"AZADLIQ"06 noyabr 2005-ci il tarixdə keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə dair “Azadlıq" siyasi partiyalar blokunun

İLKİN RƏYİ

Azərbaycanda seçkilər ərəfəsində və seçkilərə hazırlıq mərhələsində ölkədə ümumi siyasi şəraitin qeyri-demokratikliyi:

- Seçkilərin iqtidarın tam nəzarətində olan seçki komissiyaları tərəfindən keçirilməsi; seçki komissiyalarının paritet əsasda təşkil olunması haqqında müxalifətin və beynəlxalq təşkilatların tələb və tövsiyyələrinin nəzərə alınmaması;
- icra hakimiyyəti strukturlarının seçki prosesinə hakimiyyət namizədlərinin xeyrinə total şəkildə qanunsuz müdaxiləsi;
- demokratik seçkilərin əsas göstəricilərindən olan sərbəst toplaşmaq azadlığına əməl edilməməsi;
- seçkilərdə iştirak edən siyasi qüvvələrə müxalifətin zərərinə olmaqla qeyri-bərabər şərait yaradılması;
- Xüsusi xidmət orqanlarının fitnəkar planı əsasında həyata keçirilmiş Ruslan Bəşirli olayından istifadə olunaraq gənclər hərəkatının fəallarına qarşı repressiya aparılması və müxalifətə qarşı bütün ölkə miqyasında qaragüruhçu hücumların təşkili və Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı ortaya atılan dövlət çevrilişi şousundan istifadə olunaraq kütləvi həbslər vasitəsilə cəmiyyətdə xof və qorxu mühiti yaradılması;
- İnternet saytlara senzura qoyulması cəhdləri;
- Seçki günü xarici televiziyalara birbaşa yayıma məhdudiyyət qoyulması;
- ABŞ Milli Demokratiya İnistutuna seçkiləri müçahidəyə dəvətin qəsdən gec göndərilməsi, İrena Lasota, Nikolay Katerinçuk, Ratuşni, Sergey Taran, Yevgeniy Zolotaryov və digər xarici vətəndaşların, Ukraynadan olan jurnalistlərin arzuolunmaz şəxslər elan olunaraq seçkiləri müşahidə üçün Azərbaycana buraxılmaması;
- Seçkilərə hazırlıq mərhələsində seçkilərin aşkarlığı prinsipinə aid qanunun müddəalarının kütləvi şəkildə pozulması 06 noyabr seçkilərinin nəticələrini əvvəlcədən şübhə altına almağa və tanımamağa imkan verirdi.

Xüsusi ilə 25 oktyabr 2005-ci il tarixdə dövlət başçısı yanında keçirilən müşavirədən sonra icra hakimiyyətləri orqanlarının seçkiyə müdaxiləsi açıq və kobud forma almışdı. Hakimiyyət namizədlərinin konkret adı açıqlanmış, dövlət orqanlarında çalışan vəzifəli şəxslər, hüquq-mühafizə orqanları, o cümlədən məntəqə və dairə seçki komissiyalarının sədrləri qarşısında tamamilə açıq şəkildə hakimiyyət namizədinin seçilməsini təmin vəzifəsi qoyulmuş, hədə-qorxu, təzyiq, ələ alma kampaniyası geniş miqyas almışdı.

Buna baxmayaraq “Azadlıq" bloku bəyan etmişdi ki, seçkilərin yekun qiyməti səsvermənin nəticələrinə əsasən müəyyən ediləcək və seçkilərdən sonrakı fəaliyyət səsvermənin nəticələrinə görə, daha dəqiq, səsvermənin saxtalaşdırılıb – saxtalaşdırılmayacağına əsasən qurulucaqdır. Bu zaman bildirilmişdi ki, həmin qiymət mötəbərliyi şübhə doğurmayan müşahidə materiallarının təhlilinə əsaslanacaqdır.

Bu məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına müvafiq müşahidə materialları hazırlanmış və “Azadlıq" siyasi partiyalar blokunun 116 dairədən irəli sürülmüş 116 namizədin müşahidə hüququ olan nümayəndələrinə verilmiş, lazımi izahat və treninqlər aparılmışdır.

