Hakimiyyətdə məntiq çatışmazlığı sindromu
Ruslan Bəşirli İlham Əliyev və Ramiz Mehdiyev kimi casusları olan ermənilərin
nəyinə lazımdır
İlham Əliyevin nənəsi, Ramiz Mehdiyevin arvadı ermənidir; hakimiyyətdəki erməni
kürəkənlərinin siyahısı isə xeyli uzundur
Hakimiyyətin AXCP əleyhinə düzəltdiyi şounun istinad nöqtəsi ondan ibarətdir ki,
guya ermənilər Bakıda özlərinə casus yığmaq istəyirlərmiş və bu məqsədlə Ruslan
Bəşirlini seçiblər. Amma bu arqument ona görə şikəstdir ki, ermənilərə Bakıda
Ruslan Bəşirli kimi səlahiyyətsiz casusun gərək olduğu inandırıcı deyil. Əgər
arvadı erməni olan Ramiz Mehdiyev bütün səlahiyyətləri ilə ermənilərin
xidmətində can- başla dayınıbsa, onda Ruslan Bəşirli onların nəyinə lazımdır?
hanı məntiq?..
Azərbaycanda ermənilərlə qohumluq əlaqələri olan məmurlar kifayət qədərdir. Bu
faktlar dəfələrlə mətbuatda yer alıb. Amma ermənilərin yeznələri səlahiyyət
sahibləri olduqlarına görə ictimaiyyətin bütün bunlara adekvat reaksiya
verməsinə imkan verilməyib. Elə Heydər Əliyevin özü də erməni gəlinlərin
çoxluğunu etiraf edərək "Azərbaycanda 30 min erməni gəlini var" demişdi.
Ermənilərin Azərbaycan hakimiyyətində yuva salmış yeznələri kimlərdir. Gəlin bir
daha bu mövzuya qayıdaq.
1. Heydər Əliyev
Təbii ki, ilk növbədə Heydər Əliyevdən başlamaq lazımdır. Əhali arasında geniş
yayılmış fikir ondan ibarətdir ki, mərhum prezident Heydər Əliyevin anası
milliyyətcə erməni olub. Bir çoxları hesab edirlər ki, məhz bu səbəbdən Heydər
Əliyev hakimiyyətdə olduğu müddətdə anası haqqında heç nəyi qabartmayıb. Onun
atasının kürd olduğunu təsdiqləyən mənbələr də kifayət qədərdir. Görünür, buna
görədir ki, hətta bir sıra Türkiyə qəzetləri də "Heydər Əliyevin damarında
erməni-kürd qanının axdığını" yazıblar.
Heydər Əliyev öz fəaliyyətində də ermənipərəst mövqeyini gizlədə bilməyib.
hakimiyyətə gələn kimi 6 rayonu "topdansatış" yolu ilə ermənilərə verəndən sonra
Heydər Əliyev ermənilərlə atəşkəs haqqında saziş imzaladı və bununla da
ermənilərin qələbəsini rəsmiləşdirdi. Bundan əvvəl də o, ermənilərlə sıx
əməkdaşlıq etmişdi. Haxçıvanda hakimiyyətə gələndən sonra Heydər Əliyev öz
erməni qohumları ilə danışıqlar apararaq özü üçün sakitliyi təmin etdi və
1993-cü ilin dövlət çevrilişini istədiyi kimi hazırlamağa girişdi. ABŞ
qəzetlərindən biri Heydər Əliyevin bu hərəkətini "xəyanətkar addım" adlandırsa
da bu fikirlə razılaşmaq çətindir. Çünki Heydər Əliyev ermənilərlə belə
danışıqlara getməklə əslində öz erməni millətinə xidmət edib ki, bunu da xəyanət
adlandırmaq çətindir. Əgər o Azərbaycana xidmət etmiş olsaydı, bunu xəyanət
adlandırmaq olardı.
2. İlham Əliyev
Yuxarıda göstərilənlərə əsasən, İlham Əliyevin nənəsi ermənidir.
3. Ramiz Mehdiyev
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin ermənilərlə qohumluğu
barədə dəfələrlə məlumatlar verilib. hər dəfə göstərilib ki, Ramiz Mehdiyevin
həyat yoldaşı Qalina Artyunova ermənidir. Doğrudur, müxtəlif vaxtlarda bunu
təkzib etməyə səy göstərərək bildiriblər ki, Ramiz Mehdiyevin həyat yoldaşı dağ
gürcüsü - meqreldir. Amma əslində, Qalina Artyunovanın erməni əsilli olduğunu
gizlətmək mümkün deyil. Onun erməni arvadı hazırda Bakı Dövlət Universitetinin
Riyaziyyat Kafedrasında çalışır. Onun erməni olduğuna şübhə edənlər
universitetdəki mənbələri vasitəsilə özləri araşdırma aparıb buna əmin ola
bilərlər. Yeri gəlmişkən, hazırda Ermənistanda Ramiz Mehdiyevin çoxlu sayda
qohum-əqrəbası var və onlara maddi cəhətdən kömək edir.
