Dünən Müsavat Partiyası Məclisinin
toplantısı keçirilib
Toplantıda partiyanın parlamentin işində iştirakı və təkrar seçkilərə
qatılması ilə bağlı qərar qəbul olunub. Qərar layihəsinin tam mətnini
diqqətinizə çatdırırıq.
Müsavat Partiyası Məclisinin
Q Ə R A R I
Azərbaycan Milli Məclisinə növbəti seçkilərin əsas mərhələsi başa çatdı.
Azərbaycan cəmiyyətinin, Azərbaycanın demokratik inkişafında maraqlı olan
beynəlxalq ictimaiyyətin ölkədə, nəhayət, demokratik seçkilərin keçiriləcəyinə
olan ümidləri doğrulmadı.
Xalqımızın, ölkədə fəaliyyət göstərən bir çox siyasi və ictimai təşkilatların, o
cümlədən, Azərbaycan müxalifətinin əsas özəyini təşkil edən “Azadlıq bloku”nun
bütün səylərinə baxmayaraq, seçki prosesini icra hakimiyyəti strukturlarının
nəzarəti altından çıxarmaq, azad, ədalətli və şəffaf seçki keçirmək mümkün
olmadı.
“Azadlıq bloku”, “YES”, “Milli Birlik” bloklarından olan və bir sıra müstəqil
namizədlər seçki dairələrinin əksəriyyətində digər namizədlərdən daha çox səs
toplayaraq seçkilərdə qalib gəldi.
Demokratik seçkilər keçirmək vədinə əməl etməyən iqtidar əksər seçki
dairələrində seçki saxtakarlıqları və qanun pozuntuları vasitəsi ilə xalqın
səsini almamış YAP-dan olan və ya hakimiyyəti dəstəkləyən digər namizədləri
qalib elan etməklə xalqın iradəsini əks etdirməyən qanunverici orqan yaratmağa
nail oldu.
Müxalifətdən olan və seçkilərdə qalib gəldiyi rəsmi protokollara, “Exit-pol”un
nəticələrinə və digər araşdırmalara görə təsdiq edilən namizədlərin yalnız az
bir qisminin mandatının tanınması cəmiyyətdə qeyri-legitim parlamentin işində və
təkrar seçkilərdə müxalifətin iştirak edib-etməməsi məsələsinin ciddi
müzakirəsinə səbəb oldu.
Qeyd edilən məsələlər Müsavat Partiyası strukturlarında geniş və hərtərəfli
müzakirə edilərək istər parlamentin işində, istərsə təkrar seçkilərdə iştirakın
müsbət tərəfləri və fəsadları araşdırılıb.
Müsavat Partiyasının Məclisi:
• 06 noyabr 2005-ci il tarixdə keçirilən parlament seçkilərinin
nəticələrinin Azərbaycan hakimiyyəti tərəfindən saxtalaşdırıldığını, mövcud
parlamentin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini qeyd edərək;
• Müsavat Partiyasının bundan sonra da ölkədə növbədənkənar, azad və
ədalətli seçkilər vasitəsi ilə yeni Milli Məclisin yaradılması uğrunda
mübarizəsini davam etdirəcəyini, bu mübarizədə ölkənin bütün demokratik
qüvvələrinin daha sıx birləşməsinə çalışacağını bəyan edərək;
• Müsavat Partiyasının strukturlarında, partiya Məclisinin bundan əvvəlki
toplantısında, Divan iclaslarında, Zona müşavirələrində, partiyanın rayon
təşkilatları şuralarının, özəklərinin yığıncaqlarında gedən müzakirələri,
nüfuzlu beynəlxalq təşkilatlar olan AŞ PA və ATƏT-in 06 noyabr 2005-ci il
tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair qətnamə və rəylərini nəzərə
alaraq;
• Azərbaycan cəmiyyətinin mənafeyini və demokratiya uğrunda prosesin
davam etdirilməsi zərurətini əsas götürərək;
• Azərbaycanın 01 yanvar 2001-ci il tarixdən Avropa Şurasına üzv olmasına
baxmayaraq mövcud avtoritar, kriminal-korrupsioner rejimin möhkəmlənməkdə
olduğunu;
• azadlıq və demokratiya, insan haqları sahəsində vəziyyətin sabit olaraq
qeyri-qənaətbəxş qalmaqda davam etdiyini və Azərbaycanın azad olmayan ölkələr
sırasına aid edildiyini;
• ölkədə keçirilən bələdiyyə, parlament və prezident seçkilərinin kütləvi