Aşağıda təqdim olunan ilkin rəy əsas etibarı ilə “Azadlıq" blokunun namizəd irəli sürdüyü 116 seçki dairəsindən bu iş üçün əvvəlcədən müəyyən edilmiş 5 mindən çox müşahidə hüquqlu şəxsin (namizəd, səlahiyyətli nümayəndə, vəkillər, məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər) təqdim etdiyi məlumatlar, şikayətlər, protokol surətləri və s. sənədlərin təhlili və ümumiləşdirilməsi əsasında hazırlanmışdır. Eyni zamanda Azadlıq blokunun namizədi olmayan, lakin bloka daxil olan və ya müttəfiq partiyaların, müstəqil namizədlərin, KİV nümayəndələrinin məlumatları nəzərə alınmışdır. Faktiki olaraq isə rəy 20 minə yaxın seçkiləri müşahidə hüququ olan şəxslər tərəfindən təsdiq edilmişdir.

“Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahı seçki günü respublika ərazisində təxminən 113 dairədə məntəqə seçki qərargahının nümayəndələri ilə, öz növbəsində dairə seçki qərargahları 4 minə qədər məntəqədə olan müşahidəçilərlə telefon əlaqəsi yaratmış, seçkilərin gedişi barədə məlumatlandırılmışdır.

Artıq səhər saatlarından etibarən məntəqələrdən kütləvi seçki saxtakarlıqlarının olması barədə məlumatlar daxil olmağa başlamışdı. Səsvermə başa çatdıqdan sonra, yəni 06 noyabr 2005-ci il, saat 19.00 müddətə məntəqələrdən və dairələrdən aşağıdakı qanun pozuntuları qeydə alınmışdır.

Respublika üzrə cəmi: - 21104 qanun pozuntusu qeydə alınmışdır. O cümlədən

1. Müşahidəçilərə təzyiq göstərilib- 5598
2. Hakimiyyət orqanının üzvü seçki prosesinə müdaxilə edib - 2267
3. Barmağa mürəkkəb vurulmadan səs verilib – 1782
4. Seçiciyə kimə səs verməsi barədə təzyiq edilib – 1612
5. Məntəqədə namizədin xeyrinə təbliğat aparılıb – 1425
6. Bir nəfər bir neçə nəfərin əvəzinə səs verib – 1271
7. Seçki məntəqəsinə kənar şəxslər daxil olub – 1244
8. Qutuya dəstə ilə bülleten atılıb – 1152
9. Barmaq yoxlanılmadan səs verilib – 1122
10. Komissiya üzvü hər hansı namizədin əleyhinə (lehinə) təbliğat aparıb – 791
11. Komissiya üzvlərinə təzyiq göstərilib - 745
12. Səsvermə başlanana qədər Seçki Məcəlləsinin tələbləri pozulub – 577
13. Polis seçkiyə müdaxilə edib - 283
14. Səsvermə kabinəsindən kənarda səs verilib – 271
15. Daşınan seçki qutusundan sui-istifadə edilib – 258
16. Şəxsiyyət vəsiqəsi olmayan seçiciyə bülleten verilib – 225
17. Əlavə seçici siyahıları tutulub – 189
18. Komissiya üzvləri və ya müşahidəçilər həbs edilib və polis tərəfindən saxlanılıb – 83
19. Əllərdə bülleten tutulub – 75
20. Digər pozuntular – 96

Səsvermə zamanı və səslərin hesablanması zamanı qeydə alınmış qanun pozuntularının ilkin ümumiləşdirməsi zamanı müəyyən edilmişdir ki:

1. Hakimiyyət orqanlarının vəzifəli şəxslərinin və polislərin məntəqələrdə və ondan kənarda seçki prosesinə müdaxiləsi vasitəsilə vətəndaşların öz fikirlərini sərbəst ifadə etmələrinə əngəl törədilmişdir. Doğrudur, seçki prosesinə bəzi məntəqələrdə qoçu dəstələrinin və idmançıların da müdaxiləsi müşahidə edilmişdir. Lakin bu total xarakter daşımamışdır. İcra strukturlarının, vəzifəli şəxslərin seçki prosesinə müdaxiləsi onların qanunsuz olaraq seçki məntəqələrinə daxil olub orada seçicilərə, komissiya üzvlərinə təzyiq göstərməsi, müşahidəçilərə hədə-qorxu gəlməsi, büdcə təşkilatlarında olan işçilərin xüsusi olaraq ayrılmış avtobuslarla mütəşəkkil şəkildə seçki məntəqələrinə gətirilməsi və onların akkreditə olunmamış çəkilişlər vasitəsilə qorxudulması seçicilərin komissiya üzvlərinin, namizədlərin səlahiyyətli nümayəndələrinin və müşahidəçilərin qorxudulması və pulla ələ alınması cəhdləri formasında edilmişdir. Hətta bəzi yerlərdə beynəlxalq müşahidəçilərə və onları müşahidə edən şəxslərə hədə-qorxu gəlmək cəhdləri olmuşdur. Qanun pozuntuları barədə müşahidəçilərin (müşahidə hüquqlu şəxslərin) tərtib etdiyi aktlara həm məntəqə, həm də dairə seçki komissiyalarının sədrləri tərəfindən bir qayda olaraq əhəmiyyət verilməmişdir.