4. Əli həsənov
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli həsənovun da
həyat yoldaşı erməni millətindəndir. Xatırladaq ki, Əli həsənov 1988-ci ildə
Sumqayıt hadisələri zamanı xüsusi fəallıq edən şəxslərdən biri olaraq təxribatın
böyüməsində müstəsna rol oynayıb. Bu gün əksəriyyət bilir ki, Ə.həsənov Sumqayıt
hadisələri zamanı əhaliyə müraciət edərək "mənim də həyat yoldaşım ermənidir"
söyləyib. Bütün bunlar çəkilib və arxivlərdə saxlanılır. Bu gün Əli həsənovun
qaçqın və məcburi köçkünlərə bəslədiyi nifrət də elə öz arvadının milliyyətindən
qaynaqlanır. Qaçqınların pullarını mənimsəyərək onları acından ölmək həddinə
çatdıran Əli həsənov da öz səlahiyyətləri çərçivəsində ermənilərə qulluq edir.
5. Zakir Qaralov
Baş prokuroru Zakir Qaralovun Borçalı türkü olduğu iddia edilsə də, əslində onun
ana nəslinin ermənilərlə qohumluq əlaqələri olan meqrellərdən olduğu hamıya
bəllidir. Bunu Borçalıda hamı bilir və P.Qaralovun Gürcüstan və Azərbaycan
türklərinə bəslədiyi nifrət də məhz bundan qaynaqlanır. həm də bu şəxsin Sabunçu
və Həsimi rayon prokuroru vəzifəsindən nə üçün qovulduğu a bəllidir. Z.Qaralov
məhz içki düşkünü olduğuna görə işdən kənarlaşdırılıb.
Həmçinin bu günlərdə "Bakı-Xəbər" qəzeti də baş prokuror Zakir Qaralovun qardaşı
hamlet Qaralovla bağlı maraqlı məlumat vermişdi. Məlumatda bildirilir ki, 7-8 ay
əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyindən Xarici İşlər Hazirliyinə məktub
göndərilib. Məktubda qeyd olunub ki, səfirliyin məsul işçisi hamlet Qaralovun
erməni xəfiyyələri ilə əlaqəli olan şəxslərlə münasibətləri var. Buna görə də
onun səfirlikdə fəaliyyət göstərməsi mümkünsüz hesab edilib. Bundan sonra hamlet
Qaralov geri çağrılıb və bir müddət sərəncamda saxlanıldıqdan sonra XİH-də işlə
təmin olunub. Bu məlumat da artıq Z.Qaralovların ermənilərlə əlaqəli olduqlarını
ortaya qoyur.
Təxminən iki-üç ay əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyinin önündə
ölkəmizin Şimal bölgəsində yaşayan ingiloyların aksiyası keçirilmişdi. Sonradan
aydınlaşdı ki, bu şəxslər əslində Azərbaycandan köçən ermənilərdir. Bu aksiyanın
təşkilatçısı da hamlet Qaralov olub. O, bununla səfirlikdən qisas almaq istəyib.
6. Abbas Abbasov
Baş nazirin birinci müavini Abas Abbasovun da arvadı mililyətcə ermənidir. Onun
da Ermənistanla sıx ticarət əlaqələri var. A.Abasovun Rusiyada da ermənilərlə
şərikli biznes obyektləri var.
A.Abbasovun milliyyətcə erməni arvadı Bella Abbasova Xarici Dillər
Universitetində çalışır. Amma o, 1995-ci ildən sonra fəaliyyətinə praktik olaraq
dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi
olaraq elmlər namizədi olub. Dosent adı alıb. həmçinin Abbas Abbasov ermənilərlə
qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.
Onun yenə də öz erməni rəfiqələri ilə erməni dilində danışdığı bildirilir.
Rəfiqələrinə gəlincə, bu sırada birinci yeri Ramiz Mehdiyevin erməni həyat
yoldaşı Qalina Artyunova tutur. Bella ilə Qalina tez-tez Mehdiyevin bağında
görüşürlər. Bu görüşlər zamanı onlar erməni dilində danışırlar.