saxtalaşdırılması yolu ilə bütün səviyyələrdə xalqın iradəsindən asılı olmayan
qeyri-legitim hakimiyyətin formalaşdırıldığını;
• ölkədə mövcud olan siyasi sistemin və vəziyyətin azad və ədalətli seçki
keçirməyə imkan vermədiyini;
• iqtidarın bütün vasitələrdən istifadə etməklə müxalifəti siyasi sistem
xaricində saxlamağa ciddi cəhd göstərdiyini;
• mövcud ağır şəraitdə dinc və demokratik vasitələrlə mübarizə aparan
müxalifətin, eyni zamanda Müsavat Partiyasının resurslarının məhdud olduğunu;
• Azərbaycanın milli inkişafı və beynəlxalq münasibətlər sistemində öz
layiqli yerini tutması üçün avtoritar rejimdən demokratiyaya keçidin
zəruriliyini;
• azadlıq və demokratiya uğrunda mübarizənin uğurla davam etdirilməsi
üçün demokratik qüvvələrin 2005-ci il parlament seçkilərində əldə etdiyi
birliyin gücləndirilməsinin vacibliyini nəzərə alaraq
QƏRARA ALIR:
1. 06 noyabr 2005-ci il tarixdə keçirilən seçkilərdə Azərbaycan Milli
Məclisinə deputat seçilmiş və mandatları təsdiq olunmuş Müsavat Partiyası
üzvlərinin bundan sonra Milli Məclisin fəaliyyətində iştirakı məqsədəuyğun
sayılsın.
2. Azərbaycan Milli Məclisinə 13 may 2006-cı il tarixə elan edilmiş
təkrar seçkilərdə Müsavat Partiyası namizədlərinin iştirakı məqsədəuyğun hesab
edilsin.
3. “Azadlıq bloku”nun qorunub saxlanması, müxalifətdaxili inteqrasiyanın
daha da dərinləşdirilməsi naminə, bloka daxil olan partiyalara təklif olunsun
ki, müxalifətdən olan deputatların mandatdan imtina etməsi və 13 may 2006-cı il
tarixə elan edilmiş Milli Məclisə təkrar seçkilərin boykot edilməsi haqqında
qərarlarına yenidən baxsınlar.
4. “Azadlıq bloku”nun namizədi kimi 06 noyabr 2005-ci il tarixli
seçkilərdə iştirak edərək deputat seçilmiş AXCP üzvü Cəmil Həsənli və AXP üzvü
Pənah Hüseynə təklif edilsin ki, bundan sonra Milli Məclisin fəaliyyətində
iştirak etsinlər.
5. Müsavat partiyasının deputat qrupuna yalnız partiya maraqlarını deyil,
cəmiyyətin bütün kəsimlərinin(təbəqələrinin) maraqlarını, azadlıq və
demokratiya, insan haqları, hüququn üstünlüyü, sosial ədalət, azad bazar
iqtisadiyyatı, islahatlar uğrunda və korrupsiyaya qarşı mübarizə aparan bütün
demokratik qüvvələrin maraqlarını ifadə etmək və qorumaq tövsiyə
olunsun(tapşırılsın).
6. Müsavat Partiyasının müvafiq strukturlarına tapşırılsın ki, deputat
qrupunun Milli Məclisdə səmərəli fəaliyyətini təmin etmək üçün qrupa siyasi və
hüquqi yardım göstərsinlər.
7. Müsavat Partiyası deputat qrupunun(fraksiyasının) fəaliyyətinin
tənzimlənməsi məqsədilə:
• deputat qrupunun reqlamentinin(iş qaydası) hazırlanması təmin edilsin;
• partiya qurultayınadək deputat fraksiyası və qrupu haqqında partiya
nizamnaməsinə əlavələr haqqında təkliflərin(və ya layihənin) hazırlanması
qurultayın təşkilat komitəsinə həvalə edilsin.
8. 13 may 2006-cı ilə təyin olunmuş Azərbaycan Milli Məclisinə təkrar
seçkilərdə “Azadlıq bloku”na daxil olan və digər müxalifət partiyalarının bütün
dairələrdən vahid namizədlərlə iştirakının təmin olunmasına səy göstərilsin.
9. Müsavat Partiyasının Başqanına və Divanına həvalə edilsin ki,
müxalifətdaxili münasibətlərin yaxşılaşdırılması, demokratiyanın inkişafı naminə
mövcud birliyin qorunub saxlanması və daha səmərəli siyasi birliklərin
yaradılması istiqamətinda tədbirlər həyata keçirsin.
