Müxalifət partiyalarının Goranboy rayonunda fəaliyyət göstərən yerli təşkilatları qiymətlərin bahalaşmasına etiraz əlaməti olaraq mitinq keçirməyi qərara alıblar

Müxalifət partiyalarının Goranboy rayonunda fəaliyyət göstərən yerli təşkilatları qiymətlərin bahalaşmasına etiraz əlaməti olaraq mitinq keçirməyi qərara alıblar. Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinə partiyanın Goranboy rayon təşkilatının sədri Yusif Namazoğlu məlumat verib. Y.Namazoğlu deyib ki, yanvarın 16-da keçirilməsi nəzərdə tutulan aksiyada Müsavat, AXCP, KXCP, AMİP və Ümid partiyalarının rayon şöbələri birgə iştirak etmək barədə razılığa gəlib və bu barədə rayon icra hakimiyyətinə xəbərdarlıq məktubu göndəriblər. Ağstafa müsavatçıları da qiymətlərin bahalaşmasına etiraz əlaməti olaraq mitinq keçirməyə hazırlaşırlar. Bu barədə partiyanın mətbuat xidmətinə Ağstafa rayon təşkilatının sədri Ayvazalı Oruclu məlumat verib.

Müsavat Partiyasının mətbuat xidməti, 10 yanvar 2007-ci il