Bu gün Müsavat Partiyası Məclisinin
toplantısı keçirilib
Toplantıda partiyanın parlamentin işində iştirakı və təkrar seçkilərə
qatılması məsələsi müzakirə olunub. Müsavat Partiyası başqanı İsa Qəmbər məruzə
ilə çıxış edib. Daha sonra məruzə ətrafında müzakirələr olub və 30 nəfərə yaxın
məclis üzvü çıxış edərək məsələyə öz münasibətini bildirib. Müzakirələrdən sonra
Məclis böyük səs çoxluğu ilə qərara alıb ki, Müsavat Partiyasının parlament
seçkilərində qələbəsi etiraf olunmuş üzvləri parlamentin işində iştirak
etsinlər. Partiyanın mayın 13-də keçiriləcək təkrar seçkilərə qatılması ilə
bağlı da qərar böyük səs çoxluğu ilə qəbul edilib.
Daha sonra toplantıda 2006-cı il üçün Müsavat Partiyasının fəaliyyət
istiqamətləri müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Müsavat Partiyası Məclisinin qərarı ilə bağlı daha geniş məlumat sabahkı
bülletenimizdə yayılacaq.
![]() |
![]() |
![]() |
The Musavat Party hosted its regular session…
February 5,2006 - The Musavat Party Headquarters today hosted a regular mejlis
(session). The issue on the agenda was “Representation of the Musavat Party in
parliament sittings and participation in the re-election process.” Musavat Party
Chairman Isa Gambar made a speech to submit the items for discussions. Some 30
mejlis members then expressed attitude to the matter at issue. Following
discussions, by a majority it was decided that MPs whose candidacy had been
nominated by the Musavat Party join parliament, and participate re-voting to be
held on May 13 this year.
In addition, the session discussed Musavat’s activity line for 2006 and reached
an appropriate decision.
Detailed information concerning the decision approved by the party mejlis will
be highlighted in tomorrow’s bulletin.
Müsavat Partiyasının mətbuat xidməti, 05 fevral
2006-cı il