1.1 Səslərin hesablanması prosesibir sıra dairələrdə əsil polis əməliyyatı formasında-polis əməkdaşlarının zorakı yolla müşahidəçiləri və səslərin hesablanması barədə qanunda nəzərdə tutulmuş proseduralara əməl edilməsini təkid edən komissiya üzvlərinin səsvermə otağından kənarlaşdırılması, həbsi, döyülməsi, yaxud səsvermə qutularının və ya bülletenlərin məntəqələrdən kənara aparılması və s. hərəkətlərlərlə edilmişdir.

2. Seçicilərin siyahısı həqiqəti əks etdirməmişdir.

Doğrudur bu pozuntu 2003-cü il prezident seçkilərinə nisbətən az müşahidə olunmuşdur.Azadlıq blokunun “mənim adım hanı” kompaniyası bu məsələdə vəziyyəti bir qədər düzəltmişdir. Lakin bir sıra dairələrdə seçkinin nəticələrinə təsir göstərəcək miqyasda seçicilərin siyahılarda olmaması halları müşahidə edilmişdir. Baxmayaraq ki, seçici siyahıları internetdə verilmişdir, seçki günü məlum olmuşdur ki, internetdə verilmiş seçici siyahıları və seçicilərə bülletenlərin verilməsi üçün istifadə olunan ünvanlı seçici siyahıları üst-üstə düşmür. Bundan əlavə qeydə alınmışdır ki, internetdə əvvəlcə verilmiş siyahılarda düzəlişlər “edilərkən” şübhə doğuran miqyasda müxalifətin potensial seçiciləri son siyahılara daxil edilməmişdir.

3. Səsvermə prosesi və səslərin hesablanması hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən öncədən məqsədəmüvafiq şəkildə planlaşdırılmış saxtakarlıqla müşayiət olunmuşdur.

3.1. Seçki məntəqəsinin açılışı və səsverməyə hazırlanması, məntəqənin bağlanması və səslərin hesablanması prosesində qanunda göstərilən proseduralardan yayınma halları baş vermişdir. O cümlədən səslərin hesablanma prosesində qanun pozuntuları kütləvi xarakter almışdır. Səsvermə ilə əlaqədar bütün sənədlərin məntəqədən uzunmüddətli çıxarılması hallarına da rast gəlinmişdir. Konkret olaraq səsvermə məntəqəsinə gələn seçicilərin özləri ilə zərfin içərisində əvvəlcədən möhürlənmiş, sol yuxarı küncü kəsilmiş və namizədlərdən birinin adı işarələnmiş seçki bülleteninin gətirilməsi halları qeydə alınmışdır. Məntəqələrdən kənarda işarələnməmiş, lakin küncü kəsilmiş və möhürlənmiş halda boş bülletenlərin də yayılmışdır. Səsvermə kabinələrində eyni vaxtda birdən çox seçicinin olması, bir nəfərə birdən çox bülleten verilməsi, qanunla müəyyənləşdirilən sənədlər təqdim olunmadığı halda belə bülleten verilməsi, məhkəmə orqanlarından kənarda alınan informasiya əsasında qeyri-qanuni “əlavə siyahıların” tərtib olunması hallarına da rast gəlinmişdir. Bəzi məntəqələrdə seçki qutularının möhürü zədələnmiş və ya tamamilə sıradan çıxarılmışdır.

