The newly established Committee to Support
the National Movement in South Azerbaijan yesterday undertook efforts to hold a
rally...
Statement
June 2,2006 - Actions in North Azerbaijan aimed at supporting the struggle of
our compatriots in South Azerbaijan for their lawful rights are expanding. The
newly established Committee to Support the National Movement in South Azerbaijan
yesterday undertook efforts for a rally.
The demonstrators planned to visit Shehidler Hiyabany (Alley of Martyrs) and
then to march towards the Iranian Embassy to Azerbaijan: however, the vicinity
had been rounded up Sebayel District police to prevent the action. Those
visiting Shehidler Hiyabany faced police violence at the entrance and some 10
participants were detained, pushed into a bus, and taken to Police Station 10.
Aqil Samedbayli, Chair of the Social Union for Holistic Azerbaijan Central
Council, was among the detainees. Although Mr. Samedbayli was released, he was
called back to the police station in the afternoon. Later on, he was taken to
the Sebayel District Court and sentenced to imprisonment of 10 days.
The fact that the ruling Azeris try every effort to prevent the actions
targeting to show support for the struggle in South Azerbaijan does not only
reflect their attitude to our Turkish compatriots in South Azerbaijan, but also
is a graphic example of failing to pursue an independent foreign policy and will
in terms of the processes in the Region.
The regime continues to violate the citizens' right to freedom of assembly
through dispersing actions.
The Musavat Party does urge the government to respect the law and to release the
illegally imprisoned Samedbayli.
Baku, June, 02
Müsavat Partiyası Güney Azərbaycan Milli
Hərəkatına Dəstək Komitəsinin keçirdiyi etiraz aksiyasının polis tərəfindən
dağıdılmasına etiraz olaraq bəyanat verib
Müsavat Partiyasının bəyanatı
Ölkədə Güney Azərbaycandakı soydaşlarımızın öz hüquqları uğrunda başladıqları
hərəkata dəstək aksiyaları gün-gündən genişlənir. Dünən belə aksiyalardan birini
təzə yaranmış Güney Azərbaycan Milli Hərəkatına Dəstək Komitəsi həyata keçirmək
istəyib. Aksiya iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etməyə, daha
sonra İran səfirliyinə qədər yürüş keçirməyə cəhd göstərib. Lakin aksiyanın
qarşısını almaq üçün Şəhidlər xiyabanı və İranın ölkəmizdəki səfirliyinin
yerləşdiyi ərazi Səbayel rayon polis idarəsinin əməkdaşları tərəfindən
əvvəlcədən mühasirəyə alınıb. Aksiya iştirakçıları Şəhidlər xiyabanını ziyarət
etmək istəyərkən polislərin ciddi müqaviməti ilə üzləşiblər. 10-a yaxın aksiya
iştirakçısı saxlanılaraq 9-cu polis bölməsinə aparılıb. Saxlanılanlar arasında
aksiyanın təşkilatçısı, BAB Mərkəzi Şurasının sədri A. Səmədbəyli də olub. A.
Səmədbəyli sərbəst buraxılsa da , günortadan sonra o, yenidən bölməyə çağırılıb.
Axşama yaxın A. Səmədbəylinin sözügedən bölmədən Səbayel rayon məhkəməsinə
aparıldığı və məhkəmənin qərarı ilə ona qanunsuz olaraq 10 sutka həbs cəzası
kəsildiyi məlum olub.
Güneyli soydaşlarımızın mübarizəsinə dəstək aksiyalarının qarşısının hər vəchlə
alınması Əliyev rejiminin təkcə Güney Azərbaycana və orada yaşayan
soydaşlarımıza olan münasibətinin deyil, həm də regionda baş verən proseslərlə
əlaqədar müstəqil xarici siyasi xəttə və iradəyə malik olmadığının bariz
nümunəsidir.
Rejim aksiyaların qarşısını almaqla həm də vətəndaşların sərbəst toplaşmaq
hüququnu pozmaqda davam edir.
Müsavat Partiyası mövcud hakimiyyətdən qanunların aliliyinə hörmətlə yanaşmağı
və qeyri-qanuni həbs olunmuş A. Səmədbəylinin azadlığa buraxılmasını tələb edir.
Müsavat Partiyasının mətbuat xidməti, 02 iyun 2006-cı il