İlham Əliyevin psixi xəstəlikləri nəyə gətirib çıxarır

Oxucularımız İlham Əliyevin psixi xəstəlikləri barədə əlavə məlumatlar istəyirlər

"Ludomanyaklar" pul tapmaq üçün oğurluq, borc, hətta dilənçilik və öz şəxsiyyətini alçaltmağın başqa formalarına da əl ata bilərlər

Ötən sayımızda İlham Əliyevin "ludomaniya" adlanan psixi xəstəliyə mübtəla olduğunu və bununla bağlı müalicə aldığını yazmışdıq. Beynəlxalq Psixiatr-Texnoloqlar Cəmiyyətinin üzvü Vitali Əliyev jurnalımıza müsahibəsində bu xəstəlik barədə müəyyən məlumatlar vermişdi. Onun sözlərindən bəlli olur ki, "ludus" latıncadan tərcümədə "oyun" deməkdir. Hərfi tərcümədə "oyun maniyası" anlamına gələn "ludomaniya" qızğın oyunlardan psixoloji asılılıqdır. Həkimin sözlərinə görə, bu xəstəliyin adı rəsmi qaydada psixi xəstəliklərin reyestrinə də daxil edilib. Həmçinin psixiatrın təsdiqlədiyinə görə, İ.Əliyev 2000-ci ildə Finlandiyanın Nayvanyemi Psixiatriya Xəstəxanasında bu xəstəlikdən müalicə alıb.

Amma deyəsən, mütəxəssisin bu xəstəlik barədə verdiyi məlumatlar oxuculara kifayət etməyib. Iurnalımızın elektron poçt ünvanına daxil olan bəzi məktublarda dövlət başçısının tutulduğu psixi xəstəliklər barədə daha ətfraflı məlumat istənilir.

Öncə mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynovun müsahibələrindən birində yer almış maraqlı məqamı diqqətinizə çatdırmaq istərdik. S.Hüseynov deyib ki, Heydər Əliyevin paytaxtın "Gənclik" zonasında yerləşən iqamətgahının tikintisi zamanı o "prorab" işləyirmiş. Sabir kişi xatırlayır ki, o vaxt uşaq olan İlham onları bezdiribmiş. Bilirsinizmi necə? Məsələ burasındadır ki, o hər gün şahmatı qoltuğuna vurub tikinti sahəsinə gəlirmiş və orada işləyənlərin başlarını xarab edərək onunla şahmat oynamalarını təkid edirmiş. Amma gördüyünüz kimi, İlham Əliyevdən heç də yaxşı şahmatçı çıxmayıb. Bu o deməkdir ki, o elə uşaqlıqdan sadəcə oyun həvəskarı yox, "ludomanyak" olub.

İndi isə hazırda Azərbaycanı idarə edən (daha doğrusu, edə bilməyən) bu xəstəlik barədə daha ətraflı. Hömsöhbətimiz isə yenə də Beynəlalq Psixiatr-Texnoloqlar Cəmiyyətinin üzvü Vitali Əliyevdir.

- Ötən dəfə siz bu xəstəlik barədə danışmışdınız. Amma oxucular yaşadıqları ölkənin prezidentində müşahidə olunan bu xəstəlik barədə daha ətraflı məlumat istəyirlər. Ötən dəfə bu xəstəliklə bağlı dediklərinizə nə əlavə edə bilərsiniz?

- Keçən dəfə demişdim ki, bu xəstəlik psixi xəstəliklərin reyestrinə daxil edilib. Bu o deməkdir ki, söhbət hansısa əhval dəyişikliyindən yox, mürəkkəb əlamətlərə malik ciddi xəstəlikdən gedir. Bu baxımdan ludomaniya haqqında saatlarla danışmaq olar. Bu xəstəliklə bağlı çoxsaylı tədris vəsaitləri də mövcuddur.

Xəstəliklə bağlı əlavələrimə gəlincə, öncə onu deyim ki, bu xəstəlik hazırda elə bir mərhələdədir ki, heç kim onun tam xarakteristikasının hazırandığını deyə bilməz. Hələlik xəstələrin dünya üzrə statistikası tam dəqiqləşdirilməyib, profilaktikası üzrə metodlar mükəmməl şəkildə işlənməyib...

- Bizim oxucuları daha çox xəstəliyin əlamətləri və onun törətdiyi psixoloji fəsadlar maraqlandırır.

