Bu gün Müsavat partiyasının Divanının
növbəti iclası keçirilib
İclasda 2006-cı il üçün partiyanın fəaliyyət istiqamətləri müzakirə edilib.
Sonra dizel yanacağının qiymətinin artırılması ilə əlaqədar olaraq partiyanın
bəyanatı qəbul olunub.
Daha sonra partiyanin keçmiş üzvü Aynur Quliyevanın Binəqədi rayon məhkəməsi
tərəfindən partiya sıralarına bərpa olunması ilə bağlı yaranmış vəziyyət
müzakirə olunub. A.Quliyevanın iştirakı ilə keçirilən müzakirələrdən sonra Divan
problemin hərtərəfli araşdırılmasının MNTK-ya tövsiyə olunması ilə bağlı qərar
qəbul edib.
Axırda cari məsələlərə baxılıb.
ƏHALİNİN GENİŞ İSTİFADƏ ETDİYİ ENERJİ
DAŞIYICILARININ QİYMƏTLƏRİNİN BAHALAŞMASI İLƏ BAĞLI
MÜSAVAT PARTİYASININ BƏYANATI
Parlament seçkilərinin növbəti dəfə nəticələrini biabırcasına saxtalaşdıraraq
Azərbaycan xalqının iradəsini növbəti dəfə zorlayan hökumət yeni ilin elə ilk
günlərində daha bir səbatsız addımı ilə ölkə əhalisnə qarşı sayğısızlıq
göstərdi: əhalinin məişətdə, habelə istehsal və xidmət proseslərində daha geniş
istifadə etdiyi neft məhsullarının – dizel yanacağı, ağ neft və soba yanacağının
– qiymətlərini birdən-birə 2 dəfə artırpdı. Hökumət bu qərarını beynəlxalq
maliyyə qurumlarının tövsiyəsi kimi və enerci sektorunda dolayı
subsidiyalaşmanın aradan qaldırılmasına yönəldildiyini bildirir.
Beynəlxalq təşkilatlar Azərbaycanın yanacaq-enerci sektorundakı çox böyük
məbləğlərdə dolayısı subçidiyalaşmanı ölkə iqtisadiyyatı üçün dağıdıcı
nəticələrini nəzərə alaraq, bu sektorda struktur islahatlarının aparılmasını və
maliyyə axınlarının şəffaflığının artırılmasını, yalnız bundan sonra yanacağın
real qiymətlərinin müəyyən edilməsini tövsiyə edirlər. Hökumət isə zaman-zaman
neft məhsullarının qiymətlərini qaldırmaqla, guya problemin həllinə çalışması
təsəvvürü formalaşdırır, digər tərəfdən isə bu cür məntiqsiz addımlarının
beynəlxalq təşkilatların tələbi kimi izah etməklə əhalinin haqlı narazılığını
onlara qarşı yönəltməyə çalışır. Bu, bir daha göstərir ki, hökumət
yanacaq-enerci sektorunda əhalinin mənafeyinə uyğun struktur islahatlarının
həyata keçirilməsində və bu sektorda maliyyə şəffaflığının artırılmasında
maraqlı deyil.
Əslində hökumətin «islahat» kimi təqdim etdiyi bu addımın arxasında daha ciddi
məqamlar durur: bu qərar nəticəsində iqtisadiyyətın bütün sahələrində
qiymətlərin sürətlə qalxacağı, bunun xüsusilə nəqliyyat daşımalarının və kənd
təsərrüfatı məhsullarının qiymətində kəskin şəkildə əks olunacağı və bununlu da
ölkə əhalisinin 80 faizindən çoxunun onsuz da ağır olan sosial durumunu daha da
gərginləşdirəcəyini hökumət nümayəndələri də bilməmiş deyil. Lakin hökumət
parlament seçkiləri dövründə ayrı-ayrı sosial qrupların əmək haqqlarının,
pensiya, təqaüd və müavinətlərin artırılması ilə əlaqədar verdiyi vədləri yerinə
yetirmək üçün büdcədə lazım olan əlavə vəsaitləri elə əhalinin öz cibindən
çıxartmaq istəyir. Digər tərəfdən, bu qərar ölkədə siyasi və iqtisadi
hakimiyyəti bütünlüklə öz əllərində toplamış olan oliqarxlar arasında iqtisadi
fəaliyyət sahələrinin və nəzarət dairələrinin yenidən bölgüsü istiqamətində son
iki ildə daha da güclənmiş mübarizəsinin daha bir təzahürüdür.
Azərbaycanın neft ölkəsi olmasına rəğmən və əhalinin artıq böyük məbləğlərdə
ölkənin xəzinəsinə daxil olan neft gəlirlərindən faydalanacaqlarını düşündükləri
bir zamanda hökumətin əhalinin həyat səviyyəsinin ağırlaşdırılmasına yönəlmiş bu
addımını Müsavat Partiyası qətiyyətlə pisləyir və hesab edir ki, hökumət
yanacaq-enerci sektorunda islahatların ciddi bir strategiyasını hazırlamalı,
bunu xalqa bəyan etməli və düşünülmüş islahatlar həyata keçirməlidir.
