İlhamın xəcalətli imicini unutmayın

Xalq parlament seçkiləri qarşısında: Bir yanda küçə təxəyyüllü İlhamın komandası, o biri tərəfdə ləyaqətli müxalifət

İlhamın "unudulmaz" imicini mütəmadi olaraq gündəmdə saxlamaqda davam edəcəyik

Qarşıdan parlament seçkiləri gəlir. Xalq seçim qarşısındadır. Əslində xalqın müxalifəti seçdiyini hamı bilir. Amma bu seçimi həm də müdafiə etmək lazımdır. İlham Əliyevin komandası bütün parametrlərinə görə Azərbaycan xalqına yad ünsürlərdən ibarətdir. Bəlli olduğu kimi, Heydər Əliyev öz pleyboy, qumarbaz və psix oğlunu prezidentliyə hazırlayanda hesab edirdi ki, zaman-zaman onun bu imici xatirələrdən silinib gedəcək. "Azadlıq" jurnalının ötən saylarında İlhamın qazandığı biabırçı imic barədə dəfələrlə yazmışıq. Düşünə bilərsiniz ki, onun bu imici barədə təkrar-təkrar yazmaq nəyə lazımdır. Amma nəzərə alın ki, qarşıfdan parlament seçkiləri gəlir və üstəlik, qeyd etdiyimiz kimi, H.Əliyev də onun bu imicinin unudulacağını planlaşdırmışdı. Biz isə onun bu imicini tez=tkz yada salmaqla bir yandan H.Əliyevin planlarını pozuruq, dəgir tərəfdən parlament seçkilərində xalqın kimlərə səs verməli olduqlarını onlara xatırladırıq. Bir sözlə, biz onun pleyboy, qumarbaz və psix imicinin yaddan çıxmasına imkmsn verməyəcəyik. Gələcək saylarımızda da belə izahatlar və ardınca analji məqalələr sizi təəccübləndirməsin. Beləliklə, İlhamın xəcalət gətirən imici barədə Türkiyə mətbuatından daha bir məqalə:

"Son saniyə" internet qəzetindən:

"Susurluq Raporu"nun gizli qəhrəmanı

Azərbaycanda iddia edirlər ki, daxili və xarici amillər nəzərə alınmaqla əndüzgün yol "Əliyev siyasəti"dir. Amma hətta bu halda da oğul Əliyevin bu siyasəti davam etdirə bilib-bilməməsi ilə bağlı narahatlıqlar var. Məsələ burasındadır ki, onun uğursuzluqları ilə bağlı şübhələrə onun özəl həyatı və bir sıra pis vərdişlərə malik olmasından qaynaqlanır. İlham Əliyevin Avropa və ABŞ mediasında "pleyboy və qumar kralı" kimi sifətlərdə xatırlanır. Türk mediası isə İlhamın atasını hirsləndirməkdən ehtiyat edərək onun pis vərdişlərinə münasibətdə özünü görməməzliyə vurur. İlhamın adı isə hətta "Susurluq Raporu"nda da yer almışdı. Amma ata Əliyevin buna qarşı təpkisi sərt oldu və İlhamla bağlı hissə raporun açıqlanmayan böflümlərində qaldı. O zamankı baş nazir Məsud Yılmaz üzrxahlıq üzərindən üzrxahlıq edərkən 1998-ci ildə Əliyevin könlünü NTV-də onu "İlin Dövlət Adamı" mükafatı ilə aldılar.

Ata Əliyev oğlunu qumar bəlasından qorumaq üçün böyük səylər göstərdi (İlham hətta bununla bağlı Finlandiyada psixiatriya əstəxanasında müalicə də alıb - "Azadlıq"). Hətta Azərbaycandakı bütün qumarxanaları bağlatdırdı. Özündən sonra yerinə gələcək oğlunu bu pis vərdişdən qurtarması gərəkdi.

Əslində Susurluq olayı ilə bağlı bilgiləri hamımız ala bildik. Amma "dövlət sirrinin qorunması" adı altında bir çoxları cəzasını almadı. Susurluqla bağlı hətta "Dəli yürək", "Qurdlar vadisi" və başqa seriallar da çəkildi.

PKK-nı dəstəkləyən bir qurd olan Ömər Lütfi Topalın öz imperatorluğunu genişləndirdiyi bir vaxtda Abdulla Çatlının onun həyatına son qoymaq barədə qərarı dərinlərdən gəlib. Topalla İlhamın həyatı qumarxanalarda keçib. Avropa mediasının yazdığı kimi, İlham bir qumar tutkunu və pozğun həyat sürən birisiydi. O tez-tez qümar oynamaq üçün Türkiyəyə gəlib və Topalın qumarxanalarında pular uduzub. Topalın tapşırığı ilə İlhama limitsiz kredit açılmışdı və bu üzdən o, Topala borclu qalmışdı. Bunun müqabilində Topal "Naxçıvan" və "Abşeron" kazinolarında payı olan İlhama şəriklik təklif etmişdi. Buraya qədər bir problem yox idi. Amma Topal gözünü Bakının ən izdihamlı prospektlərindən olan Tiflis prospektində tikilməkdə olan "Avropa" otelinə dikmişdi. Ancaq bu otel Türkiyə və Azərbaycan Xarici İşlər Nazirliklərinin özəl anlaşması ilə inşa edilirdi. Azərbaycana gələcək yüksək səviyyəli heyətlər burada qalacaq və bir mərtəbə də Türkiyə Xarici İşlər Nazirliyinin olacaqdı. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinə 5 milyon dollarlıq ödəniş edilmişdi. İnşaat işlərini isə daha öncə Bakıda Rusiya səfirliyin inşa edən "Ferco" şirkətinə həvalə edilmişdi. Oteldə qumarxana olmayacaqdı. Ancaq İlhamı ortaya girərək layihəyə bir sıra əlavələr etdirdi. Bu əlavələrin icrası xarici işlər naziri Həsən Həsənovun bacanağı İlqar Babayevin firmasına tapşırıldı, ərclər isə Türkiyədən istənildi. Sonradan edilən əlavələr üzündən inşaat heç cür bitmək bilmirdi və əlavə xərclər uydurma olaraq guya Topalın "İmperial Qrup"u tərəfindən ödənildiyinə görə Topal otelə şərik edildi. Bu ortaqlıq bir növ borc əvəzi idi.

Bakı-Ceyhan neft kəmərinin taleyi Heydər Əliyevin iki dodağının arasında idi. Ankara baş verənlərə yalnız PKK-çı Topalın ölümündən sonra etiraz etdi, otelin inşaatı bitdikdən sonra isə bir müddət bu hadisələrin üstü açılmadan saxlandı.

"Susurluq Raporu"nda İlhamın adı halanandan sonra hirslənən Heydər Əliyev Həsən Həsənovu "günah keçisi" seçib vəzifədən uzaqlaşdırdı. O hələ də millət vəkilidir, amma danışması yasaqdır və Həsənov Əliyevlər ailəsinə bağlılığı səbəbindən susma haqqından yararlanmaqdadır.

Bu olaydan sonra Əliyev bütün kazinoları bağlatdırmaqla sakitləşmədi və İlhamın şəsi həyatına da əl qoydu! Son beş il ərzində İlham preziden olmaq üçün hazırlandı.

Nuh Gönültaş

Azadlıq jurnalı, № 5, 01.08.2005