İlhamın tələbə yoldaşından şok açıqlamalar
"Qraçov i partnyorı" şirkətinin prezidenti Vyaçeslav Qraçov İlham Əliyevin
haqqında deyilənləri artıqlaması ilə təsdiqləyib
İlham Əliyevin tələbə yoldaşı Vyaçeslav Qraçov Rusiyada yaşayan həmyerlimizlə
söhbətində dəhşətli faktların üstünü açıb. Onun söhbətlərindən bəlli olub ki,
İlhamın psixi xəstə olması həqiqət imiş.
V.Qraçov hazırda "Qraçov i partnyorı" şirkətinə rəhbərlik edir və sənaye
tullantılarının utilizasiyası ilə məşğuldur. Onun sözlərinə görə, İlham Əliyevlə
xüsusi yaxınlığı olmayıb, amma onun haqqında çox qəribə şeylər eşidib.
Hazırda həmyerlimizin söhbəti əsasında məqalə hazırlayırıq və yaxın saylarımızda
dərc edəcəyik. Hələlik isə V.Qraçovun söhbətindən bəzi məqamlar: "Onun psix
olduğunu institutda hamı bilirdi. Hətta bir-iki dəfə uşaqlar bunu onun üzünə
deyəndə özüm eşitmişdim"... "Sifətində həmişə kütlük ifadəsi vardı. Onunla
zarafatı olan uşaqlar tez-tez ona "psix" deyə ələ salırdılar. Mən heç vaxt belə
söhbətlərə müdaxilə etmirdim. Mənim ona yazığım gəlirdi. Çox qorxaq idi"...
"Belə bir adamın prezident olması lətifədir..."
Təfsilatı yaxın saylarımızda!
P.S. İlham Əliyevin psixi xəstəlikləri barədə oxucuların fikir və
mülahizələri gələn sayımızda.
Azadlıq jurnalı, № 5, 01.08.2005