Müsavat Partiyası MSK-nın formalaşan yeni tərkibi ilə bağlı bəyanat verib

Bəyanatda deyilir:

Milli Məclisin son toplantısında hakimiyyət YAP-ın 6, bitərəflərin 5, parlamentdə azlıqda qalan qüvvələrin 2 üzvünü təsdiqləməklə MSK-nı yenidən öz maraqları çərçivəsində formalaşdırdı. MSK-da 4 nəfər azlıqda qalan və 1 nəfər bitərəflərdən təmsil olunacaq nümayəndələrin təsdiqi isə təkrar seçkilərdən sonraya saxlanıldı.
Hakimiyyət atdığı bu addımla bir daha göstərdi ki, o, seçki komissiyalarının paritet əsasda formalaşdırılmasında maraqlı deyil və bununla bağlı istər beynəlxalq birliyin, istərsə də ölkə müxalifətinin təklif və tövsiyyələrini lərini qəbul etmək niyyətindən çox-çox uzaqdır.
MSK-da müxalifətin təmsil olunmaması həm də 13 mayda keçiriləcək təkrar seçkilərin nəticələrinin indidən şübhə altına alınmasına tam əsas verir.
Xatırladaq ki, AŞPA-nın son sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqi ilə bağlı qəbul edilmiş qətnamədə hakimiyyət qarşısına qoyulan başlıca tələblərdən biri də komissiyaların paritet əsasda formalaşdırılmasıdır. Qətnamədə həmçinin təkrar seçkilərin qurumun diqqət mərkəzində saxlanılacağı və bu seçkilərin nəticələrindən sonra gözlənilən müzakirələrdə sözügedən tövsiyyələrin nə dərəcədə yerinə yetirilib-yetirilməməsi prioritet məsələ olacağı da vurğulanıb.
Müsavat Partiyası MSK-nın bu şəkildə formalaşdırılmasına öz qəti etirazını bildirir və bəyan edir ki, ölkədə seçki komissiyalarının formalaşdırılması beynəlxalq təşkilatların tövsiyyələrinə və ölkə ictimaiyyətinin, demokratik qüvvələrin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Müsavat Partiyasının mətbuat xidməti, 08 fevral 2006-cı il



A STATEMENT FROM THE MUSAVAT PARTY ON IMPARTIALITY IN THE CEC


February 8, 2006 – The Musavat Party today issued a statement on the new composition of Azerbaijan’s Central Election Committee.


The document says: “During the recent parliamentary sitting the Government could, in its favor, reorganize the Central Election Commission (CEC) in the following composition: six members appointed by the parliamentary majority (the ruling YAP); five members appointed by the so-called independent parliamentarians; two members appointed by the parliamentary minority. Additional four members from the parliamentary minority and one member from the independents will be elected after the rerun. This case once more showed that the Government of Azerbaijan has no desire to give parity on the CEC to the political competitors and still refuses to adopt a reasonable solution guided by recommendations offered by both the international community and Azerbaijan’s opposition. In addition, the lack of opposition members in the CEC is certainly believed to cast doubt on rerun elections to be held on 13 May 2006. It is worth stressing that under Resolution 1480 (2006) on credentials of the parliamentary delegation of Azerbaijan adopted by the Parliamentary Assembly of the Council of Europe (PACE) at the opening of the first 2006 part-session on 25 January 2006, one of the prompt measures the Assembly urged the Government of Azerbaijan was to gain impartiality of the election commissions in the country. The Resolution also focused upon the Assembly decision to observe the coming re-run elections and instruction of its Monitoring Committee to submit to it at its June part-session a report on the progress concerning the recommendations listed in the document.

The Musavat Party is deeply concerned by the newly formed composition in the CEC. To that end, it declares that the formation of Azerbaijan’s election commissions must be based on guidelines offered by the international organizations and demands voiced by Azerbaijan society, including democratic forces.”

Musavat Party Press Office, February 8,2006.