Taekvando, beyni dağılmış tələbə, fahişələr və narkobiznes

Kəmaləddin Heydərov və Füzuli Musayevin Taekvando Federasiyası "beyni dağılmış" vəziyyətdədir

Utanıb-eləmir... Kəmaləddin Heydərov da idmanın inkişafından danışır. Xüsusən də özünün rəhbərlik etdiyi Taekvando Federasiyasında hansısa böyük işlərdən söz açır. Amma sən demə, bu federasiyanın pərdələri arxasında dəhşətli mənzərə yaranıb. Federasiyaya gələnlər burada pis şəraitdən şikayətlənirlər. İdman zalları və üzgüçülük hovuzu hətta bir nəfəri ömürlük bədbəxt də edib.

Jurnalımıza müraciət edən mənbənin sözlərinə görə, bu il mayın 13-də ikinci mərtəbədəki idman zalında məşq edən bir tələbənin ayağı altında döşəmə dağılıb və o, birinci mərtəbədəki üzgüçülük hovuzunun kənarındakı beton səddin üstünə yıxılıb. Beyni dağılan və ciyərləri parçalanan tələbəni dərhal aradan çıxarıblar. Polis hadisədən xəbər tutsa da, Kəmaləddin Heydərovun qorxusundan federasiyaya yaxın düşə bilməyib. Faktla bağlı cinayət işi qaldırılmayıb və federasiyanın rəhbərliyi, o cümlədən federasiyanın vitse-prezidenti Füzuli Musayev bu cinayətə görə məsuliyyətdən kənarda qalıblar. Aldığımız məlumata görə, sonradan Füzuli Musayev həmin tələbənin yaxınlarına pul təklif edib və həmçinin onları hələyib.

Mənbənin sözlərinə görə, həmin ərazidə Kəmaləddin Heydərova məxsus bir mehmanxana da fəaliyyət göstərir. Bu mehmanxanada fahişələr istədikləri kimi dolanırlar. Sadəcə olaraq, mehmanxana sahiblərinə əlavə olaraq, 50-100 min manat yerpulu ödəmək lazımdır. Yəqin ki, çox sahələrdən pay alan Kəmaləddin Heydərova bu "namuslu" biznesdən də pay düşür.

Yeri gəlmişkən, Kəmaləddin Heydərovun bir vaxtlar narkobiznesə görə Rusiyada həbs olunması və sonradan onu erməni şərikinin xilas etməsi barədə maraqlı materiallar yaxın saylarımızda yer alacaq. Onu da deyək ki, mənbənin sözlərinə görə, Füzuli Musayev indi də "yaşıl" ticarət şəbəkəsinə rəhbərlik edir. Təbii ki, Kəmaləddin Heydərovun himayəsi altında. Yaxın saylarımızda daha ətraflı...

Azadlıq jurnalı, № 3, 18.07.2005