Vasif Talıbov Naxçıvandan qovulacaq

Bakıda yaşayan naxçıvanlılar qudurğanları cilovlamağa hazırlaşırlar

Azərbaycan 12 ildir Əliyevlər sülaləsinin istibdadı altında əzilir. Naxçıvan ilə bu illərdə Əliyevlərlə yanaşı, həm də yırtıcı Talıbovların şikarına çevrilib. Muxtar Respublikada bir tikə çörək arzusu ilə uğraşan insanlar, üstəlik Heydər Əliyevin "Naxçıvan xanı" təyin etdiyi Vasif Talıbovun və onun qohum-şəcərəsinin tapdağı altına düşüblər. Üzərlərində hes bir inzibati-hüquqi məsuliyyət hiss etməyən bu qudurğanlar sinfi sadə camaatla istədikləri kimi rəftar edirlər. Bu səviyyəsiz, harınlamış gədələrin MR-dakı hərəkətləri, onsuz da sosial baxımdan həyatın dibinə atılmış mərd naxçıvanlıları artıq bezdirib. Etnik mənşəyi şübhəli olan Vasif Talıbovun və qardaşı Məhərrəm Talıbovun Naxçıvanda törətdiyi qudurğanlıq, xüsusən bu bölgədən məcburən köçmək imkanı olmayan köklü Naxçıvan əhlinə qarşı xüsusi qəddarlıq nümayiş etdirilməsi deyəsən Bakıda yaşayan naxçıvanlıların da hesiyyatına toxunmağa başlayıb.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, hal-hazırda Bakıda yaşayan naxçıvanlılar nəhayət ki, ata yurdlarında baş verən pozğunluqlar, əxlaqsızlıq, özbaşınalıq və qudurğanlığa qarşı ciddi önləmlər almağa qərar veriblər.

Mənbə bildirir ki, Bakıda yaşayan - Talıbov despotizmindən narazı naxçıvanlılar, cavab tədbirlərinin təşkil edilməsi üzərində sındırırlar. V.Talıbova qarşı daha effektli vasitələrin tapılması üçün kollegial müzakirələrə və qərarlara ehtiyac var. Ancaq məlumdur ki, indiki şərtlər altında Bakıda toplaşmış narazıların nümayişkaranə şəkildə bir yerə toplaşması onlar üçün "baş ağrısı"na çevrilə bilər. Belə yerdə isə köməyə xeyir-şər mərasimləri gəlir.

Bizə bu məlumatı verən mənbə bildirir ki, ötən cümə axşamı imkanlı bir naxçıvanlı keçmiş vəzifə sahibinin Bakıdakı bağ evində gizli toplantı keçirilib. Toplantıda vaxtilə Heydər Əliyevlə Naxçıvanda çiyin-çiyinə işləmiş sonralar isə Vasif Talıbov tərəfindən vurularaq Bakıya sürgün edilmiş keçmiş vəzifə sahibləri, MR-da biznes marağı olan, lakin oraya buraxılmayan iş adamları, habelə ziyalılar, hazırda Bakı şəhərində kifayət qədər mövqeyi olan pullu şəxslər iştirak ediblər. Toplaşmaqda əsas məqsəd V.Talıbovun Naxçıvanda yaratdığı üsul-idarənin aradan qaldırılması yolları barədə müzakirələrin aparılması olub. Mənbə bildirir ki, bu istiqamətdə müzakirələr davam etdirilir.

Qeyd edək ki, Naxçıvan camaatını V.Talıbovdan narazı salan məsələlərdən biri də onun apardığı kadr siyasətidir. Həmsöhbətimiz V.Talıbovun kadrları ilə bağlı cəmi 3 nümunə göstərməklə camaatın narazılığının nə qədər haqlı olmasını əsaslandırmağa çalışdı. Bildirdi ki, Heydər Əliyev Naxçıvanda kadr siyasətini hər zaman diqqətdə saxlamasına, bir çox hallarda kadrları özü təyin etməsinə baxmayaraq İlham Əliyev Naxçıvanı bütövlükdə V.Talıbova bağışlayıb. V.Talıbov da bundan gen-bol istifadə edir.

Mənbə: "Baş nazir vəzifəsində əslən Şərur rayonundan olan Əlövsət Baxşıyev çalışır. İndiyə qədər bu postda çalışmış adamlar içərisində ən qabiliyyətsizi sayılsa da, Talıbov qardaşlarına hədsiz sədaqəti ilə seçilir. Bu postda indiyədək Afiyyəddin Cəlilov, Yusif Nəbiyev, Heydər İsayev kimi şəxslər çalışıb. Naxçıvan əhli bu şəxsləri yaxşı müqayisə edə bilir. Baş nazirin müavini Təranə Quliyeva deyilənə görə orta musiqi təhsili olan, bu vaxta qədər heç bir iş təcrübəsi olmayan "qız uşağıdır". Onun hansı prinsiplər əsasında irəli çəkilməsi bu gün də naxçıvanlılar üçün bir sirr olaraq qalır. Amma sirr olası bir şey də yoxdur. Nazirlər Kabinetində onun killi ixtiyar sahibi olması Naxçıvan əhlinin heysiyyatına toxunan ciddi məsələdir. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov Vasif Talıbova qohumluq əlaqələrinə görə irəli çəkilib. Əvvəllər heç bir məhsul vəzifədə işləməyib. Söyüşkən və səviyyəsizin biri kimi tanınır. Təhsili olduqca müəmmalıdır. Deyilənə görə Rusiyada oxuyub. və orada hansısa "razborka"da gözünün bir tayını itirib. Naxçıvanda "kor" ləqəbi ilə tanınır".

Naxçıvandakı proseslər, V.Talıbov diktaturasının cilovlanması üçün gözlənilən hadisələr barədə növbəti saylarımızda yeni məlumatları çatdıracağıq.

Rafiq Mahmudbəyov

Azadlıq jurnalı, № 5, 01.08.2005