Kişilik və erkəklik arasında fərqi
görməyənlər
Bu siyahıda təkcə Sahil Kərimli və onun iş yoldaşları deyil, cinayəti
ört-basdır edənlər də var
Son iki həftə ərzində Siyasi-əxlaqi müstəvidə ən yaddaqalan hadisələrdən biri
şübhəsiz ki, "Lider" TV-nin bir qrup əməkdaşının iyrənc zorlama faktında
iştirakının aşkarlanması oldu. Məlum oldu ki, 2003-cü il seçkiləri zamanı
bir-iki sillə-təpikdən ötrü şivən qoparan və bunun əvəzində 3 otaqlı mənzil və
avtomobil alan Sahil Kərimli başqalarına, xüsusən də zəif cinsin nümayəndələrinə
qarşı əlindən gələn zorakılıqları edənlərdən biriymiş.
Onun zorladığı qızın anası Mehriban Əliyevaya ünvanladığı məktubda Sahil
Kərimlini "oğraş" adlandırmışdı. Daha doğrusu, onu öz adıyla çağırmışdı. İlham
Əliyevin himayə etdiyi bu qulbeçə öz iş yoldaşları və başqaları ilə birlikdə
yeniyetmə qızı oğurlayaraq öz erkəklik ehtiyaclarını təmin edib və sonra da
cinayətini ört-basdır etmək üçün öz prezidentinin və onun komandasının
himayəsindən gen-bol yararlanıb. Amma tezi-geci var. Günlərin birində kişiliklə
erkəklik arasında fərq görməyən bu erkəklər mütləq həbs olunacaq.
Uzun-uzadı izahata yəqin ki, ehtiyac yoxdur. İki həftə ərzində oxucular "Lider"
TV-nin bir qrup erkəyinin törətdiyi vəhşiliklər barədə təfərrüatlarla tanış
olublar. Prezident seçkisindən əvvəl müxalifət mətbuatında dəfələrlə yazılmışdı
ki, əgər İlham prezident olsa, onun pozğun dəstəsi çəkinmədən insanların
namusuna təcavüz edəcək. Bu da fakt!
Artıq bu iyrənc cinayətin ört-basdır edilməsi istiqamətində geniş kampaniya
başlanıb. Məlum olduğu kimi, Əzizbəyov rayon prokurorluğu Sahil Kərimlinin və
"Lider"-in bir qrup işçisinin kənarda saxlanması üçün bütün cinayətlərə əl
atıblar. Amma cinayət işi Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər
üzrə İstintaq İdarəsinə ötürülüb. Burada yalnız bir məntiq var: Sahil Kərimlinin
cinayətinin daha etibarlı üsullarla ört-basdır edilməsi.
Cinayət hərəkətləri Bakının müxtəlif ərazilərində baş verdiyinə görə, əslində bu
cinayət işini Bakı Şəhər Prokurorluğu aparmalıydı. Amma Bakı şəhər prokuroru
Ədalət Mirsalamlı "narahat" adam hesab olunduğuna görə, ona etibar etməyiblər.
Azadlıq jurnalı, № 5, 01.08.2005