Müsavat Partiyası 28 yanvar 2007-ci il tarixdə yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İH-nə xəbərdarlıq məktubu göndərib

Bu gün Müsavat Partiyası 28 yanvar 2007-ci il tarixdə, saat 16-00-dan 18-00-dək “Enerji daşıyıcılarının və kommunal xərclərin artırılması ilə bağlı qərarın icrası dayandırılsın!” şüarı ilə “Həzi Aslanov ” metro stansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək yürüş və yürüşün sonunda həmin meydanda mitinq keçirməklə bağlı Bakı Şəhər İH-nə xəbərdarlıq məktubu göndərib. Yürüş-mitinqdə 10 min nəfərin iştirakı gözlənilir.

Müsavat Partiyasının mətbuat xidməti, 12 yanvar 2007-ci il