3.2. Səslərin hesablanması və yekun protokollarının tərtibi zamanı seçki komissiyalarının fəaliyyəti xüsusilə kütləvi miqyasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin çoxsaylı birbaşa pozuntuları ilə xarakterizə olunmuşdur. İqtidarı təmsil edən seçki komissiyası üzvləri digər namizədlərə verilmiş səsləri hakimiyyət namizədinin xeyrinə hesablamış, müxalifətdən olan namizədə verilmiş səs bülletenlərə əlavə işarələr qoymaqla etibarsız hala salmış, seçki məntəqəsində səsvermənin nəticələri açıq şəkildə elan olunmamış, məntəqələrdən gətirilən protokollar “qaralama” şəklində olmuş, yaxud rəqəmlər ya karandaşla yazılmış və ya ümumiyyətlə yazılmamış, bəzən isə protokollarda komissiya üzvlərinin hamısının imzası olmamışdır. Dairə seçki komissiyalarında məntəqədən gələn protokollara düzəliş edilmiş, bəzən isə protokol başdan ayağa dairədə doldurulmuşdu. Əksər vaxtlarda protokolları səlahiyyəti çatışmayan şəxslər gətirmişdir. Bəzi hallarda isə protokol olurdu, bülletenlər ümumiyyətlə gətirilməmişdir. Yekun protokollar qanunla nəzərdə tutulan vaxtda tərtib edilib məntəqə və dairə komissiyalarında asılmamışdır. Bir çox hallarda beynəlxalq müşahidəçilərə yekun protokolun nüsxəsini verməkdən imtina etmişlər. Protokolun nüsxəsi yerli müşahidəçilər və namizədin səlahiyyətli nümayəndəsinə bir qayda olaraq verilməmişdir. Yalnız nadir hallarda beynəlxalq müşahidəçilər məntəqə seçki komissiyalarından gələn məlumatların daxil edildiyi və nəticələrin Mərkəzi Seçki Komissiyasına ötürüldüyü kompüterin yerləşdiyi otağa daxil ola bilmişlər. Bütün yerlərdə yerli müşahidəçilər bu imkandan məhrum olmuşlar.

3.3. Barmaqların xüsusi mürəkkəblə işlənməsi üçün istifadə edilən mürəkkəbin bir sıra dairələrdə yararsızlığı faktları müəyyən edilmişdir. Bundan əlavə, barmağa mürəkkəb vurulmasın baxmayaraq səsvermə zamanı əksər məntəqələrdə onlar yoxlanılmamış, bir çox məntəqələrdə isə ümumiyyətlə mürəkkəbdən istifadə edilməmişdir, bunun nəticəsindən bir seçicini bir neçə məntəqədə səs verməsi, “karusel” xüsusilə Bakı şəhərində geniş tətbiq olunmuşdur.

3.4. Həm səsvermə və xüsusilə də səslərin hesablanması prosesində müşahidəçilərin məntəqə və dairə seçki komissiyalarının işlədiyi otaqlardan kütləvi şəkildə qovulması, ümumiyyətlə 06 noyabr seçkilərini şəffaf seçkilər kimi xarakterizə olunmasına imkan vermir. Seçkilərin demokratikliyinin əsas şərtlərindən biri olan aşkarlıq prinsipi Azərbaycan seçkilər tarixində görünməmmiş dərəcədə pozulmuşdur.

3.5. Müxalifət nümayəndələrinin ciddi qanun pozuntularına baxmayaraq qalib gəldiyi dairələrdən məlumatlar Mərkəzi Seçki Komissiyasına ötürülməmiş, bu zaman səslərin hesablanmasının fasiləsizliyi pozulmuş, və sonradan tamamilə yeni, saxta protokollar tərtib olunaraq saxta nəticələr elan olunmuşdur. Seçicilərin səsverməyə gəlməsi haqqında rəsmi məlumat səsvermə günü saat 12.00-dən sonra yerlərdən “Azadlıq" bloku siyasi partiyalara blokunun Mərkəzi Seçki Qərargahına daxil olan məlumatlar üst-üstə düşməməyə başlamışdır və bu fərq təxminən bəzi dairələrdə 15-20 faiz təşkil etmişdir. Bu rəqəm saxtalaşdırma göstəricisi kimi qəbul edilir.

3.6. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq müddəası kobud şəkildə pozularaq hərbi hissələrin ərazisində qnunsuz səsvermənin təşkili hərbiçilərin səsi ilə manipulyasiya etməyə imkan yaratmış, və bu bir sıra dairələrdə müxalifətdən olan namizədlərin süni şəkildə uduzdurulması üçün istifadə edilmişdir.