10. MSK və digər seçki komissiyalarının Azərbaycan demokratik
müxalifətinin yekdil rəyinə və Venesiya komissiyasının tövsiyələrinə uyğun
olaraq iqtidar və müxalifət arasında paritet əsaslarla formalaşmasına nail olmaq
üçün səylər artırılsın.
11. 13 may 2006-cı il tarixə təyin olunmuş Azərbaycan Milli Məclisinə
təkrar seçkilərdə Müsavat Partiyasının uğurlu iştirakının təmin edilməsi üçün
lazımi işlərin həyata keçirilməsi partiyanın müvafiq strukturlarına tapşırılsın.
12. Təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün:
• Daha ciddi yerli və beynəlxalq müşahidənin təmin olunması istiqamətində
səylər artırılsın;
• Azərbaycan hakimiyyəti beynəlxalq birliyin tövsiyələrinə əməl etməyə və
beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə
çağırılsın.
13. Müsavat partiyasının Azərbaycan Respublikası MSK-nın təşkilində
partiyanın iştirak edib etməməsi haqqında müvafiq qərarların qəbulu partiyanın
Divanına həvalə edilsin.
14. Demokratik qüvvələrin bu məsələlərlə bağlı ümumi siyasi mövqeyinin
birgə işlənib hazırlanması üçün Müsavat partiyasının seçki dövrü və seçki
sonrası mərhələdə əməkdaşlıq etdiyi partiyalarla intensiv dialoq və
məsləhətləşmələri davam etdirməsi məqsədəuyğun hesab edilsin.
15. Müsavat partiyasının Azərbaycanın siyasi sistemində birləşdirici,
barışcıl, konstruktiv lider rolunu davam etdirməsi və gücləndirilməsinə yönələn
siyasi xətti təqdir olunsun.
THE MUSAVAT PARTY HEADQUARTERS HOSTS SESSION
February 6, 2006 – The Musavat Party has held its regular session which made a
resolution on the need to use the party’s electoral mandates and to take part in
new elections ordered in 10 constituencies in May because of violations.
Following is the resolution issued by the Musavat Party:
(begin text)
RESOLUTION
Using the party’s electoral mandates and taking part in new elections.
The people of Azerbaijan have witnessed a crucial stage in elections for the
125-seat parliament (Millet Mejlisi). But the authorities failed to have held
fair and democratical elections, the Azerbaijanian society and the international
community (willing this country to be a democracy) had hoped for, on Nov 6 2005.
Despite serious efforts toward democracy made by our people, including a variety
of political and civil society institutions in Azerbaijan, as well as the
Azadlyk Coalition, the largest opposition alliance, it was a challenge to hold a
free, democratic election due to mass interference of local executive
authorities with the electoral process and in the campaign in favor of certain
candidates in particular.
Opposition candidates from the Azadlyk, YES blocks and National Unity Movement
or independent candidates, leading in all the precincts had mustered a
commanding majority in the 125-seat parliament.
Despite Azerbaijan’s commitment to holding democratic and transparent
parliamentary polls, the Government, by declaring the victory of candidates from
the ruling New Azerbaijan Party (YAP) and independents mostly aligned with the
government during the fraud-marred elections on November 6, 2005, succeeded in
instituting an undemocratic legislative assembly which fails to reflect the will
of Azerbaijan people.
The fact that only insignificant part of the opposition candidates whose
overwhelming victory in November 6 parliamentary elections was proved by final
protocols filed by both domestic and foreign observers or
internationally-overseen exit poll missions or other surveyors was declared the
winners in their districts had led to long public deliberation upon
participation of opposition parties in sittings of the illegitimate parliament.
Musavat Party structures have broadly discussed the said issues and investigated
positive and negative sides of using the party’s electoral mandates and taking
part in new elections ahead.