7. Artur Rəsizadə
Baş naziri Artur Rəsizadənin anası milliyətcə ermənidir. Onun əmisi Şamil
Rəsizadə 1980-ci illərin ortalarında Qazax rayonun ərazisindən 2 min hektar
torpaq sahəsini ermənilərə pay verib. Məhz buna görə də onu Kəmərli kəndinin
sakinləri döyərək eşşəyə mindirib rayondan qovmuşdu. A.Rəsizadə isə öz
növbəsində ermənilərlə birləşib bu xəyanətlə barışmayanları cəzalandırmışdı.
həmin dövrdə Kəmərlinin kolxoz direktorunu həbs etdirib öldürtdürən də Artur
Rəsizadənin əmisi Şamil olub.
8. Ziya Məmmədov
Ötən sayımızda yazdığımız kimi, hazırda nəqliyyat naziri Ziya Məmmədov
Ermənistan Dəmiryol Departamentinin direktoru Ararat Xmiryanın bacısı qızı
Virciniya Asaturyanla Bakıda nikahdan kənar ailə münasibətlərindədir. Ziya
Məmmədovun A.Xmiryanla sıx biznes əlaqələri var və bu əlaqələrin
möhkəmlənməsində qohumluq əlaqələri də öz rolunu oynamaqdadır.
Həmçinin Ziya Məmmədovun qardaşı Elton Rusiyanın Stavrapol vilayətində
ermənilərlə biznes qurub.
9. İsa Məmmədov
Heydər Əliyevin adamı, Lənkəranın sabiq birinci katibi İsa Məmmədovun həyat
yoldaşı erməni Klaranı artıq hamı tanıyır. Bu Klara fevralda vəzifəli şəxslərin
erməni arvadlarını bir yerə toplayaraq iclas keçirmişdi və və onlara tapşırmışdı
ki, Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunması üçün ərlərinə təsir
göstərsinlər. Qeyd edək ki, İsa Məmmədovun oğlu Azərbaycanın HATO-dakı
nümayəndəliyində çalışır və orada Azərbaycanın adından danışır.
10. Kəmaləddin Heydərov
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov ermənilərlə sıx biznes
əlaqələrinə malikdir. Ermənistana zəruri ərzaq məhsullarının çatdırılmasını
həmişə o təşkil edib. Eyni zamanda, Ermənistan istehsalı olan məhsulları da
Azərbaycana gətirən məhz Kəmaləddin Heydərovdur. Bundan əlavə, hələ "Ruslan
Bəşirli şousu"ndan bir müddət əvvəl Rusiya mətbuatında yazılmışdı ki, Kəmaləddin
Heydərov 1992-ci ildə milliyətcə erməni Yuri Minasyanla şərikli heroin alverinə
görə həbs edilib və zaman onu həbsdən məhz həmin erməni xilas edib.
11. Və sair
Sahib Alıyevi himayə edən "Mərkəz" qəzetinin təsisçisi, deputat Gülər
Əhmədovanın nənəsi ermənidir.
Ruslan Bəşirliyə qarşı alət kimi istafadə edilən Osman Əlmuradovun milliyətcə
ləzgi olduğu bildirilsə də, son vatlar onu tanıyanların verdiyi məlumatlara
görə, onun ermənilərlə qohumuq əlaqələri var və təmiz ləzgi deyil.
Hazırda Yeni Azərbaycan Partiyasından 15 erməni əsilli deputat var.
Məntiq axtarışında
Sonra da deyirlər ki, ermənilər Ruslan Bəşirlini ələ almaq istəyiblər. Axı
Ruslan kimi səlahiyyətsiz, üstəlik özlərinin dedikləri kimi, heç rus dilini də
bilməyən birisi ermənilərin nəyinə lazımdır? Ölkənin de-yure başçısı İlham
Əliyev onların millətindəndirsə, öləkənin de-fakto başçısı Ramiz Mehdiyev öz
arvadının əmrləri altında ermənilərin xidmətində dayanıbsa, Əli həsənov, Zakir
Qaralov, Abbas Abbasov, Artur Rəsizadə, Ziya Məmmədov, İsa Məmmədov, Kəmaləddin
Heydərov, onlarla deputat və başqa hökumət məmurları ermənilərin casusu olaraq
fəaliyyət göstərirlərsə, Ruslan Bəşirli ermənilər üçün daha artıq dərəcədə dnecə
xidmət edə bilərdi ki? hər bir iddiada bir məntiq olmalıdır axı!..
Eyvaz Abdullayev
Azadlıq jurnalı, № 7, 15.08.2005