Hansı Azérbaycan?
Vé yaxud iyrénc Heydér rejimi
Çoxdandır méni bir sual çox narahat edir. Biz kimik vé harada yaşayırıq. Bu
sualı yavaş-yavaş dérk etméyé, anlamağa başlamışam ki, biz hakimiyyét
nümayéndélérinin damarımıza zor vasitésilé yeritdiyi Heydér Éliyev ab-havasında
yaşamışıq vé çox éfsuslar olsun ki, yaşamaqda da davam edirik.
Biz o Heydér Éliyev ab-havasında yaşamışıq ki, hémin vaxt bu "ağsaqqal" bu yazıq
milléti yaltaqlığa, korrupsiyya, acgözlüyé, nankorluğa, rüşvété öyrédib. Vé
Éliyevin öyrétdiyi bu ménfi xüsusiyyét hélé dé qalmaqdadır.
Leninin ölümündén bir müddét sonra Rusiyanın bir bölgésindé insanlar yığışıb
Lenin rejiminin qalıqlarına etirazlarını bildirirlér. Onlar "Lenin ölüb,
émélléri yaşayır" deyé qışqırırlar. Etirazçılardan biri isé Lenin ölüb,
éméllérinin sağ qalmasındansa, Leninin sağ qalıb éméllérinin ölmésinin xalq üçün
daha xeyirli olmasını deyir.
Bu tarixi sözléré déyişiklik edérék deyirém: "Heydér Éliyev ölüb, ancaq iyrénc
éméllérinin üstü örtülü qalmasındansa, Éliyevin sağ qalıb etdiyi émélléri açıb
demési hém bizé, hém dé cémiyyété çox maraqlı olardı.
Yéqin bilirsiniz ata Éliyev né qédér zéhmétsevér olub. Onun zéhmétsevérliyini
prezident olarkén görmék olardı. Éliyevin tikdiyi témélsiz orqan olan Daxili
İşlér Nazirliyi hazırda oğlunun vé millétin başına tökülmékdédir. Daha iri
daşlar hélélik İlham Éliyevé déyir. Éliyev yéqin heç düşünmézdi ki, onun
élaltıları né vaxtsa oğlunun üzüné ağ olacaqlar. Hétta Célal Éliyev dé İlhamdan
üz döndérib. Éslindé kimin-kimdén üz döndérmési bir qédér mübahiséli mésélédir.
Hér halda "Ailé" sona doğru sürétlé iréliléyir. Tééssüf ki, Allah bu günü
görméyi Heydér Éliyevé qismét elémédi...
Turxan
Azadlıq jurnalı, № 5, 01.08.2005