Beləliklə, 113 seçki dairəsinin ərazisində “Azadlıq" blokunun namizədlərinin müşahidəçiləri tərəfindən qeydə alınan qanun pozuntularına əsasən aşağıdakı nəticələrə gəlinir:

1. Seçkilər azad keçməyib, çünki, Azərbaycan vətəndaşlarının fikirlərini ifadə etmək azadlığı məhdudlaşdırılmışdı;
2. Seçkilər bərabər deyildi, çünki, Azərbaycan vətəndaşlarının bir hissəsi səsvermə hüququndan məhrum edilmişdi;
3. Manipulyasiya və saxtalaşdırma faktları sübut edir ki, seçkilər ədalətli keçirilməyib.
4. Seçkilər şəffaf deyildi, ona görə ki, səsvermə, səslərin hesablanması və nəticələrin tərtib olunması prosesini qanuni şəkildə müşahidə etmək imkanı məhdudlaşdırılmışdı;
5. Seçkilər qanunsuzdur, ona görə ki, seçkilər Azərbaycan qanunvericiliyinin kobud və sistemli şəkildə pozulması ilə keçirilib.

Yuxarıdakılara əsaslanaraq “Azadlıq" siyasi partiyalar bloku 06 noyabr Milli Məclisə seçkilərin nəticələrini tanımadığını bəyan edir və bildirir ki, bu seçkilərin ləğvi və ədalətin bərpası naminə yeni parlament seçkilerinin keçirilməsi üçün Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş dinc, qeyri-zorakı mübarizə formalarından istifadə edərək ardıcıl və sistemli iş aparacaqdır.

07 noyabr 2005. Bakı ş.


"AZADLIQ""AZADLYG" BLOC (Freedom Bloc)

Parliamentary Election 6 November 2005

Preliminary Report (Executive summary)

Pre-election situation; violations of the Electoral Code, the Constitution and other relevant legislation:

* Election took place under full control of the electoral commissions which are under full control of the authorities; proposals and recommendations for equal representation and parity in the formation of electoral commissions made by international organisations and the opposition have not been implemented;
* Mass interference of local executive authorities in the electoral process;
* Non-observance of key prerequisite of free elections – freedom of assembly;
* Creation of unequal conditions for opposition candidates
* Repression against the democratic youth movement and nationwide attacks on the opposition parties following the arrest of Ruslan Bashirli on trumped up charges (overthrow of the state), as a result of a special operation by Azerbaijani National Security services;
* Creation of an atmosphere of fear in the country through widespread arrests and detention of opposition activists and members following the attempted return of Rasul Guliyev;
* Censorship of internet media through bans on websites
* Curtailment of live broadcasting by international TV media
* Late invitations sent to National Democratic Institute of America to observe the elections. A number of international guests – Irena Lasota, Sergei Taran, Evgeni Zolotarev and others - were prevented from entering the country as “undesirable visitors”;
* Non-observance of key provisions of the Electoral Code, the Constitution and other relevant legislation had already cast serious doubts over validity of the election and its results, as stated in various international reports.

This preliminary report of the Freedom Bloc on elections of 6 November 2005 is based on information, complaints, copies of protocols and summarized analysis of documents by more 5000 observers, candidates, agents, lawyers, electoral commission members in 116 constituencies where Freedom Bloc candidates were nominated. Reports from non-partisan Freedom Bloc candidates, the media and independent candidates were also considered.

Election Day violations (data)

Freedom Bloc Central Office have contacted by phone representatives of 113 constituency election commission and 4, 000 observers in polling stations.

Information on total falsifications in various constituencies began to arrive in the early hours of voting. Upon the completion of voting at 7.00pm 21104 violations were registered from across the country, including:

1. Pressures on observers – 5598
2. Intervention of executive authority representatives to election process – 2267
3. Voting without inking the fingers – 1782
4. Voting without the checking of fingers for ink - 1122
5. Propaganda in favor of candidates in polling stations - 1425
6. Multiple voting in favor of certain candidates - 1271
7. Entrance and voting of unauthorized persons in the polling stations – 1244
8. Ballot stuffing – 1152
9. Pressures on voter to vote in favor of certain candidates – 1612
10. Electoral commission members propagating certain candidates – 791
11. Pressure on electoral commission members – 745
12. Violations of the electoral code prior to voting commencing – 577
13. Police interference in the electoral process – 283
14. Voting outside the polling booth – 271
15. Misuse of mobile ballot boxes – 258
16. Issue of ballot papers without ID documents – 225
17. Last minute additions to voters’ lists and new voters’ lists – 189
18. Arrests or detention of electoral commission members by police – 83
19. Unauthorized people caught with blank ballot papers – 75
20. Other violations – 96

Election Day and vote count violations

1. There were numerous instances of local executive authorities and police interfering in the electoral process. The representatives of local executive authorities and police entered polling stations, threatened members of the electoral commissions and observers. There were attempts to bribe them as well. Chairpersons of the commissions ignored the protocols of violations filed by observers and other commission members.

