaq şansı çox azdır.

"Caucaz" internet qəzeti, 19 oktyabr 2004-cü il

Hakimiyyətə gəlməmişdən əvvəl İlham yalnız pleyboy və xəstə qumarbaz kimi tanınırdı. Əvvəllər ondan ARDNŞ-nin birinci vitse-prezidenti düzəltmişdilər...

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il