- Aydındır. Şübhəsiz ki, başlıca əlamət qızğın oyunlardan, daha dəqiq desək, qumar oyunlarından psixoloji asılılıqdır. Son vaxtlar kompüter oyunlarından asılılığı da bu xəstəliyə aid edirlər. Amma mənə elə gəlir, sizi qumar oyunlarından asılılıq daha çox maraqlandırır.

Bu xəstəliyin daşıyıcıları bütün maneələri aşaraq qumar oynayırlar. Onlar qumar oynamaq üçün pulu istənilən yolla tapa bilərlər. Məsələn, oğurluq, borc, hətta dilənçilik və öz şəxsiyyətini alçaltmağın başqa formaları köməyə gələ bilər. Bu, ludomaniyanın onların davranışında və ümumilikdə həyat tərzində törətdiyi fəsadların ümumi mənzərəsidir.

- Mən istərdim ki, ümumi şəkildə olsa da, belə xəstələrin psixoloji portretini təsvir edəsiniz.

- Belə xəstələri nə qədər uduzacaqları qorxutmur. Onlar oyun zamanı keçirdikləri hisslərin və oyun atmosferinin quludur. Ludomaniyanın daşıyıcıları adətən, qapalı olurar və sıxıntılı maneraları ilə seçilirlər. Əqli cəhətdən geri qalmış olurlar. Qumardan başqa heç bir işə həvəs göstərmirlər. Onların özlərini qiymətləndirmə qabiliyyəti çox aşağı səviyyədə olur. Belə xəstələr demək olar ki, həmişə sağlam oyunçulara uduzurlar.

Bu xəstələri üç qrupa bölürlər. Birinci qrupa xəstəliyi irsi qaydada alanlar aiddir. Digər qrupda bu xəstəlik beyin sarsıntıları nəticəsində güclənir. Üçüncü qrup xəstələr isə müxtəlif psixi xəstəliklər nəticəsində ludomaniyaya meyllənirlər. Belə psixi xəstəliklərə misal olaraq, şizofreniyanın zəif təzahür formasını, psixopatiyanın bəzi tiplərini və ya simptomatik alkoqolizmi misal göstərmək olar.

- Ötən dəfə demişdiniz ki, İlham Əliyev psixopatiyanın astenik və qeyri-sabit tipləri ilə bağlı da Moskvada müalicə alıb. İddia etmək olarmı ki, İlham Əliyevdə ludomaniya məhz psixopatiyanın nəticəsində formalaşıb?

- Mümkündür. Xüsusən psixopatiyanın uşaq yaşlarında şiddətlənməsi halında, bu tamamilə mümkündür.

- Xəstəliyin yaranması səbəblərini necə izah etmək olar?

- Səbəblər də psixoloji məqamlarla bağlıdır. Belə adamlarda müsbət emosiyalara meyl güclü olur və bu meyl onları bütünlüklə idarə edir. Qumara yeni başlayanlar adətən, uğur qazanırlar. Amma xəstəlik şiddətləndikcə onlar daha çox uduzmağa başlayırlar. Məğlubiyyətdən yan keçərkən və ya oyunu udarkən belə xəstələrdə baş qaldıran müsbət və xoş hisslər təhlükə hissini üstələyir. Buna görə də sağlam adamlardan fərqli olaraq, onlar hətta uduzmaq ehtimalları çox böyük olanda da qumar oynamaqdan özlərini saxlaya bilmirər. Bəzən ağılları başlarına gələndə peşmançılıq da keçirirlər. Belə anlarda adama elə gəlir ki, onlar bir daha kazinoya üz tutmayacaqlar. Amma biz həkimlər belə peşmançılıqdan uzaqbaşı bir-iki saat sonra onları kazinoda görməyə təəccüblənmərik.

- Artıq ötən dəfə dediyiniz kimi, İ.Əliyev həm də psixopatiyanın astenik və qeyri-sabit formalarından əziyyət çəkir. İstərdik bu barədə də ətraflı danışasınız. Çünki bu xəstəliyin əlamətləri də oxucular üçün maraqlıdır.

(Ardı gələn sayımızda)

İlqar Mehdiyev

P.S. Psixiatr Vitali Əliyevin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun psixi xəstəliyi barədə açıqlamalarını da yaxın saylarımızda oxuya biləcəksiniz.

Azadlıq jurnalı, № 3, 18.07.2005