After the polling stations closed at 7.00pm, police and representatives of local executive authorities forcibly entered polling stations removing members of electoral commission and observers, using force and sometimes arresting them.

2. The voters’ lists were not correct. A large number of voters who could have had a profound impact on the election results were not included in the lists. It was clear that the lists which were placed on internet the day before the election did not correspond to the lists on the basis of which the voters’ IDs were issued. Although these irregularities occurred the situation with voter’s lists was better in comparison to 2003 because Freedom Bloc carried out the “Where is my name?” Campaign.

3. In those constituencies where voting took place in military bases closed electoral commissions were formed, with no opposition representatives and this has had an impact on the election outcome.

4. Voting and vote counting processes were accompanied by thoroughly planned falsifications -

Numerous cases of irregularities and violations of legal procedures took place during opening, and closing of polling stations, preparing to voting process and vote counting. Violations of law during the vote counting process were massive. In some cases all voting documentation and records were taken out of precinct for a long time. Numerous violations regarding voters coming to the polling station with ballots already sealed and marked for a favor of one candidate, took place. Sealed but not marked ballots were also distributed out of polling stations. Also our monitors registered cases with more than one voter in voting booth, voters with more than one ballot, allocation of ballots to voter not submitted required ID, composition of “additional lists” of voters based upon unreliable information. In some polling stations seal of the ballot box was damaged or not in exist at all.

Activity of election commissions in the process of vote counting and composition of final protocols was accompanied by numerous direct violations of the Election Code. In some cases results of elections had not been clearly announced to observers, protocols from polling stations were draft versions or figures written by erasable pencils or even had not written at all; in many cases not all commission members had signed protocols.

Protocols taken from polling stations were “edited” in Constituency Election Commissions while in some cases protocols were fully recompiled. In most of cases protocols were delivered to Constituency Election Commissions by unauthorized people. In some cases protocols were delivered to the Constituency Election Commission but not accompanied by the ballots. In many cases election authorities refused to give copy of final protocols to international observers.

Final protocols were not compiled and hanged on the walls in polling stations and ConEC. In most of cases protocols were not given to local observers and official representatives of candidates. In few cases international observers managed to enter the room where data from polling stations were proceeded and entered to computers for further delivery to the Central Election Commission. Local observers were deprived of this opportunity in all cases.

Facts of useless invisible ink used in some constituencies had been registered. Besides, in some polling stations fingers were inked but never checked with special lamps, in othere inks were not used at all. Therefore double voting and “karusel” had been widely used for falsification especially in Baku.

Overwhelming number of facts when observers were kicked out of polling stations or data proceeding rooms does not allow us to evaluate November 6, 2005 elections as transparent elections. It was an unprecedented in Azerbaijan election history violation of one of the main principles of elections – transparency.

Information about opposition candidates leading despite all violations and falsifications had not been passed to the Central Election Commission and continuality of the voter processing procedures was broken. New, totally falsified protocols were composed in constituencies where opposition candidate was leading and false results were announced. After 12.00 discrepancy of 15-20% had occurred between data received by Central Campaign Office of “Freedom” bloc and Central Election Commission. This difference is considered as a showing of falsification.

Conclusions based upon violation cases registered by observers of “Freedom” bloc candidates in 116 constituencies:

1. Elections were not free due to limitation of Azerbaijani citizens’ right to freely express their will;
2. No equality in the elections, because part of Azerbaijan citizens were deprived of their right to vote
3. Numerous facts of manipulation and falsification prove that elections were not fair.
4. Elections were not transparent because observers were limited in their rights to monitor voting, vote counting and compilation of results processes.
5. Elections are illegal, because legislation of Azerbaijan Republic was severely and systematically violated.

Based upon abovementioned the “Freedom” Bloc states that it does not recognize results of November 6, 2005 and declares that it will start a continuous and systematical campaign using peaceful and non-violent means as provided by the Constitution and laws of Azerbaijan Republic to cancel these results, restore justice and hold new elections justice.

November 7. 2005, Baku, Azerbaijan