The Musavat Party Mejlis /Assembly:
Whereas the Nov 6,2005 polling for parliament was flawed by the Azerbaijan
government, and the existing parliament has failed to reflect the will of
Azerbaijan citizens;
Whereas the Musavat Party will continue to struggle for unscheduled, free, and
fair elections, and seek closer cooperation with all democratic wings in the
country;
Whereas discussions and views voiced by Musavat Party structures, including the
previous assembly, Divan sessions, party conferences, meetings at regional
level, as well as resolutions and guidelines related to the Nov 6 election
results issued by the leading international organizations – the Organization for
Security and Cooperation in Europe (OSCE) and the Council of Europe have been
taken into consideration;
Whereas the interest of Azerbaijan society and the necessity to continue
democratic processes in the country are assumed as a basis;
Whereas there is the authoritarian government and widespread, continued
corruption and flourished crime in Azerbaijan who, nevertheless, achieved her
admission to the Council of Europe (CE) on January 1, 2001;
Whereas constitutional rights, such as freedoms of speech, adherence to
democracy human rights, etc still remain unsatisfactory, and Azerbaijan is
ranked among unfree nations in reports issued by a variety of international
organizations;
Whereas an illegal government that has come into power through municipality,
parliamentary, and presidential elections in the country tainted by fraud and
abuse thus failing to meet democratic standards has been instituted;
Whereas the current political system and the situation set in the republic
impede the conduct of a free, fair election;
Whereas the ruling party by all means seeks to bar the opposition from accessing
the political system;
Whereas limited resources are available with the opposition (the Musavat Party
included) that struggles by means of peaceful and democratic instruments under
current severe conditions;
Whereas there is a necessity of the transition from overtly authoritarian regime
to democracy for the sake of the national development in Azerbaijan and her
decent position in the system of international relations;
Whereas there is a need to deepen the unity the democratic camp had gained
during the 2005 parliamentary elections, with a view to continuing the struggle
for freedom and democracy in years thereafter: Now, therefore, be it
- Resolved, That the Musavat Party -
(1) believes it is critical that the MPs nominated by the Musavat Party use
their electoral mandates in parliament henceforward;
(2) believes it is critical that the Musavat Party take part in new elections
ordered in 10 constituencies on May 13;
(3) suggests that, in order to preserve the Azadlyk alliance and to provide
further integration of opposition forces, the alliance parties review their
decisions on refusal to use legislative seats awarded to the opposition in the
125-member assembly and the boycott of by-elections ahead;
(4) suggests PFP-member Jemil Hasanli and APP-member Penah Huseyin – winners in
their constituencies in the 2005 elections as the Azadlyk alliance candidates-
join Milli Mejlis sittings;
(5) recommends MPs from the Musavat Party not only to serve the interests of the
Party, but also to express and to support the interests of all sections of
society, as well as ones of democratic forces that struggle for democracy,
freedoms of human rights, social justice, a free market economy, reforms,
including anti-corruption measures.
(6) commissions the Party’s relevant structures to provide political and legal
assistance to the deputy group for their effective activity in Parliament.
(7) in order to shape the activity of the Musavat fraction in Parliament:
- urges to develop parliamentary rules for the deputy group
- entrusts the Organizing Committee with the preparation and submission, prior
to the Party’s next Congress, of proposals (or drafts) for changes to the
party-law on the deputy fraction and group.
(8) supports every effort of the Azadlyk Coalition parties, as well as other
opposition parties in terms of nomination of single candidates for by-elections
to be held on May 13,2006;
(9) urges the Party Chairman and Divan-members to take prompt action toward
expansion of stronger relations with all the opposition parties, preservation of
the available unity for the sake of further democratic values, and establishment
of larger political alliances or blocks;
(10) supports increasing efforts to be aimed at formation/ reorganization of the
CEC and other election commissions on a parity basis, taking into consideration
a unanimous opposition opinion, and in accordance with guidelines/proposals
submitted by the Venice Commission of the Council of Europe;
(11) entrusts the Party’s related structures and divisions with the realization
of procedures in order to provide its successful campaign in 13 May
by-elections.
(12) in order to witness a free, fair by-election,
- believes that it is essential to make every effort to involve more competent
local and international observes in the voting process
- urges the Government of Azerbaijan to comply with guidelines proposed by the
international community and to undertake its commitments and assurances before
the international organizations;
(13) commissions Divan-members to adopt appropriate decisions concerning the
Party’s participation in the reorganization of the Central Election Commission
(CEC);
(14) believes that it is expedient to continue intensive dialogs and
consultations with those parties that Musavat had had been cooperating in the
pre-election, election day, and post-election environments.
(15) appreciates the Musavat Party’s political course aimed at keeping and
reinforcing its leading compromising and constructive role in Azerbaijan’s
political system.
Musavat Party Press Office, February 6, 2006.
Müsavat Partiyasının mətbuat xidməti, 06 fevral 2006-cı
il