İslahatların əsas istiqaməti bu sektorda şəffaflığın artırılmasına
yönəldilməlidir. Bu zaman islahatların əsas ağırlığının əhalinin üzərinə düşməsi
hər bir halda yolverilməzdir. Belə islahatlar zamanı əhalinin ayrı-ayrı
təbəqələri əvvəlcədən müvafiq kompensasiyaları almalıdır.
Hökumətin son qərarının təsiri ilə qiymətlərin qalxması nəticəsində ölkədə
yoxsulluğun səviyyəsinin daha yüksələcəyi qaçılmazdır. Həmin qərar kənd
təsərrüfatı istehsalçılarına və ölkədə kənd təsərrüfatının və bütünlüklə
qeyri-neft sektorunun gələcək inkişafına güclü zərbə vurmaqla, ölkədə işsizliyin
səviyyyəsinin də yüksəlməsinə və bundan doğan bir sıra ciddi nətigələrə gətirib
çıxara bilər. Bunların qarşısını almaq üçün hökumət qısa bir müddətdə qərara
yenidən baxmalı, bu neft məhsullarının əhali və iqtisadiyyat üçün mühüm
əhəmiyyətini nəzərə alaraq onların qiymətlərinin yenidən azaldılmasını təmin
etməli, əhalinin ayrı-ayrı qruplarına və istehsalçılara, xüsusilə kənd
təsərrüfatı sahəsindəki istelçılara kompensasiya proqramları həyata
keçirməlidir.
Müsavat Partiyasının mətbuat xidməti, 09 yanvar
2005-ci il
Musavat Party’s Divan held its regular meeting
Jan 9, 2006 – Musavat Party’s Divan (Assembly) held its regular meeting,
which discussed the activity as of 2006. The participants further heard a party
statement on price increase for diesel fuel (below is the text of the
statement).
Later on, the meeting discussed the issue on court decision related to former
Musavat activist Aynur Quliyeva’s appeal in terms of restoration of her violated
membership rights. Following discussions with the participation of Aynur
Guliyeva, the Assembly passed a decision to charge the Musavat Inspection
Commission with the overall investigation into the matter.
A STATEMENT BY THE MUSAVAT PARTY ON INCREASE
IN PRICES FOR ENERGY CONSUMED BY THE AZERBAIJAN CITIZENS
The government that has rigged parliamentary elections on Nov 6 in Azerbaijan
showed disrespect for its citizens with its inappropriate action issued in early
January. Since it doubled retail prices for common consumer commodities – diesel
fuel, white oil, and furnace oil. The government claims the decision has been
made as a result of guidelines from the international financial institutions and
prevention of indirect funding in the energy sector.
The international organizations, by taking into consideration of devastating
effects of large indirect funding in the energy sector, have submitted
guidelines, which say that prices for fuel may be fixed following structural
reforms and increase in transparency of financial flows. The government
allegedly solves the problem, through gradually increasing oil products prices,
on one hand. It, explaining its measure as a demand from the international
organizations, tries to direct public discontent to the latter, on the other
hand. In this situation, the government is not interested in holding structural
reforms for the welfare of the people and increasing transparency in the energy
sector.
In fact, the measure the government introduces as a “reform” is linked with much
more serious points: It is clear to the government that prices in all economic
spheres will rapidly rise, which will be chiefly reflected in transport fees and
agricultural products, thus worsening the social condition of the citizens, 80%
of which now live under poverty line anyway. However, the government wants to
earn back those additional funds it had promised to different sections of the
population in forms of additions to salaries, pensions, living allowances,
benefits during the election campaign. And this measure has been a graphic
result of the intensified struggle over the past two years toward re-sharing
economic activities among oligarchs who own overall political and economic power
in the country.
The Musavat Party strongly criticizes the government’s measure aimed at
worsening the scale of living of the population, yet Azerbaijan is an oil-rich
country and its nationals hope to benefit from the coming flow of oil revenues.
We consider that the government needs to launch a reforms strategy in the
fuel-energy sector, to submit this program for public comments, and to conduct
sound and reasonable reforms. The reforms must be chiefly aimed at increasing
transparency in this sector. It's intolerable to allow the reforms to burden the
population only. In case of such reforms, target individuals must access
compensation payment in advance.
Undoubtedly, the poverty rate in the country will increase due to higher prices
resulting from the recent decree. Not only will have a negative impact the very
measure by the government on farmers/rural working people, including national
agricultural and non-oil sector development in the period ahead, but it will
also cause increased unemployment thus bringing to a catalog of serious
concerns. To prevent all this, the government should revise the measure shortly,
reduce increased prices, given the significance of the mentioned products for
the population and domestic economy, and start implementing a compensation
program package to be applied to individual groups, in particular to those
involved in the agrarian sector.
Baku, 09. Jan. 2006